Məhkəmə qərarları › İş №2(102)-3682/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3682/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3682/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3682/2023 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-927/2023 nömrəli xx.xx.2023-cü il tarixl i qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən mülki işə 15 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" KB QSC (bundan sonra– iddiaçı və ya Bank) ilə Cavabdeh2 arasında 16 iyun 2015-ci il tarixli, 1xx/xx/111814/15 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə illik 27 faizlə 36 ay müddətinə 10000 manat kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Bank cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada bankın xeyrinə xx.xx.2015-ci il t arixli 1xx/xx/111814/15 saylı kredit müqaviləsi üzrə 6804,42 manat məbləğində əsas borc, 4991,9 manat məbləğində faiz borcu, 3319,07 manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 948,1 manat faiz borcu olmaqla, ümumilikdə 16063,49 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bank ilə Cavabdeh2 arasında 16 iyun 2015-ci il tarixli, 1xx/xx/111814/15 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən illik 27% ödənilməsi şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 ilə iddiaçı bank arasında 16 iyun 2015-ci il tarixli, 1xx/xx/1 11814/15 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka iddia tələbində göstərilən miqdarda borcu yaranmışdır.

4. Birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin müəyyənləşdirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2021-ci il tarixli rəyinə əsasən iş kredit müqaviləsinin müddətinin bitdiyi tarixə, yəni xx.xx.2018-ci il tarixinə qədər əsas borc üzrə 6804,42 manat, faiz borcu üzrə 4991,90 manat, cərimə borcu üzrə 3319,07 manat və illik 5 faiz hesablanmaqla əldən çıxmış fayda üzrə 948,10 manat təşkil edir.

5. Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim M. Abbasova) iddi anın qismən təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6804,42 manat kredit borcu, 4991,90 manat faiz borcu, 50 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5% olmaqla 948,10 manat faiz borcu olmaqla, cəmi 12794,42 manat pul və 30 manat dövlət rüsumunun əvəzi LPO "xxxx" KB QSC-nin xeyrinə tutulması, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranması, iddiaçının üzərinə götürdüy ü öhdəliyi yerinə yetirməsi, yəni müqavilələrdə nəzərdə tutulan pul vəsaitini cavabdehə verməsi, lakin cavabdehin kredit və hesablanmış faizləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmələri, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmələri ilə əsaslandırmışdır.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 462.1, 463.1, 465.2, 467, 472.1, 472.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cı maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhk əməsində birinci icraat

8. Cavabdeh Əhədov X2 Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çox ciddi prossesual qanun pozuntuları ilə çıxarıldığı üçün ləğv edilməlidir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı qarşısında olan öhdəlik üzrə borc cavabdeh tərəfindən faktiki olaraq ödənilmişdir. Belə ki, bank tərəfindən verilmiş “hesabdan çıxarış” adlı sənəddən müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək cəmi 22538,64 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə borcu təsdiq edən yalnız maliyyə arayışı t əqdim edilmişdir və cavabdeh tərəfindən borcun ödənilməsini təsdiq edən sübutlar təqdim edilmədiyini (edildiyini) məhkəmə nəzərə almamışdır. Məhz bu səbəbdən məhkəmədə borcun vaxtında qaytarılmadığı haqqda yalnış fikir yaranmışdır. Məhkəmə cavabdeh tərəfindən aparılan ödənişləri nəzərə almamışdır, borcun yaranma səbəblərini araşdırmamışdır.

10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-927/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər –S. A. Qafari (sədrlik edən və məruzəçi), A. A. Mahmudov və L. M. Məmmədova) apellyasiya şikayəti təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Məhkəmənin mövqeyi b undan ibarət olmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən Mülki Məcəllənin 739, 385.1, 442-ci maddələrinin tələbinə uyğun olaraq iddiaçı tələb olunan məbləği cavabdehdən tələb etməkdə haqlı olmuş və məhkəmədə bu iddianı həmin hissədə təmin, Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə əsasən cəriməni azaldaraq 50 manat məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlmişdir.

12. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N. Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).

13. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh2 (Vəkil) kassasi ya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianı rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçı qarşısında olan öhdəlik üzrə borc cavabdeh tərəfindən faktiki olaraq ödənilmişdir. Belə ki, bank tərəfindən verilmiş “hesabdan çıxarış” adlı sənəddən müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2015 il tarixindən xx.xx.2016-cı il tarixinədək cəmi 22 538,64 manat ödəniş edilmişdir və borcu yoxdur. (maddi pozuntular)

16. Prosessual pozuntulara gəldikdə isə, işə cavabdeh və onun vəkili məhkəmə iclasına vaxtında baxıldığı gəlmişdir. Lakin məhkəmə cavabdeh tərəfi məhkəmə iclas zalına dəvət etməmişdir. Yalnız iclas vaxtı keçdikdən sonra Sədrlik edə n məhkəmə cavabdeh tərəf işin baxılması ilə maraqlanmaq istəyəndə iclasını açır və hansı işə, hakim bildirmişdir ki, artıq iclas bitmişdir, cavabdehin kimin şikayəti ilə və hansı məhkəmədə olduğu ona məlum olsada (cavabdehi məhkəmə iclas zalının qarşısında görmüşdür) səhvən onu dəvət etmədən qətnaməsinə baxıldığını iclas keçirərək qətnaməni elan etmişdir.

17. Kassator şikayətinin əsası kimi naddələrə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı bank kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-927/2023 nömrəli 31 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21. 385.1-ci maddəsinə əsasən öhdə liyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 22. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 23. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 24. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu m üqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 25. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 26. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 27. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 28. 443.5-ci maddəs inə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 29. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 30. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 31. 14.2-ci maddə sinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 32. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 33. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 34. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 35. 88-ci maddəsinə əsa sən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 36. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 38. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməs i şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 39. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

41. Belə ki, işdən görünür ki, "xxxx" KB QSC ilə Cavabdeh2 arasında 16 iyun 2015-ci il tarixli, 1xx/xx/111814/15 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən illik 27% ödənilməsi şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 ilə "xxxx" KB QSC arasında 16 iyun 2015-ci il tarixli, 1xx/xx/111814/15 saylı zaminlik müqaviləsi bağlanmışdır.

42. İddiaçı ərizəsində istinad etdiyi halları təqdim edilmiş sənədlərlə (maliyyə arayışı, hesabdan çıxarış və s.) sübut etməyə çalışmışdır. Həmin sənədlərdən görünür ki, cavabdeh Ç.Əhmədovun banka 16063.49 manat borcu vardır.

43. Birinci instansiya məhkəməsində işə baxılan zaman yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında araşdırma aparılmış və məhkəmə-mühasibatlıq ekspertizası təqdim edilmişdir.

44. Lakin, cavabdeh apellyasiya şikayətində qeyd olunan kredit müqaviləsi üzrə borcunu tam ödədiyini qeyd etmiş və iddiaçının təqdim etdiyi hesabdan çıxarışı şübhə altına alacaq hesabdan çıxarış təqdim etmişdir. Həmin hesabdan çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixdə Ç.Əhmədovun adına yaradılmış hesab üzrə borc xx.xx.2016-cı il tarixdə bağlanmışdır (iş vərəqi 145-155).

45. Buna baxmayaraq, apellyasiya instansiya məhkəməsi cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin olub-olmaması barədə sözügedən apelyasiya şikayətinin dəlili və təqdim edilən sənədlərə lazımi hüquqi qiymət verməmişdir.

46. Qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, sübutların qiymətləndirilmədiyinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına dəlalət edir.

47. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xi dmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

48. Məhkəmə kollegiyası vurğulayır ki, iş üzrə əhəmiyyət kəsb edən hallara qiymət vermədən, səthi və formal mülahizələrlə iddianın əsassız olması barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

49. Bu qaydalara riayət edilməməsi həm İnsan Hüquqlarının və X3 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəm ə araşdırması hüququnun, həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir (§ 24-25).

50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

51. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

52. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının biri nci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

53. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallara lazımi qiymət verilmədiyi üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

54. Təkrar apellyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə y ükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 may 2023-cü il tarixli, 2(105)-927/2023 saylı qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkə məsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar