Məhkəmə qərarları › İş №2(102)-3688/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3688/2021

26.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3688/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi 26.08.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1483/2021 nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 19 noyabr 2014-cü il tarixli ödəmə qrafikindən görünür ki, İddiaçı X-dan aylıq 26 faiz olmaqla 36 ay ərzində qaytarmaq şərti ilə 11000 manat kredit götürmüşdür. 2. 27 may 2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh2 7000 manat məbləğində borc vermişdir. 3. sentyabr 2016-cı il tarixdə Cavabdeh2 tərəfindən yazılmış qeydlərdən görünür ki, o, İddiaçı kredit götürdüyü 11000 manatın 7000 manatını götürdüyünü, həmin puldan ödəniş etmədiyini qeyd etmişdir.

4. İddiaçı və Cavabdeh2 tərəfindən 33 saylı dövlət notariat kontorunda yazılmış 11.04.2017-ci il tarixli ərizələrdən görünür ki, İddiaçı 18.05.2016-cı il tarixli borc müqaviləsinə əsasən Cavabdeh2 7000 manat borc vermişdir. Borclu aldığı 7000 manat pul məbləğini qaytarmışdır. 5. 11 aprel 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh2 10800 manat məbləğində borc vermişdir. 6. 10 yanvar 2018-ci il tarixli icra qeydindən görünür ki, İddiaçı xeyrinə Cavabdeh2 10800 manat və dövlət rüsumuna görə 10 manat tutulması qeyd edilmişdir.

7. X Cavabdeh2 məxsus plastik əmək haqqı kartının bağlı olduğu bank hesabından 01.01.2014-cü il tarixdən 01.01.2018-ci il tarixədək olan dövr ərzində aparılmış əməliyyatlara dair foto görüntülərdən görünür ki, hesabdan bütün çıxarışlar cavabdeh tərəfindən deyil, başqa şəxslər tərəfindən, o cümlədən də İddiaçı tərəfindən həyata keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ca vabdeh2 7000 manat məbləğində pulun, 2500 manat məbləğində maddi ziyanın və 30 manat məbləğində dövlət rüsumunun, Cavabdeh1 isə 200 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Sonradan İddiaçı iddia tələbindən Cavabdeh1 münasibətdə imtina etdiyini bildirmişdir.

10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qərardadı (hakim R.Xəzri) ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc və maddi ziyan tələbinə dair mülki iş üzrə icraata Cavabdeh1 münasibətdə xitam verilmişdir.

11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə münasibətləri yaxşı olmuşdur. Cavabdeh pula ehtiyacı olduğu üçün ondan 2014-cü ilin noyabr ayında borca pul istəmiş və 3 il müddətində qaytaracağını bildirmişdir. O da "xxxx" BOKT-dan 1 1000 manat məbləğində kredit pul götürərək həmin məbləğin 7000 manatını cavabdehə vermişdir. 11000 manat məbləğində kredit üçün o 4938 manat məbləğində faiz borcu ödəməli olmuşdur. 7000 manat məbləğində pul 11000 manat pulun 63.6 faizini təşkil etdiyindən cavabdeh 7000 manat pulun müqabilində 3140 manat məbləğində faiz ödəməli idi. Cavabdeh həmin puldan ödəniş etmədiyi üçün borcu öz vəsaiti hesabına ödəmişdir. Çünki borc ödənilmədiyi halda bank tərəfindən faiz borcu artıq hesablanacaqdı. Cavabdehin həmin vaxt əmək haqqından başqa borclar üzrə tutmalar aparıldığından yalnız həmin tutmalardan sonra 7000 manat borcu faizi ilə birlikdə ödəyə biləcəyini demiş və bununla bağlı 2016-cı ilin sentyabr ayında öz əli ilə qeyd yazmışdır. Cavabdeh faiz borcundan 640 manat ödəniş etsə də, qalan faiz bor cunu və əsas borcu ödəməkdən bu günədək yayınmışdır. Ona görə də, o, banka olan borcu özü ödəmişdir. Ona 7000 manat borcdan əlavə faizləri ödədiyi üçün 2500 manat maddi ziyan dəymişdir. Buna görə də, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Bundan başqa, o, "xxxx"dan kreditə götürdüyü pulun qalan 4000 manatını Cavabdeh1 vermişdir. Cavabdeh həmin pulu qaytarsa da, 1798 manat faiz borcundan 200 manatı bu vaxtadək qaytarmamışdır.

12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 220/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəzri) iddia tələbi təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, 2014-cü ildə Cavabdeh2 borc pul istəmiş, İddiaçı bankdan kredit pul götürmüş və həmin puldan Malyatdinə borca pul v ermişdir və 7000 manat borcun olmasına dair işdə iki sənəd mövcuddur: 1) 33 saylı DNK-nda bağlanmış 27 may 2016-cı il tarixli kredit müqaviləsi. 2) 09 noyabr 2016-ci il tarixli əlyazma.

14. Qeyd olunmalıdır ki, 27 may 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 7000 manat borcu cavabdeh 27 oktyabr 2016-ci il tarixədək qaytarmalı idi, lakin həmin pul qaytarılmamış 09 noyabr 2016-cı ildə yenidən 7000 manat borcun olmasına dair əlyazma yazılmışdır. Məhkəmə hesab etmişdir ki, hər iki yazı eyni borcu yəni 7000 manat borcun olmasına dairdir və eyni borc hesab edilməlidir.

15. Belə ki, 27 oktyabr 2016-ci ildə 7000 manat qaytarılmayan borcun mövcud olduğu halda, növbəti ayın cari ilində yəni 09 noyabr 2016-ci ildə yenidən eyni məbləğdə 7000 manat borcun verilməsi ağlabatan deyil, həmin borcun mö vcudluğunun etirafı və zəmanəti kimi qəbul edilməlidir.

16. Bundan əlavə, işə əlavə edilmiş notariat orqanına təqdim edilmiş ərizələrdən müəyyən olunur ki, 11 aprel 2017-ci ildə İddiaçı Cavabdeh2 verdiyi 7000 manat məbləğində pul ona qaytarılmışdır. Həmin ərizə 33 saylı DNK-ya verilmiş və eyni -11 aprel 2017-ci il tarixdə, lakin başqa dövlət orqanında- 5 saylı “Asan Xidmət” Mərkəzində İddiaçı tərəfindən Cavabdeh2 10.800 manat kredit borcunun verilməsi barədə kredit müqaviləsi imzalanmışdır.

17. Məhkəmə eyni tarixdə - yəni 11.04.2017-ci il tarixdə 7000 manat borcun qaytarılması və həmin tarixdə lakin həmin notariat orqanında deyil “Asan Xidmət” Mərkəzində yenidən 10.800 manat borc müqaviləsinin bağlanmasına şübhə ilə yanaşaraq, cavabdehin verdiyi izahatı ağlabatan qəbul edərək, belə nəticəy ə gəlmişdir ki, 10.800 manat borc pul 7000 manat məbləğində borcu əhatə edir.

18. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 10.800 manat borcun qaytarılmasına dair işə Pirallahı Rayon Məhkəməsi tərəfindən baxılaraq, həmin borcun qaytarılması icra olunmuş və icra üzrə icraata xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırda 7000 manat borcun və faizlərin qaytarılmasına dair iddia tələbi əsassızdır və təmin edilə bilməz.

19. Məhkəmə tərəflərin izahatlarına və işin məhkəmə iclasında tədqiq olunan hallarına əsasən hesab edir ki, kredit müqaviləsi başqa əqdi (şifahi borc müqaviləsini) pərdələmək məqsədilə bağlandığından yalan əqddir. Belə ki, cavabdeh iddiaçıdan 4000 manat borc pul almış, həmin pulun qaytarılmasının təminatı olaraq ilkin olaraq onunla 7000 manat borca dair, həmin pulu qaytara bilmədikdə isə, 10800 manat borca dair kredit bağlanmış, kredit müqaviləsi bağlanarkən məqsəd 4000 manat borca dair müqaviləni pərdələmək olmuşdur. Sözügedən müqavilənin yalan əqd olduğu aşağıda sadalanan sübutların məcmusu ilə təsdiq olunur: Tərəflər arasında kredit müqaviləsinin bağlanmasının ağlabatan izahı olmalıdır. Bildiyimiz kimi, kredit müqaviləsi bağlanana qədər buna yönəlik zərurətlər yaranır, yəni müqavilə pula olan zəruri ehtiyacdan bağlanır. Lakin iş materiallarından görünür ki, cavabdehin iddiaçıya olan 7000 manat borcunun ödənilməsi barədə notariusda tərəflər arasında ərizələrin yazıldığı 11.04.2017-ci il tarixdə tərəflər arasında yenidən 10800 manat borca dair müqavilə bağlanmışdır. Məhkəmə, tərəflər arasında 2016-cı ildən borca dair mübahisə sinin olmasını, həmin borcun ödənildiyi tarixdə yenidən kredit müqaviləsinin bağlanmasını ağlabatan hesab etmir. Hazırki işdə tərəflər arasında ikinci dəfə kredit müqaviləsinin bağlanmasına dair ağlabatan səbəblər müəyyən edilmir.

20. Bundan əlavə, cavabdeh tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, hazırki iş üzrə iddia ərizəsinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin keçdiyini bildirilmiş, həmin əsasla da iddia tələbinin rədd edilməsini xahiş edilmişdir.

21. Məhkəmə iş materiallarını araşdırıb, qanunvericiliyin tələblərini nəzərə alaraq, cavabdehin etirazını əsaslı hesab etmiş və belə nəticəyə gəlmişdir ki, yuxarıda qeyd olunanlarla yanaşı, iddia tələbinin qeyd edilən hissəsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi tətbiq edilməlid ir.

22. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1 və 373.2-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

23. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tərəflər 2016-cı ildə borca dair şifahi müqavilə bağlamış, iddia tələbi ilə bağlı iddia müddəti keçmişdir.

24. Belə ki, borc pul hər iki tərəfin izahatından bəlli olduğu kimi 2014-cü ildə verilmiş, yazılı kredit müqaviləsi isə 27 may 2016-cı ildə imzalanmışdır.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2, 373, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsin dəki icraat

26. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1483/2021 nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Mehdiyev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-220/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, kredit müqaviləsi başqa əqdi (şifahi borc müqaviləsini) pərdələmək məqsədilə bağlandığından yalan əqddir. Belə ki, cavabdeh iddiaçıdan 4000 manat borc pul almış, həmin pulun qaytarılmasının təminatı olaraq ilkin olaraq onunla 7000 manat borca dair, həmin pulu qaytara bilmədikdəsə, 10800 manat borca dair kredit bağlanmış, kredit müqaviləsi bağlanarkən məqsəd 4000 manat borca dair müqaviləni pərdələmək olmuşdur. Sözügedən müqavilənin yalan əqd olduğu aşağıda sadalanan sübutların məcmusu ilə təsdiq olunur.

29. İş materiallarından görünür ki, cavabdehin iddiaçıya olan 7000 manat borcunun ödənilməsi barədə notariusda tərəflər arasında ərizələrin yazıldığı 11.04.2017-ci il tarixdə tərəflər arasında yenidən 10800 manat borca dair müqavilə bağlanmışdır. Məhkəmə, tərəflər arasında 2016-cı ildən borca dair mübahisəsinin olmasını, həmin borcun ödənildiyi tarixdə yenidən kredit müqaviləsinin bağlanmasını ağlabatan hesab etmir. Hazırki işdə tərəflər arasında ikinci dəfə kredit müqaviləsinin bağlanmasına dair ağlabatan səbəblər müəyyən edilmir. Kassasiya ş ikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

33. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

34. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

35. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə ba xmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktl ara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq

38. Mülki Məcəllə

39. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. (maddə 340.2)

40. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

41. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)

42. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. (maddə 528) Mülki Prossesual Məcəllə

43. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

44. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

45. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət v erir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

46. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (maddə 106.1)

47. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

48. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterl i olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1483/2021 nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar