Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3695/2019 30.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, İddiaçı ASC-nin vəkili, Cavabdeh vəkili iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1073/2018 saylı, 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Burcayev) İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının 2(103)-12279/2018 saylı, 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.İmanov, A.Hüseynov və V.Sadıqova) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1073/2018 saylı, 07 avqust 2018-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin təmin edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 095-12 nömrəli 11.10.2012-ci tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 24134,7 AZN, faiz borcu üzrə 5939,82 AZN, cərimə borcu üzrə 50 AZN, cəmi 30124,52 AZN, 103-12 nömrəli 11.10.2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 24669,55 ABŞ dolları, faiz borcu üzrə 17028,46 ABŞ dolları, cərimə borcu üzrə 50 ABŞ, cəmi 41748 ABŞ dolları (ödəniş gününə manat məzənnəsinə uyğun olaraq), 104-12 nömrəli, 11.10.2012-ci il ta rixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 24987,31 AZN, faiz borcu üzrə 18208,52 AZN, cərimə borcu üzrə 50 AZN, cəmi 43248,83 AZN kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12279/2018 saylı, 12 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli 095-12 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh 24 ay müddətinə 25.000 manat məbləğində kredit vermişdir. Bundan başqa bank ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli 103-12 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh 24 ay müddətinə 25.000 ABŞ dolları məbləğində kredit vermişdir. Bundan başqa bank ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli 104-12 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh 24 ay müddətinə 25.000 manat məbləğində kredit vermişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, kredit müqaviləsinin şərtlərini pozaraq kredit məbləğini və hesablanmış faiz borcunu tələb olunan qaydada ödəməmişdir. Bank tərəfindən borcun qaytarılması üçün cavabdehə müraciətlər edilsə də nəticəsi olmamışdır. 11 oktyabr 2012-ci il tarixli 095-12 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 15 noyabr 2015 -ci il tarixə əsas borc üzrə 24134.7 manat, faiz borcu üzrə 5939,82 manat, cərimə üzrə 50 manat olmaqla cəmi 30124,52 manat, 11 oktyabr 2012-ci il tarixli 103-12 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 15 noyabr 2015-ci il tarixə banka 24669.55 ABŞ dolları əsas borc, 17028,46 ABŞ dolları faiz. 50 ABŞ dolları cərimə olmaqla cəmi 41748 ABŞ dolları borcu mövcuddur. Həmçinin 104-12 nömrəli 11 oktyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 15 noyabr 2015-ci il tarixinə Cavabdeh 24987.31 manat əsas borc, 18208,52 manat faiz borcu, 50 manat cərimə olmaqla cəmi 43248,83 manat borcu mövcuddur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnam əsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)12279/2018 saylı, 12 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh vəkili kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı ASC-nin vəkili Kərimov Anar Abduləli oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəflərin vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, kassasiya şikayəti təmin edilməlidir. İş materiallarından göründüyü kimi iddianın rədd olunmasına dair rayon məhkəməsinin qətnaməsini ləğv etməklə iddianın təmin olunmasına dair qərar qəbul etmiş apelyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, 11 oktyabr 2012-ci il tarixli 095-12 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 15 noyabr 2015-ci il tarixə əsas borc üzrə 24134.7 manat, faiz borcu üzrə 5939,82 manat, cərimə üzrə 50 manat olmaqla cəmi 30124,52 manat, 11 oktyabr 2012-ci il tarixli 103-12 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 15 noyabr 2015-ci il tarixə banka 24669.55 ABŞ dolları əsas borc, 17028,46 ABŞ dolları faiz. 50 ABŞ dolları cərimə olmaqla cəmi 41748 ABŞ dolları borcu mövcuddur. Həmçinin 10412 nömrəli 11 oktyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 15 noyabr 2015-ci il tarixinə Cavabdeh 24987.31 manat əsas borc, 18208,52 manat faiz borcu, 50 manat cərimə olmaqla cəmi 43248,83 manat borcu mövcuddur. Ona görə də məhkəmə apellyasiya şikayətini təmin edərək göstərilən müqavilələr üzrə qeyd olunan məbləğlərin cavabdehdən tutulması barədə qərar qəbul etmişdir. Kassasiya məhkəməsi aşağıda göstərilənlərə əsasən apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Apellyasiya məhkəməsi qərar qəbul edən zaman ona əsaslanmışdır ki, iddiaçı bankla cavabdeh arasında 11 oktyabr 2012-ci il tarixdə 12 ay m üddətinə bağlanmış 25.000 manat kredit verilməsinə dair 095-12 saylı, həmin tarixdə 12 ay müddətinə bağlanmış 25.000 ABŞ dolları verilməsinə dair 103-12 saylı, yenə həmin tarixdə 12 ay müddətinə bağlanmış 25.000 manat kredit verilməsinə dair 104-12 saylı kredit müqavilələrinin müddəti 14 oktyabr 2013-cü il tarixli razılaşmaya əsasən 24 ay müddətinə uzadılmış bu müqavilənin qurtarma müddəti 14 oktyabr 2014-cü il tarix göstərilmişdir. İddianı təmin edən apelyasiya məhkəməsi bankın təqdim etdiyi maliyyə arayışına istinad etməklə hesab etmişdir ki, iş materiallarında olan "xxxx" ASC-nin 15 noyabr 2017-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli 095-12 saylı kredit müqaviləsinə əsasən 15 noyabr 2017-ci il tarixə əsas borc üzrə 24134,7 manat, faiz borcu üzrə 5939,82 manat, cərimə üzrə 50 manat olmaqla cəmi 30124,52 manat borcu mövcuddur. İş materiallarında olan "xxxx " ASC-nin 15 noyabr 2017-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2012-c il tarixli 103-12 saylı kredit müqaviləsinə əsasən 15 noyabr 2017-ci il tarixə əsas borc üzrə 24669,55 ABŞ dolları, 17028,46 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə olmaqla. cəmi 41748 ABŞ dolları borc mövcuddur. İş materiallarında olan "İddiaçı” ASC-nin 15 noyabr 2017-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli 104-12 saylı kredit müqaviləsinə əsasən 15 noyabr 2017-ci il tarixə əsas borc üzrə 24987,31 manat, 18208,52 manat faiz borcu, 50 manat cərimə olmaqla cəmi 43248,83 manat borc mövcuddur. Apellyasiya Məhkəməsi istinad etdiyi maliyyə arayışını iş materialları ilə müqayisəli şəkildə tədqiq etməmiş, arayışda göstərilmiş məlumatların həqiqiliyini araşdırmamışdır. Hər 3 müqavilə müddəti 24 ay müəyyən edilməsinə baxmayaraq maliyyə arayışlarında müqavilənin müddəti 36 ay göstərilsə də məhkəmə bu ziddiyətin səbəbini araşdırmamışdır. Kredit müqavilələrinə edilmiş 14 oktyabr 2013-cü il tarixli əlavə və dəyişikliklərdə müqavilə müddətlərinin qurtarması 14 oktyabr 2014-cü il göstərilməsinə baxmayaraq, bankın tərtib etdiyi maliyyə arayışlarında faizlərin 15 noyabr 2017-ci il tarixə kimi hesablanması nəzərə alanmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 44 5 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə kredit müqavilələri üzrə faizlər müqavilənin qüvvədə olduğu müddət üçün hesablana bilər. Apellyasiya məhkəməsi göstərilən qərarın tələblərini nəzərə almamış, bununla da maddi hüquq normasını pozmuşdur. İş materiallarından göründüyü kimi 095-12 saylı müqavilə üzrə 22 faizlə verilmiş 25.000 manat kreditə görə 19.440,74 manat, 103-12 saylı müqavilə 22 faizlə verilmiş 25.000 ABŞ dolları kreditə görə 20.424,56 ABŞ dolları, 104-12 saylı müqavilə üzrə 22 faizlə verilmiş 25.000 manat kreditə görə 21.777,18 manat faiz borcu hesablanmışdır. Apellyasiya məhkəməsi həmin faizlərin hansı qaydada hesablanmasını araşdırmamış, zərurət olmasına baxmayaraq iş üzrə məhkəmə-mü hasibatlıq ekspertizası təyin etməmişdir. Faizlərin yalnız müqavilə müddətində hesablanmalı olması barədə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarının tələblərini nəzərə almamışdır. Maliyyə arayışında 095-12 saylı müqavilə üzrə kredit üzrə son ödənişin 28 aprel 2017-ci il tarixdə 11.125,09 manat ödənilməsi göstərilsə də apellyasiya şikayətində həmin müqavilə üzrə son ödənişin 10 mart 2015-ci il tarixdə 15.000 AZN ödənilməsi qeyd olunmuşdur. 103-12 saylı müqavilə üzrə verilmiş arayışda son ödənişin 28 noyabr 2014-cü il tarixdə 21.000 ABŞ dolları edilməsi göstərilsə də apellyasiya şikayətində ödənişin həmin tarixdə 21.000 ABŞ dolları və 29.791 ABŞ dolları məbləğində aparılması göstərilmişdir. 104-12 saylı müqavilə üzrə verilmiş arayışda kredit üzrə son ödənişin 28 aprel 2017-ci il tarixdə 510,74 manat edilməsi göstərilsə də apellyasiya şikayətində son ödəniş məbləğinin 31 iyul 2015-ci il tarixdə 4694,40 AZN ödənilməsi göstərilmişdir. Apellyasiya məhkəməsi maliyyə arayışları ilə apellyasiya şikayəti arasındakı ziddiyətlərin səbəbini araşdırmamış, eləcə də apellyasiya şikayətində ödənilməsi etiraf olunan məbləğlərin hansı səbəbdən nəzərə almamasını qəbul etdiyi qərarda əsaslandırmamışdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, sübutların MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirilməsi təmin edilmədiyindən qətnamə həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən göstərilən qanun pozuntuları aradan qaldırılmalı, kredit üzrə borcların Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarların tələblərinə uyğun hesablanması təmin edilməli, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi məsələsi müzakirə olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-3695/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3695/2019
30.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver