Məhkəmə qərarları › İş №2(102)-3694/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3694/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3694/2021 21.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2183/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətn aməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC (bundan sonra- iddiaçı və ya bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 28.09.2017-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 8 ay müddətinə, yəni 28.05.2018-ci il tarixədək illik 11,5 faiz hesablamaq şərti ilə 17000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Aralarında bağlanmış 29.06.2015-ci il tarixli “Bank əmanəti” müqaviləsinə əsasən cavabdeh iddiaçı Banka 25811 ABŞ dolları məbləğində əmanət yerləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçının ləğvedicisi Əmanətlərin Sığortalanm ası Fondu cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən bankın xeyrinə 16997,78 ABŞ dolları məbləğində əsas, müqavilənin bitdiyi tarixə hesablanmış 933,93 ABŞ dolları məbləğində faiz, 4495,92 ABŞ dolları məbləğində cərimə, müqavilənin bitdiyi tarixdən 23.07.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 979,40 ABŞ dolları məbləğində faiz, cəmi 23407,03 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borc ödəməkdən boyun qaçırır. Cavabdeh iddianı qəbul etməyərək iddiaçı ilə onun arasında bağlanmış 29. 06.2015ci il tarixli “Bank əmanəti” müqaviləsinə əsasən Banka 25811 ABŞ dolları məbləğində əmanət yerləşdirdiyini və həmin məbləğin iddiaçı tərəfindən bu günədək ona qaytarılmadığını, yaranmış borcun da həmin əmanət məbləği hesabına silinməli olduğunu göstərmişdir. Eyni zamanda cavabdeh ondan tələb edilən borc məbləği ilə razılaşmamış və onun vəsatəti əsasında mülki iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş ekspert rəyində cavabdehin kredit müqaviləsi üzrə 16997,78 ABŞ dolları məbləğində əsas, kredit müddətinin bitdiyi, yəni 28.05.2018-ci il tarixinə 1107,69 ABŞ dolları məbləğində faiz borcunun yarandığı, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi tarixdən sonra hər hansı ödənişin aparılmadığı göstərilmişd ir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Fuad Abdıyev) 2(001)-558/2020 nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 28.09.2017-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 16997,78 ABŞ dolları məbləğində əsas, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni 28.05.2018-ci il tarixinə hesablanmış 933,93 ABŞ dolları məbləğində faiz, 500 ABŞ dolları məbləğində cərimə, cəmi 18431,71 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, həmçinin 30 manat məbləğində dövlət rüsumunin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Bununla belə, məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, ekspert rəyini və iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını müqayisəli şəkildə təhlil edib, habelə iddiaçının kredit müddətinin sonuna hesablanmış faiz borcu ilə bağlı tələbini əsas götürüb, hesab etmişdir ki, iddia tələbi əsas və faiz borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, cavabdehdən 16997,78 ABŞ dolları məbləğində əsas və kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni 28.05.2018-ci il tarixə hesablanmış 933,93 ABŞ dolları məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoruna öz adından ərizə ilə müraciət edərək kredit borcunun və faizlərinin bankdakı depozit hesabından silinməsində köməklik göstərilməsini xahiş etmişdir. Bununla da borclu birinci instansiya məhkəməsi qətnaməsində deyildiyi kimi nəinki borcun ödənilməsindən boyun qaçırır və ya onu i nkar edir, əksinə hətta borcun ödənilməsində əsas şərtlərdən sayılan pozitiv iradə ortaya qoymuş və təşəbbüs göstərmişdir. Lakin həmin ərizəyə rəsmi qaydada bank tərəfindən borcun ödənilməsi yönündə heç reaksiya verilməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi də qətnaməsində həmin ərizəyə münasibət bildirilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 23 fevral 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gədiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı q eyd etmişdir ki, cavabdehin bankda əmanət hesabında 25811 ABŞ dolları məbləğində pul vəsaitinin olması onun borcunun həmin pul vəsaitinə yönəldilməsinə əsas vermir. Cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək əmanət hesabı üzrə tələbinin qeydə alınmasını və növbəlilik əsasında pul vəsaitinin ona qaytarılmasını xahiş edə bilər. Qeyd olunan dəlil qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır ( maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə i ddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissədə yoxlamışdır. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfi yyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzg ün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlili apellyasiya şikayətinin dəlili ilə eynidir və məhkəmə kollegiyası həmin hal üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbə r tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2183/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar