Məhkəmə qərarları › İş №2(102)-3676/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3676/2021

14.06.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3676/2021 14.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahələrinə gediş-gəliş yolunun açılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı6, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-36/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə Cavabdeh1 və X2 mülkiyyətinə ünvan ərazəsində 0,10 ha həyətyanı torpaq sahəsi verilmiş və onların mülkiyyət hüququ JN-040A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Qəbələ rayon AİK-nın 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə Cavabdeh1 və X2 mülkiyyətinə 547Z planşetində 806,03 kvadrat metr və 547 planşetində 1802,00 kvadrat metr olmaqla, cəmi 0,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və və onların torpaq sahəsi üzərində mülkiyyət hüququ JN-547 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair” aktla dövlət qeydiyyatına alınmışdır. Qəbələ rayon AİK-nın 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə Cavabdeh1 və X2 mülkiyyətinə 547A planşetində 3692,47 kvadrat metr və 547B planşetində 407,39 kvadrat metr olmaqla, cəmi 0,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və onların torpaq sahəsi üzərində mülkiyyət hüququ JN-0547 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair” aktla dövlət qeydiyyatına alınmışdır. Qəbələ rayon AİK-nın 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı X3 mülkiyyətinə ünvan ərazəsində 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmış və bu barədə JN-041 A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraa Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunun açılması və cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişlər. 25 aprel 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər tərəfindən tutulmuş və zəbt olunmuş ümumi gediş-gəliş yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslan dırılmışdır ki, onlar, ünvanndə yaşayırlar. Torpaq islahatı dövründə qanuni əsaslarla mülkiyyətlərinə müxtəlif ölçülərdə torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə gediş-gəliş üçün ümumi yol da nəzərdə tutulmuşdur. Lakin cavabdehlər heç bir qanuni əsasları olmadan onların mülkiyyətlərində olan torpaq sahələrinə gediş-gəliş yolunu kəsmişlər. Dəfələrlə keçmiş torpaq şöbəsinin mütəxəssisləri, Mıxlıqovaq Bələdiyyəsi, İnzibati Ərazi nümayəndəsi mübahisəli yerdə olmuşlar. Onlar mübahisənin həlli üçün cavabdehlərlə söhbətlər aparmış və yol yerinin könüllü qaydada açılmasını cavabdehlərə təklif etmişlər. Lakin cavabdehlər yol yerinin açılmasına razılıq verməmiş və əsas olaraq yol yerinin onların mülkiyyətlərində olduqlarını demişlər. Baxmayaraq ki, cavabdehlərin yetərincə norma daxilində torpaq sahələri vardır. Hazırda yol yeri olmadığı üçün mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə, ora gedib gələ bilmirlər. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11.10.2017-ci il tarixli, 18759 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 9 sayl LTİ mütəxəssis rəyini nəzərə alaraq, iddiaçıların yol yeri istədiyi ərazidə 11 metr enində gediş-gəliş yolunun nəzərdə tutulduğu, mübahisəli gediş-gəliş yolunun 1,7 metr enində olan hissəsinin cavabdehlər tərəfindən tutularaq kollardan çəpər kimi istifadə olunmaqla bağlandığı və tut ulmuş yolun üzərində cavabdehlər tərəfindən hər hansı tikilinin inşa olunmadığı müəyyən edilmişdir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28 avqust 2018-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Kameral qaydada araşdırma zamanı ünvanndə məhkəmə mübahisəsi predmeti olan Şəhriyar adına təsərrüfatın kompleks yerquruluşu layihəsində nəzərdə tutulan yol yeri məhdudlaşdırılmışdır. Naturada ölçülmüş yol yeri ilə Şəhriyar adına təsərrüfatın kompleks yerquruluşu layihəsində nəzərdə tutulan yol yeri arasında kəskin uyğunsuzluq mövcuddur. Ona görə də həmin yol yerinin cavabdehlərdən hər birinin hansı ölçüdə zəbt etdiyini təyin etmək mümkün olmadı. Azərbaycan Respublikası Əmlak Məsələl əri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 09 oktyabr 2019-cu il tarixli, **********68 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxəssis rəyində qeyd olunmuşdur ki, işin araşdırılması üçün Şəki LTİ-nin mütəxəssisləri 20 sentyabr 2019-cu il tarixdə sözügedən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada mərkəzin elektron bazasına əsasən araşdırma və keçmiş Şəhriyar adına təsərrüfatın islahat xəritəsində göstərilən gediş-gəliş yolu ilə faktiki naturada ölçülmüş gediş-gəliş yolunun müqayisəsi zamanı, mübahisə predmeti olan gediş-gəliş yolnunun 0,0241 ha hissəsinin Cavabdeh2 və 0,0246 ha hissəsinin isə Cavabdeh1 istifadəsində olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyində də cavabdehlərin istifadəsində olan yolun ölçülərinin sxemdə qeyd olunduğu göstərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 12.11.2019-cu il tarixli, 18231 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Vasif Bədəllinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, keçmiş Şəhriyar adına təsərrüfatın islahat xəritəsində göstərilən gediş-gəliş yolu ilə faktiki naturada ölçülmüş gediş-gəliş yolunun müqayisəsi zamanı, mübahisə predmeti olan gediş-gəliş yolunun 0,0241 ha hissəsinin Cavabdeh2 və 0,0246 ha hissəsinin isə Cavabdeh1 istifadəsində olduğu müəyyən edilmişdir. Rəydə cavabdehlərin istifadəsində olan yolun ölçülərinin mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərildiyi barədə qeyd aparı lmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin məhkəmənin 12 iyun 2019-cu il tarixli sorğusuna cavab məktubunda Cavabdeh1 və Cavabdeh2 onlara məxsus olan daşınmaz əmlaklarını Daşınmaz Əmlakın Dövlət reyestrində hüquqları dövlət qeydiyyatına alınması üçün müraciət etmədiklərindən adlarına verilmiş Çıxarışların, plan və ölçü sənədlərinin mövcud olmadığı qeyd edilmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 11 dekabr 2019-cu il tarixli, 2(025)-8/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçıların mülkiyyətində olan torpaq sahələrinə gedən gediş-gəliş yolunun 1,7 metr hissəsi (0,0241 ha hissəsi Cavabdeh2, 0,0246 hissəsi Cavabdeh1 tərəfindən) cavabdehlər tərəfində n açılması və cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvanndə torpaq islahatı zamanı iddiaçıların mülkiyyətlərinə müxtəlif ölçülərdə torpaq sahələri verilməklə həmin torpaq sahələrinə gediş-gəliş üçün yol nəzərdə tutulmuşdur. Lakin cavabdehlər heç bir qanuni əsasları olmadan həmin yolun müəyyən hissəsini (iddiaçıların yol yeri istədikləri hissəsini) onların mülkiyyətində, istifadəsində və sahibliyində olan torpaqlar olduğunu əsas gətirməklə tutmuşlar. Nəticədə iddiaçılar mülkiyyətlərinə gediş-gəliş yolundan lazımi qaydada istifadə edə bilmirlər. İş üzrə keçirilmiş ekspertiza tətqiqatının nəcisəsində mübahisə predmeti olan gediş-gəliş yolunun 1,7 metr hissəsinin 0,0241 ha hissəsinin Cavabdeh2 və 0,0246 ha hissəsinin isə Cavabdeh1 istifadəsində olduğu müəyyən edilmiş, cavabdehlərin istifadəsində olan yolun ölçülərinin mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 170.1, 170.2 və 175.1-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etmişdir. Cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin iştirаkı ilə mübahisələndirilən əraz idə yerli baxış keçirilmişdir. Yerli baxış keçirilərkən məhkəmə müəyyən etmişdir ki, mübahisəli ərazi Oğuz-Qəbələ magistral yolunun sol tərəfində yerləşən Mıxlıqovaq kəndinin içərisindən keçən asfaltla döşənmiş yolun bitməsindən sonra sol və sağ tərəfə dönməklə Mıxlıqovaq kəndinin yuxarı hissəsində olan çay yatağına doğru gedən ümumi istifadədə olan çınqıl-daşları ilə döşənmiş yolların arasında yerləşir. Yolun kənarında sol tərəfdən iddiaçılar İddiaçı2, İddiaçı6, Cavabdeh2, iddiaçılar İddiaçı4, İddiaçı3 məxsus torpaq sahələri və tikililər, sağ tərəfdən müvafiq ardıcıllıqla İddiaçı5, İddiaçı1, Cavabdeh1 və İddiaçı5 qardaşı X4 məxsus torpaq sahələri və tikililər yerləşir. Mübahisəli əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd edilən sahədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahələri və tikililəri bir-birinə münasibətdə nisbətən paralel şəkildə yerləşir. Onların torpaq sahələrinin sərhədi boyunca 1.5-2 metr enində piyada yolu mövcuddur ki, həmin yolun sağ və sol tərəfi üzərinə kol-kos yığılmış xəndəklə, həmçinin iri gövdəli ağaclarla əhatə edilmişdir. İddiaçılar həmin piyada yolunun hər tərəfdən 1.5-2 metr genişlənməklə açılmasını istəyirlər. Apellyasiya instansiyası məhkəməsinin 24 iyun 2020-ci il tаrixli qərаrdаdı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı “xxxx” MMC-yə həvаlə edilmişdir. “xxxx” MMC-nin 232 nömrəli, 07 avqust 2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, iddiaçılar və cavabdehlərin iştirakı ilə aparılmış ekspertiza baxışı zamanı tədqiq olunan gediş-gəliş yolu, Kompleks Yerquruluşu (islah at) Xəritəsində eni orta rəqəmlə 11 metr olmaqla iki su arxı (çay) arasında uzunluğu 321 metr olan yol təsvir olunmuşdur. Naturada ölçülən mübahisəli gediş-gəliş yolunun eni orta rəqəmlə 2 metr, uzunluğu 91 metr təşkil edir. Ekspert qarşısında qoyulmuş sualların – iddiaçıların ünvanndə yerləşən mülkiyyətlərində olan torpaq sahələrinə və həmin torpaq sahələrində olan evlərinə əvvəllər və hal-hazırda gedib gələrkən hansı gediş-gəliş yolundan istifadə etmələri və həmin torpaq sahələri və həmin torpaq sahələrində yerləşən evlər ilə yerli baxış zamanı müəyyən edilmiş hər iki istiqamətdə mövcud olan yolun arasındakı məsafələrin nə qədər olması ilə bağlı hissəsinə cavab verilmədiyindən apellyasiya instansiyası məhkəməsinin 24 avqust 2020-ci il tаrixli qərаrdаdı ilə iş üzrə əlavə məhkəmə tikinti-t exniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı “xxxx” MMC-yə həvаlə edilmişdir. “xxxx” MMC-nin 436 nömrəli, 28 oktyabr 2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, iddiaçılar Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən mülkiyyətlərində olan torpaq sahələrinə və həmin torpaq sahələrində olan evlərinə əvvəllər və hal-hazırda tamamilə öz ixtiyarlarına uyğun olaraq həm cənub-şərq tərəfdən olan, həm də şimal qərb tərəfdən olan gediş-gəliş yolundan istifadə etmişlər. Həmin torpaq sahələrində yerləşən evlər ilə yerli baxış zamanı müəyyən edilmiş hər iki istiqamətdə mövcud olan yolun arasındakı məsafələr Autocad və ArcMap proqramları vasitəsilə tərtib edilmiş plan-sxemdə aydın şəkildə göstərilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Ələddin Məcidov s ədrlik edən və məruzəçi, Mahir Əsədli, Ayaz Mahmudov) 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin qanuni əsası yoxdur, yəni iddia iddiaya cavab verməli olmayan şəxslərə qarşı yönəlmişdir. Cavabdehlər iddiaçıların açılmasını tələb etdikləri yol hissəsini tutmamışlar. Həmin yol iddiaçıların özlərinin dediyi kimi 15-30 il öncə iddiaçıların özləri tərəfindən əkilmiş, bir qismi isə yabanı şəkildə bitmiş çoxillik ağaclarla tutulmuşdur. Yolun digər bir hissəsi iddiaçılara aidiyyəti olmayan uzun illər öncə salı nmış, üzərini kol basmış xəndəklə əhatə edilmişdir. İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün qiymət verməyərək iş üzrə səhv nəticəyə gəlm işdir. Məhkəmə ekspertiza təyin etmiş, lakin ekspert qarşısında işlə əlaqəsai olmayan suallar qoymuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlər və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçılar məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyy ətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçılar qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sər əncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, cavabdehlərin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işə baxan məhkəmələr maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, apellyasiya instansiyası məhkəməsi həmçinin iddiaçıların tələbinin qanuni əsasının olmamasını göstərmiş və cavabdehlərin iddia tələbinə cavabdeh verməli olmayan şəxslər olmasını qeyd etmişdir. İddia ərizəsindən müəyyən edilir ki, iddiaçılar mübahisəli ünvanda yerləşən torpaq sahələri üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun (iddia ərizəsində yol yeri kimi göstərilib) bir hissəsinin cavabdehlər tərəfindən tutulmasını göstərmiş və həmin yolun açılmasını xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 157.2, 157.4, 170.1, 170.2, 175.1-ci maddələrinə istinad etmiş və qeyd etmişdir ki, qanunun mənasından göründüyü kimi, öz sahəsindən ictimai yola keçidi olmayan torpaq sahəsinin mülkiyyətçisi qonşulardan tam əvəzi ödənilməklə ona zəruri keçid ayırmasını tələb edə bilər və tələb ilk növbədə keçidin daha yolverilən və daha az zərər vurduğu qonşuya yönəlməli, qarşılıqlı mənafelər nəzərə alınmalıdır. İşdən görünür ki, iddiaçılar hazırki tələblərində mübahisəli ünvanda yerləşən ümumi istifadə üçün nəzərdə tutulmuş yolun açılma sını xahiş edirlər. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi normalar isə (mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi, mülkiyyətə qəsdin son qoyulması, əvəzi ödənilməklə qonşular tərəfindən zəruri keçidin ayrılması və s.) hazırki mübahisəyə və iddia tələbinə aidiyyatı yoxdur. MPM-nin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılması ndan və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun 02.04.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflər in həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır”. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar tərəfindən iddia ərizəsində hər hansı bir hüquq normasına istinad edilməsə də Konstitusiya Məhkə məsi Plenumunun MPM-nin 372.6-cı maddəsi ilə bağlı 20 may 2011-ci il tarixli Qərarında ətraflı şərh verilmiş “iura novit curia” – “məhkəmə hüququ bilir” hüquqi prinsipinə əsasən məhkəmə tələbin hüquqi əsasının müəyyən edilməsində iddiaçının göstərdikləri ilə bağlı deyil və məhkəmə iddiaçının irəli sürdüyü faktiki əsaslara uyğun gələn tələbin hüquqi əsasını müəyyən etməlidir. Hazırki iddia tələbində iddiaçılar cavabdehlərdən mülkiyyətinin qanunsuz sahiblikdən geri qaytarılmasını (Mülki Məcəllənin 157.2 mad.), öz mülkiyyətlərinə edilən qəsdin və başqa manelələrin dayandırılmasını (Mülki Məcəllənin 157.4 mad.), və ya zəruri əvəz ödənilməklə qonşu torpaq sahəsindən keçid ayrılmasını (Mülki Məcəllənin 175.1 mad.) tələb etmirlər. İddiaçıların tələbinin faktiki əsası mübahisəli ünvanda yerləşən y ol yerinin (ümumi istifadədə olan yolun) açılması olmuşdur. Tələbin qanuni əsasını Mülki Məcəllənin 239-cu maddəsi təşkil edir. Həmin normaya görə fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə görə, istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torp aqlarına bölünür. Həmin Qanunun 7.2-ci maddəsinə görə, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. İşin məhkəmələr tərəfindən müəyyən ed ilmiş mübahisələndirilməyən hallarına görə, iddiaçılar və cavabdehlərin torpaq sahələri həmin yolun kənarında yerləşir. Hazırda müəyyən maneələrlə bir hissəsi tutulmuş yol iddiaçıların və ya cavabdehlərin mülkiyyətində olmamaqla ümumi istifadədə olan yol kimi bələdiyyə mülkiyyətindədir və hamının buraxılması üçün açıq torpaq sahəsidir. Həmin yola fiziki şəxslərin buraxılmasına dövlət və ya bələdiyyə tərəfindən məhdudiyyət qoyulması barədə məlumatlar yoxdur. Odur ki, həmin yolun iddiaçıların istifadə etməsinə (gediş-gəliş üçün və s.) yaradılan məhdudiyyət qanunsuzdur. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertizalar nəticəsində və mütəxəssis rəylərinə əsasən iddiaçıların iddia etdiyi yolun cavabdehlər tərəfindən tutularaq kol çəpərlə bağlandığı müəyyən edilmişdir. Apellyas iya instansiyası məhkəməsi işə baxarkən yenidən ekspertizalar təyin etmiş, həmçinin mübahisəli ünvana yerində baxış keçirmişdir. Məhkəməyə təqdim edilmiş, 07 avqust 2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, tədqiq olunan gediş-gəliş yolu, Kompleks Yerquruluşu (islahat) Xəritəsində eni orta rəqəmlə 11 metr olmaqla iki su arxı (çay) arasında uzunluğu 321 metr olan yol təsvir olunmuşdur. Naturada ölçülən mübahisəli gediş-gəliş yolunun eni orta rəqəmlə 2 metr, uzunluğu 91 metr təşkil edir. Məhkəməyə təqdim edilmiş 28 oktyabr 2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, iddiaçılar Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən mülkiyyətlərində olan torpaq sahələrinə və həmin torpaq sahələrində olan evlərinə əvvəllər və hal-hazırda tamamilə öz ixtiyarlarına uyğun olaraq həm cən ub-şərq tərəfdən olan, həm də şimal qərb tərəfdən olan gediş-gəliş yolundan istifadə etmişlər. Göründüyü kimi, birinci rəydə yolun ölçüsü, ikinci rəydə isə iddiaçıların torpaq sahələrinə həm cənub-şərq tərəfdən olan, həm də şimal qərb tərəfdən olan gediş-gəliş yolundan istifadə etdikləri qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq qiymət verməmiş, həmin rəylərin iddiaçıların hazırki iddia tələbinin rədd edilməsi üçün əsas olmasını əsaslandırmamışdır. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin m əzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolleg iyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-36/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar