Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-368/2022 03.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, cavabdehlər Cavabdeh1 və vəkili Vəkil2, Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7980/2021 nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 03 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 47 200 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İşin mübahisələndirilməyən hallarına görə, cavabdehlərin atalarına məxsus olmuş ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 60 kv.m olan mənzil İddiaçı tərəfindən satılaraq əldə olunan məbləğ onun (İddiaçı) banka olan borcunun ödənilməsinə yönəldilmiş, mənzillərinin satılmasından sonra cavabdehlər və onların valideynləri İddiaçı məxsus ünvan 2 ünvandakı mənzildə yaşamış, 2012-ci ildə oradan çıxaraq mənzili iddiaçının razılığı ilə Ukrayna vətəndaşı X icarəyə vermiş, 2012-ci ilin oktyabr ayından 20 14-cü ilin avqust ayınadək dövrdə aylıq kirayə haqqı 700 manat, 2014-cü ilin avqust ayından 2015-ci ilin aprel ayınadək dövrdə 600 manat, 2015-ci ilin aprel ayından 2018-ci ilin iyun ayınadək dövrdə 500 manat olmuş, kirayə pulları X ödənilmişdir.
3. İddiaçı cavabdehlər qarşısında götürdüyü öhdəliyi yerinə yetirmədiyindən X ona qarşı “borcun ödənilməsi və zərərin əvəzinin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30.10.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq İddiaçı Cavabdeh1 xeyrinə 80 000 ABŞ dollarının və 30 manat dövlət rüsumunun tutulması, həmin məbləğdən 44 200 manat çıxılmaqla yerdə qalan məbləğin Cavabdeh1 ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11.03.2020ci il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv ol unaraq İddiaçı Cavabdeh1 xeyrinə 80 000 manat tutulması barədə yeni qətnamə çıxarılmış, həmin qətnamə Ali Məhkəmənin 22.02.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
4. Sözügedən məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, X1 adından etibarnamə əsasında çıxış edərək Bakı şəhəri 6 saylı dövlət notariat kontorunda bağlanılmış 18 avqust 2010-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə sonuncunun mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzili X2 80 000 manata satmış, 08.02.2014-cü il tarixdə yazdığı “Borc qəbzi” adlı sənədlə X həmin mənzili borc olaraq götürdüyü və ona 3 il müddətində təmirli özəlləşdirilmiş mənzil qaytaracağı barədə iltizam vermiş, 18.02.2019-cu il tarixdə yazdığı və şahidlər tərəfindən imzalanmış “İltizam” adlı sənəddə də cavabdehlər dən mənzil götürüb satdığını göstərməklə üç il ərzində eyni vəziyyətdə mənzili, ya da o mənzili almaq üçün pul ödəməyə hazır olduğunu bildirmişdir.
5. İş materiallarında olan X 01.10.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 hesabına 4999 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
6. İddiaçı bildirir ki, "xxxx" ASC-yə olan borcunu bağlamaq üçün cavabdehlərlə razılaşmaya görə 18.08.2010 tarixli alqı-satqı müqaviləsinə əsasən onların ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 60 kv.m olan mənzili 80 000 manata satmış, həmin məbləği borcunun ödənilməsi üçün banka ödəmiş, mənzilin satışından sonra cavabdehlər və onların valideynləri onun ünvan 3 ünvandakı mənzilində yaşamış, valideynlərinin ölümündən 2-3 ay sonra isə - 2012-ci ildə - mənzildən çıxaraq oranı b oşaltmışlar. Razılaşmaya görə cavabdehlər onun mənzilini 2012-ci ildən 2018-ci ilədək Ukrayna vətəndaşı X icarəyə vermiş, 2012-ci ilin oktyabr ayından 2014-cü ilin avqust ayınadək dövrdə aylıq kirayə haqqı 700 manat, 2014-cü ilin avqust ayından 2015-ci ilin aprel ayınadək dövrdə 600 manat, 2015-ci ilin aprel ayından 2018-ci ilin iyun ayınadək dövrdə 500 manat olmuş, cavabdehlər borcun əvəzi kimi ümumilikdə 39 200 manatı mənzilin aylıq kirayə haqqından almışlar. Bu hal Bakı şəhəri Səbail RPİ-də X4 ərizəsinə əsasən aparılan araşdırma zamanı öz təsdiqini tapmış, araşdırma nəticəsində evdə kirayə qalan Ukrayna vətəndaşlarının izahatlarından sonra cinayət işinin başlanması barədə rədd qərarı verilmişdir. Mənzildə kirayə qalan Ukrayna vətəndaşı X aparılan həmin araşdırma zamanı polisdə verdiyi i zahatında bildirmişdir ki, ondan mənzil kirayə haqlarını X6 almışdır. Bundan əlavə, cavabdehlərə borc məbləğini ödəmək üçün öz adına depozit hesabı açmış, hər ay həmin hesaba min manat qoymuş, Cavabdeh1 X bankda hesab açandan sonra öz hesabından onun bank hesabına 5000 manat köçürmüşdür. Eyni zamanda o, Cavabdeh2 X xahişi ilə onun tanışı olan NX adlı xanımın əvəzinə sonuncunun banka olan 3000 manat borcunu ödəmiş, beləliklə də, tərəfindən cavabdehlərə ümumilikdə 47 200 manat verilmişdir. Cavabdeh1 X ona qarşı Bakı şəhəri Səbaıl rayon Məhkəməsinə verdiyi iddia həmin məhkəmənin 30.10.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, məhkəmənin verdiyi bu qərara görə ondan Cavabdeh1 xeyrinə 80 000 ABŞ dolları tutulması, həmin məbləğdən 44 200 manat çıxılmaqla qalan məbləğin Cavabdeh1 X ö dənilməsi qət olunmuşdur. Həmin birinci instansiya məhkəmə iclasında Cavabdeh1 kirayə haqqı kimi X ümumilikdə 39 200 manat aldığını etiraf etmiş və bu, məhkəmə iclas protokolunda əks olunmuşdur. Bu qətnamədən verilən apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmış və məhkəmə kollegiyasının 11.03.2020-ci il tarixli qətnaməsi ilə X iddia ərizəsi qismən təmin edilərək, ondan Cavabdeh1 xeyrinə 80 000 manat tutulması qət edilmiş, kirayə haqqına görə ayrıca iddia vermək hüququnun olduğu ona izah olunmuşdur. Ali Məhkəmənin 22.02.2021- ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 11.03.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, cavabdehlərə olan borc öhdəliyinin məbləği məhkəmə qərarı ilə 80 000 manat müəyyən edilmişdir və belə olan halda cav abdehlərə ödəmi olduğu pul vəsaiti öhdəlikdən kənar ödənilmiş pul olmaqla onlar onun hesabına 47 200 manat məbləğində əsassız varlanmışlar.
7. Cavabdeh X6 bildirir ki, İddiaçı onun qardaşı, iş üzrə Cavabdeh2 yaxın dostu, evlərinə gedib-gələn adam olmuşdur. 2010-cu ildə İddiaçı banka olan borclarını həll etməsinə kömək etmək üçün onların atası, professor X5 (Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü) mənzillərin dəyişdirilməsi təklifi ilə üz tutmuşdur ki, əks halda üç evinin hamısı borcu ödəmədiyinə görə tamamilə bankın əlinə keçəcəkdi. O və qardaşı, atası və anası uzun müddət razılaşmadılar, ona borcu ödəmək üçün bir çox variantların olduğunu izah etdilər. Ancaq İddiaçı müəyyən bir miqdarda məbləğin və vaxtın məhdudluğu olduğu üçün təklif olunan variantların mümkünsüzlüyünü onlara i zah etdi. Yalnız iddiaçının onlara təklif etdiyi mənzilin sahəsi onların mənzilindən 20 kv.m. daha böyük olduğu üçün (lakin sonrakı əlavə ödənişlə olan) yaşadıqları yeganə özəlləşdirilmiş mənzillərini (xxxxx) satmaq və borclarını ödəmək üçün iddiaçıya verdilər və onun evinə köçdülər, orada da pasport qeydiyyatından 07.07.2010 keçdilər. Onların yeganə mənzilini iddiaçı 85.000 ABŞ dollara sataraq banka olan borcunu ödədi. İddiaçının ailəsi ilə tanış idilər və həyat problemini onların hesabına həll edərək onları aldatmağa çalışacağını gözləmirdilər. İddiaçı fəallaşaraq bir mağaza açdı, sonra onu diş klinikasına çevirdi. Atası və onlar iddiaçıdan bir neçə dəfə xahiş etdilər ki, onlara evlərinin eyni qiymətinə malik bir mənzil qaytarsın. İddiaçı onlara deyirdi ki, “Sizə pul verim yaxud mənzil alım?” Və beləliklə icra uzadırdı. 2010-cu ilin oktyabr ayında anaları, 16.02.2012-ci ildə isə ataları rəhmətə getdi. Onun xxx ünvanında yerləşən onlara verilən evinin bir hissəsinin sənədini ondan almaq üçün onlar pul toplamağa başladılar. Onların mənzil məsələsinin həllindən iddiaçının boyun qaçırmasını gördükdə, Xruşov lahiyəli mənzillərinin dəyərinin onlara ödənilməsi ilə bağlı onlara borc qəbzi verməsi üçün iddiaçıya müraciət etdilər. İddiaçı öənişin 3 il uzadılmasını istədi və qəbzi imzaladı. 2016-2017-ci illərdə onlar borc haqqında iddiaçıya xatırlatdılar. İddiaçı bildirdi ki, narahat olmasınlar, onlara borc qəbzi vermişdir, öz evini satıb onlara mənzil alacaq və artıq bu işə maklerləri də cəlb etmişdir. Lakin iddiaçı onların xəbərləri və iştirakları olmadan evi satmış, və 2018-ci ilin yanvar ayında onları pasport qeydiyyatindan çıxarmışdır. Yalnız 2019-cu ilin mart ayında qardaşı sürücülük vəsiqəsini yeniləmək üçün Asan xidmətə müraciət edəndə bu barədə məlumatları olmuş və onlar polisə və prokurorluğa müraciət etmişlər. Onlar 2019-cu ildə mənzillərinin satılması ilə bağlı sənədləri əldə etdikdə həmin sənədlərdə olan ziddiyyətləri görmüşlər. Belə ki, beh müqaviləsində 80000 ABŞ dolları (80,000 manata bərabər), Mənzil alqı-satqı müqaviləsində 55000 manat göstərilmişdir. İddiaçı açıq şəkildə bildirmişdir ki, ikinci sənəd dövlətə vergi ödəməkdən yayınmaq üçün tərtib edilmişdir. Bütün bu sənədlər 2019-cu ildə məhkəmə iclasında məhkəməyə təqdim edilmişdir. Ancaq məhkəmə İddiaçı tərəfini tutaraq onların hüquq və mənafelərini nəzərə almamışdır.
8. Cavabdeh2 bildirir ki, C avabdeh1 izahatında göstərilənlərlə razıdır. Bundan başqa iddiaçıdan tanışı olan Nəzakət adlı xanımın əvəzinə banka 3000 manat ödəniş etməsinə dair müraciət etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim M.Bağırova) 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Cavabdeh1 4999 (dörd min doqquz yüz doxsan doqquz) manatın tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən onun mənzillə bağlı olan borcunun əvəzinə Cavabdeh1 bank hesabına 4999 manat məbləğində pul vəsaiti köçürülmüş, lakin məhkəmə qərarları ilə ondan cavabdehin xeyrinə mə nzillə bağlı borc məbləği tutularkən qeyd olunan məbləğ nəzərə alınmamış və həmin məbləğ cavabdeh tərəfindən ona qaytarılmamışdır.
11. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh1 39200 manat kirayə haqqının iddiaçının xeyrinə tutulması hissəsində əsassızdır. Belə ki, iddiaçı həmin tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər 2012-ci ildə onun mənzilindən çıxaraq mənzili boşaltmış və onun mənzilini kirayəyə vermək barədə onunla məsləhət edəndə, o bu şərtlə mənzilinin kirayəyə verilməsinə razı olmuşdur ki, onlar aldıqları kirayə haqqını onun həmin mənzili borca görə bankda girovda olduğu üçün banka köçürsünlər. Lakin bu şərtlə razılaşan cavabdehlər onun mənzilini 2012-ci ildən 2018-ci ilin iyun ayınadək kirayə verərək, aldıqları ümumilikdə 39200 manat kirayə haqqını onun banka olan borcunun ödənilməsinə görə banka köçürməmiş, aralarındakı razılaşmaya əməl etməmişlər. Məhkəmə iclasında cavabdehlər mənzili kirayə verərəkən bu barədə iddiaçını məlumatlandırdıqlarını, lakin bu zaman aralarında kirayə pulu ilə bağlı hər hansı razılaşma olmadığını bildirmişlər. İddiaçı isə mənzilinin kirayə verilməsi ilə bağlı cavabdehlərlə aralarında razılaşma olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
12. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, iddiaçı 3000 manat borc məbləğinin onun xeyrinə tutulması hissəsində tələbini Cavabdeh2 xahişi ilə onun tanışı olan X adlı xanımın əvəzinə onun banka olan 3000 manat borc məbləğini banka ödəməsi ilə əsaslandırsa da onun hüquqlarının pozucusu kimi cavabdeh olaraq Cavabdeh2 göstərmişdir. Görünür ki, iddiaçı tərəfin dən əsl olmayan cavabdehə qarşı iddia irəli sürülmüşdür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən tələbin ona cavab verməli olmayan şəxsə verilməsi, irəli sürülən tələbin sübüt edilməməsini təsdiq edir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1-ci, Mülki Prosessual Məcəllənin 2.1, 14.2, 77.1, 50.3, 54, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdehlər apelyasiya şikayətləri vermişlər.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi) X.Mərdanova və F.Babayev) 2(103)-7980/2021 nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli ape llyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1298/2021 saylı iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tələb etdiyi 39 200 manat kirayə pulu baxımından iddiaçı həmin halı sübuta yetirə bilməmiş, əksinə, Ali Məhkəmənin iş materiallarında olan 22.02.2021-ci il tarixli qərarından görünür ki, X həmin iş üzrə irəli sürdüyü iddia tələbinə məhz eyni arqumentlə (mənzilinin kirayəyə verilməsi nəticəsində əldə olunan pulun onun banka olan borcunun ödənilməsinə yönəldiləcəyi barədə razılaşmanın olması) etiraz edən İddiaçı bu etirazına aşağıdakı kimi münasibət bildirilmişdir: “İddiaçıya X həmin məbləğlərin ödənilməsi qəbul edilsə də, onların borcun ödənilməsinə hesablanmasına dair sübutlar mövcud deyildir. Əksinə iş materiallarında olan 18 fevral 2019-cu il tarixli iltizamda cavabdeh (İddiaçı) iddiaçıya (X) yeni mənzil alınmasını və ya bu məqsədlə pul ödənilməsini öhdəsinə götürmüş, mülkiyyətində olmuş mənzilin kirayəyə verilməsi nəticəsində alınan vəsaitin borcdan çıxılacağını qeyd etməmişdir.”
17. Göründüyü kimi, qanuni qüvvədə olan məhkəmə aktı ilə hazırkı işin halları baxımından preyudisial əhəmiyyət kəsb edən məsələyə qiymət verilmiş, beləliklə də əslində mübahisəyə dair hüquqi müəyyənlik yaranmışdır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il t arixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.
18. Göstərilənlərə əsasən kollegiya hesab etmişdir ki, iddiaçının “39 200 manat pulun cavabdehlərdən tutulması” tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır və iddiaçının apellyasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz.
19. Kollegiya iddiaçının, “3000 manatın tutulması” tələbi üzrə gəlinən nəticəni də əsaslı hesab etmiş və bununla bağlı əlavə əsaslandırma aparıl masına zərurət olmadığını vurğulamışdır. Çünkü iddiaçı, həmin tələbinin araşdırılmasına imkan verəcək heç bir sübut təqdim etməmişdir.
20. Kollegiya cavabdehlərin apellyasiya şikayəti ilə bağlı isə qeyd etmişdir ki, İddiaçı İradə Abbasovanın hesabına 01.10.2019-cu il tarixdə 4999 manat köçürdüyü işin materialları ilə müəyyən olunur və Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 11.03.2020-ci il tarixli qətnaməsində gəlinən, “məhz bu münasibətlərdən irəli gələn İddiaçı tərəfindən ödənişlərin edilməsi və ya əvəzləşdirilməsi sübuta yetirilmir” qənaəti əsas götürüldüyündə, həmin vəsait X9 Məmmədovun xeyrinə tutulmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verər ək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.
23. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Cavabdeh1 və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər.
27. Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.
28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştir akı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
29. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
30. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətlərində iddiaçı və Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
33. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
34. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
35. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
36. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
37. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
38. Kassasiya instansiyası məhkəməsi apellyasiya in stansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
39. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh1 kassasiya şikayəti təmin edilməməli, İddiaçı kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılm ası üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdir.
41. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməməsi hissəsində qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (35-36)
42. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tələb etdiyi 39 200 manat kirayə pulu tələbinə dair hissədə iddiaçı irəli sürdüyü dəlilləri sübuta yetirə bilməmişdir. Əksinə, Ali Məhkəmənin iş materiallarında olan 22.02.2021-ci il tarixli qərarından görünür ki, İradə Abbasovanın həmin iş üzrə irəli sürdüyü iddia tələbinə məhz eyni arqumentlə (mənzilinin kirayəyə verilməsi nəticəsində əldə olunan pulun onun ba nka olan borcunun ödənilməsinə yönəldiləcəyi barədə razılaşmanın olması) etiraz edən İddiaçı bu etirazına aşağıdakı kimi münasibət bildirilmişdir: “İddiaçıya (X) həmin məbləğlərin ödənilməsi qəbul edilsə də, onların borcun ödənilməsinə hesablanmasına dair sübutlar mövcud deyildir. Əksinə iş materiallarında olan 18 fevral 2019-cu il tarixli iltizamda cavabdeh (İddiaçı) iddiaçıya (X) yeni mənzil alınmasını və ya bu məqsədlə pul ödənilməsini öhdəsinə götürmüş, mülkiyyətində olmuş mənzilin kirayəyə verilməsi nəticəsində alınan vəsaitin borcdan çıxılacağını qeyd etməmişdir.”
43. Bununla bağlı qed edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin 22.02.2021-ci il tarixli qərarına istinad edərək, nəzərə almamışdır ki, həmin qərarda hazırkı iş üzrə mübahisə predmeti olan 39 200 mana t kirayə pulunun İddiaçı xeyrinə tutulmasının yolverilməzliyi deyil, həmin pulun İddiaçı ilə cavabdehlər arasında olan borcdan çıxılmasının onlar arasında razılaşdırılmaması, məhz buna görə də qeyd edilən məbləğin borcdan çıxılmasının mümkün olmaması qeyd edilmişdir.
44. Bundan başqa iş materiallarından görünür ki, 39 200 manat kirayə pulunun Cavabdeh1 tərəfindən alınması işin mübahisəsiz halıdır.
45. Həmçinin iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 11.03.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 xeyrinə 80 000 manat tutulmuşdur.
46. Göründüyü kimi tərəflər arasında olan borc münasibəti üzrə İddiaçı Cavabdeh1 olan borcu məhkəmə qətnaməsi ilə tam tutulmuşdur.
47. Belə olan halda hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün cav abdehlərin İddiaçı məxsus evin kirayəsindən əldə etdikləri vəsaiti sonuncuya qaytarıbqaytarmadıqlarının müəyyən edilməsi mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi qeyd edilən halla bağlı araşdırma aparmamış və həmin hala MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə hüquqi qiymət verməmişdir.
48. Beləki, cavabdehlərin İddiaçı məxsus evin kirayəsindən əldə etdikləri vəsaiti sonuncuya qaytarmamaları müəyyən edildiyi təqdirdə bu hal cavabdehlərin iddiaçının hesabına əsassız varlandıqlarını deməyə əsas verir.
49. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməməsi hissəsində prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişd ir.
50. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
51. Qətnamənin qalan hissələrinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməs i üçün əsas yoxdur.
52. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7980/2021 nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilməməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.