Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3676/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətə qəsd, maneələrin aradan qaldırılması, özbaşına tikili, delikt Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-63/2023 nömrəli iş üzrə 18 may 2023cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonu, Məmmədli kəndindəki 0.039 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı (bundan sonra – iddiaçı) adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Abşeron rayon, Məhəmmədli kəndində yerləşən torpaq sahəsinin giriş-çıxış yolunun cavabdehin qanunsuz sahibliyindən azad edilməsi, həmin torpaq sahəsində giriş-çıxışının bərpa edilməsi, torpaq sahəsində tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin qanunsuz təsirlərdən, maneələrdən azad edilməsi və cavabdehd ən dəymiş maddi ziyan üçün 1599 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi yeni yaşayış massivi olduğundan hələ də ünvan reyestri aparılmamışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi üçün eskiz layihəsi almış, layihə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 2039 saylı, 20 dekabr 2010-cu il tarixli sərəncamla sözügedən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə rəsmi qaydada icazə verilmişdir. Qonşu sahədə cavabdehə məxsus torpaq sahəsi mövcuddur. Cavabdeh qanunsuz və əsassız olaraq iddiaçıya məxsus torpaq sahəsini təqribən 1 metr 50 sm hündürl ükdə mişar daşları ilə hörməklə giriş və çıxış yolunu bağlamış, ona məxsus tikililəri sökməklə iddiaçıya 1599 manat maddi ziyan vurmuşdur. Müraciəti əsasında müvafiq sənədlər toplanaraq polis idarəsində göndərilsə də, mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qanunsuz olaraq tikinti aparılmış mübahisəli torpaq sahəsinin onun torpaq sahəsinin giriş-çıxış yolunda olması Abşeron rayonu Məmmədli Bələdiyyəsi tərəfindən verilmiş 23 may 2019-cu il tarixli, 104 nömrəli bildiriş məktubu ilə də təsdiq olunur.
4. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək, bildirmişdir ki, 2004-cü ildən atasına məxsus olan evdə yaşayır. İddiaçının torpağı 10 sotdan ayrılıb 4 sot verilib. Digər şəxslə ö z aralarını hasara alıblar. Həmin torpaqların küçəyə çıxışı var. Bu səbəbdən iddianı qəbul etmir.
5. İş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2021-ci il tarixli, 10/363 №-li rəyində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 dekabr 2020-ci il tarixli, **********84 nömrəli rəyinə istinadla qeyd olunmuşdur ki, cavabdehin faktiki istifadə etdiyi 0,034 ha torpaq sahəsinə aid hüquq müəyyənedici (dövlət aktı, şəhadətnamə, çıxarış) və texniki kadastr sənədləri (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və s.) iş materiallarına təqdim edilmədiyindən və elektron kadastr m əlumat bazasında Abşeron rayonu, Məmmədli bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemində yol nəzərdə tutulmadığından giriş-çıxış yolunun cavabdeh tərəfindən zəbt olunubolunmamasını müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinə giriş-çıxış yolunu servitut qaydaları ilə müəyyənləşdirmək olar. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən alınmış sorğuya əsasən Abşeron rayonu, Məmmədli kəndi ərazisində X1 mülkiyyətində olan xx.xx.2016-cı il tarixli, **********14 reyestr nömrəli, 0.08 ha torpaq sahəsinin 87 kv.metr hissəsindən iddiaçı və digər şəxslər tərəfindən faktiki olaraq giriş-çıxış yolu kimi istifadə olunur. Abşeron rayon, Məmmədli kəndi ərazisində yerləş ən iddiaçının mülkiyyətində olan xx.xx.2010-cu il tarixli, **********25 reyestr nömrəli, 0,039 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində iddiaçının faktiki istifadəsində olan yaşayış evi mövcuddur. Cavabdehin həmin torpaq sahəsində hər hansı bir tikilisi mövcud deyildir.
6. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-131/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia rədd edilmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi yaxınlığında cavabdeh tərəfindən özbaşına tikinti tikilmişdir, lakin həmin tikinti iddiaçının iddia etdiyi kimi onun mülkiyyətində olan torpaq sahəsinə gedən yolda inşa edilməmişdir. Bu səbəbdən həmin tikintinin iddiaçının hər ha nsı hüququnu pozması təsdiq edilmədiyindən iddia həmin hissədə əsassızdır və təmin edilməməlidir. Həmçinin iddiaçı ona dəymiş maddi ziyanla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi ilə razı olmadığı üçün məhkəmə qarşısında təkrar eksperti za keçirilməsi barədə vəsatət qaldırmasına baxmayaraq məhkəmə vəsatəti təmin etməmişdir.
11. Apellyasiya baxışı zamanı təyin edilmiş təkrar məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 10/816 №li, 03 aprel 2023-cü il tarixli rəyində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron ərazi idarəsinin 10 yanvar 2023-cü il tarixli mütəxəssis rəyinə istinadla qeyd olunmuşdur ki, arxiv sənədlərində yol göstərilmədiyindən iddiaçıya məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsinin ilkin sənədlərinə əsasən giriş-çıxış yolunun hansı tərəfdən olması müəyyən olunmamışdır.
12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiy ası məhkəməsi) 2(105)-63/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi ilə (S.A.Qafari (sədrlik edən və məruzəçi), hakimlər A.A.Mahmudov və L.M.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamənin qəbul edilmiş, iddia təmin olunmamışdır.
13. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 152.1-ci maddəsinə istinad etmiş və bununla da mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməli olduğu halda tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir.
14. Abşeron rayon, Məhəmmədli kəndində yerləşən yaşayış üçün nəzərdə tutulan həyətyanı torpaq sahəsinin iddiaçıya məxsus olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mü lki Məcəllənin 157.2, 1096-cı maddələri təşkil edir. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə bu cür iddianın təmin olunması üçün: iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu, iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
15. Lakin iddiaçı cavabdehə qarşı tələbini əsaslandırdığı halların mövcudluğunu təsdiq edən tutarlı sübutlar təqdim etməmişdir. Əksinə istər birinci, istərsə də apellyasiya baxışı zamanı təyin edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, Abşeron rayonu, Məmmədli bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemində yol nəzərdə tutulmadığı üçün giriş-çıxış yolunun cavabdeh tərəfindən zə bt olunub-olunmamasını müəyyənləşdirmək mümkün deyildir. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinə giriş-çıxış yolunu servitut qaydaları ilə müəyyənləşdirmək olar. Lakin Abşeron rayonu, Məmmədli kəndi ərazisində X1 mülkiyyətində olan xx.xx.2016-cı il tarixli, **********14 reyestr nömrəli, 0.08 ha torpaq sahəsinin 87 kv.metr hissəsindən iddiaçı və digər şəxslər tərəfindən faktiki olaraq girişçıxış yolu kimi istifadə olunur. Cavabdehin iddiaçıya məxsus torpaq sahəsində hər hansı tikilisi mövcud deyildir. Arxiv sənədlərində yol göstərilmədiyindən iddiaçıya məxsus torpaq sahəsinin ilkin sənədlərinə əsasən giriş-çıxış yolunun hansı tərəfdə olmasını müəyyən etmək mümkün deyildir.
16. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia əsassızdır və təmin olunmamalıdır.
17. Məhkəmə gəldiyi nəti cəni Mülki Məcəllənin 157.2, 1096-ci maddələri və N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etmiş olduğu sübutları araşdırmalı olduğu halda hər hansı bir sübut araşdırmamışdır. Cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə hansı sübutdan istifadə etdiyini qətnamədən görmək mümkün deyildir. Bundan əlavə Məhkəmə Məhəmmədi bələ diyyəsinin xx.xx.2019-cu il tarixli, 104 saylı cavab məktubunu ümumiyyətlə araşdırmamış, yeganə sübut növü kimi ekspert rəyinə istinad etmişdir. Ekspertiza rəyi yenidən araşdırılmalı, işə mahiyyəti üzrə yenidən baxılmalıdır.
20. Kassator Mülki Məcəllənin 255.1-ci və MPM-in 14, 88, 63.2, 105.1, 217.1, 388ci maddələrinə istinad edərək, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlam aq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəlləsi
24. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
25. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
28. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
30. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə
32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qə bul edilməsi göstərilə bilər.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahi sələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin ist inad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
42. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.
43. Baxılan iş üzrə iddia tələbi üç hissədən ibarətdir: 1) iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən yolun cavabdehin qanunsuz sahibliyindən azad edilməsi (yoldan istifadəyə maneələrin aradan qaldırılması), 2) torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi v ə 3) iddiaçıya məxsus tikililərin sökülməsi nəticəsində dəymiş 1599 manat maddi ziyanın ödənilməsi.
44. İşə baxmış birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin 1-ci hissəsinin qanuni əsasını Mülki Məcəllənin 152.1-ci maddəsi təşkil edir. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, həmin norma baxılan iş üzrə iddia tələbinin qanuni əsası kimi çıxış edə bilməz. Lakin məhkəmə maddi hüquq normasını yenidən səhv tətbiq edərək hesab etmişdir ki, həmin hissədə tələbin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Halbuki bu maddə mülkiyyətçinin öz əmlakının başqasının qanunsuz sahibliyindən geri tələb etməklə bağlı hüquq münasibətlərini tənzimləyir. Baxılan iş üzrə isə iddiaçının əmlakının cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı m übahisə mövcud deyildir.
45. İddiaçı öz mülkiyyətində olan torpaq sahəsinə gedən yola cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını tələb edir. Bu cür tələbin qanuni əsasını isə Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. Qeyd olunan maddi hüquq normasına müvafiq olaraq əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddənin dispozisiya şərtlərindən göründüyü kimi sözügedən tələbin təmin olunması üçün əşya özündə olan iddiaçı cavabdeh tərəfindən onun mülkiyyətinə qəsd və ya başqa maneələr törədildiyini sübut etməlidir.
46. Apellyasi ya instansiyası məhkəməsi iddia tələbinin ikinci hissəsinin hüquqi əsasları ilə bağlı ümumiyyətlə hər hansı dəyərləndirmə aparmamışdır. Halbuki həmin hissədə tələbin qanuni əsasını Mülki Məcəllənin 180.4-cü maddəsi təşkil etmişdir. Bu maddəyə müvafiq olaraq özünə məxsus olmayan torpaq sahəsində lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə məhkəmənin qərarı əsasında sökülə bilər. Qüvvədə olan qanunvericiliklə belə tikililərin sökülməsi tələbinin subyekti kimi bir qayda olaraq müvafiq icra hakimiyyəti orqanları tanınsa da, fiziki və hüquqi şəxslərin də belə iddia qaldırmaları istisna olunmur. Lakin sonuncuların bu cür iddiaları qaldır maq üçün onlar ilk növbədə cavabdeh tərəfindən özbaşına tikilinin inşa edildiyini və həmin tikililərlə onların hüquqlarının və qanuni maraqlarının pozulduğunu əsaslandırmalıdırlar.
47. Apellyasiya instansiyası məhkəməsi maddi zərərin ödənilməsi ilə bağlı iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin yalnız 1096-cı maddəsinə istinad etmişdir. Halbuki deliktlə (mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərər) bağlı tələbin qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi məhz həmin Məcəllənin 1097.1-ci maddəsi ilə birlikdə götürülməklə təşkil edir. Həmin maddələrdə ifadə olunmuş dispozisiya şərtlərinə əsasən isə bu cür iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: əmlaka zərərin vurulması, zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vuru lması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
48. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə iddianın rədd olunması hissəsində ləğv edilməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hissədə maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən və iş üzrə müəyyən edilmiş hallar və sübutlar yeni qərar qəbul olunmasına imkan verdiyindən MPM-in 417.1.4 və 417.2-ci maddələrinə əsasən iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmalıdır.
49. Belə ki, işin məhkəmələr tərəfindən işdə olan sübutlar və keçirilmiş ekspert rəyləri əsasında müəyyən edilmiş halları ondan ibarətdir ki, Abşeron rayonu, Məmmədli bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemində yol nəzərdə tutulmadığı üçün iddiaçıya məxsus torpaq sahəsinə giriş-çıxış yolunun məhz hazırda cavabdehin istifadəsində olan torpaq sahəsindən keçdiyi müəyyən edilməmişdir. İddiaçı hal-hazırda digər şəxsin mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin 87 kv.metr hissəsindən öz torpaq sahəsinə giriş-çıxış yolu kimi istifadə edir. Cavabdehin iddiaçıya məxsus torpaq sahəsində hər hansı tikilisi mövcud deyildir. Məhkəmələr, həmçinin müəyyən etmişdir ki, iddiaçının ona dəymiş maddi ziyanla bağlı hər hansı sübut təqdim etməmişdir.
50. Bu baxımdan, işin müəyyən edilmiş halları birinci tələb üzrə Mülki Məcəllənin 157.4-cü maddəsində, ikinci tələb üzrə Mülki Məcəllənin 180.4-cü maddəsində, üçüncü tələb üzrə Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrində müəyyən edilmiş yuxarıda sadalanan dispozisiya şərtlərinə uyğun olmadığından iddia əsassızdır və təmin olunmamalıdır.
51. Eyni zamanda, qətnamə məhkəmə xərclərinin tutulması hissəsində prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edildiyi üçün dəyişdirilmədən saxlanılmalıdır.
52. İddiaçının kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası nəzərə alır ki, məhz iddiaçının vəsatəti əsasında apellyasiya baxışı zamanı təkrar ekspertiza keçirilmiş, daxil olmuş ekspert rəyi tərəflərin iştirakı ilə tədqiq edilmiş və prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məh kəmə tərəfindən qiymətləndirilmişdir.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-63/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi iddianın rədd olunması hissəsində ləğv edilsin, iş üzrə həmin hissədə yeni qərar qəbul edilsin. İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Abşeron rayon, Məhəmmədli kəndində yerləşən torpaq sahəsinin giriş-çıxış yolunun cavabdehin qanunsuz sahibliyindən azad edilməsi, həmin torpaq sahəsində giriş-çıxışının bərpa edilməsi, torpaq sahəsində tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin qanunsuz təsirlərdən, maneələrdən azad edilməsi və 1599 manat maddi ziyanın ödənilməsi barədə iddiası təmin olunmasın. Qətnamə məhkəmə xərclərinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.