Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3688/2024 04.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 Cavabdeh (Gədəbəy rayonu X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddiaları ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3688/2024 (Açar sözlər: yolun açılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 Cavabdeh qarşı (Gədəbəy rayonu X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “yolun açılması” tələbinə dair iddiaları ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1209/2024 nömrəli, 22 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 (Vəkili Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 04 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 dekabr 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gədəbəy Rayonu, Parakənd kəndində yerləşən 0,1903 ha torpaq sahəsinin 2/5 hissəsi İddiaçı1, 1/5 hissəsi İddiaçı3, 1/5 hissəsi İddiaçı2 və 1/5 hissəsi İddiaçı4 ümumi paylı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İd diaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy rayonunun Parakənd kəndində yerləşən və mülkiyyətlərində olan torpaq sahəsinə gedən avtomobil yolunun cavabdeh tərəfindən tutulmuş hissəsinin açılması və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq iddiaçılara qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən X1 1.903,61 kv.m. torpaq sahəsi verilmişdir. Həmçinin qonşuluqda yerləşən torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 02 dekabr 1998-ci il tarixli 13 nömrəli qərarı ilə X2 verilmişdir. İddiaçı1 atası İsmayıl İsmayılov 2017-ci ildə vəfat etmiş və bundan sonra torpaq sahəsindən iddiaçılar istifadə etmişlər. Eləcədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 dekabr 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Lakin 2020-ci ilin əvvəllərində cavabdeh onlara məxsus torpaq sahəsinə gediş-gəliş yolunu qanunsuz olaraq bağlamış və maneə yaratmışdır. Cavabdehdən yolun açılmasını tələb etsələr də, sonuncu bundan imtina etmişdir.
4. Birinci instansiya məhkəməsinin icraatı zamanı Gədəbəy rayonu X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
5. Məhkəmə baxışı iclasında cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə X5 ona qarşı Gədəbəy rayonu, Parakənd kəndində yerləşən iddiaçıya məxsus torpaq sahəsinə gedən yolun açılması tələbi haqqında iddia ərizəsi qismən təmin edilmiş, yolun tutulmuş hissəsinin açılması qət edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin şikayəti təmin edilməmişdir. O, Gəncə Apellyasiya Məhkəməsinin qəraından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərarı ilə şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. İddia tələbi qanunsuz və əsassızdır. Torpaq bələdiyyə mülkiyyətindədir. O, uzun müddətdiur ki, həmin torpaqdan istifadə edir və torpaq vergisi ödəyir. Yolun açılması onun saldığı bağdan istifadə e tməsini çətinləşdirə bilər. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
6. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə tikinti-texniki ekspertiza təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/8214 nömrəli ekspert rəyindən müəyyən olunmuşdur ki, Parakənd kəndinin kompleks yerquruluşu planına əsasən İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 məxsus Gədəbəy rayonunun Parakənd kəndində yerləşən torpaq sahəsinə yol nəzərdə tutulmamış və iddiaçılar tərəfindən iddia edilən yol Cavabdeh istifadəsində olan bələdiyyə mülkiyyətinə məxsus yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir.
7. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(042)-16/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbi təmin edilmiş, iddiaçıların ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonunun Parakənd kəndində yerləşən həyətyanı torpaq sahəsinə gedən avtomobil yolunun cavabdeh tərəfindən tutulmuş hissəsinin açılması və çəkilmiş məhkəmə xərclərinin əvəzi olan cəmi, 295 manatın cavabdehdən alınaraq, iddiaçılara verilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar cavabdehə qarşı ümumi birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahələrinə gediş-gəliş üçün avtomobil yolunun açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Yolun cavabdeh tərəfindən tutulmuş hissəsi bələdiyyə mülkiyyətindədir və cavabdeh yolun həmin hissəsi nin yerləşdiyi torpaq sahəsindən istifadə etməsini əsaslandıran hər hansı sənəd təqdim etməmişdir. İddiaçıların ümumi birgə mülkiyyətlərində olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə avtomobil yolunun olmaması, onların torpaq sahəsindən təyinatı üzrə istifadə etməsində çətinliklər yaradır və hər hansı fors major hadisəsi baş verəcəyi halda, insanların həyatı, sağlamlıqları və əmlakı üçün təhlükəlidir. Ona görə də iddia tələbi təmin edilməli, iddiaçıların Gədəbəy rayonunun Parakənd kəndində yerləşən və mülkiyyətlərində olan torpaq sahəsinə gedən avtomobil yolunun cavabdeh tərəfindən tutulmuş hissəsi açılmalı, iddiaçılar tərəfindən çəkilmiş məhkəmə xərcləri cavabdehdən alınaraq, iddiaçılara verilməlidir.
9. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbayca n Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 1098.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18, 20-ci və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtətəfli və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarılmışdır. Belə ki, mübahisəli torpaq sahəsi bələd iyyəyə məxsusdur və arvadı X3 adına rəsmləşdirmək üçün rəsmi qaydada müraciət etmişlər. Lakin Gədəbəy rayon X6 cavab olaraq bildirilmişdir ki, bələdiyyənin bank və poçt şöbəsindəki hesablarına sərəncam qoyulub dondurulduğu üçün pul köçürmək mümkün deyil. İddiaçıların mülkiyyətində olan torpaq sahəsinə 40 ildir avtomobil yolu mövcud olsada, qərəzli şəkildə ona qarşı iddia qaldırmışlar. İddia tələbində qeyd olunan həmin 0,06 ha torpaq sahəsi ona məxsus yaşadığı fərdi yaşayış evinə bitişik və daim istifadəsində olan Gədəbəy rayon Parakənd Bələdiyyəsinə məxsus torpaq sahəsidir. Ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsində uzun illərdir istifadə edir. Həmin torpaqda 15 ədəd 20-25 illik meyvə ağacları var. Eləcədə iddiaçılar 2020-ci ildən bu günədək mütəmadi olaraq eyni məzmunlu mübahisə ilə məhkəmələrə müraciət etmişlər, lakin Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)752/2022 nömrəli, 28 fevral 2022ci il tarixli qərarı ilə iddiaçıların iddia tələbləri təmin edilmədiyi müəyyən olunmuşdur.
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(104)-1209/2024 nömrəli, 22 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi), Fikrət Mehdiyev və Mustafa Mustafayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə yol nə zərədə tutulmamışdır. Buna baxmayaraq iddiaçılar mülkiyyətlərində olan torpaq sahəsinə gedən yolun cavabdeh tərəfindən tutulmasını iddia edirlər. İddiaçıların yol kimi nəzərdə tutulduğunu iddia etdikləri torpaq sahəsi perspektiv inkişaf fonduna aid torpaq olmaqla bələdiyyə mülkiyyətindədir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfin məhkəmə kollegiyasına təqdim etdiyi Gədəbəy rayon X6nin X4 (iş üzrə cavabdehin arvadı) ünvanladığı məktubdan da müəyyən olunur ki, iddiaçıların yol kimi iddia itdikləri mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və qonşular arasında həmin torpaqla bağlı mübahisə olduğundan torpağın Ceyran İsmayılovaya satılması dayandırılmışdır.
15. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə yol nəzərd ə tutulmadığından sonuncular zəruri keçid üçün digər daşınmaz əşya mülkiyyətçisindən servitut tələb edə bilər.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 139.1, 152.1, 152.5, 153.1, 153.2, 153.3, 153.4, 156.1, 157.4, 170.1, 170.2, 175-ci, Torpaq Məcəlləsinin 49, 111.1, 111.2-ci və Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 87.2, 88, 217.3, 384.0.2, 385.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
17. Qətnamədən İddiaçı1 (Vəkili Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
18. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmiş və qanunvericilik normalarına istinadla kifayətlənmiş, ümumi ifadələrlə maddi və prosessual hüquq normalarının pozulması qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
19. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.
20. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
22. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müq avilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Maddə 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.
25. Maddə 153.2. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir.
26. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.
27. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.
28. Maddə 156.1. Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
30. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
31. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.
32. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən q arşılıqlı mənafelər nəzərə alınmalıdır.
33. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.
34. Maddə 239.2 Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
35. Maddə
49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququtorpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
36. Maddə 82. torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.
37. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tu tulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.
38. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Hakim. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələ rin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozul ması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Kasasiya şikayətində İddiaçı1 apellyasiya instansiyası məhkə məsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin bütünlüklə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhə miyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəm əsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
59. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1209/2024 nömrəli, 22 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə mini.