Məhkəmə qərarları › İş №2(102)-3670/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3670/2020

14.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3670/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı İB-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi, sübutların qiymətləndirilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xnömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İB ilə Cavabde h arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, XocaHəsən kəndində yerləşən istehlakçı Cavabdeh yaşadığı fərdi yaşayış evində istifadə olunan qaz xəttinə qaz sayğacı quraşdırılmışdır. 2017-ci ilin noyabr ayından 2019-cu ilin avqust ayınadək olan müddətdə müxtəlif tarixlərdə İddiaçı İB-nin əməkdaşları tərəfindən həmin qaz sayğacına texniki baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmasına dair bir neçə dəfə akt tərtib edilmiş, fotoşəkillər çəkilməklə akta əlavə edilmişdir. Həmin aktlar əsasında itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması həyata keçirilmiş və məhkəmədə hazırkı iddia qaldırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları

2. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2320,20 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2350,20 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh Müqavilənin 2.3.2 yarımbəndinin (həmin Müqavilə nin və “X4”nın tələblərinə əməl etmək) və X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X4n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 243,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 124 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 99,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 255,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli, ******* say lı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, cəmi 2169 manat İddiaçınə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2169 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan əlavə, cavabdehin əvvəldən 151,20 manat borcu olmuş və karta keçirilmişdir. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 2320,20 manat pul məbləğinin könüllü ödənilm əsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyi bildirilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Hətəmzadə) xx xxxxxxx 2019-cu il tarixli, 2(001)-7470/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə görə ******* saylı, xx xxxxxx 2017-ci il tarixli akt əsasında hesablanmış 243,20 manat və ödənilmiş dövlət rüsumuna görə 3,10 manat, cəmi 246,30 manat pulun alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfind ən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Cavabdehin qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı ilk dəfə aşkar edilərkən çəkilmiş fotoşəkillər bundan sonra tərtib edilmiş aktlara da əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən, habelə məhkəmədə iddia qaldırılmadan davamlı olaraq ye ni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

7. Apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-A.Hüseynov (sərlik edən və məruzəçi), V.Sadıqov və A.İmanov) xx xxxxxx 2020-ci il tarixli, X0 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışd ır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

10. Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız xx.xx.2017-ci il tarixli akt əsasında hesablanmış məbləği təmin etmişdir. Məhkəmə qətnaməsində aktların tərtib edilməsində cavabdehin və hal şahidlərinin iştirakının olmadığı əsas götürmüşdür. Halbuki, istehlakçı ilə təchizatçı arasında münasibətləri tənzimləyən “X4”nda və X5 Qanunda akt tərtib edərkən hal şahidlərinin iştirakı nəzərdə tutulmamışdır. Həmçinin tərtib olunmuş aktlarda cavabdeh tərəfindən aktları imzalamaqdan imtina etməsi barəd ə müvafiq qeydlər aparılmışdır. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, xx.xx.2017-ci il tarixli aktda da hal şahidlərinin iştirakı olmamış və cavabdeh akta imza etməkdən imtina etmişdir. Həmçinin məhkəmə iddiaçı tərəfdən aktlar yazıldığı tarixlərdə təbii qazdan istifadəyə görə nə qədər pul ödənildiyini, ümumiyyətlə pul ödəyib- ödəmədiyini araşdırmamış, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərə qaz xəttinin üzərində qanunsuz istifadə əlamətlərinin olubolmaması barədə ekspertiza təyin etməmişdir. Məhkəmə yalnız iddiaçının fıkilrlərini əsas götürərək iddia tələbini təmin etmişdir. Birinci və apelyasiya instansiyası məhkəmələri işi hərtərəfli araşdırsaydılar onda məlum olardı ki, aktların yazıldığı 20172019-ci il tarixlərdə cavabdeh tərəfindən 1 manat da olsun ödəniş həyata keçirməmi şdir.

13. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Maddə 597.1. Alıcı əşyanı al ğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

18. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

20. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən s übutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

21. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən ape lyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

27. İddiaçı xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, *** **** saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı “Təbii X4nın pozulması haqqında” aktlarından görünür ki, istehlakçı Qasımov Seyidbabaya məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar, qeyri-qanuni istifadə olunması aşkar olunm uş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir.

28. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, xx.xx.2018-ci il tarixli, ******* saylı “Təbii X4nın pozulması haqqında” akt istisna olmaqla, digər aktlar əsasında cərimə borclarının həqiqətən X tərəfindən kənar xətdən istifadə nəticəsində olması sübuta yetirilmir. Qazpaylayıcı tərəfindən X1 kənar qazdan qeyri-qanuni istifadə etməsi ilə əlaqədar qanunsuz xəttin dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsinin dayandırması və bundan sonra abonent tərəfindən yenidən qanunsuz qoşulma halı müəyyən edilməmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təstiq edilmiş «X4»nın tələbinə görə qazpaylayıcı hər bir akta görə tələb olunan qaydalara ə məl etmək vəzifəsi daşıdığı halda bunu etməmişdir.

29. Beləliklə, apelyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh təbii qazdan kənar qoşulma ilə qanunsuz istifadə etməsinə dair xx.xx.2018-ci il tarixli aktdan başqa digər aktları etiraf etməmiş, habelə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırma tədbirlərini görməmişdir.

30. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual normaları düzgün tətbiq etməmişdir.

31. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «X4»nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətt i dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

32. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli qazın alqı-satqısı müqaviləsinin 2.3.4-cü bəndinə görə, istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir.

33. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən, istehlakçı bu müqavilənin və «X4»nın tələblərinə əməl etməlidir.

34. Tərəflər arasındakı münasibətləri tənzimləyən bu normalardan görünür ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı qadağan edilməklə hüquqi məsuliyyət yaradır. İstehlakçı da «X4»nın və müqavilə şərtlərinin pozulmasına görə P aylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. İstehlakçının təbii qaz xəttinə kənar (qanunsuz) qoşulması təsbit edildiyi halda qazın verilməsini dayandırmaq tədbiri ona tətbiq edilən təsir vasitələrindən biri olub, qazdan qanunsuz istifadənin davam etdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Paylayıcının əməkdaşları tərəfindən bu tədbirin görülməsinə baxmayaraq istehlahçı tərəfindən yenidən qaz xəttinə qanunsuz qoşulması imkanı istisna deyil. Odur ki, Paylayıcının qazın verilməsini dayandırmaq tədbirini görməməsi, yaxud gördüyü halda istehlakçının bir daha qaz xəttinə qanunsuz qoşulması və bu faktın yenidən aşkarlanması abonentin əvvəlki kənar qoşulmalara görə məsuliyyətini aradan qaldırmır. Başqa sözlə, yalnız dayandırma tədbirinin tətbiq edilməməsinə və cavabdehin izahatına əsaslan maqla iş üzrə nəticəyə gəlinməsi qanuni və əsaslı sayıla bilməz.

35. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, istehlakçının qaz xəttinə qanunsuz qoşulmasına görə hesablanmış zərərin əvəzinin ödənilməsi tələbinə baxılarkən belə qoşulmanın təsdiq edilməsinə dair iddiaçının təqdim etdiyi sübutlar qanunvericiliyə uyğun qaydada araşdırılmalıdır.

36. Belə ki, Paylayıcının kənar qoşulmaya dair tərtib etdiyi aktaların həqiqəti əks etdirməsi baxımından mötəbərliliyi aydınlaşdırılmalı, onların qanunvericiliyə uyğun qaydada tərtib edilməsi baxımından mümkünlüyünə qiymət verilməli, sənədləşdirilən hadisəni fiksə etməsi baxımından aidedilənliyi yoxlanılmalıdır.

37. Bununla yanaşı işdəki digər dəlillər (foto, video, izahat, qanunsuz qoşulma iddia olunan dövrdə abonentin ümumiyyətlə qaz sərfiyyatın a görə pul ödəyib-ödəməməsi, həmin məbləğin əvvəlki ilin eyni dövrünün göstəricililərindən əhəmiyyətli dərəcədə fərqlənib-fərqlənməməsinə dair məlumatlar, zəruri olduqda ekspertiza rəyi və s.) birlikdə qiymətləndirilməklə (MPM, maddə 88), kənar qoşulma halının təsdiq edilməsi üçün sübutların kifayət edib-etməməsi qənaətinə gəlinməklə mübahisə həll edilməlidir.

38. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən hazırkı iş üzrə qətnamə bu qaydalara əməl edilmədən çıxarılmışdır. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

39. Göstərilənlərə əsasən və MPM-nin 417-419- cu və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İB-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xnömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar