Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3685/2021 08.05.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin icraata qəbulundan imtina barədə Ali Məhkəmənin hakimi Quliyev Gündüz Ağababa oğlu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli qətnaməsindən Vəkil verdiyi kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli qətnaməsindən Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən im zalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. İş materiallarının 71 və 162-ci vərəqələrində olan etibarnamənin surətindən görünür ki, Cəlilov X1 Faiq Əjdər oğluna 3 ay müddətinə etibarnamə vermiş, həmin etibarnamə 27.12.2019-cu il tarixədək qüvvədə olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407 -ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Lakin, apellyasiya məhkəməsi tərəfindən həmin maddənin tələbləri pozularaq prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şikayəti baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407.3, 408.1.1, 409-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli qətnaməsindən Vəkil verdiyi kassasiya şikayəti icraata qəbul edilmədən Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3685/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-3685/2021
08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver