Məhkəmə qərarları › İş №2(102)-3684/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-3684/2018

11.06.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3684/2018 11.06.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-3684/2018 Bakı şəhəri 11 iyun 2018-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.05.2017-ci il tarixli 2(104)1653/2017 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəmkir rayon Məhkəməsinin (hakim N.Paşayev) 08.12.2017-ci il tarixli 2(076)5608/2017 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “əsas kredit borcunun, faizlərin və dəbbə pulunun tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 5.909,75 ABŞ dolları əsas kredit borcu, 1.053,35 ABŞ dolları faiz borcu və 59 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 7.022,10 ABŞ dollarının ödənildiyi günə azərbaycan manatına olan məzənnəsi üzrə alınıb iddiaçı "xxxx" QSC-yə verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 30 manat pulun alınıb iddiaçı "xxxx" QSC-yə verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Bayramov, L.Süleymanov, İ.Şəfiyev) 10.05.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətitəmin edilməmiş, iş üzrə Şəmkir rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli qətnaməsi - Cavabdeh1 münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.05.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “əsas kredit borcunun, faizlərin və dəbbə pulunun tutulması” tələbinə dair iddia ərizəsi ilə 25.08.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5.909,75 ABŞ dolları əsas kredit borcu, 1.053,35 ABŞ dolları faiz borcu, 1.296,66 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 8.259,76 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.05.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilm əsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı "xxxx" QSC-nin nümayəndəsi, Cavabdeh1 və vəkili İsmayılov Akif Eldar oğlu, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiy ası qəbul etdiyi 10.05.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinitəmin etməyib, iş üzrə Şəmkir rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli qətnaməsinin - Cavabdeh1 münasibətdə dəyişiklik edilmədən saxlanılması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 07.03.2008-ci il tarixli *********************** nömrəli uzunmüddətli kredit xətti müqaviləsinə əsasən "xxxx" QSC Cavabdeh1 120 ay müddətinə 10.000 ABŞ dolları kredit xətti açmışdır. İddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 22.07.2014-cü il tarixli 586 nömrəli sazişə əsasən kredit xətti müqaviləsinin məbləği artırılaraq 100.000 ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış 22.07.2014-cü il tarixli ********************** nömrəli kredit razılaşmasına əsasən "xxxx" QSC Cavabdeh1 24 ay müddətinə, aylıq dərəcəsi 2,1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 10.000 ABŞ dolları kredit vermişdir. "xxxx" QSC-nin 22.07.2014-cü il tarixli qəbzə əsasən saat 12:57-də Cavabdeh1 10.000 ABŞ dolları pulu "xxxx" QSC-dən almışdır. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 22.07.2014-cü il tarixli ***************** nömrəli kredit razılaşmasına əlavə kimi tərtib edilmiş ödəniş planından görünür ki, Cavabdeh1 krediti hissə-hissə olmaqla, 22.08.2014-22.07.2016-cı illər ərzində hər ay 541,05 ABŞ dolları olmaqla banka ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış 07.03.2008-ci il tarixli ************* nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 07.03.2008-ci il tarixli *************** nömrəli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış 12.07.2010-cu il tarixli 06S000004323 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 07.03.2008-ci il tarixli *************** nömrəli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. "xxxx" QSC ilə Cavabdeh4 arasında bağlanmış 12.07.2010-cu il tarixli 06S000004322 nömrəli zaminlik müqavil əsinə əsasən zamin Cavabdeh4 "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 07.03.2008-ci il tarixli *************** nömrəli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. "xxxx" QSC ilə Cavabdeh5 arasında bağlanmış 30.12.2011-ci il tarixli 06S000006507 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh5 iddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 07 mart 2008-ci il tarixli, *************** nömrəli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. "xxxx" QSC ilə Cavabdeh6 arasında bağlanmış 22.07.2014-cü il tarixli 34S000001642 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh6 iddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 07.03.2008-ci il tarixli *************** nömrəli kredit müqaviləsinin ic rasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. 29.03.2015-ci il tarixli **************** nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən 22.07.2014-cü il tarixli ***************** nömrəli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri dəyişdirilmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış 29 mart 2015-ci il tarixli, ****************** saylı kredit sazişinə əlavə kimi tərtib edilmiş ödəniş planından görünür ki, cavabdeh tərəfindən kreditin qaytarılmasının hissə-hissə həyata keçirilməsi nəzərdə tutulmuş, o, 22.04.2015-22.12.2016-cı illər ərzində krediti hər ay 441,81 ABŞ dolları olmaqla banka ödəməyi öhdəsinə götürmüşdür. 21.09.2015-ci il tarixli ******************** saylı kredit razılaşması və ödəniş p lanına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, 22 iyul 2014-cü il tarixli ******************** saylı ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri dəyişdirilmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış 21.09.2015-ci il tarixli ***************** saylı kredit sazişinə əlavə kimi tərtib edilmiş ödəniş planından görünür ki, cavabdeh tərəfindən kreditin qaytarılmasının hissə-hissə həyata keçirilməsi nəzərdə tutulmuş, o, 22.09.2015-22.06.2017-ci illər ərzində krediti hər ay 442,05 ABŞ dolları olmaqla banka ödəməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 28.07.2016-cı il tarixə banka 5.909,75 ABŞ dolları əsas kredit borcu, 1.053,35 ABŞ dolları faiz borcu, 1.296,66 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 8.259,76 ABŞ dolları borcu vardır. 02.02.2016-cı, 16.03.2016-cı və 11.05.2016-cı il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə xəbərdarlıq edil ərək, kredit müqaviləsi üzrə borcları xatırladılmış və ödənilməsi tələb olunmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilm əməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdi yi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclu banka olan borcunu tam ödəməmişdir. Bu səbəbdən, zaminlər borcun ödənilməsi üçün borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm ala rınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikayəti verən şəxsin şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin e dilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.05.2017-ci il tarixli 2(104)-1653/2017 nömrəli qətnaməsi - Cavabdeh1 kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar