Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-368/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: etibarnaməyə xitam verilməsi, etibarsız əqdin hüquqi nəticələrinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1610/2023 nömrəli iş üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qə rarı qəbul etdi. İşin halları 1. 15.03.2020-ci il tarixli etibarnamə ilə X7 mülkiyyətində olan “Mersedes Benz E220 CDİ” markalı minik nəqliyyat vasitəsi (bundan sonra – avtomobil) üzərində sərəncam vermək də daxil olmaqla, bütün səlahiyyətlərini 1 il müddətinə - xx.xx.2021-ci il tarixədək X8 etibar etmişdir. 2. 02.07.2020-ci il tarixli etibarnamə ilə X9 mülkiyyətçi X3 adından avtomobil üzərində sərəncam vermək də daxil olmaqla, bütün səlahiyyətləri xx.xx.2021-ci il tarixədək X4 etibar etmişdir.
3. X7 xx.xx.2020-ci ildə ölmüşdür.
4. Avtomobil xx.xx.2021-ci il tarixdə X2 arvadı – Cavabdeh (bundan sonra – cavabdeh) adına rəsmiləşdirilərək, rəsmi reyestrdə onun adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. 5. xx.xx.2021-ci ildə cavabdeh sözügedən avtomobili 12700 manata İddiaçı (bundan son ra – iddiaçı) satmışdır.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)376/2022 nömrəli qətnaməsi ilə, X3 vərəsəsi kimi anası X1 iddiası təmin edilmiş, mübahisəli avtomobilə dair yuxarıda qeyd olunan xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə görə alqı-satqı zamanı ödədiyi 12.700 manat pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə, tələbini onunla əsaslandırmışdır ki, cavabdehdən avtomobili almış və həmin nəqliyyat vasitəsinin üzərinə 1300 manata qədər pul qoyaraq, işlək və ziyyətə gətirmişdir. Avtomaşını idarə edən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq ona bildirmişlər ki, nəqliyyat vasitəsinin üzərinə məhkəmə qərardadı ilə həbs qoyulmuşdur. Bundan sonra bilmişdir ki, cavabdehdən aldığı avtomobil əvvəllər mülkiyyət hüququ ilə X5 məxsus olmuş və sonuncu vəfat etdikdən sonra onun yaxını və şəriki olmuş şəxs tərəfindən sağlığında verilmiş etibarnamə əsasında cavabdehə satılmışdır. Rövşən vəfat etdikdən sonra qanun üzrə vərəsə kimi anası iddiaçı qismində etibarnamənin ləğv edilməsi və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəməyə iddia ərizəsi vermiş və məhkəmə qətnaməsi ilə iddia təmin olunmuş, qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə qətnaməsi ilə avtomobil qanun üzrə vərəsə kimi mərhumun anası Tükəzban Məmmədovaya aid edilmiş və bununla da özünün faktiki olaraq həmin nəqliyyat vasitəsi üzərində hər hansı hüquqları qalmamışdır. Cavabdehin həyat yoldaşı X6 öncədən bilmişdir ki, ona satdıqları nəqliyyat vasitəsi X5 məxsus olmuş və həmin şəxs vəfat etdikdən sonra onun yaxını və şəriki olmuş şəxs tərəfindən sağlığında verilmiş etibarnamə əsasında öldükdən sonrakı tarixlərdə Taryelin həyat yoldaşı olan cavabdehin adına rəsmiləşdirilmişdir. Əslində həmin nəqliyyat vasitəsinin faktiki sahibi cavabdehin əri X6 özü olmuşdur və maşını ona satana qədər də özü idarə etmişdir. Taryel Qarayev avtomaşının mübahisəli olduğunu bildiyi halda qəsdən ona satıb. Belə ki, Taryelə etibarnaməni Ağa verib və Ağa ilə Taryel bir-birilərini əvvəldən tanımışlar. Vəziyyəti belə görüb Ağa və Taryel ilə telefonla danışmış, onlar məsələni yolun a qoyacaqlarını bildirmişlər, lakin heç bir tədbir görülməmiş, nəticədə ona zərər dəymiş, cavabdeh və qeyriləri onu çıxılmaz vəziyyətə salmışlar. Dəfələrlə cavabdehə və həyat yoldaşına bildirmişdir ki, nəqliyyat vasitəsinə görə onlara ödədiyi 12.700 manatı geri qaytarsınlar, lakin bu günə qədər söz versələr də, cavabdeh onun pulunu vermir.
9. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(013)-592/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Elşad Bayramov) iddia təmin edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, tərəflər avtomaşının alqı-satqısı zamanı 12700 manata razılaşmalarını inkar etmirlər. Tərəflər arasında aparılmış 24 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsi məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə etibarsız hesab edilm işdir. Ona görə də, əqdin etibarsızlığının hüquqi nəticələri ilə bağlı mülki qanunvericiliyin normalarına əsasən həmin əqd üzrə alınanlar geri qaytarılmalı, yəni cavabdehdən 12700 manat alınıb iddiaçıya verilməlidir.
11. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324.1, 337.1, 337.2, 337.4, 337.5, 362.1, 365.1.7, 366.2, 366.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansi ya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, mərhum X7 ona etibarnamə ilə maşın satmamış, onunla görüşməmiş, bir-birini tanımamışlar. O, da İddiaçı kimi aldadılmış, pul verib maşın alıb, sonra da həmin avtomobili iddiaçıya satmış, iddiaçını aldatmamışdır. Onlar vicdanlı alqı-satqı etmişlər, vicdanlı satıcı olmaqla iddiaçını aldatmamış, avtomobili ona satmış, o da öz adına rəsmiləşdirmişdir. Məhkəmə isə sübutlara düzgün hüquqi qiymət verməmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1610/2023 nömrəli iş üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, İslam Hə sənov) apellyasiya şikayəti təmin edilməmişdir.
15. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərini əsasız hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.
17. Kassator şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış, həmçinin qeyd etmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh maşını pul verib almışdır və o pulu iddiaçıya geri qaytaracağı təqdirdə onun pulunu kimin qaytaracağı məlum deyil. Qətnamə iş üzrə müəyyən edilmiş hə qiqi hallara uyğun əsaslandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, şikayətin əsassız olduğu üçün təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
19. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
20. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
21. Madd ə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
22. Maddə 365.1.7. Etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması etibarnaməyə xitam verilməsinin əsaslarındandır.
23. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idi sə, bu qayda tətbiq edilmir.
24. Maddə 366.4. Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Mülki-Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
28. Maddə 217.1 Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi i lə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kol legiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.
38. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. Hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılm ır, onlara qiymət verilmir.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1610/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.