Məhkəmə qərarları › İş №2(102)-3674/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3674/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3674/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3674/2023 (Açar sözlər: pul tələbi, sübutetmə yükü) 18 sentyabr 2023-cü il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X17 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)534/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən ve rilmiş kassasiya şikayətinə 18 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Quba Rayon Məhkəməsinin 2(027)-184/2018 nömrəli, 29 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması, istifadə hüququ tanınmaqla mənzilə köçürülmə tələbinə dair iddiası qismən təmin edilmiş, X6 Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,12 hektar torpaq sahəsi və onun üzərində yerləşən 4 otaqlı ümumi sahəsi 184,2 kvadrat metr olan fərdi yaşayış evinə istifadə hüququnun tanınması və X6 həmin evə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və İddiaçı iddiasının təmin edilməsi, Cav abdeh1 ilə Cavabdeh2 arasında Quba rayon Notariat Kontorunda bağlanmış 12 oktyabr 2011-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin və onun əsasında Quba rayonu İ Nügədi kəndində yerləşən 0,12 hektar torpaq sahəsi və onun üzərində yerləşən 4 otaqlı ümumi sahəsi 184,2 kvadrat metr olan fərdi yaşayış evinə dair Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir.

2. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-4434/2018 nömrəli, 07 dekabr 2018-ci il tarixli qətnaməsi ilə eyni faktlar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının olması əsas gətirilərək apell yasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 2(027)-184/2018 nömrəli, 29 may 2018-ci il tarixli qətnaməsinin ləğv olunması qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3287/2019 nömrəli, 13 may 2019-cu il tarixli qərarı ilə əvvəlki mülki iş üzrə qərarların hazırkı iş üzrə preyudisiyal əhəmiyyət daşımadığı, mülki işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi əsas gətirilərək Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (105)-4434/2018 nömrəli, 07 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3093/2019 nömrəli, 06 avqust 2019-cu il tarixli qətnaməsi i lə Quba Rayon Məhkəməsinin 2(027)184/2018 nömrəli, 29 may 2018-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-21/2020 nömrəli, 07 yanvar 2020-ci il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3093/2019 nömrəli, 06 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X6 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Quba rayon Notariat Kontoruna qarşı iddiası alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması hissəsində rədd edilmiş, mübahisə predmetinə müstəqil tələb irəli sürən üçüncü şəxslər X9 və İddiaçı Məhəmmədrəhim qızının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Quba rayon Notariat Kontoruna qarşı alqısatqı müqavi ləsinin və çıxarışın etibarsız hesab olunması tələbinə dair iddiasının rədd edilməsi, qalan hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

6. Quba Rayon Məhkəməsinin 2(027)-359/2014 nömrəli, 17 iyul 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 cavabdehlər X9 və qeyrilərinə qarşı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi və evdən çıxarılma tələbi təmin edilmiş, X5 və X6 cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı Quba rayon Notariusunda Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2011-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin ləğv olunması, AR ƏMDKY DƏDRX-nin Xaçmaz Ərazi idarəsi tərəfindən xx.xx.2011-ci ildə Cavabdeh2 verilmiş çıxarışın ləğv olunması cavabdehlər Cavabdeh2, Cavabdeh1, Quba rayon X16 barəsində cinayət işin in başlanması üçün xüsusi qərardad çıxarılmasına dair iddialarının əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

7. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1015)-580/2015 nömrəli 04 noyabr 2015-ci il tarixli qətnaməsi ilə Quba rayon Məhkəməsinin 2(027)559/2014 nömrəli, 17 iyun 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2314/2016 nömrəli, 30 iyun 2016-cı il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-580/2015 nömrəli, 04 noyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Zəngilan Rayon Məh kəməsinə müraciət edərək, cavabdehlərdən 300.000 (üç yüz min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi işin yuxarıdaki hallarına uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, mülki işin faktiki hallarına qiymət verən Quba Rayon Məhkəməsi 29 may 2018-ci il tarixli qətnamə ilə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 3-cü şəxs X4 aldığı etibarnamə əsasında ona məxsus Quba rayonu, İ Nügədi kəndində 0,12 hektar torpaq sahəsində yerləşən 82 kvadrat metr yaşayış 110,60 kvadrat metr yardımçı sahələr olmaqla 192,60 kvadrat metr ümumi sahədən, bir mərtəbədən və 4 otaqdan ibarət fərdi yaşayış evini 12 oktyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında rəsmi nikahda olduğu həyat yoldaşı Cavabdeh2 75.000 manata satmışdır. Hə min alqı-satqı müqaviləsinin bağlanması ilə cavabdeh X10 qeyd olunan daşınmaz əmlakın 1/2 hissəsini əldə etmişdir. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Satışdan əldə edilmiş pul vəsaiti mülkiyyətçiyə, onun ailə üzvlərinə ödənilməmişdir. Cavabdeh1 həmin daşınmaz əmlakı 300.000 manata satacağına vəd vermiş, lakin onu dəyərindən dəfələrlə ucuz qiymətə sənədləşdirmişdir. Yəni, Quba rayon notariusu X13 tərəfindən 12 oktyabr 2011-ci il tarixdə 4ə/01-255 reyestrlə təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi aldatma yolu ilə bağlanmışdır. Bu qətnamədən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin həmin mülki iş üzrə 07 dekabr 2018-ci il tarixl i qətnaməsi ilə eyni faktlar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının olması əsas gətirilərək apelyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli qətnaməsinin ləğv olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 may 2019-cu il tarixli qərarı ilə əvvəlki mülki iş üzrə qərarların hazırkı iş üzrə preyudisiyal əhəmiyyət daşımadığı, mülki işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi əsas gətirilərək Sumqayıt Apelyasiya Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qətnaməsini ləğv etmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərmişdir. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməd ən saxlanılmışdır. Cavabdehlər həmin qətnamədən kassasiya vermişlər. Ali Məhkəmənin 07 yanvar 2020-ci il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə apellyasiya instansiya məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı X6 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Quba rayon Notariat Kontoruna qarşı iddiasının alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması hissəsində rədd edilməsi, qalan hissədə işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması, mübahisə predmetinə müstəqil tələb irəli sürən üçüncü şəxslər X9 və İddiaçı Məhəmmədrəhim qızının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Quba rayon Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması tələbinə dai r iddiasının rədd edilməsi qərara alınmışdır. Ali Məhkəmənin iş üzrə qərarı onunla əsaslandırılmışdır ki, müstəqil tələb irəli sürən üçüncü şəxslər X9, İddiaçı mübahisəli əmlaka dair subyektiv hüquqları mövcud olsa da, onlar tərəfindən Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür. İşin mübahisə olunmayan hallarından göründüyü kimi mübahisə edilən əqd 2011-ci ildə bağlanmış və icra olunmuşdur. Yəni, müqavilənin icrasının üzərindən 6 ilə yaxın müddət keçmişdir. Belə olan halda, müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən qeyd olunan tələb üzrə məhkəməyə müraciət etmə müddəti ötürülmüşdür. 12 oktyabr 2011-ci il tarixdə 42/01-225 reyestrlə təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhər notariusu H.Qurbanov tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 7E/1596 saylı etibarnaməyə əsasən X5 adından çıxış edən Ramilə X1 adından mülkiyyətçisi olduğu Quba rayonu, İ Nügədi kəndində 0,12 hektar xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 82 kvadrat metr yaşayış, 102,2 kvadrat metr yardımçı sahələr olmaqla, 184,2 kvadrat metr ümumi sahədən, bir mərtəbədən və 4 otaqdan ibarət fərdi yaşayış evini 75.000 manata Cavabdeh2na satmışdır. İşin əsli ondan ibarətdir ki, həmin daşınmaz əmlakın alqı-satqısı formal həyata keçirilmiş, əmlakın mülkiyyətçisi X2 Məmmədova tərəfindən aldadılaraq nə ona, nə də ailə üzvlərinə sonuncu tərəfindən heç bir ödəniş edilməmişdir. X2 Məmmədova tərəfindən aldadılaraq onun dələduzluq yolu ilə əldə etdiyi borclara cavabdehliyi üzərinə götürməyə dəfələrlə təşəbbüs göstərmiş, n əticə əldə edilmədiyinə görə onun qohumları tərəfindən borcun etirafı müqaviləsini imza etməyə və ona etibarnamə verməyə məcbur edilmişdir. Quba Rayon Məhkəməsində baxılmış 2(027)-359/2014 nömrəli mülki iş üzrə 01 may 2014-cü il tarixli məhkəmə iclas protokolunda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh2 izahatına bildirmişdir ki, “X9 qızı Aytən üçün Masazır ərazisində ev almaqdan ötrü təcili 25.000 manat verilməsini xahiş etmişdir. Daha sonra Tofiq Ağabalayev evinin diskə çəkilmiş video görüntülərini və evin qeydiyyat sənədlərini də gətirib vermiş və həmin vaxtı X7 əlavə olaraq 46.000 manat vermişlər. Nümayəndənin “iddianı uzun müddət ərzində niyə verməmisiniz?” sualına Tofiq Ağabalayev bildirmişdir ki, ondan möhlət istədiyinə görə iddia verməmişdir, həm də Tofiq deyirdi k i, evi ucuz satıb, evin qiyməti 150.000 manatdır. Evə görə Tofıqə ailə üzvlərinin yanında 25.000 manat vermişlər. Sonra 10.000 manat, etibarnamədən sonra da 36.000 manat vermişlər. Bütün pulları evində vermişlər. Yenə həmin protokolda Cavabdeh1 izahatında bildirmişdir: “25.000 manat Tofiqin özünə vermişdir, sonra 10.000 və 36.000 manat vermişlər. 75.000 manat bank vasitəsilə verilmişdir”. Qeyd edilən məbləğin ödənilməməsi həmin izahatlarla təsdiq olunur. Etibarnamə 02 avqust 2011-ci il tarixdə verilmişdir. Borcun etirafı müqaviləsində X5 25 iyul 2011-ci il tarixdə Cavabdeh1 71.000 manat məbləğində borc pul aldığı və həmin pulu 07 oktyabr 2011-ci il tarixədək qaytarmağı öhdəsinə götürməsi qeyd olunmuşdur. Buna görə də, Cavabdeh2, Cavabdeh1 izahatında pulun ödənilməsi barəsində göstərdikləri həqiqətə uyğun deyil. Bundan əlavə, Cavabdeh2 izahatında daşınmaz əmlakın alqı-satqı müqaviləsində qeyd edilən evin qiymətinin həqiqətə uyğun olmadığını etiraf etmişdir. Fərdi yaşayış evini görmədən, onun yüklü olub-olmamasını öyrənmədən qabaqcadan 71.000 manat məbləğdə pulun ödəməsi ağlabatan deyildir. 2(027)-184/2018 nömrəli mülki işə əlavə edilmiş 12 oktyabr 2011-ci il tarixli 36 nömrəli qəbzlə 75.000 manat pul "xxxx" ASCnin Quba filialına köçürülmüş və həmin məbləğ məhz Cavabdeh1 tərəfindən qəbzə imza olunaraq çıxarılmışdır. Quba Rayon Məhkəməsinin 2(027)-359/2014 nömrəli mülki iş üzrə məhkəmə iclasında Cavabdeh1 izahatında “75.000 manat banka salıb-çıxardığı”nı bildirir. Həmin alqı-satqı müqaviləsi fərdi yaşayış evinin Cavabdeh2 adına rəsmiləşdirilməsi üçün bağlanmışdır. Bununla da o nlar etibardan istifadə etməklə, aldatmaqla başqasının 300.000 manat dəyərində olan əmlakını ələ keçirmişlər. Yəni, alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyən edilmiş şərtlər pozulmuş, müqavilə hədə təsiri altında bağlanmışdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs X9 əmlakı əvəzsiz olaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-359/2014 nömrəli, 17 iyul 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 cavabdehlər X9 və qeyrilərinə qarşı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi və evdən çıxarılma tələbinin təmin edilməsi, X5 və X6 cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı Quba rayon Notariusunda Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2011-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin ləğv olunması, DƏDRX-nin Xaçmaz Ərazi idarəsi tərəfin dən xx.xx.2011-ci ildə Cavabdeh2 verilmiş çıxarışın ləğv olunması cavabdehlər Cavabdeh2, Cavabdeh1, Quba rayon X16 barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılmasına dair iddialarının əsassız olduğundan rədd edilməsi qət olunmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-580/2015 nömrəli, 04 noyabr 2015-ci il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 2(027)-559/2014 nömrəli, 17 iyun 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2314/16 nömrəli, 30 iyun 2016-cı il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-580/2015 nömrəli, 04 noyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər qeyd olunan daşınm az əmlakın satış pulunu indiyədək ödəməmişlər. Cavabdeh1 iddiaçının həyat yoldaşı Tofiq Ağabalayevə iyun ayında 35.000 manat verdiklərini, sonra isə avqust ayında 36.000 manat verdiklərini bildirir, lakin bu halları təstiq edən heç bir əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh1 izahatında qeyd olunan hallar iş materiallarında olan sübutlarla təkzib olunur.

11. Zəngilan Rayon Məhkəməsinin 2(034)-354/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Gülsarə İmanova) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4.000 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçı iddiasında tələb etdiyi 300.000 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 olması barədə tələbini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının Cavabdeh1 71.000 manat məbləğdə borcu olduğundan iddiaçının mərhum əri Tofiq sağlığında borcun etirafı barədə müqaviləyə qol çəkmişdir. Cavabdeh1 ilə Cavabdeh2 arasında mübahisəli evə dair öz aralarında həmin evi 75.000 manat qiymətləndirməklə alqı-satqı müqaviləsi bağlamışlar. Həmin evin alqı-satqısına dair 75.000 manat pulu Cavabdeh1 özü iddiaçının ona 71.000 manat borcu olduğuna görə bankdan çıxararaq götürmüşdür. Lakin cavabdeh 75.000 manatdan 4.000 manatın iddiaçının mərhum əri Tofiqə verməsini bildirsə də, bu barədə hər hansı sübut məhkə məyə təqdim edə bilməmişdir.

13. Məhkəmə eyni zamanda Cavabdeh1 iş üzrə iddia müddətinin tətbiq edilməsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında mübahisəli evlə bağlı məhkəmə mübahisələri qanunvericiliklə müəyyənləşdirilmiş qaydada iddia irəli sürülərək uzun müddətlər davam etmişdir və iddia müddəti kəsildiyindən iddiaçı iddia müddətini ötürməmişdir.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 88, 106.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən iddiaçı və cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

16. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməs i barədə yeni qətnamə qəbul olunması xahiş etmişdir.

17. İddiaçı apellyasiya şikayətin iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan ayrı-ayrılıqda iki iddia üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə aktlarında mübahisəli fərdi yaşayış evinə dair satış məbləğinin iddiaçıya və onun ailə üzvlərinə ödənilməsi müəyyən edilməmişdir. İş materiallları əlaqəli şəkildə təhlil edildikdə cavabdehlərin izahatlarının bir-birini təkzib etməsi müəyyən edilir. İşin real tərəfi ondan ibarətdir ki, mübahisəli fərdi yaşayış evinə dair tərəflər arasında alqı-satqı müqaviləsi formal bağlanmış, onun mərhum əri Cavabdeh1 tərəfindən məqsədli şəkildə aldadılmış, ona borcun etirafı müqaviləsi imzaladılmış, həmçinin etibarnamə əldə edilmiş və son mərhələdə əmlak sonuncunun həyat yoldaşının adına rəsmiləşdirilmişdir. Məhkəmə işin bu hallarını lazımi qaydada araşdırmamış, iddia tələbini yalnız cavabdehin izahatına istinadla 4.000 manat məbləğdə təmin etmişdir ki, məhkəmənin bu mövqeyini qəbul etmir. O, mübahisəli fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsindən uzun müddət məlumatsız olmuşdur. O, mərhum ərinin dediyinə əsasən elə hesab edirdi ki, qeyd olunan əmlak Cavabdeh1 vasitəsi ilə 300.000 manat məbləğində satılacaqdır. Lakin sonradan məlum olmuşdur ki, həmin əmlak qeyd olunan məbləğdən təxminən 4 dəfə aşağı məbləğə Cavabdeh1 tərəfindən əri Cavabdeh2 satılmışdır. Həmin məbləğin isə 71.000 manatı X15in “borcuna” görə çıxılmışdır. Beləliklə, mübahisəli fərdi yaşayış evinin dəyəri cavabdehlər tərəfindən ödənilmədən, habelə alda dılma yolu ilə sonuncular tərəfindən əldə edilmişdir. Məhkəmə isə bu hallara düzgün hüquqi qiymət verməmiş, əsassız qətnamə qəbul etmişdir.

18. Cavabdehlər apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia tələbinin təmin edilən hissəsində mövqeyi əsassızdır. Belə ki, məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, “iddiaçının Cavabdeh1 71.000 manat məbləğdə borcu olduğundan iddiaçının mərhum əri Tofiq sağlığında borcun etirafı barədə müqaviləyə qol çəkmişdir. Cavabdeh1 ilə Cavabdeh2 arasında mübahisəli evə dair öz aralarında həmin evi 75.000 manat qiymətləndirməklə alqı-satq ı müqaviləsi bağlamışlar. Həmin evin alqı-satqısına dair 75.000 manat pulu Cavabdeh1 özü iddiaçının ona 71.000 manat borcu olduğuna görə bankdan çıxararaq götürmüşdür. Lakin cavabdeh 75.000 manatdan 4.000 manatın iddiaçının mərhum əri Tofiqə verməsini bildirsə də, bu barədə hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir”. Bu səbəbdən də, məhkəmə həmin məbləğin iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən bu hissədə araşdırma düzgün aparılmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Belə ki, iş materiallarından məlum olduğu kimi hazırkı mübahisə predmetini təşkil edən fərdi yaşayış evinə dair tərəflər arasında eyni əsaslarla oxşar iddialar üzrə məhkəmə mübahisələri mövcud olmuşdur. Qanuni qüvvəsini almış məhkəmə aktları əsasında mübahisəl i əmlaka dair alqı-satqı müqaviləsinin qanuni əsaslarla bağlanılması təsdiq olunmuşdur. Sözügedən fərdi yaşayış evi hazırda Cavabdeh2 mülkiyyətindədir. Alqı-satqı müqaviləsi tam qanuni əsaslarla bağlanmış, müqavilə bağlanılmazdan bir gün əvvəl iddiaçının və qızlarının notarial qaydada razılıq ərizələri alınmışdır. Başqa sözlə, alqı-satqı müqaviləsinin mülki qanunvericiliyin bütün tələblərinə riayət edilməklə bağlanılması digər mübahisələr üzrə qəbul edilmiş məhkəmə aktlarında öz təstiqini tapmışdır. Lakin Zəngilan Rayon Məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi qətnaməsində Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin tələblərini pozmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlara hazırkı iş üzrə məhkəmə araşdırması zamanı yenidən qiymət vermişdir. Bütün hallarda məhk əmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir.

20. Apellyasiya instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və cavabdehlərin apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassızdır. İşə baxan məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə öz mövqeyinin hüquqi əsası kimi iş materiallarında olan tərəflər arasında bağlanılmış borcun etirafı müqaviləsinə, habelə tərəflər arasında mövcud məhkəmə mübahisələri üzrə qəbul edilmiş məhkəmə aktlarına istinad etmiş, həmin aktları preyedusial əhəmiyyətli aktlar hesab etmiş və nəticədə hazırkı iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir. Son nəticədə, mübahisəli m ənzilin alqı-satqı dəyərinin borcun etirafı müqaviləsindəki məbləğlə əvəzləşdirilməsi halını qəbul etmiş və qalan məbləğin, yəni 4.000 manatın cavabdehlərdən müştərək qaydada tutulması qənaətinə gəlmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, mübahisəli evin dəyərinin necə müəyyən olunduğu bəlli deyildir. Habelə cavabdehlərin izahatlarından alqı-satqı predmeti olan evə görə hər hansı məbləğin ödənilməsi müəyyən olunmur. Belə ki, cavabdehlər borcun etirafı müqaviləsində qeyd olunan 71.000 manat məbləği iki dəfə 35.000 manat və 36.000 manat olmaqla iki dəfəyə verdiklərini bildirirlər. Lakin iş materialları ilə bu hal təstiq olunmur. Mübahisəli fərdi yaşayış evinə dair iddiaçının mərhum həyat yoldaşı Tofiq Ağabalayev tərəfindən cavabdehə 02 avqus t 2011-ci il tarixdə etibarnamə verilmişdir. Mübahisəli mənzil iddiaçı ilə onun ərinin birgə nikah dövründə əldə etdikləri əmlak olmaqla həmin əmlakda iddiaçının pay hüququ vardır. Lakin cavabdehlər iddiaçının mərhum ərini aldatmış və bütün sənədləşmələr formal şəkildə icra edilmişdir. Lakin işə baxan məhkəmə bu hallara qiymət verməmiş, yalnız daha öncə mövcud olmuş məhkəmə aktlarına istinad etməklə hüquqi əsası olan iddianı rədd etmişdir.

21. Məhkəmə iclasında iştirak etmiş cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə cavabdehlərin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və iddiaçının apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə qismən əsassızdır. Məhkəmənin cavabdehlərdən iddiaçının xeyrinə 4.000 manat məbləğində pulun tutulması barə də mövqeyi əsassız olmaqla qəbuledilməzdir. Belə ki, iş materiallarından məlum olduğu kimi tərəflər arasında hazırkı mübahisə predmeti olan fərdi yaşayış evinə dair məhkəmə mübahisələri mövcud olmuş və qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən mübahisəli fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanması təstiq olunmuşdur. Sözügedən müqavilə və onun əsasında əmlak üzərində Cavabdeh2 mülkiyyət hüququnun qeydə alınmasına dair Çıxarış bu gün də qüvvədədir. İddia tələbi tamamilə əsassız olmaqla, formal mülahizələrdən ibarətdir. Bununla belə, işə baxan məhkəmə heç bir tutarlı sübut olmadan, əsassız şəkildə cavabdehlərdən iddiaçının xeyrinə 4.000 manat məbləğində pulun tutulması qənaətinə gəlmişdir ki, həmin hissədə məhkəmə qətnaməsi ləğv edilməlidir.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-534/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və Səyyad Qafari) iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-354/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli qətnaməsi qismən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4.000 manat məbləğində pulun alınaraq, İddiaçı verilməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi bu hissədə təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.

23. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmetini təşkil edən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,12 hektar torpaq sahəsi və onun üzərində yerləşən 4 otaqlı ümumi sahəsi 184,2 kvadrat metr olan fərdi yaşayış evi İddiaçı mərhum əri Tofiq Ağabalayevə məxsus olmuşdur. xx.xx.2011-ci il tarixdə Tofiq Ağabalayev tərəfindən Cavabdeh1 etibarnamə verilmiş və həmin etibarnamə əsasında ona məxsus olan Quba rayonu İ Nügədi kəndində yerləşən 0,12 hektar torpaq sahəsi və onun üzərində yerləşən 4 otaqlı ümumi sahəsi 184,2 kvadrat metr olan fərdi yaşayış evi notarial qaydada təsdiq olunmuş xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında digər Cavabdeh2 75.000 manata satılmışdır. Hazırda sözügedə n daşınmaz əmlak Cavabdeh2 xüsusi mülkiyyətindədir. Bundan sonra tərəflər arasında çoxsaylı məhkəmə mübahisələri mövcud olmuş, hazırkı iş üzrə iddiaçı və onun ailə üzvləri tərəfindən eyni əsaslarla oxşar iddia tələbləri ilə (mübahisəli fərdi yaşayış evinin alqısatqısına dair müqavilənin etibarsız hesab edilməsi, həmin əmlaka dair cavabdehin adına rəsmiləşdirilmiş Çıxarışın ləğv edilməsi) məhkəməyə müraciət edilmiş, sonda iddia tələbləri təmin edilməmişdir. Sözügedən qətnamələr qanuni qüvvəsini almışdır. Başqa sözlə hazırkı iddia tələbinin əsası kimi istinad edilən xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi, habelə onun əsasında Cavabdeh2 adına rəsmiləşdirilmiş **********41-10301 reyestr, xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış daha öncə eyni əsaslarla məhkəmədə mü bahisələndirilmiş, lakin məhkəmə tərəfindən iddia tələbləri təmin edilməmiş, adı çəkilən sənədlər hazırda da qüvvədədir.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı hazırkı iddia tələbində yuxarıda sadalanan halları, mövcud məhkəmə aktları ilə əlaqəli şəkildə sadalayaraq, iddiasının əsası qismində onun mərhum əri ilə cavabdehlər arasında mübahisəli əmlakın alqı-satqı dəyərinin 300.000 manat məbləğində müəyyən edilməsini qeyd etmişdir ki, iddiaçı tərəfindən bu hissədə hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, işin apellyasiya icraatı zamanı müəyyən edilən hallarından görünür ki, sözügedən alqısatqı müqaviləsində qeyd olunmuş əmlakın dəyəri 75.000 manat alqı-satqı zamanı notariusun depozit hesabı vasitəsilə həyat keçirilmiş, sonda həmin pul məbləği mülkiyyətçin in (Tofiq Ağabalayevin) səlahiyyət verdiyi şəxs tərəfindən götürülmüşdür. Göründüyü kimi sözügedən alqı-satqı müqaviləsi zamanında qanunvericiliyin tələblərinə riayət edilməklə rəsmiləşdirilmiş, iddiaçının mərhum əri də həmin müqaviləni könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu münasibətlər üzrə kimin haqlı, yaxud haqsız olmasını, o cümlədən pulun kimə və hansı məqsədlə verilməsini araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız mübahisəli əmlakın daha artıq qiymətə satılması barədə iddiaçının mülahizəsindən və həmin məbləğin qaytarılması barədədir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçının əri qeyd olunan müqaviləni könüllü bağlamaqla, müqav ilədəki imzanı isə könüllü və öz iradə ifadəsi əsasında imza etməklə müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuş, buna dair həmin vaxt digər şərt irəli sürməmişdir.

27. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 14.2.6, 21, 442, 560.1, 567, 598.1, 600.1, 600.4, 1091.1, 1091.2 və 1092-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

28. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti iddia ərizəsinə və iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq qeyd edilmişdir ki, tərəflərindən Quba Rayon Məhkəməsinin 2(027)-359/2014 nömrəli mülki iş üzrə 01 may, 22 may, 04 iyun, 11 iyun, 17 iyun 2014-cü il tarixli məhkəmə iclası protokolları, borcun etirafı haqqında 01 oktyabr 2011-ci il tarixli müqavilə mülki işinin materiallarına əlavə edilmişdir. Həmin sübutlar məhkəmə tərəfindən araşdırılmamışdır. Halbuki iddiaçıya məxsus əmlak cavabdehlər tərəfindən etibardan sui-istifadə yolu ilə ələ keçirilmişdir. Lakin məhkəmə xüsusi qərardad çıxarmamışdır. İddiaçıya, onun keçmiş həyat yoldaşına və digər ailə üzvlərinə fərdi yaşayış evinin satış pulundan 1 manat da belə ödənilməmişdir. Cavabdeh1 etiraf edir ki, satış pulunu özü ödəmiş, eləcə də həmin pulu bankdan götürmüşdür. Hər iki qəbzə o, imza etmişdir. Fərdi yaşayış evinin pulunu isə, bildirdiyinə görə, qabaqcadan ödəyiblər. Bu barədə borcun etirafı haqqındaa 01 oktyabr 2011-ci il tarixli müqaviləni sübut kimi təqdim edir. Cavabdehlərin bu məzmunda izahatları 12 oktyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ləğv edilməsi, etibarsız hesab edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında qeyd olunub. Məhkəmələr qeyd olunan məzmundakı izahatlar üzrə nəticəyə gəldiklərindən preyudisial əhəmiyyət daşıyır. Tərəflər arasında razılıq olubsa, məhkəmə qətnaməsində qeyd edildiyi kimi hər iki tərəf iradəsini azad surətdə ifadə edibsə, hazırki iş üzrə cavabdehlər iddiaçı və ailə üzvlərinin onlara məxsus fərdi yaşayış evindən çıxarılmaları barədə məhkəməyə iddia ərizəsi ilə niyə müraciət edirdi? X15 ilə Cavabdeh2 arasında alqı-satqı müqavil əsinin bağlanmasına nə mane olurdu? Cavabdeh2 halbuki Cavabdeh1 rəsmi nikahda olan həyat yoldaşıdır. Özlərinin də etiraf etdiyi kimi 2011-ci il oktyabr ayının 11-i, 12-sində Tofiq Ağabalayev satılacaq fərdi yaşayış evində olublar. Cavabdehlər də onlarla birlikdə həmin ünvanda gecələyiblər. Lakin məhkəmələr onun qeyd olunan arqumentlərini nəzərə almamış və gəldikləri nəticəni əsaslandırmamışlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

30. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.

31. Maddə

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

32. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

33. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin on a zidd olmayan müqavilələr də bağlaya bilərlər.

34. Maddə 399.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

35. Maddə 405.2 tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.

36. Maddə 407.2 sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

37. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

38. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

39. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

40. Maddə 567.1. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

41. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

42. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müd dət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

43. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

44. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

45. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma hə mçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

46. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi hall arı sübut etməlidir.

49. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

50. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

51. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzs iz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

57. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ara şdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Kassasiya şikayətinə apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.

63. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırı lma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

64. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılm amasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 66. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. H əmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

68. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkə məsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-534/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar