Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3689/2021 26.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-848/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 avqust 2021-ci il tarixdə Al i Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materialları ilə müəyyən edilir ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış 08.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank X4 illik 22 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 10.000 manat kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı X4 zamin durmuşdur.
2. Həmçinin iş materialları ilə müəyyən edilir ki, X5 08.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etmədiyinə görə "xxxx" ASC başqa bir icraatda X5 və İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsininn 16.07.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh X5 və İddiaçı qarşı “cavabdehlər X2 və İddiaçı 08.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 2.754,47 manat əsas borc, müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 8,80 manat, cəmi 2.763,27 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması” tələbinə dair iddiasının rədd edilməsi, 14.09.2018-ci il tarixdən başlayaraq 19.06.2019-cu il tarixədək olan dövr ərzində əsassız olaraq silinmiş (3.000 - 982,71 - 02,73 = 2.014,56) 2.014,56 (iki min on dörd manat əlli altı qəpik) manat pul vəsaitinin İddiaçı (FİN xxxxxxx) hesabına bərpa olunmasının "xxxx" ASC-nin öhdəsinə qoyulması qət edilmişdir.
4. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.10.2019-cu il tarixli, 2(103)-12948/2019 saylı qətnaməsi i lə iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-214/2019 saylı, 16 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, iddianın qismən təmin edilməsi, cavabdehlər X2 və İddiaçı 08.12.2014-cü il tarixli, 799-08.12.2014-SUR52 nömrəli kredit müqaviləsi üzrə yaranmış 982,71 manat əsas borc, 2,73 manat faiz borcu olmaqla, cəmi 985,44 manat kredit borcu, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 145 (yüz qırx beş) manat pulun cavabdehlər X2 və İddiaçı müştərək qaydada tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Həmin qətnamədə qeyd edilmişdir ki, İddiaçı X ilə X5 arasında bağlanmış 08.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə zamin qismində onun əmək haqqından silinmiş pul vəsaitinin hesabına bərpa olunması barədə müstəqil iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC başqa bir icraatda X5 və İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsi mülki işin icraatını dayandırmış və işi ekspertizaya göndərmişdir. Mülki iş ekspertizada olduğu dövr ərzində yəni 14.09.2018-ci ildən 19.06.2019-cu ilə kimi "xxxx" ASC tərəfindən onun maaş kartından əsassız olaraq 2.014,56 manat pul tutulmuşdur. Bundan sonra, "xxxx" ASC-yə pretenziya məktubu göndərərək 2.014,56 manat pulun ona qaytarılmasını tələb etməsinə baxmayaraq, məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia tələbi təmin olunmuş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 2014,56 (iki min on dörd manat, əlli altı qəpik) manat pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2044,56 (iki min qırx dörd manat, əlli altı qəpik) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla ə saslandırmışdır ki, "xxxx" ASC ilə X5 və İddiaçı arasında kredit və zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı əmək haqqı kartından 14.09.2018-ci ildən 19.06.2019-cu il tarixə kimi hər ay 300 manat olmaqla, cəmi 3.000 manat pul vəsaiti borclu X3 borcunun əvəzində tutulmuşdur. Halbuki, ekspert rəyi ilə müəyyən edilmişdir ki, borclu X3 08.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 11.09.2018-ci il tarixə cəmi ödənilməmiş borcu 985,44 manat təşkil etmişdir. Odur ki, Cavabdeh ASC zamin İddiaçı əmək haqqı kartından (3.000 – 985,44 = 2.014,56) 2.014,56 manat pul vəsaitini qanunsuz və əsassız olaraq silməklə, zamin İddiaçı hesabına əsassız varlanmışdır. Belə ki, borc tam ödənildiyi halda, borcludan və za mindən əlavə vəsait tələb edilə və ya onların hesabından silinə bilməz.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 1091, 1092-ci, Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 106.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-848/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), V.Sadıqov və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2367/2020 saylı iş üzrə 03 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyas ı məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh bank iddiaçının hesabına əsassız olaraq 2014,56 manat varlanmış olduğundan, həmin məbləğin bankdan iddiaçının xeyrinə tutulmalı olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmi şdir. Kassasiya baxışının hədləri
19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçü n o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
23. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (maddə 21.1)
24. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (maddə 21.2)
25. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. (maddə 1091.1)
26. Əsassı z varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (maddə 1091.2)
27. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. (maddə 1092.1) Mülki Prossesual Məcəllə
28. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
29. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
30. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
31. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (maddə 106.1)
32. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş m aterialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-848/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.