Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3689/2018 07.06.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 07 iyun2018-ciil İş№ 2(102)-3689/2018 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qoşqarlı Rəşad Nizami oğlunun iştirakı ilə, Cavabdeh1in Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-408/2017 saylı 13 dekabr 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim C.T.Tağıyev, i ş № 2(021)-5254/2016) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2dən müştərək qaydada 27 noyabr 2014-cü il il tarixli, 29BRD/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 28 noyabr 2014-cü il tarixli, 31B/14 saylı əlavə kredit müqaviləsi üzrə 7536 ABŞ dolları əsas borc, 1201 ABŞ dolları faiz borcu, 103,38 ABŞ dolları cərimə olmaqla, cəmi 8840,38 (səkkiz min səkkiz yüz qırx ABŞ dolları 38 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu, 18 fevral 2015-ci il tarixli, 04B/15 nömrəli kredit müqaviləsi üzrə 14.000 manat əsas borc, 651,67 manat faiz borcu, 285,42 manat cərimə olmaqla, cəmi 14937,09 (on dörd min doqquz yüz otuz yeddi manat 09 qəpik) manat kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə çəki lmiş 30 manat xərc və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-nin xeyrinə verilməsi, tutmanın 27 noyabr 2014-cü il tarixli, 29BRD/14 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan daşınmaz əmlakın dölət reyestrində 32 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX № ******* nömrəli çıxarış üzrə Cavabdeh1in tam mülkiyyətində olan Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən 0,15 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməklə həmin evin açıq hərracda satılması, evin ilkin satış qiymətinin 30.000 (otuz min) manat dəyərində qiymətləndirilməklə, tutmanın yönəldilməsi və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1in 27 noyabr 2014-cü il il tarixli, 29BRD/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 28 noyabr 2014-cü il tarixli, 31B/14 nömrəli və 18 fevral 2015-ci il tarixli, 04B/15 nömrəli əlavə kredit müqavilələri üzrə "xxxx" KB ASC-yə olan borcunun ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldikdə və açıq hərracda satıldıqdan sonra bir ay müddətində cavabdehlər Cavabdeh1, Cavabdeh3ün evdən çıxarılması, ödənişlər həyata keçirildikdən sonra artıq qalan vəsaitin Cavabdeh1ə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli 2(021)-5254/2016 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 1 3 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlərF.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi),Ş.Q.Rzaquliyev və N.N.Quliyev, iş № 2(104)408/2017) apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli 2(021)-5254/2016 nömrəli qətnaməsi Cavabdeh1ə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı "xxxx" Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1in "xxxx" KB ASC ilə bağladığı 27 noyabr 2014-cü il il tarixli, 29BRD/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 28 noyabr 2014-cü il tarixli, 31B/14 saylı əlavə kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 10 iyun 2016-cı il tarixədək, illik 23 faiz ödəmək şərti ilə 10. 000 (on min) ABŞ dolları, 18 fevral 2015-ci il tarixli, 04B/15 saylı əlavə kredit müqaviləsi üzrə isə cavabdehə 36 ay müddətinə 18 fevral 2018-cı il tarixədək, illik 6 faiz ödəmək şərti ilə 15.000 (on beş) manat məbləğində kredit verilmişdir. 27 noyabr 2014-cü il il tarixli, 29BRD/14 saylı əsas kredit müqaviləsinin və onun tərkib hissəsində bağlanmış əlavə kredit müqavilələrinin icrasının təminatı kimi "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 noyabr 2014-cü il tarixli, 29BRD/14 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu, Qaradəmirçi kəndində 0,15 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Tərəflərin qarşılıqlı razılığı əsasında ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ip oteka müqaviləsinin 2.4-cü bəndində 30.000 min manat məbləğində qiymətləndirilmişdir. İpoteka müqaviləsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Eyni zamanda, kredit öhdəliyinin təmin edilməsi üçün Cavabdeh2 ilə 28 noyabr 2014-cü il tarixli, 31Z/14 saylı zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh1 bank qarşısında götürdüyü öhdəliyin icrasının təminatı kimi məsuliyyəti öz üzərinə götürmüşdür. Hazırda cavabdeh Cavabdeh1 27 noyabr 2014-cü il tarixli, 29BRD/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 28 noyabr 2014-cü il tarixli, 31B/14 saylı əlavə kredit müqaviləsi üzrə 7536 ABŞ dolları əsas borcu, 1201 ABŞ dolları faiz borcu, 1103,38 ABŞ dolları cərimə olmaqla, cəmi 9840,38 ABŞ dolları kredit borcu, 18 fevral 2015 -ci il tarixli, 04B/15 nömrəli kredit müqaviləsi üzrə 14.000 manat əsas borcu, 651,67 manat faiz borcu, 5285,42 manat cərimə olmaqla, cəmi 19937,09 manat kredit borcu qalmışdır. Ona görə də birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1dən, Cavabdeh2 iddiaçı "xxxx" KB ASC-in xeyrinə 27 noyabr 2014-cü il il tarixli, 29BRD/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 28 noyabr 2014-cü il tarixli, 31B/14 saylı əlavə kredit müqaviləsi üzrə 7536 ABŞ dolları əsas borc, 1201 ABŞ dolları faiz borcu, 1103,38 ABŞ dolları cərimə olmaqla, cəmi 9840,38 ABŞ dolları kredit borcunun, 18 fevral 2015-ci il tarixli, 04B/15 nömrəli kredit müqaviləsi üzrə 14.000 manat əsas borc, 651,67 manat faiz borcu, 5285,42 manat cərimə olmaqla, cəmi 19937,09 manat kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulması və tələbin ipoteka predmeti olan Cavabdeh1 oğlunun mülkiyyətində olan Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,15 ha torpaq sahəsinə yönəldilməsinə, ipoteka predmetinin ilkin satış qiymətinin 30.000 manat məbləğində müəyyən edilməsinə, ipoteka predmetinə tutma yönəldildikdə və ev satıldıqda ən geci 1(bir) ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3ün çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilm işdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və vəkili X5 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessual hüquqnormalarınınpozulmasıvədüzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallaraqiymətverilməmiş,işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Konstitusiyanın 61, MPM-nin 88-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Məhkəməkollegiyası iclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmalarınabaxmay araqtərəflər heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişlər. MəhkəməkollegiyasıMPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəz siz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM-in 81, 88 və 217.1-ci maddələri). Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə verilmiş kassasiya şikayətinə əsasən kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh1in "xxxx " KB ASC ilə bağladığı 27 noyabr 2014-cü il il tarixli, 29BRD/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 28 noyabr 2014-cü il tarixli, 31B/14 saylı əlavə kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 10 iyun 2016-cı il tarixədək, illik 23 faiz ödəmək şərti ilə 10.000 (on min) ABŞ dolları, 18 fevral 2015-ci il tarixli, 04B/15 saylı əlavə kredit müqaviləsi üzrə isə cavabdehə 36 ay müddətinə 18 fevral 2018-cı il tarixədək, illik 6 faiz ödəmək şərti ilə 15.000 (on beş) manat məbləğində kredit verilmişdir. 27 noyabr 2014-cü il il tarixli, 29BRD/14 saylı əsas kredit müqaviləsinin və onun tərkib hissəsində bağlanmış əlavə kredit müqavilələrinin icrasının təminatı kimi "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 noyabr 2014-cü il tarixli, 29BRD/14 nömrəli ipoteka müqaviləs inə əsasən Cavabdeh1in mülkiyyətində olan Bərdə rayonu, Qaradəmirçi kəndində 0,15 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Tərəflərin qarşılıqlı razılığı əsasında ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.4-cü bəndində 30.000 min manat məbləğində qiymətləndirilmişdir. İpoteka müqaviləsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Eyni zamanda kredit öhdəliyinin təmin edilməsi üçün Cavabdeh2 ilə 28 noyabr 2014-cü il tarixli, 31Z/14 saylı zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh1 bank qarşısında götürdüyü öhdəliyin icrasının təminatı kimi məsuliyyəti öz üzərinə götürmüşdür. Hazırda Cavabdeh1in 27 noyabr 2014-cü il tarixli, 2 9BRD/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 28 noyabr 2014-cü il tarixli, 31B/14 saylı əlavə kredit müqaviləsi üzrə 7536 ABŞ dolları əsas borcu, 1201 ABŞ dolları faiz borcu, 1103,38 ABŞ dolları cərimə olmaqla, cəmi 9840,38 ABŞ dolları kredit borcu, 18 fevral 2015-ci il tarixli, 04B/15 nömrəli kredit müqaviləsi üzrə 14.000 manat əsas borcu, 651,67 manat faiz borcu, 5285,42 manat cərimə olmaqla, cəmi 19937,09 manat kredit borcu qalmışdır. Lakin cavabdeh kredit borcunu vaxtlı-vaxtında ödəməmiş və ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq nəticəsi olmamışdır. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdə sinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirak çıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan so nra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 449.4, 462.1-ci maddələri). «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov sa xlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 317-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 59.1-ci maddəsinə görə, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o satıldıqda Qanunun 59-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satılıdqda ipoteka qoyan və onunla birlikd ə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun, və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşır. Belə ki, müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmişdir. Cav abdeh iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və dəbbə pulu ilə birlikdə iddiaçıya ödəməlidir. Bundan başqa əsas öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının tələbinə əsasən ipoteka və girov predmetinə yönəldilməsi üçün əsasdır. İddiaçı bank isə öz üzərinə düşən öhdəliyi lazımınca icra etmiş və heç bir prosedur qaydalarının pozuntusuna yol verməmişdir. Lakin, cavabdeh mütəmadi olaraq ödəmə qaydalarını pozmuş və nəticədə iddiada göstərilən qaydada borcları yaranmışdır. Yuxa rıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1in kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-408/2017 saylı 13 dekabr 2017-ci il tarixli qətnaməsi verilmiş kass asiya şikayətinə əsasən kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman
Məhkəmə qərarları › İş №2(102)-3689/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-3689/2018
07.06.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver