Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-367/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh3, vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-318/2018, hakim S.B.Mehrəliyev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh3 maddi ziyana görə 9295 manat və nümayəndəyə çəkilmiş 300 manat mələğində pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-5488/2018, hakimlər R.Ə.Eyvazov, S.F.Hacıyev, F.Ş.Talışinski) İddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (iş № 2(102)-8058/2018, hakimlər Q.Ə.Allahverdiyev, İ.R.Xələfov, Ə.Ə.Şadiyev) Cavabdeh3 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi l əğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-3629/2019, hakimlər X.A.Mərdanova, E.M.Həsənov, F.F.Babayev) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə Cavabdeh3 tutularaq İddiaçı ödənilməli olan pul vəsaitinin tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh3 9505 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh3 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxx 2017-ci il tarixdə İddiaçı cavabdehlər Cavab deh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 idarə etdiyi “Hyundai Sonata" markalı, **-BO-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin onun mülkiyyətində olan “Kia Optima minik” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində vurulmuş 13.681 manat məbləğində maddi ziyanın və nümayəndəyə verilmiş 1000 manatın cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlərdən 9.511 manat məbləğində maddi ziyanın və nümayəndəyə verilmiş 1000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallara düzgün qiymət verilməməklə, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehdən 9505 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində dəyişdirilməli, cavabdehdən 6.672 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Cavabdeh3 idarə etdiyi “Hyundai Sonata” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2017-ci il tarixdə Bakı dairəvi yolunda hərəkətdə olduğu zaman manevr qaydasını pozaraq sağında hərəkətdə olan iddiaçıya məxsus “Kia Qptim a” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirləndirilərək cərimə olunmuşdur. İşin mübahisəli halı vurulan zərərin məbləğidir. İddiaçı ona məxsus avtomobilin təmir olunması üçün 13681 manat məbləğində vəsait tələb olunduğuna istinad edərək həmin məbləğdən sığorta şirkəti tərəfindən ödənlmiş məbləğin çıxılmaqla qalan məbləğin cavabdehlərdən tutulmasını tələb edir. İddiaçının təqdim etdiyi “Anar-99” firmasının xx.xx.2017-ci il tarixli qüsur aktı ilə yolnəqliyyat hadisəsi zamanı zədələnmiş “Kia Optima” markalı **-RO-*** dövlət nömrə nişanlı avtomobilin təmir olunması üçün tələb olunan məbləğ 13681 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məh kəməsi qeyd edilən qüsur aktı əsasında aparılmış xx xxxxxx 2017-ci il tarixli ekspert rəyinə istinad edərək iddiaçının əmlakına vurulan zərərin məbləğinin 13.466 manat təşkil etməsi və həmin məbləğdən sığorta şirkəti tərəfindən ödənilən 4.170 manat məbləğində pul çıxıldıqdan sonra qalan 9.295 manat məbləğində pulun Cavabdeh3 alınaraq iddiaçıya verilməsi barədə nəticəyə gəlmişdir. Həmin qətnamə apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında kassasiya instansiya məhkəməsi tərəfindən ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Kassasiya instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, apellyasiya məhkəməsinin istinad etdiyi ekspert rəyi “Anar-99” firması tərəfi ndən tərtib edilmiş qüsur aktı ilə eynilik təşkil etməklə, qüsur aktında göstərilmiş qiymətlər olduğu kimi rəyə köçürülmüşdür. İş materiallarından görünür ki,“Kia Optima”markalı avtomobil 2010-cu il buraxılışı olmaqla uzun müddət istifadə edilmişdir. Həmin qərarda göstərilmişdir ki, işin yeni apellyasiya baxışı zamanı qərarda göstərilənlərə əməl edilməklə sübutlara obyektiv qiymət verilməli, iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etməklə “Kia Optima” markalı avtomaşın ekspertə təqdim edilməli, avtomaşının orta bazar qiyməti, avtonəqliyyat hadisəsi ilə bağlı dəyişdirilməli olan hissələrin qiyməti müəyyən edilməli, əldə edilmiş nəticədən asılı olaraq qanuni və əsaslı qətnamə qəbul edilməlidir. İşə yenidən baxan apellyasiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı il ə iddiaçının mülkiyyətində olan avtomobilə vurulmuş ziyanın müəyyən edilməsi məqsədi ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən, 2010-cu il buraxılışlı “Kia Optima” markalı avtomobilin hazırkı orta bazar qiyməti 19.000 manat müəyyən olunmuşdur. Nəzəri hesablama yolu ilə iş materiallarında olan “Anar-99” firmasının xx.xx.2017-ci il və “xxxx” MMC-nin xx.xx.2017-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən, 2010-cu il buraxılışlı “Kia Optima” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 13676 manat təşkil edir. 2010-cu il buraxılışlı “Kia Optima” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı av tomobilin təmir-bərpa xərci köhnəlmə faizi tətbiq edilməklə təxminən 10842 manat təşkil edir. İşə yenidən baxan apellyasiya məhkəməsi hesab etmişdir ki, 2010-cu il buraxılışlı “Kia Optima” markalı avtomobilə vurulmuş zərər nəticəsində dəyişdirilməli olan ehtiyyat hissələri yenisi ilə əvəz edildiyindən həmin ehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilə bilməz. Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Cavabdeh3 idarə etdiyi “Hyundai Sonata” markalı, 90BO-080 dövlət nömrə nişanlı avtomaşının yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus “Kia Optima” markalı 10-RO- 013 dövlət nömrə nişanlı avtomobillə toqquşaraq ona maddi ziyan yetirməsi, ekspert rəyi ilə dəymiş ziyanın məbləğinin 13676 manat müəyyən edilməsi, dəymiş ziyanın 4170 manatının avtonəqliyyat vasitəsi sahiblərlərinin mül ki icbari sığorta müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən iddiaçıya ödənilməsi sübuta yetirilmişdir. Ona görə də, iddia tələbi dəymiş ziyanın ödənilməsi hissəsində qismən təmin edilərək ekspert rəyi ilə müəyyən edilmiş 13.676 manat məbləğindən ödənilmiş 4170 manat məbləği çıxıldıqdan sonra qalan 9505 manat Cavabdeh3 İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən vurulmuş zərərin məbləği düzgün müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsi ilə kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi əsasları müəyyən edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçıya məxsus avtomobilə Cavabdeh3 təqsirli hərəkəti nəticəsində zərər vurulması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının Mülki Məc əlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələblərinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya z ərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının avtomobilinə zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdikdən sonra sığorta şirkəti tərəfindən alınmış xx xxxx 2017-ci il tarixli qiymətləndirmə aktında göstərilmişdir ki, avtomobilin ehtiyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 10.925 manat təşkil edir. Eyni zama nda, həmin tarixli sığorta aktından görünür ki, sığorta şirkəti tərəfindən iddiaçıya 4170 manat vəsait ödənilmişdir. İddiaçının etibarnamə əsasında nümayəndəsi Zahid Bağırov həmin aktı imzalayaraq qiymətlə razı olduğunu və etirazı olmadığını qeyd etmişdir. Bununla bərabər, xx xxxx 2019-cu il tarixli təkrar ekspert rəyinə əsasən, iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci avtomobilin buraxılış ili nəzərə alınmaqla köhnəlmə faizi tətbiq edilməklə, təxminən 10842 manat təşkil edir. Beləliklə, təkrar ekspert rəyi ilə avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər iddiaçının nümayəndəsinin razılaşdığı xx xxxx 2017-ci tarixli qiymətləndirmə aktında göstərilən məbləğə uyğun olmuşdur. Bu halda hazırkı tələb üzrə maddi zərər (10842-4170) 6672 manat təşkil edir. Lakin apellyasiya məhkəməsi işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməməklə, zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı iş üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehdən 9505 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində dəyişdirilməli, cavabdehdən 6.672 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, qətnamə qalan hissədə də yişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh3 9505 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində dəyişdirilsin, Cavabdeh3 6.672 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-367/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-367/2020
16.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver