Məhkəmə qərarları › İş №2(102)-3671/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3671/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3671/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh X oğluna və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müddətin bitməsinə görə zaminliyə xitam verilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı BOKT İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkə mənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 158/01 G №, 15.02.2013-cü il tarixli kredit razılaşmasına əsasən, "xxxx" ASC-nin Nizami filialı tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 19 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15.385 manat məbləğində kredit verilmişdir.

2. Cavabdeh1 158G №, 15.02.2013-cü tarixli ipoteka müqaviləsinə əsasən, “CREAT Wall WİNGLE5” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir. İpoteka daşınar əşyaların rəsmi reyestrində qeydiyyata alınmışdır.

3. Borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verilməsi məqsədilə bankla Əliyev Rauf Mürsəl oğlu 15.02.2013-cü il tarixdə 158 G № zamin lik müqaviləsi bağlanmışdır.

4. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. “X1 Edilməsi Agentliyi” MMC, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehlərə xəbərdarlıq etmişdir.

5. Cavabdeh1 06.02.2018-ci il tarixdə ölmüşdür.

6. Bank 20.02.2020-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15.02.2013-cü il tarixli, №-li 158/01 G saylı kredit müqaviləsinə əsasən əsas borc 14343,12 manat, faiz borcu 8576,76 manat olmaqla, ümumilikdə 22919,8 8 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulub Aqrarkredit QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan 2012-ci il buraxılışlı, “CREAT WALL WİNGLE-5” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması, satışdan əldə olunun vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əskik qalan borcu məbləğinin cavabdehlərdən tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-4) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər yazılı və şifahi qaydad a xəbərdar edilmələrinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişlər. Ona görə də tələbdə göstərilən borc onlardan tutulmalı və ipoteka predmetlərinə yönəldilməlidir.

9. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) 20 may 2020-ci il tarixli, X nömrəli qərardadı ilə iddia tələbinin Cavabdeh1 aid hissəsində iş üzrə icraata xitam verilmişdir.

10. Cavabdeh2 birinci instansiya məhkəməsinin icraatı zamanı iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.

11. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) 20 may 2020-ci il tarixli, Xnömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

12. Məhkəmə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, borc verən "xxxx" ASC-nin Nizami filialı ilə zamin Əliyev Rauf Mürsəl oğlu arasında 15.02.2013-cü il tarixdə bağl anmış zaminlik müqaviləsində zaminliyin müddəti göstərilməmişdir. Zaminlik müqaviləsinin 13.2-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilə, borclu kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faizləri, vurulmuş zərərin əvəzini, dəbbə pulunu və sair ziyanları kreditora ödəyənədək qüvvədədir. Lakin belə məzmunda şərt müddət” anlayışına uyğun deyil, zaminliyin müddəti kimi qəbul edilə bilməz. Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Beləliklə, 15.02.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı 15.02.2017-cı il tarixdə başa çatmış, lakin bu tarixdən sonra bir il ərzində kreditor zaminə qarşı iddia ir əli sürməmişdir. Hazırkı iddia ərizəsi zaminliyə xitam verildikdən sonra 20.02.2020-ci il tarixdə məhkəməyə verilmişdir. Zaminliyə xitam verildiyindən cavabdeh (zamin) X oğlu iddiaçının qarşısında məsuliyyət daşımır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) 11 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 20 may 2020-ci il tаrixli, X saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatla rı a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı QSC kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları araşdırılmadan 15.02.2013-cü il tarixli, 158/01G nömrəli kredit müqaviləsi üzrə əsas borcu 14.343,12 manat, faiz borcu 8576,76 manat olmaqla, ümumilikdə 22.919,88 manat kredit borcu nəzərə almamış və işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, eləcə də, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir ki, nəticədə Azərbaycan Respublikası MPM-nin 8.2, 9.1, 88, 385.1.1 və 385.1.2-ci maddələrinin tələbləri pozulmuşdur. b) Kass asiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 477.0.4. Zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zamin liyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

21. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının M ülki Prosessual Məcəlləsi:

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəm ələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu nəticə yə gəlmişlər ki, tərəflər arasında 15.02.2013-cü il tarixdə bağlanmış zaminlik müqaviləsində zaminliyin müddəti göstərilməmişdir. Zaminlik müqaviləsinin 13.2-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilə, borclu kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faizləri, vurulmuş zərərin əvəzini, dəbbə pulunu və sair ziyanları kreditora ödəyənədək qüvvədədir. Lakin belə məzmunda şərt müddət” anlayışına uyğun deyil, zaminliyin müddəti kimi qəbul edilə bilməz. Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Beləliklə, 15.02.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı 15.02.2017-cı il tarixdə başa çatmış, lakin b u tarixdən sonra bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Hazırkı iddia ərizəsi zaminliyə xitam verildikdən sonra 20.02.2020-ci il tarixdə məhkəməyə verilmişdir. Zaminliyə xitam verildiyindən cavabdeh (zamin) Cavabdeh2 iddiaçının qarşısında məsuliyyət daşımır.

28. Apellyasiya kollegiyası iddiaçının dəlilləri ilə bağlı qeyd etmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı 15.02.2017-cı il tarixdə başa çatmış, lakin bu tarixdən sonra bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Hazırkı iddia ərizəsi zaminliyə xitam verildikdən sonra 20.02.2020-ci il tarixdə məhkəməyə verilmişdir. Zaminliyə xitam verildiyindən cavabdeh (zamin) Cavabdeh2 iddiaçının qarşısında məsuliyyət daşımır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsas ən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

29. Kollegiya yuxarıdakı qənaətlə razılaşaraq bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Odur ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

30. Qeyd olunanları nəzərə alaraq Kolle giya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar