Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3676/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəmə mülki kollegiyasının 2(103)-308/2019 nömrəli iş üzrə 08 yanvar 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin (hakim Sərdar Mehrəliyev) 14 iyun 2018-ci il tarixli, 2(004)-2/2018 saylı qərarda dı ilə İddiaçı2 ASC-nin cavabdehlər X2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə icraata cavabdeh X2 aid hissədə xitam verilmişdir. (MPM-nin 261.0.7-ci maddəsinə əsasən) Bakı şəhəri Yasamal rayon məhkəməsinin (hakim Sərdar Mehrəliyev) 14 iyun 2018-ci il tarixli, 2(004)-2/2018 saylı qətnaməsi ilə iddia Cavabdeh1 aid hissədə təmin olunmuş, sonuncudan 11.06.2012-ci il tarixli, 578 NZF saylı kredit müqaviləsi üzrə 4668 ABŞ dolları əsas borc, 876 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5544 ABŞ dolları(ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Zaur Əliyev, Fuad Talışinski) 08 yanvar 2019-cu il tarixli qərardadı ilə İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin şikayəti qismən təmin edilmiş, iş üzrə icraata cavabdeh X2 aid hissədə xitam verilmişdir. (MPM-nin 261.0.7-ci maddəsinə əsasən) Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Zaur Əliyev, Fuad Talışınski) 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı2 ASC-nin cavabdehlər X2 və Cavabdeh1 qarşı «kredit borcunun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(004)2/2018 saylı qətnaməsindən iddiaçı tərəfindənverilmişapellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılm ışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının (hakimlər Əhməd Nurməmmədov - sədrlik edən və məruzəçi, Mehparə Əhmədova, Əli Rüstəmov) 27 may 2019-cu il tarixli qərarı ilə İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-308/2019 nömrəli iş üzrə 08 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı2 ASC cavabdehlər X2 və Cavabdeh1 qarşı «kredit borcunun tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən 4668 ABŞ dolları əsas borcun, 876 ABŞ dolları faiz borcunun, cəmi 5544 ABŞ dolları kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia təl əbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 ASC ilə cavabdeh X3 arasında bağlanılmış 11.06.2012-ci il tarixli, 578 NZF saylı kredit müqaviləsinə əsasən, sonuncuya 24 ay müddətinə, illik 24% olmaqla 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin borc alan tərəfindən icra edilməsini təminatı qismində, həmin müqavilədən irəli gələn bütün pul tələblərinə Cavabdeh1 zamin durmuş, bu məqsədlə onunla 11.06.2012-ci il tarixli, 578 NZF saylı zaminlik müqaviləsi bağlanmışdır. Borcalan bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə kredit borcu yaranmışdır. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredi t müqaviləsi üzrə borc haqqında məlumat verilmiş və borcun qısa müddət ərzində banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik lazımınca yerinə yetirilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı2 ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəmə mülki kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə borclunun hüquqi varislərinin miras əmlakın faktiki olaraq qəbul edib-etməmələrini araşdırmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası i clasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lak in apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəmə mülki kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı2 ASC ilə cavabdeh X3 arasında bağlanılmış 11.06.2012-ci il tarixli, 578 NZF saylı kredit müqaviləsinə əsasən, sonuncuya 24 ay müddətinə, illik 24% olmaqla 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin borc alan tərəfindən icra edilməsini təminatı qismində, həmin müqavilədən irəli gələn bütün pul tələblərinə Cavabdeh1 zamin durmuş, bu məqsədlə onunla 11.06.2012-ci il tarixli, 578 NZF saylı zaminlik müqaviləsi bağlanmışdır. Borcalan bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə kredit borcu yaranmışdır. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə borc haqqında məlumat verilmiş və borcun qısa müddət ərzində banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik lazımınca yerinə yetirilməmişdir. İddiaçı bank birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində ölmüş X1 vərəsələrinin və əmlakının müəyyən olunmamasını, kredit borcunun Cavabdeh1 ilə yanaşı, həmçinin X1 əmlakını qəbul etmiş vərəsələrindən də tutulmalı olmasını göstərmişdir. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətində də, eyni dəlillərə istinad edərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Halbuki, birinci instansiya məhkəməsi iş üzrə icraata X2 münasibətdə xitam vermiş və bu barədə ayrıca qərardad qəbul etmişdir. İddiaçı sonradan həmin qərardadı da müstəqil qaydada mübahisələndirmiş və hazırki apellyasiya ş ikayətində olan dəlilləri təkrarlamışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 yanvar 2019-cu il tarixli qərardadı ilə iddiaçının həmin dəlillərinə hüquqi qiymət verilmiş, qərardad ləğv olunmuş iş üzrə icraata ölmüş X2 münasibətdə digər əsaslarda xitam verilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 27 may 2019-cu il tarixli qərarı ilə İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 08 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılaraq qərardad qanuni qüvvəsini almışdır. Göründüyü kimi, iddiaçı bankın qətnaməni mübahisələndirməsi ilə bağlı şikayətinin dəlilləri Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsinin, eləcə də, apellyasiya instansiyası məhkəməsi 08 y anvar 2019-cu il tarixli qətnaməsinin ləğvinə əsas ola bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəmə mülki kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh e dilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı2 ASC-nin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəmə mülki kollegiyasının 2(103)-308/2019 nömrəli iş üzrə 08 yanvar 2019-cu il tarixli qətnaməsi iddiaçı bankın kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3676/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3676/2019
17.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver