Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3694/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı vəkili ***, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.11.2018-ci il tarixli, 2(103)-10875/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanmış 30 iyul 2015-ci i l tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehdən 14.972 manatın tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.C.Xəlilova) 14 may 2018-ci il tarixli, 2(004)-2765/2018 saylıqətnaməsi ilə iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsi ləğv edilmiş, cavabdehdən iddiaçının xeyrinə 2967 manat icarə haqqı borcu, 230 manat maddi zərər, ümumilikdə 3197 manatın tutulması qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) 21.11.2018-ci il tarixli, 2(103)-10875/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Yasamal rayon Mə hkəməsinin 14 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı və onun vəkili Əliyev Sabir Nadir oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili Əliyev Sabir Nadir oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, təkzibedilməz haldır ki, qeyd olunan iddianın əsası iddiaçı ilə cavabdeh arasında 30.07.2015-ci il tarixdən yaranmış icarə münasibətlərindən yaranmış mübahisə olmuşdur, baxmayaraq ki, son radan 27.07.2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə İddiaçı adı gedən/icarəyə Cavabdeh verdiyi öz əmlakını F.Camalov adlı şəxsə satmışdır. Bununla belə o, İddiaçı həmin əmlak üzrə icarə münasibətlərinin bundan sonra yeni mülkiyyətçi-F.Camalovla davam etdirilməsini, icarə müqaviləsindəki şərtlər üzrə və bu müddətə əmələ gəlmiş borcun ödənilməsini Cavabdeh təklif etmişdir, sonuncu bu təkliflə razılaşmadıqda, İddiaçı müvafiq qaydada məhkəməyə müraciət etmişdir. Beləliklə, hazırkı iddianı vermək üçün İddiaçı subyektiv hüququ olmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Əliyev Sabir Nadir oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarı lması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. İddiaçı vəkilinin dediklərinə uyğun izahat vermişdir. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı 30 iyul 2015-ci il tarixli icarə müqaviləsinə əsasən mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində yerləşən, ümumi sahəsi 702,5 kv m. olan qeyri-yaşayış sahəsini fındıq emalı sexini Cavabdeh illik 3000 manat icarə haqqını ödəmək şərti ilə 10 il müddətinə icarəyə vermişdir. “xxxx” ASC-nin X2 məxsus fındıq sexi üzrə təqdim etdiyi “abunə haqqında” məlumata əsasən, 21.07.2015-ci il tarixdən 27.07.2016-cı il tarixədək həmin qeyri-yaşayış sahəsinin enerji sərfiyyatı 2722.98 manat (1091.20 sayğac göstəricilərinə əsasən sərfiyyat, 1631.78 manat bağlanan aktlar əsasında borc) təşkil etmişdir. “xxxx” ASC-nin bildirişinə əsasən, həmin qeyri-yaşayış sahəsinin enerji sərfiyyatına görə borcu 08.08.2016-cı il tarixə 83.48 manat təşkil etmiş, həmin borc da 08.07.2016-cı il tarixdən 08.08.2016-cı il tarixədək yaranmışdır. Elektrik enerjisindən istifadəyə görə 01.04.2018-ci il tarixli üzləşmə aktına əsasən, həmin tarixə icarə sahəsinin elektrik enerjisindən istifadəyə görə borcu olmamışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, olunur ki, Zaqatala Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı daşınmaz əmlakın alqı-satqı müqavilə sinin etibarsız hesab edilməsi, daşınmaz əmlak barəsində bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsindən irəli gələn istifadə hüququnun bərpa edilməsi, cavabdeh İddiaçı və üçüncü şəxs X4 həmin sexdən çıxarılması və onun həmin sexə köçürülməsi tələbi barədə ilk iddiası təmin olunmamış, cavabdeh İddiaçıya qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası isə təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 10.07.2017-ci il tarixli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin 26 yanvar 2017ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh ilk iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış 30 iyul 2015-ci il tarixli icarə müqaviləsindən irəli gələn istifadə hüququnun bərpa edilməsi, cavabdehlər İddiaçı və X4 icarə müqav iləsində göstərilən fındıq sexindən çıxarılmaları və iddiaçı Cavabdeh həmin sexə köçürülməsi qərara alınmış, ilkin iddia qalan hissədə, cavabdeh İddiaçı qarşılıqlı iddiası isə ümumiyyətlə təmin edilməmişdir. Mülki işin materiallarından həmçinin müəyyən olunur ki, mübahisəli qeyri-yaşayış sahəsi 27.07.2016-cı il tarixdə alqı-satqı müqaviləsinə əsasən F.Camalova satılmışdır. Məhkəmə kollegiyası tərəfindən Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1029/2017 saylı, 10 iyul 2017-ci il tarixli qətnaməsi ilə bağlı icra işi Zaqatala Rayon İcra və Probasiya Şöbəsindən tələb edilmiş və 35003 və 164458 saylı icra işlərindən müəyyən edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1029/2017 saylı, 10 iyul 2017-ci il tarixli qətnaməsi icra edilməmiş, hazırkı mübahisə ilə bağlı icraat dayandırılmışdır. Be ləliklə, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı 27.07.2016-cı il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən qeyri-yaşayış sahəsi F.Camalova satılmışdır və qeyri-yaşayış sahəsinin hazırkı mülkiyyətçisi İddiaçı deyil, F.Camalovdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı rədd edərkən gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır; 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur. A zərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya instansiyası məhkəməsi istinad edilən maddi hüquq normalarına istinad edərək hesab etmişdir ki, iddiaçı “icarə müqaviləsinin ləğv edilməsi və sair” tələbinə dair hazırkı iddianı vermək üçün subyektiv hüquqa malik olmamışdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Kassasiya kollegiyası apellyas iya instasiyası məhkəməsinin icarə obyektinin satılaraq, hazırda başqa şəxsin mülkiyyətində olması əsası ilə icarə müqaviləsinin ləğvi tələbi üzrə subyektiv hüququnun olmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da, iddiaya daxil olan digər tələblərin də eyni əsasla rədd edilməsi ilə bağlı gəldiyi nəticəni maddi hüquq normalarına zidd hesab edir. Belə ki, iddianın məzmunundan göründüyü kimi, pul tələbinə dair iddianın mahiyyətini tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı və həmin müqavilə öhdəliyinin icra edilməməsinə görə vurulmuş zərərə təşkil edir. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi icarə müqaviləsinin ləğvi tələbindən fərqli olaraq, digər tələblər üzrə tərəflər arasında bağlanmış icarə münasibətlərinin mövcud olduğ u dövr, yəni icarə müqaviləsinin bağlandığı tarixdən icarə obyektinin satıldığı tarixədək olan dövr üzrə icarə haqqını və icarə müqaviləsi üzrə öhdəliklərin icra edilməməsindən irəli gələn zərəri müqavilə tərəfi olaraq tələb etməyə subyektiv hüququ olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlər də və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2015-ci il tarixli “İcarə müqaviləsi”nin: 5-ci bəndinə əsasən illik icarə haqqı 3000 manat təşkil edir; 12-ci bəndinə əsasən elektrik enerjisi sərfiyyatına görə hesablanmış haqq icarəçi olan Cavabdeh tərəfindən ödənilməlidir. İstinad edilən maddi hüquq normalarından göründüyü kimi, apellyasiya instansiyası mə hkəməsi icarə müqaviləsi üzrə borcun və zərərin əvəzinin ödənilməsi tələbləri üzrə yekun nəticəyə gələrkən maddi hüquq normasının tətbiqində səhvə yol verməklə iddianı rədd etmişdir. Bu baxımdan kassasiya kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, qətnamə icarə haqqı üzrə borcun tutulması və zərərin əvəzinin tutulması tələblərinin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissəyə baxılması üçün iş yeni apellyasiya baxışına göndərilməlidir. Apellyasiya icraatında yenidən baxılarkən, icarə haqqı üzrə borcun yaranıbyaranmaması, öhdəliklərin müqavilənin şərtlərinə uyğun olaraq vaxtında icra edilibedilməməsi, habelə tərəflərin icarə münasibətlərinin mövcud olduğu dövr üzrə elektrik enerjisindən istifadəyə görə borcun yaranıb-yaranmaması, habelə yaranmışdırsa iddia çı tərəfindən ödənilib-ödənilmədiyi kimi işin faktiki halları aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n 21.11.2018-ci il tarixli, 2(103)10875/2018 nömrəli qətnaməsi icarə haqqı üzrə borcun tutulması və zərərin əvəzinin tutulması tələblərinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3694/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3694/2019
20.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver