Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3695/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2024-cü il tarixli, 2(103)2245/2024 nö mrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15000 manat və 7900 ABŞ dolları əsas borcun və dövlət rüsumu kimi köçürdüyü 176,40 manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2(004)247/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 7429,50 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş günü ABŞ dollarının man ata məzənnəsi nəzərə alınmaqla, manatla) tutularaq İddiaçı ödənilməsi; İddiaçı tərəfindən ödənilmiş 176,40 manat dövlət rüsumunun 88,20 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 88,20 manatının isə iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 aprel 2024-cü il tarixli, 2(103)-22245/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2(004)247/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Cavabdeh kassasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
5. Ərizə bununla əsaslandırmışdır ki, cavabdeh Asan İmza nömrəsini almış, lakin bu nömrən i itirdiyi üçün yenidən nömrə alaraq elektron kabinetə daxil olmuş və 11 iyul 2024-cü ildə qətnamənin surətini əldə etmişdir. Cavabdeh məhkəmənin işə baxmasından və hazırkı qətnaməni qəbul etməsindən gec xəbər tutmuş və vəkillə müqavilə bağlayaraq kassasiya şikayətini 20 iyul 2024-cü ildə təqdim etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2024-cü il tarixli, 2(103)-2245/2024 nömrəli qərardadı ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Şirinovdan və N.Ş.Cəfərovdan ibarət tərkibdə) həmin Məhkəmənin 01 aprel 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpası barədə Cavabdeh ərizəsinin təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarının 135-ci vərəqindəki məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, 05 aprel 2024-cü il tarixdə, saat 09:05-də 2(103)-2245/2024 nömrəli, 01 aprel 2024-cü il tarixli qətnamə elektron imza ilə təsdiq edilməklə Cavabdeh məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. Yəni, 02 iyun 2024-cü il tarixdə kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət bitmişdir. Həmin müddət bitdikdən sonra, 20 iyul 2024-cü il tarixdə kassasiya şikayəti elektron kabinet vasitəsilə “Elektron Məhkəmə İnformasiya Sistemi”nə yerləşdirilmişdir. Cavabdeh qətnamədən kassasiya şikayətini ən geci 02 iyun 2024-cü il tarixdə verməli olduğu halda, 20 iyul 2024-cü il tarixdə vermişdir. Kassasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi üçün hər hansı bir üzrlü səbəbə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, cavabdehin ərizəsində səbəb kimi qeyd etdiyi “Asan İmza nömrəsini itirməsi” subyektiv səbəb kimi üzrlü sayıla bilməz. Hətta fərz etsək ki, bu, “üzrlü səbəb”dir, sual olunur ki, bu hal hansı sübutla, iş materialı ilə təsdiqlənir. Əlbəttə, bu ritorik sual olsa da, cavabdeh tərəf ərizəsində bu məsələyə də aydınlıq gətirməli idi. Ona görə də, dövlətin adından çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə aktını icra etmək əvəzinə prosessual hüquqlarından Cavabdeh sui-istifadə etməsi yolverilməzdir.
8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 133.3, 135.5, 135.6, 135.7, 408.1.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
9. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2024-cü il tarixli, 2(103)-2245/2024 nömrəli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 135 və 405-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cavabdeh elektron sistemə daxil olmadığı üçün o qətnamənin elektron kabinetə yerləşdirilməsi ilə bağlı məlumatı da oxumamışdır. Digər tərəfdən cavabdeh məhkəmə prosesində iştirak etməmiş, məhkəmə bil dirişlərini almamışdır. Cavabdeh yalnız qətnamədən apellyasiya şikayətinin verilməsi məqsədi ilə ASAN İmzanı almış və həmin ASAN İmza ilə apellyasiya şikayəti göndərildikdən sonra, onun sonrakı məhkəmə proseslərini də məhz elektron kabinet vasitəsi ilə izləməli olmasını bilməmişdir. Yalnız artıq qətnamə icraya yönəldikdən və icra şöbəsinə dəvət olunduqdan sonra kassator qətnamənin qəbul edildiyini bilmiş və həmin qətnamənin surətini almaq üçün məhkəməyə müraciət etdikdə ona bildirilmişdir ki, elektron kabinetə daxil olmaqla o qətnamənin surətini əldə edə bilər. Bundan sonra o qətnamənin surətini almaqla ondan şikayəti təqdim etmişdir. Həmin vaxta kimi qətnamənin surəti ona poçt vasitəsi ilə göndərilməmiş və rəsmi qaydada almamışdır.
11. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 1 0.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
12. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesa b edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 402.2.3-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkə məsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlil lərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
14. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkün lüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından cavabdehin verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.
16. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəx s özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
17. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).
18. Hazırkı işin materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 aprel 2024-cü il tarixli qətnaməsi 04 aprel 2024-cü il tarixdə cavabdehin “Elektron Məhkəmə” İnformasiya Sistemindəki elektron kabinetinə yerlə şdirilməklə, ona rəsmi qaydada təqdim olunmuşdur. Beləliklə, müəyyən olunur ki, qətnamə cavabdehə qanunla müəyyən olunmuş qaydada təqdim olunmuşdur.
19. Həmçinin müəyyən olunur ki, o, qətnamədən kassasiya şikayətini 20 iyul 2024cü il tarixdə, yəni prosessual qanunvericiliklə müəyyən olunan müddəti ötürməklə vermiş və bunun üzrlü səbəbdən baş verməsini ağlabatan dəlillərlə əsaslandırmamış və müvafiq sübutları təqdim etməmişdir.
20. Cavabdehin, kassasiya şikayətində göstərdiyi kimi, üzərinə düşən öhdəliyi icra etməyib, ona qanunla müəyyən olunmuş qaydada verilən qətnaməni oxumaması (“ASAN” İmzadan istifadə etməməsi, elektron kabinetini vaxtında yoxlamaması) müddətin üzrlü səbəbdən buraxılması kimi qiymətləndirilə bilməz.
21. Belə ki, “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Mə hkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhə dində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
22. Odur ki, zəruri prosessual hərəkətlərinin vaxtında həyata keçirməməsi buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilə bilməz və bunun mənfi hüquqi nəticələrini məhz cavabdeh daşımalıdır.
23. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.
24. Odur ki, kassasiya şikayətinin buraxılmış prose ssual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2024-cü il tarixli, 2(103)-2245/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.