Məhkəmə qərarları › İş №2(102)-3669/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-3669/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3669/2021 19.05.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Xəlilov İsmayıl Kamil oğlu, İddiaçı Bankın nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçının cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması”, Cavabdeh1 isə cavabdehlər ASC İddiaçı Bankına, Cavabdeh2, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3, Cavabdeh5 və X1 cavabdehlər ASC İddiaçı Bankı, Cavabdeh2 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin q aytarılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı Bankın nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və Bankın iddiasının tam təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. İşdə olan SS710049268AZ nömrəli poçt xəbərnaməsindən (səh.222) görünür ki, ASC İddiaçı Banka göndərilmiş Şəki Apellyasiya Məhkəməsinin 28.01.2021-ci il tarixli qətnaməsi 08.02.2021-ci il tarixdə ünvanda imza edilməklə rəsmi qaydada alınmışdır. Buna baxmayaraq, kassasiya şikayəti 12.04.2021-ci il tarixdə rabitə orqanına təqdim edilmişdir (səh.233). İddiaçı təşkilat müddətin ötürülməməsi ilə bağlı digər sübüt təqdim etməmişdir. Kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş iki aylıq müddətin ötürülməsinə baxmayaraq, həmin müddətin bərpasına dair ərizə verilməmişdir. Odur ki, kassasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və geri qaytarılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual mü ddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 408.1.4-cü maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405, 408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçının nümayəndəsi və vəkili Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qətnaməsin dən verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar