Məhkəmə qərarları › İş №2(102)-3690/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3690/2019

22.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3690/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2017-ci il tarixli 2(103)12701/2017 saylı qətnaməsindən cаvаbdeh Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim Ə.S.Qəhrəmanov, iş № 2(003)-4610/2017) iddiaçı “xxxx” İKB ASC-nin cаvаbdehlər Cavabdeh1 Yusif qızı, X3 və Cavabdeh 3 qаrşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı “xxxx” İKB ASC-nin xeyrinə 12.010,38 ABŞ dolları məbləğində əsas borc, 4402,09 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 16.462,47 ABŞ dolları məbləğində pulun ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 Yusif qızı, X3 və Cavabdeh3 birgə qaydada tutulması, iddianın qalan hissədə əsassız olduğundan rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov, E.Q.Nəbiyev və E.C.Kazımov) cаvаbdeh Cavabdeh1 Yusif qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəta i rayon məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli qətnaməsi cavabdeh H.Y.Darafarinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “xxxx” İKB ASC ilə Cavabdeh1 Yusif qızı arasında bağlanmış 05.06.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 Yusif qızına 24 ay müddətinə, illik faiz dərəcəsi 25% olmaqla 14.300 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh1 Yusif qızının öhdəlikləri zaminliklə təmin edilmiş və 05.06.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən X3 və Cavabdeh3 Bank qarşısında əsas borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. 2018-ci ilin avqust ayında “xxxx” İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 Yusif qızının kredit razılaşması üzrə öhdəliklərini lazımınc a icra etməməsi səbəbindən cavabdehlərdən müştərək qaydada 17.418,55 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun bankın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cаvаbdeh Cavabdeh1 Yusif qızı qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh1 vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünü r ki, “xxxx” İKB ASC ilə Cavabdeh1 Yusif qızı 05.06.2015ci il tarixli kredit razılaşmasını bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh1 Yusif qızına verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmu şdur. Lakin işdən göründüyü kimi Cavabdeh1 Yusif qızı kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas,faiz və cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilən Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləs i üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (470.2.). Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır(472.2.). Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 Yusif qızı kreditin qaytarılmasını təmin etmədiyindən, X1 və Cavabdeh3 isə belə vəziyyətin baş verməsi halı ilə əlaqədar borcun qaytarılması üçün zamin kimi üzərlərinə öhdəlik götürdüklərindən, kollegiya hesab edir ki, məhkəmə kredit müqaviləsi üzrə borcun onlardan birgə qaydada tutulmalı olması barədə düzgün nəticəyə gəlmişdir. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayəti nin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar