Məhkəmə qərarları › İş №2(102)-3690/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3690/2021

16.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3690/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Alimentin miqdarının artırılması 16.09.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X8 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1571/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 16 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında aç ıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hazırkı iş üzrə icraatdan əvvəl iddiaçı Cavabdeh qarşı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 dekabr 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması barədə iddia vermişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 9 iyun 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 14 aprel 2016-cı il tarixindən hesablanmaqla Cavabdeh 21 may 2001-ci il təvəllüdlü X3, 29 noyabr 2003- cü il təvəllüdlü X4 və 20 noyabr 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Sabunçu Rayon Məhkəməsinin 11 dekabr 2015-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 60 manat olmaqla cəmi 180 manat sabit pul məbləğində alimentin İddia çı xeyrinə tutulması, Cavabdeh dövlət rüsumunun dəyəri olan 30 manat pulun alınaraq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh 21 may 2001-ci il təvəllüdlü X3, 29 noyabr 2003- cü il təvəllüdlü X4 və 20 noyabr 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Sabunçu Rayon Məhkəməsinin 11 dekabr 2015-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 80 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət ed ilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş övladları 21 may 2001-ci il təvəllüdlü X3 Bakı Xoreoqrafiya Akademiyasında əyani təhsilini davam etdirdiyi üçün cavabdehdən aliment tutulmasının bərpa edilməsi, 21 may 2001-ci il təvəllüdlü X3, 29 noyabr 2003-cü il təvəllüdlü X4 və 20 noyabr 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 manat olmaqla cəmi 570 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahlarından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay h ər uşaq üçün 80 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən 06 sentyabr 2016-cı il tarixli qətnamə qəbul edilmişdir. 21 may 2001-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatdığına görə ona ödənilən aliment kəsilmişdir. X3 Bakı Xoreoqrafiya Akademiyasında əyani formada təhsil alır. Hazırda maddi imkanı olmadığından onun təhsilini davam etdirməsi mümkünsüz olmuşdur. Digər uşaqları üçün ödənilən alimentin miqdarı respublikamızda 2020-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun yarısından da azdır.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(008)2215/2020 saylı qətnaməsi ilə (hakim A.Rzayev) iddia tələbi qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli 2(103)-6915/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, 29 noyabr 2003-cü il təvəllüdlü X1 və 20 noyabr 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir.

8. Bununla əlaqədar məhkəmə hesab etmişdir ki, cavabdehin sabit gəlirə malik olması barədə iş materiallarında sübutlar müəyyən edilmədiyindən Bakı Apellyasiya Məhk əməsinin 06 sentyabr 2016-cı il tarixli, 2(103)-6915/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh 29 noyabr 2003-cü il təvəllüdlü X1 və 20 noyabr 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində İddiaçı xeyrinə aliment tutulması müəyyən edilməli və alimentin yeni qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

9. Bundan başqa məhkəmə qeyd etmişdir ki, hazrkı mülki iş üzrə qanunvericiliklə müəyyən edilmiş hallar barədə (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) sübutlar müə yyən edilmədiyindən iddia tələbi 21 may 2001-ci il təvəllüdlü X2 Bakı Xoreoqrafiya Akademiyasında əyani təhsilini davam etdirdiyi üçün ona münasibətdə alimentini tutulmasının bərpa edilməsi hissəsində təmin edilməməlidir.

10. Məhkəmə öz mövqeyini “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75, 78, 81, 112.1-ci, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1571/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən v ə məruzəçi), A.İsgəndərov və E.Kazımov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(008)- 2215/2020 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında alimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin qəbul edilməsindən 4 ildən çox vaxt keçməsini, ötən dövrdə respublikamızda yaşayış minimumunun artmasını nəzərə alaraq, 80 manat miqdarında aliment hazırda uşaqların maddi təminatı üçün yetərli deyil. Cavabdehin ikinci dəfə ailə qurması və həmin nikahdan bir övladının da olması halları onu ha zırkı iş üzrə iddiaçı ilə birgə nikahından doğulmuş uşaqların saxlanılmasında, getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir.

14. İşin faktiki hallarından görünür ki, tərəflərin birgə nikahından doğulmuş 21 may 2001-ci il təvəllüdlü X3 Bakı Xoreoqrafiya Akademiyasında əyani formada təhsil almaqla yetkinlik yaşına çatdığına görə atasından aliment almaq hüququnu itirmiş və hal-hazırda anasının himayəsindədir. Tərəflərin birgə nikahından doğulmuş digər uşaqlar isə 2003 və 2005-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmaq üzrədirlər.

15. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab etmişdir ki, cavabdehin maddi vəziyyəti nəzərə alınmaqla, 29 noyabr 2003-cü il təvəllüdlü X1 və 20 noyabr 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuş, mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

16. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı Oğuz rayonunda qeydiyyatda olsa da, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yaşadığına görə iddiaya Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmasında ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasi ya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

23. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kim i qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu 17 Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. (maddə 3) 18 Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. (maddə 5) 19 Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu ş əraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. (maddə 8) 20 Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. (maddə 19) Ailə Məcəlləsi 21 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. (maddə 75.1) 22 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. (maddə 75.4) 23 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. (maddə 78.1 ) 24 Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (maddə 78.2) 25 Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. (maddə 112.1) Mülki Prossesual Məcəllə

26. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(ma ddə 14.2)

27. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

28. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

29. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

30. Kassasiya instansiyası məh kəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1571/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar