Məhkəmə qərarları › İş №2(102)-3684/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3684/2019

23.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3684/2019 23.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 11 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı-nin və vəkili Vəkilkassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli, 2(001)1282/2018 saylı qətnaməsi ilə (hakim Fərrux Qasımov) iddia ərizəsi qismən təmin olunmuş, cavabdehlər Cavabd eh1 oğlundan və Cavabdeh2 müştərək qaydada 21.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borc 4703,84 ABŞ dolları, faiz borcu 2291,03 ABŞ dolları olmaqla, ümumilikdə 6994,87 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat pul vəsaitinin 25 manat məbləğində hissəsinin və sənədlərin notarial qaydada təsdiqi üçün ödənilmiş 12 manat məbləğində pul vəsaitinin 9 manat məbləğində hissəsinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaitinin 120 manat məbləğində hissəsinin cavabdehlərdən, 25 manat məbləğində hissəsin in iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov sədrlik edən və məruzəçi, Z.Əliyev və F.Talışinski, iş № 2(103)-12567/18) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli, 2(001)-1282/2018 saylı qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmayaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli, 2(001)-1282/2018 saylı qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdi rilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 12 dekabr 2017-ci il tarixə yaranmış 4704 ABŞ dolları məbləğində əsas, 3321 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 8025 ABŞ dolları məbləğində borcun, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 manatın və sənədlərin notarial qaydada təsdiqi üçün ödənilmiş 12 manat məbləğində pul vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı-ti və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti on unla əsaslandırmışlar ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iddianın həcminin dəyişdirməsini və faktiki olaraq iddiaçıya verilən səlahiyyətləri öz üzərinə götürməsini nəzərə almamışdır və bununla da MPM-nin 53-cü, 88-ci,218.3-cü maddəsinin, Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinin, 127-ci maddəsinin İİ hissəsinin tələblərini pozmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü mad dəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 11 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olunan faktlara qiymət vermir. Kassasiy a instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi yoxlanılarkən iş materiallarında olan sübutlara və hüququ faktlara istinad edilməsi faktiki halların araşdırılması kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyul 2018-ci il tarixli, 7386 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyi ilə müəyyən olunmuşdur ki, 21 aprel 2014-cü il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla - 21 aprel 2017-ci il tarixə Cavabdeh1 İddiaçı-yə əsas kredit borcu 4703,84 ABŞ dolları, faiz borcu isə 2291,03 ABŞ dolları təşkil etmişdir. Apell yasiya şikayətlərində ekspertiza rəyi ilə razılaşmamanın konkret əsasları göstərilməmiş, məhkəmə baxışı zamanı isə rəyin mötəbərliyinə şübhə yaranmamışdır. Eyni zamanda, iddiaçı apellyasiya şikayətində kredit borcunun 12 dekabr 2017-ci il tarixə tələb olunmasını, iddianın dəyişdirilmədiyini, məhkəmənin isə tələbdən kənara çıxaraq borcu 21 aprel 2017-ci il tarixə olan vəziyyətdə təmin etməsini göstərmişdir. Kredit müqaviləsi 21 aprel 2014-cü il tarixdə 36 ay müddətinə bağdanmış, müddət 21 aprel 2017-ci il tarixdə bitmişdir. İddia tələbindən və maliyyə arayışından görünür ki, iddiaçı faizləri kreditin qaytarılması müddətin bitdikdən sonra, yəni 12 dekabr 2017-ci il tarixə hesablayaraq tələb etmişdir ki, bu da qanunvericiliyin tələbləri ilə uzlaşmır. Bu səbəbdən də birinci instansiya məhkəməs i haqlı olaraq iddianı qismən təmin etmişdir ki, bu hal da iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. İddiaçı müqavilə müddəti bitdikdən sonra öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərəri (real zərər və əldən çıxmış faydanın) tələb etmək hüququnu özündə saxlayır. Beləliklə, hazırki iş üzrə birinci instansiya məhkəməsinin gədiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Apellyasiya Məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitu siya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik MM-in 470477-ci maddələri ilə tənzimlənir. MM-in 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Kreditor və borclu arasında bağlanan müqav ilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği old uqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi maddi və prosessual hüquq normaları düzgün olmuşdur. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iş materiallarında olan iddiaçı tərəfin iddiasının əsası və cavabdeh tərəfin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallar və təqdim edilmiş sənədlər üzrə keçirilmiş ekspertizanın nət icələrinə işin digər sübutları ilə yanaşı huquqi qiymət verməklə həm həmin rəyə, həm işin faktiki hallarına, həm tərəflərin qarşılıqlı münasibətinə, həm də mülki işin materiallarına istinad edərək gəldiyi nəticəsi əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları apellyasiya instansiyası məhkəməsinə qismən təqdim edə bilmiş, məhkəmə instansiyası tərəfindən onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassa siya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə cavabdeh X1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 11 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar