Məhkəmə qərarları › İş №2(102)-3675/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3675/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3675/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ Açar sözlər: borc müqaviləsi, mövcud borcun etirafı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), X3, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-591/2023 nömrəli, 5 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin faktiki halları

1. Borc alan qismində Cavabdeh (bundan sonra – cavabdeh) ilə borcverən qismində İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli notariat qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 1800 manat məbləğində borc vermiş, cavabdeh borcu xx.xx.2020-ci il tarixədək hər ay 150 manat olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.300 məbləğində borc pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan aldığı 1.800 manat məbləğində puldan ödəniş etməmişdir. Bundan başqa, cavabdeh xx.xx.2018-ci il tarixdə də ondan 9500 manat pul almış, həmin vaxt əmək haqqı kartını ona vermiş və o, kartdan 1000 manata yaxın pul çıxarmışdır. Bu pulu götürərkən cavabdeh ona yazılı qəbz də vermişdir. Həmçinin, cavabdeh ondan satmaq adı ilə 95 kq fındıq almış və həmin fındığın 1 kilosuna görə ona 8 manat pul ödəməli idi. Lakin ümumilikdə 760 manat pulu da verməmişdir. Nəticədə cavabdehin ona ümumilikdə 11060 manat borcu qalmışdır. Bu müddət ərzində dəfələrlə cavabdehdən həmin borcu tələb etmiş, o isə hər dəfə bir bəhanə gətirərək, pulu qaytarmamışdır. Hazırda cavabdehin iddiaçıya olan yekun borcu 10.300 manat təşkil edir.

4. İddiaçı sübut kimi məhkəməyə cavabdehin adından tərtib edilmiş xx.xx.2018-ci il tarixli sadə yazılı formalı iltizam təqdim etmiş, iltizamda onu verən iddiaçıdan xx.xx.2018-ci il də 3 ay ərzində qaytarmaq şərti ilə 9500 manat borc aldığını təsdiq etmişdir.

5. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, mülki işin 3-cü vərəqində olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin arxa tərəfində “Borc alan” qrafasındakı imza ilə mülki işin 7-ci vərəqində X1 adından olan xx.xx.2018-ci il tarixli borc qəbzinin aşağı hissəsində “İmza” sözünün qarşısındakı imza - eyni şəxs tərəfindən icra olunmuşdur. Mülki işin 3-cü vərəqində olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin, arxa tərəfində “Borc alan” qrafasındakı “Cavabdeh” yazıları ilə mülki işin 7-ci vərəqində X1 adından olan xx.xx.2018-ci il tarixli borc qəbzinin sonundakı “Cavabdeh İ.” yazıları müxtəlif şəxs tərəfi ndən icra olunmuşdur.

6. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-2044/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Almaz Süleymanova) iddia təmin edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəf ayrı-ayrı vaxtlarda cavabdehə ümumilikdə 1800 və 9500 manat borc pul verdiyini, cavabdehin 1000 manata yaxın pulu qaytardığını, qalan məbləği qaytarmadığını iddia edir və qeyd olunan məbləğdə borc verildiyini təsdiq edən sübut qismində tərəflər arasında bağlanılmış kredit müqaviləsinə və cavabdeh tərəfindən yazılmaqla imza edilmiş qəbzə istinad edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 76 və 88-ci maddələrinə müvafiq olaraq həmin kredit müqaviləsi və qəbzi, eks pert rəyini sübut növü kimi qəbul etmiş və mülki qanunvericiliyin şərh olunan maddələrində ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 442, 448.1, 739.1, 739.2, 740.1, 882, 882.5-ci maddələri və MPM-in 14.2, 76, 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

10. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıdan xx.xx.2019-cu il tarixli k redit müqaviləsinə əsasən götürdüyü 1800 manat borcu iddiaçıya şəxsən qaytarmışdır. xx.xx.2018-ci il tarixli iltizamı yazmamış və imzalamamışdır, həmin sənəd saxtadır. İddiaçıya hal-hazırda heç bir borcu yoxdur. İddiaçı ona məxsus əmək haqqı kartından 3 il ərzində pul çıxartmışdır. Məhkəmə qeyd olunan hallara düzgün hüquqi qiymət verməmişdir.

11. Cavabdehin vəkili, həmçinin bildirmişdir ki, borcun heç bir müqavilə olmadan, sadə yazılı qəbz əsasında cavabdehə verilməsi inandırıcı hesab olunmur. İş üzrə ekspert rəyi obyektiv deyildir.

12. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, şikayət əsassızdır. xx.xx.2018-ci il tarixli qəbzdəki imza məhz cavabdeh tərəfindən şəxsən icra edilmişdir. Belə ki, cavabdeh yanında bir nəfər kişi və uşaqla onun yaşadığı ünva na gəlmiş, həmin şəxsləri də ailə üzvləri kimi təqdim etmişdir. Aralarındakı razılaşmaya əsasən iddiaçı ona 9500 manat məbləğində borcu 3 aya qaytarmaq şərti ilə vermişdir. Müqaviləni notarial qaydada bağlamamalarına səbəb isə həmin məbləğin notariusun depozit hesabına keçirilməsi ilə bağlı idi ki, qeyd olunan məbləği o cavabdehə birdəfəlik deyil hissə-hissə vermişdir. Qəbz tərtib olunarkən mətnində “qaralama” olduğundan, qəbz yenidən tərtib olunub. Bu zaman o cavabdehlərə çay gətirmək üçün mətbəxə gedib, gələndə artıq tərtib olunmuş qəbzin şəxsən iddiaçı tərəfindən imzalandığını görüb. Yəni qəbzin mətni cavabdeh, yaxud yanındakı şəxs tərəfindən tərtib olunsa belə, imza şəxsən cavabdeh tərəfindən icra edilmişdir. İş üzrə məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Cavabdeh göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir.

13. Apellyasiya icraatı zamanı yenidən ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2023-cü il tarixli, 4/504 nömrəli rəyinə əsasən mülki işin 7ci vərəqində olan X1 adından olan xx.xx.2018-ci il tarixli borc qəbzinin aşağı hissəsində “İmza” sözünün qarşısındakı imzanın - eyni şəxs, X2 tərəfindən icra olunması müəyyən edilmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-591/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Lətifə Məmmədova) apellyasiya şikayəti qismən təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə işdə olan sübutlara və ekspert rəylərinə qiymət verərək, belə qənaətə gəlmişdir ki, Cavabdeh mübahisəsi gedən müqavilə və qəbz üzrə götürmüş olduğu öhdəliyin daşıyıcısı olmaqla, hazırkı iddia üzrə cavabdehlik daşıyır.

16. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla, qəbzdəki imzanı isə könüllü və öz iradə ifadəsi əsasında imza etməklə müqavilə və qəbzdə (iltizamda) qeyd olunan şərtlərdən məlumatlı olmuş, buna dair həmin vaxt digər şərt irəli sürməmişdir. Cavabdeh özü tərəfindən imzalanmış qəbzin (müqavilənin) əslində hansı münasibətlərin nəticəsi olaraq bağladıqlarını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmiş, yaxud da çatdırmaq istəməmişdir. Buna görə də, qarşı tər əfdən hər hansı bir məbləğdə pul alınmadığını sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Cavabdeh tərəfin izahatı iş materiallarında olan digər sübutlarla təsdiq edilmir.

17. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 14.2.1, 385, 386.1, 442, 448.1, 739.1, 739.2, 740.1, 740.2 və 882.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti işin faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadla əsaslan dırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı cavabdehdən xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən götürdüyü 1800 manat borcu da tələb edir. Lakin iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, cavabdehlə aralarında olan müqavilə üzrə yaranmış mübahisənin həlli üçün müvafiq ərizə ilə Mülki Məcəllənin tələblərinə uyğun olaraq cavabdehə müraciət etməli, daha sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda bunu etmədən, ümumi qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Odur ki, iddiaçı belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Tətbiq edilən hüquq Mülki Məcəllə

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsə lən, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öh dəsinə götürür.

23. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

24. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir

25. Maddə 882.5. Əgər b orc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Mülki Prosessual Məcəllə

26. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halla rı araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

35. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-591/2023 nömrəli, 5 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar