Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3688/2019 09.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı kredit, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim X.Məhərrəmova) iddiaçı X Cavabdeh oğluna qarşı kredit, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Cəmilova, hakimlər A.Hüseynov və İ.Xəlilov) Yasamal rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı X kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı X Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə əsas borc qismində 2663,68 manat, faiz borcu qismində 1504,05 manat, dəbbə pulu qismində 423,60 manat, cəmi 4591,33 manat, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 dekabr 2013-cü il tarixli plastik kart kredit müqaviləsinə əsasən bank (borc verən) Cavabdeh (borc alana) illik faiz dərəcəsi 18% olmaqla, 12 ay müddətinə xüsusi kart hesabı üzrə 5000 manat məbləğində kredit xəttinin açılmasını öhdəsinə götürmüşdür. Hal-hazırda iddiaçı cavabdehlərin 09 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə Ləğv prosesində olan İddiaçı ASC-yə 14 fevral 2018-ci il tarixə olan borcu əsas kredit borcu qismində 2663,68 manat, faiz borcu qismində 1504,05 manat, cərimə borcu qismində 423,60 manat, cəmi 4591,33 manat olduğunu bildirir. Mülki işin araş dırılması zamanı kredit borcunun tam ödənilməsi müəyyən olunmamışdır. İş materiallarından görünür ki, Cavabdeh ilə «xxxx» Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 09.12.2013-cü il tarixli kredit müqaviləsinin icra müddəti 09 dekabr 2014-cü il tarixə qədər müəyyən olunmuşdur. Belə olan halda üç illik müddətin axımı 09 dekabr 2014-cü il tarixdən başlanır və 09 dekabr 2017-ci iı tarixdə başa çatır. Bank isə məhkəmədə iddianı 2018-ci ildə, yəni iddia müddəti başa çatandan bir ildən çox olan müddətdən sonra qaldırılmışdır. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın rədd olunmasını xahiş etmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəll ənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Kredit müqaviləsində öhdəliyin icra müddəti 09 dekabr 2014-cü il təyin olunmuşdur. İddiaçı məhkəməyə 17.05.2018-ci il tarixdə müraciət etməklə üç illik iddia müddətini (həm əsas, həm də əlavə tələb üzrə) ötürmüşdür. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3688/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3688/2019
09.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver