Məhkəmə qərarları › İş №2(102)-3696/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3696/2021

21.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3696/2021 21.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddia tələbinə, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı X6 və onun vəkili Nümayəndə, Cavabdeh və ounun vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2133/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməs indən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 16.01.2001-ci il tarixli 39 nömrəli Sərəncamı ilə İddiaçı ünvanndə 97 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kvadrat metr torpaq sahəsi ayrılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 37000 manat məbləğində maddi ziyanın, sağlamlığa dəymiş ziyana görə 1000 manat və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona fərdi yaşayış evi tikmək üçün ayrılan torpaq sahəsində onun tərəfindən iki mərtəbəli fərdi yaşayış evi inşa olunmuş, çöl tərəfindən suvaq işləri və bir sıra işlər görülmüşdür. O, evini təmir etdirmək üçün cavabdeh ilə əlaqə saxlamış, cavabdehin təmir etdiyi evlərlə tanış olduqdan sonra evi ona təmir etdirmək barədə razılaşmışlar. Aralarında olan razılığa əsasən o, cavabdehə 56500 manat məbləğində pul ödəməli olmuş, bu pulun müqabilində cavabdeh yüksək keyfiyyətli tikinti materiallarını almalı və evi tam təmir edərək ona təhvil verməli idi. Cavabdeh evin birinci mərtəbəsində zalda yalnız astar şpaklovka işləri, yarımçıq alçipan işləri və alçipanın işıq naqillərinin çəkilməsi işlərini görmüşdür. Lakin cavabdeh üzlük şpaklovka vurmamış, alçipan işləri ni tam başa çatdırmamış, lüstur yerlərini düzəltməmiş, emusiya işlərini və istilik işlərini görməmiş, işıq sistemini tam başa çatdırmamışdır. Cavabdeh evin birinci mərtəbəsində sol tərəfdə olan otaqda suvaq, astar şpaklovka və döşəmə işlərini görmüşdür. Lakin cavabdeh üzlük şpaklovka və emusiya vurmamış, alçipan və istilik işlərini görməmiş, divara divar kağızları vurmamışdır. Cavabdeh evin birinci mərtəbəsində ikinci mərtəbəyə çıxan pilləkənin sol tərəfində olan digər otaqda astar şpaklovka və yarımçıq döşəmə işləri görmüşdür. Lakin cavabdeh üzlük şpaklovka və emusiya vurmamış, alçipan və istilik işlərini görməmiş, divara divar kağızları vurmamışdır. Bundan başqa ikinci mərtəbəyə qalxan dəhlizə isti döşəmə işləri görülməmiş, divarlara vurulan taxta döşəmə tam olaraq vurulmamış və pilləkən kənarları yoxdur. İkinci mərtəbənin taxta döşəməsi əvvəlcədən mövcud olmuşdur. Cavabdeh tavana kupka vursa da, divarlara taxta döşəməni tam olaraq vurmamışdır. 3 ədəd hamam tualetdə suvaq işləri görülsə də, kafel metlax cavabdeh tərəfindən alınmamış və vurulmamış, isti döşəmə sistemi düzəlməmişdir. Bundan başqa qapının ətrafında olan haşiyələr vurulmamış, pəncərə ətrafları düzəldilməmişdir. Cavabdeh bundan başqa 2 ədəd 100-lük ariston, 1 ədəd 500-lük kombi, istilik radiotarları, mətbəx mebeli, fıstıq ağacından 5 plafonlu 5 ədəd böyük lüstur, 4 plafonlu 7 ədəd kiçik lüstur, 2 ədəd karderob, kafel-metlax, işıqlanma sistemlərini almalı idi. Lakin cavabdeh ondan aldığı 47000 manat pulun müqabilində işləri tam başa çatdırmamış, gördüyü işləri isə keyfiyyətsiz tikinti materialları ilə kefiyyəts iz görmüşdür. Sonra isə işləri yarımçıq qoyaraq çıxıb getmişdir. Cavabdehin gördüyü işlərin tikinti materialları ilə birlikdə təxminən 10000 manat dəyərindədir. Bunun nəticəsində ona 37000 manat məbləğində maddi ziyan dəymişdir. Bundan əlavə cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun və ailəsinin sağlamlığına ziyan dəymiş, uzun müddət müalicə olunmuşlar. Sağlamlıqlarına dəymiş ziyanı 1000 manat məbləğində qiymətləndirir. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıdan 28990 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsində göstərilənlər tamamilə yalan, həqiqətə uyğun olmayan hallardan ibarətdir. İddiaçının evində o, təşkil etdiyi ustalar tərəfindən bir çox işlər görülmüş, mal-materiallar alınmış, işçi qüvvəsi işləmiş və görülmüş işlərin, alınmış malmaterialın pulu iddiaçı tərəfindən ödənilməmişdir. Belə ki, iddiaçı ilə onun arasında 2017-ci ilin noyabr ayında olan şifahi razılaşmaya əsasən, iddiaçı Xəzər rayonu, ünvanndə yerləşən evində santexnik-elektrik, ştukatur, şpaklyovka, alçıpan, taxta qapı və pəncərələrin alınaraq qurlaşdırılması, pilləkən karkası, pilləkən üçün şveller alınması, qurlaşdırılması, taxta (listvennisa) materialının alınaraq döşəmələrin vurulması və başqa bir çox işlərin görülməsi üçün mal-material və işçi qevvəsinin haqqı ilə birlikdə 65000 manata razılaşmışlar. Razılığa əsasən, iddiaçı görüləcək işlərə gö rə əvvəlcədən razılaşdırılmış 65000 manatın ən azı yarısını işə başlananda ona ödəməli, o həmin vəsaitlə mal-materialın bir hissəsini alaraq gətirməli və işə başlamalı, işin gedişində işin dayanmaması üçün iddiaçı qalıq pulu tam şəkildə verməli və pul tam şəkildə verildikdən sonra, iş davam etdirilərək yekunlaşıb iddiaçıya təhvil verilməli olmuşdur. Lakin iddiaçı tərəflər arasında olan razılaşmaya əməl etməmiş, neçə aylar ərzində ona ümumilikdə 40000 manata yaxın pul vermiş, o, öz şəxsi vəsaiti hesabına aldığı mal-materialların pulunu verməmiş, işləyən işçi qüvvəsinin pulunu ödəmək istəməmişdir. Həmin razılaşmadan əlavə olaraq iddiaçı onunla binanın çöl suvağının 4000 manata, damın təmirinə isə 1000 manata razılaşmışlar. Ümumilikdə görüləcək işin mal-materialları ilə birlikdə və işçi pulu da nəzərə alınmaqla 69000 manat təşkil etmişdir. İddiaçı ona cəmi 40000 manata yaxın pul vermiş, əvvəlcədən razılaşdırılmış qalan məbləği verməyərək məqsədi işi pulsuz gördürmək olmuşdur. Bu günə kimi o, iddiaçının evinin təmir-bərpa işləri üçün 36655 manat dəyərində mal-material işlətmiş, görülən işlərin həcminə görə isə işçi qüvvəsinə ümumilikdə 26335 manat pul borcu qalmış, həmin vəsaitin bir qismini özü ödəmişdir. Aralarında razılaşdırılmış 69000 manat pulun yalnız 40000 manatını iddiaçıdan ala bilmiş, qalan vəsaiti ödəməkdən boyun qaçırmışdır. Bir sözlə gördüyü işin və aldığı mal-materialların müqabilində əvvəlcədən şifahi razılaşma əsasında ona çatası pulunu iddiaçıdan ala bilməmişdir. Hazırda iddiaçı ona 23990 manat və əlavə 5000 manat, cəmi 28990 manat pul ödəməlidir. Birinci insta nsiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, cavabdehlə birlikdə işləyir, iddiaçı isə onun evində işlədiyindən tanıyır. İddiaçının evində 2018-ci ilin yanvar ayından etibarən o, bir fəhlənin köməkliyi ilə santexnik, elektrik işlərini görmüş və bütün kombi sistemini o çəkmiş, istilik işlərini görmüşdür. Evin ikinci mərtəbəsində bütün elektrik işləri onun tərəfindən görülmüş, orda yerləşən 3 hamamı o təmir eləmiş, 2-sinin tam istilik sistemini çəkmişdir. İstilik sistemi üçün radiatorları yerlərinə yerləşdirmiş, radiatorları təxminən 2018-ci ilin yanvar ayında o, cavabdeh və X8 adlı şəxslə birlikdə almışlar, kombinin özünü isə almamışlar. Kombinin motorunu, turbalarını və radiatorlarını almışlar və evdə yerləşdirmişlər. Evin 2-ci mərtəbəsində taxta altı elektrik xətlərini tam olaraq o çəkmişdir. Evin təmiri və zəhmət haqqı ilə bağlı danışıqları cavabdeh ilə aparmış, zəhmət haqqını 5000 manata danışmışlar. Həmin pul cavabdeh tərəfindən ona verilmişdir. İddiaçı ilə təmir işləri və zəhmət haqqı ilə bağlı heçnə danışmamışdır. Təmir vaxtı iddiaçı evə gəlmiş və onun təmir işlərini apardığını görmüşdür. Hamam və kombi sistemi üçün 300 metr turba, isti pol üçün isə 200 metr şlanq alınmışdır. Kafel-metlak işlərini onun tərəfindən görülməli olmuş, lakin sonradan pul verilmədiyindən görməmişdir. Radiatorlar “Dərnəgüldən” adlandan yerdən alınıb gətirilmiş, taksi ilə gətirilmiş, sürücünün adı Zöhrab olmuşdur. Radiatorlar 18 yerdə yerləşdirilməsi üçün alınmış, hər biri 10 seksiya olmaqla, bir seksiyasına 180 manat, ümumilikdə cavabdeh tərəfindən 1800 manat məbləğində pul verilmişdir. Ağ rəngli radiatorlar olmuşdur. Radiatorlar alınan zamanı 25 mm plastik borular, 10 top kabel, “uqolnik və trayniklər” alınmışdır. Materialların alınmasında cavabdehə qaimələr verilmiş, həmin vaxt təxminən 4000 manatlıq material alınmışdır. Elektrik işləri üçün 10 top şlanq, 1 ədəd “şit” və izolent alınmışdır. Elektrik işi üçün bütün xətləri çəkmiş, sadəcə “razetka” yerləri qalmışdır. Kanalizasiya sistemi üçün turbalarını yerləşdirmiş, su kranlarını isə yerinə yerləşdirməmişdir. iddiaçının evində başqa 250 kvadrat metr daş vata vurmuşdur. Əlavə olaraq iddiaçının evində suvağ işi görüldüyünü təsdiqləmiş və suvağ işini Elsəvər adlı usta gördüyünü bildirmiş, həmin ustanı cavabdehin gətirdiyini və cavabdeh tərəfindən görüldüyünü, Elsəvər tərəfindən evin t am suvağının vurulduğunu bildirmişdir. İşini yekunlaşdırmaq üçün bir kombi və ariston yerinə qoyularaq xətlərin birləşdirilməsi lazım olduğunu vurğulamış və 2018-ci ilin aprel ayına kimi Rasimin evində işlədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərmişdir ki, o, ev təmiri ustasıdır. Cavabdeh ilə birlikdə işləmiş, iddiaçıdan isə əvvəllər şitil almış, onu ordan tanıyır. Təxminən bir il əvvəl cavabdehin xahişi ilə öz maşını ilə kafel almağa getmişdir. Həmin zamanı dükanda cavabdehin tələb etdiyi kafelləri verməmişlər, lakin sonradan cavabdeh iddiaçının kafellərin qarşısında əks olunmuş şəklini göstərdikdən sonra həmin şəkildəki kafelləri vermişlər. Onda bilmişdir ki, kafellər iddiaçının evi üçün alınır. Kafel alınandan sonra başqa maşına yüklənmiş və o, cavabde h və Hamletlə birlikdə onun maşınında qabaqda hərəkət etməklə iddiaçının evinə yollanmışlar. Həmin zamanı cavabdehlə Hamlet də olmuşdur. Kafel alınan zamanı o, başqa yerdə işləmiş, cavabdeh telefon vasitəsilə onula əlaqə saxlamış, birinci ünvanndən cavabdehi götürmüş, sonra Hamleti və üçü birlikdə kafel almağa getmişlər. Dükanda şəkili göstərədə cavabdeh bildirmişdir ki, bir gün qabaq iddiaçı ilə birlikdə ora gəlmişlər və kafeli seçib bəyəndikdən sonra şəklini çəkmişlər. Kafel alınandan sonra cavabdehə qaimə verilmişdir. Nə qədər kafel alınması, pulun verilib-verilməməsi barədə məlumatı yoxdur. Kafel alınandan sonra başqa maşına yüklənərək iddiaçının evinə gətirilmişdir. Kafel alınan vaxtı yay ayı olmuş, kafellərin iddiaçının evinə gətirilib yerləşdirilməsini o öz gözü ilə görməmiş, laki n kafellərin iddiaçının evi üçün alındığını və alınmış kafellərin iddiaçının evinə gətirildiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərmişdir ki, o, cavabdehin sexində işləyir, işi evin təmiri üçün lazım olan taxtaların hazırlanmasından ibarətdir. İddiaçının evinə vurulan taxtaları da o hazırlamışdır. Taxtaları “Dərnəgüldə” yerləşən mağazadan almışlar. Taxtaların alınması üçün birinci dəfə o da getmişdir və taxtalara baxmaq, seçmək üçün getmişdir. Sonradan taxtalar hissələr şəklində alınıb gətirilmişdir. Həmin zamanı o, cavabdeh və Hamletlə birlikdə getmişlər. Bütün taxtaların növü “listviniça” olmuşdur. 5 metrlik taxtalar olmuş, taxtalar bir neçə dəfə alınaraq sexə gətirilmiş o isə onları yonaraq və “şukurkalayaraq” yararlı vəziyyətə gətirdikdən sonra, iddiaçını n evinə gətirmişdir. Evin təmiri üçün təxminən 400-500 kvadrat metr taxta düzəltmişdir. Taxtaları, hazır olduqca hissə-hissə iddiaçının evinə gətirmişdir. İddiaçının evində təmir işi ilə məşğul olmamış, sadəcə bir dəfə evə vurulmuş alçıpan yağış yağanda xarab olmuş, buna görə də cavabdeh dama nəzər yetirəndə müəyyən etmişdir ki, evin damı pis vəziyyətdədir. Ona görə də evin damını təmir eləmək məcburiyyətində qalmışdır. O da həmin zamanı dama “uqolniklər” vurmuşdur. İddiçının evində təmir zamanı dəfələrlə olmuş, evin təmiri üçün alınmış bir çox materialları görmüşdür. Belə ki, evin birinci mərtəbəsinin içərisinə yığılmış vəziyyətdə kafel görmüş, kombi sistemi üçün materiallar alınıb gətiriləndə iddiaçının evində olmuş, hətta həmin materialların boşaldılmasında köməklik etmişdir. İddiaçının da onu evdə işləyən zamanı görmüşdür. Santexnik materialları sifariş veriləndə həmin zamanı o da orda olmuş, radiator, alçıpan və “şpaklovka” alınıb evə boşaldılan zamanı o da həmin zaman evdə olmuş və köməklik etmişdir. Taxtalar alınandan bir gün sonra radiator alınıb gətirilmişdir. Radiator karobkalarda olduğundan sayını deyə bilmədiyini qeyd etmişdir. Sonradan isə radiatorların yerlərinə yerləşdilmiş halda gördüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərmişdir ki, o, ünvanndə taksi fəaliyyəti ilə məşğul olur və işi ilə əlaqədar olaraq cavabdehin sifarişi əsasında dükanlardan evin təmiri üçün alınmış materialların daşınmasında köməklik etmişdir. Bir il əvvəl təxminən 10 dəfə mübahisə predmetinə daxil olan ünvanndə yerləşən evə materiallar gətirmişəm, bir ne çə dəfə cavabdehin özü ilə, çox hallarda isə dükanlardan gedib tək gətirmişdir. Təmir olunan evə taxtalar, alçıpan, radiatorlar, şlanqlar və sayrə materiallar gətirmişdir. Mal gətirəndə evdə iddiaçının görməmişdir. Materialların daşınmasında cavabdeh ona bir dəfəyə 3-5 manat pul vermişdir. Radiatorları mağazadan o gətirmişdir. Hazırda həmin mağazanın yeri yadında deyil. Materiallardan yadında qalanı taxtalar, alçıpan, radiatorlar, şlanqlardır. Materialları gətirdiyi ev iki mərtəbəli olmuş, evin böyük darvazası və kiçik qapısı olmuş, materiallar isə evin kiçik qapısından içərisinə boşaldılmışdır. Dəqiq yadında qalmamış, lakin 1-2 dəfə həmin evə radiatorlar gətirilmişdir. Həmçinin onu da bildirmişdir ki, evə materiallar aparanda həmin evdə ən azı 3 usta işləmişdir. Birinci instansiya məhkəmə sinin məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi haqqında 2(003)-1461/2019 saylı 30.04.2019-cu il tarixli qərardadına əsasən iş üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13449 nömrəli 25.09.2019-cu il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, ünvanndə yerləşən iddiaçıya məxsus 97 saylı fərdi yaşayış evində (daxilində və xaricində) aparılmış tikintitəmir işlərinin 2017-2018-ci illərdə bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 21278,3 manat məbləğində müəyyən olunur. Tədqiq olunan evdə aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayır-ayrılıqda dəyəri rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. Tədqiq olunan evdə aparılan təmir-tikinti işləri (hansı hissədə göstərilməklə) yarımçıq olduğu müəyyən olunmuşdur. Lakin görülmüş işlərin tamamlanması üçün istifadə olunmuş materiallar müəyyən olunduqdan sonra 2017-2018-ci illər üçün bazar qiymətlərinə uyğun olaraq hansı məbləğdə xərc tələb olunması müəyyən oluna bilər. Həmin rəyi vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X1 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, məhkəmə tikintitexniki ekspertizasının keçirilməsi məqsədilə iş üzrə tərəflərin iştirakı ilə Bakı şəhəri Xəzər rayonu ünvanndə yerləşən 97 saylı fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı pilləkənə aid dəmir konstruksiyalar, taxta üzərində vurulan rəng cavabdeh tərəfindən aparıldığı bildirilmədiyindən, tavana vurulmuş daş yunun, əvvəlcədən vurulduğu v ə cavabdeh tərəfindən vurulmağı bildirilmədiyindən, pilləkən olan dəhlizə yerə verilən styaşka barəsində, ikinci mərtəbədə olan üç hamam ilə bağlı, divara və döşəməyə çəkilmiş izoloteksin cavabdeh tərəfindən vurulması deyilmədiyindən, alçıpanın üstünə çəkilmiş şpaklyovka və izobant barəsində, ikinci mərtəbədə 2 ədəd taxta pəncərə olmuş, lakin deyilmədiyindən, yalnız birinci mərtəbədə görülmüş elektrik işləri nəzərə alınmış, ikinci mərtəbədə elektrik işlərinin görülməsi barədə deyilmədiyindən bu barədə rəydə həmin işlərin görülməsi öz əksini tapmamışdır. Taxta üçün paraizolyasiya parçası və birinci mərtəbənin tavanının altına vurulan taxtalar əvvəlcədən olduğu bildirildiyindən rəydə həmin işlərin görülməsi öz əksini tapmamışdır. Propkalar, şuruplar, dəmir kökələr (əqrəblər), həmçinin bəzi materiallarında qiymətləri çox olmadığından hamısı - əlavə xərclər hissəsində nəzərə alınmışdır. Birinci mərtəbədə olan döşəmənin altında olan taxta ekspert rəyində olan smetanın 13-cü bəndində qeyd olunmuş, qiymətləri isə Bakı şəhərində yerləşən bazarlarda olan satış qiymətləri nəzərə alınmaqla orta bazar qiyməti ilə qeyd etmişdir. Kombi sistemi ilə bağlı ümumi görülmüş işlər, yəni materiallarla birlikdə zəhmət haqqı nəzərə alınmaqla qiyməti hesablanmışdır. Rəydə olan smetanın birinci bəndində reykaların sayı 30 ədəd qeyd edilməklə yanlışlığa yol verilmiş, belə ki, 355 ədəd üzlük taxta üçün 700-800 ədəd reyka istifadə edilə bilər. Elektrik işləri yalnız birinci mərtəbədə görülmüş işlər nəzərə alınmış, ikinci mərtəbədə elektrik işlərinin görülməsi barədə deyilmədiyindən bu barədə rəydə hə min işlərin görülməsi öz əksini tapmamışdır. Divarlara vurulmuş obşivkalar isə nəzərə alınaraq ümumi hesablanmışdır. Ümumilikdə qeyd etdiyi qiymətləri də bazar qiymətlərinə uyğun qeyd etmişdir. Məhkəmənin iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi haqqında 2(003)-1461/2019 saylı 08.11.2019-cu il tarixli qərardadına əsasən iş üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31746 nömrəli 13.07.2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, ünvanndə yerləşən 97 saylı fərdi yaşayış evi üzrə yerinə yetirilmiş təmir işlərinin 2017-2018-ci illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 55152 manat məbləğində müəyyən edilmişdir. Yaşayış evi üzrə yerinə yetirilmiş işlərin və ist ifadə olunmuş tikinti materialların ayrı-ayrılıqda həcmi və dəyəri rəyə əlavə edilmiş smetada ətraflı göstərilmişdir. Qeyd olunmuşdur ki, ilkin ekspert rəyi ilə hazırki rəy arasında artmağa doğru yaranmış qiymət fərqi, ilkin baxış zamanı tədqiq olunan yaşayış evi üzrə yerinə yetirilmiş təmir işlərinin bütünlüklə ekspertə göstərilməməsi səbəbindən əmələ gəlmişdir. Qərardad ekseprt qarşısında qoyulmuş qüsurlala bağlı sualı isə baxış zamanı tədqiq olunan yaşayış evində yerinə yetirilmiş təmir işləri üzrə hər hansı qüsurlar müəyyən edilmədiyindən həmin sual üzrə tədqiqat aparılmamışdır. Həmin rəyi vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X8 məhkəmə iclasında bildirmişdir ki, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi məqsədilə iş üzrə t ərəflərin iştirakı ilə Bakı şəhəri Xəzər rayonu ünvanndə yerləşən 97 saylı fərdi yaşayış evinə baxış keçirilmişdir. Hər bir tədqiq olunan material və görülmüş işlər barəsində hər iki tərəfin münasibəti soruşulmuş və hər iki tərəfin təsdiq etdikləri məlumatlar əsasında müvafiq qiymətləndirilmələr iş üzrə vermiş rəydə öz əksini tapmışdır. Belə ki, evin təmiri üçün istifadə olunmuş taxtaların keyfiyyəti birinci növ şam ağacından olması, taxtalara vurulmuş boyanın “tikkurila” olmasını hər iki tərəfin təsdiqi əsasında qiymətləndirilmişdir. Evin damının bərkidilməsi ilə bağlı suala cavab olaraq, iddiaçı tərəfindən aralarında olan sözləşmə əsasında cavabdehə 1000 manat pul verdiyi bildirildiyindən ekspert rəyinə həmin işlərin görülməsi ilə bağlı 1000 manat kimi qiymətləndirilmişdir. Alçıpan üzlüy ünün sökülməsi və yenidən vurulması ilə bağlı onun sualına cavabdeh tərəfindən öz təşəbbüsü ilə sökülüb vurulduğu bildirildiyindən yalnız zəhmət haqqını hesablamışdır. “xxxx” MMC-nin 08.10.2020-ci il tarixli ƏEM/O 17-548/20 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, ünvanndə yerləşən 97 saylı fərdi yaşayış evinin daxilində və xaricində görülən təmir-tikinti işlərinin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) 2017- 2018-ci illər üçün 33436 manat təşkil etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Sabit Bəhramzadə) 2(003)-59/20 saylı 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, iddiaçıdan 15152 manat alınaraq cavabdehə verilməsi qət edilmiş, qar şılqlı iddia tələbi qalan hissədə rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında iki mərtəbəli evin təmiri ilə bağlı razılaşma olmuş, həmin evin təmir işləri aparılmış və iddiaçı tərəfindən evin təmiri ilə bağlı cavabdehə hissə-hissə olmaqla ümumilikdə 40000 manat məbləğində pul ödənilmişdir. İddiaçı tərəfindən ümumilikdə cavabdehə 47000 manat verildiyi qeyd edilsə də, sonuncu ona məhz 40000 manat ödənilməsini bildimişdir. Bunun əksi iddiaçı tərəfindən sübuta yetirilməməklə işin müəyyən edilmiş halları ilə öz təsdiqini tapmır. İş üzrə mübahisə edilən hallar evdə hansı təmir işlərinin aparılması və əsasən də aparılmış təmir işlərinin qiymətinin, o cümlədən görülmüş müəyyən təmir işlərinin kimin tərəfindən görülməsinin müəyyən edilməsindən və həmin işlərə görə müəyyən edilmiş material və usta xərci olaraq qiymətlərinin müəyyən edilməsindən ibarətdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında münasibət şifahi qaydada bağlanmış podrat müqaviləsindən irəli gələn münasibətlər çərçivəsindən yaranmışdır. Belə olan halda işə məhz bu baxımdan qiymət veriməlidir. Məhkəmə iş üzrə verilmiş ekspert rəylərini qiymətləndirilərək hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13449 nömrəli 25.09.2019-cu il tarixli ekspert rəyi natamam olduğundan, “xxxx” MMC-nin 08.10.2020-ci il tarixli ƏEM/O 17-548/20 saylı mütəxəssis rəyi isə ümumiyyətlə birtərəfli qaydada aparılmaqla tərəflərin digər tərəfin iştirakı təmin edilməməklə keçirildiyindən (belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, həmin mütəxəssi s rəyin verilməsi üçün tədqiqat obyektinin tədqiqi zamanı iş üzrə tərəflərin iştirakı təmin olunmamışdır) mötəbər sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31746 nömrəli 13.07.2020-ci il tarixli ekspert rəyinin isə iş üzrə sübut kimi qiymətləndirilməsini aradan qaldıran hər hansı bir əsaslar mövcud deyil. Bu baxımdan da həmin rəy iş üzrə sübut kimi qəbul edilməklə qiymətləndirilir. İddiaçı tərəfindən ona məxsus evdə təmir işlərinin aparılması ilə bağlı cavabdehə 47000 manat məbləğində pulun verilməsi, görülmüş təmir işlərin tikinti materialları ilə birlikdə 10000 manat dəyərində olması, həmçinin evin çöl hissəsinin suvağının cavabdeh tərəfindən görülməməsi, evin təmirində istifadə olunm uş taxtaların keyfiyyətinin aşağı olması sübuta yetirilməmiş, işin araşdırılmış halları ilə də başqa hallar müəyyən edilməmişdir. Belə ki, iddiaçı ümumiyyətlə evdə görülmüş təmir tikinti işlərinin 10000 manatdan çox olmamasını qeyd etmişdir ki, işin bu halı ümumiyyətlə təkzib edilir. Yəni, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31746 nömrəli 13.07.2020-ci il tarixli ekspert rəyi ilə iddiaçıya məxsus fərdi yaşayış evi üzrə yerinə yetirilmiş təmir işlərinin 2017-2018-ci illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 55152 manat məbləğində olması müəyyən edilmişdir. İşlərin kimin tərəfindən görülməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, istər tərəflərin izahatları, istərsə də şahidlərin ifadələri ilə həmin evdə görülmüş işlərin məhz cavab deh tərəfindən görülməsi öz təsdiqini tapmışdır. Hətta iddiaçı məhkəmə iclasında iddiasında görülmədiyini qeyd etdiyi müəyyən kateqoriya işlərin də elə məhz cavabdeh tərəfindən görülməsini qeyd etmişdir. Görülmüş işlərin qiymətlərinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, ekspert rəyində müfəssəl şəkildə qərardadda göstərilən illər üzrə qiymətlər müəyyən edilmişdir. Sözügedən ekspert rəyində əvvəl verilmiş, lakin məhkəmə mötəbər sübut kimi qəbul edilməyən ekspert rəyində olan qiymətlərdən xeyli məbləğdə fərqli rəy verilməsini də, öz rəyində izah etməklə həmin rəydə qeyd edilməyən işlərinin və materialların olması ilə əsaslandırmışdır. Bunu ekspert məhkəmə iclasında dindirilərkən də, qeyd etməklə əsaslandırmışdır. Eyni zamanda, görülmüş işlərə görə iddiaçı tərəfindən cavabdehə 47000 mana t verilməsi də öz təsdiqini tapmır. Belə ki, həmin hissədə sübut etmə yükü iddiaçının üzərinə düşür ki, bu da onun tərəfindən sübuta yetirilə bilməmişdir. Həmçinin iddiaçı iddiasında yaranmış mübahisəyə görə sağlamlığa zərər dəyməsini və bunun 1000 manat məbləğində olmasını qeyd etsə də, bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda cavabdeh də, qarşılıqlı iddiasında görülmüş işlərin 68990 manat olmasını və buna görə də onun xeyrinə iddiaçı tərəfindən ödənilmiş 40000 manat çıxılmaqla qalan hissədə pulun tutulmasını qeyd etsə də, işin bu halıda tam təsdiqini tamamamışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilməklə iddiaçıdan cavabdehin xeyrinə 15152 manat (55152 – 40000 = 151 52) məbləğində pul tutulmalı, qalan hissədə qarşılıqlı iddia təmin edilməməlidir. Qətnamədən tərəflər apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Tofiq Səmədov –- sədrlik edən və məruzəçi, Anar Tanrıverdiyev, İkram Şirinov) 11 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə iş üzrə sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmiş, ekspert rəylərinə əsasən hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13449 nömrəli 25.09.2019-cu il tarixli ekspert rəyi natamam olduğundan, “xxxx” MMC-nin 08.10.2020-ci il tarixli ƏEM/O 17548/20 saylı mütəxəssis rəyi isə ümumiyyətlə birtərəfli qaydada aparılmaqla tərəflərin digər tərəfin iştirakı təmin edilməməklə keçirildiyindən həmin rəyləri mötəbər sübutl kimi qiymətləndirilə bilməz. Məhkəmə Ekspertizası Mərkəzinin 31746 nömrəli 13.07.2020-ci il tarixli ekspert rəyinin iş üzrə sübut kimi qiymətləndirilməsini aradan qaldıran hər hansı bir əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyi sübut kimi qəbul edilmişdir. MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci m addəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən ona məxsus evdə təmir işlərinin aparılması ilə bağlı cavabdehə 47000 manat məbləğində pulun verilməsi, görülmüş təmir işlərin tikinti materialları ilə birlikdə 10000 manat dəyərində olması, həmçinin evin çöl hissəsinin suvağının cavabdeh tərəfindən görülməməsi, evin təmirində istifadə olunmuş taxtaların keyfiyyətinin aşağı olması sübuta yetirilməmiş, işin araşdırılmış halları ilə də başqa hallar müəyyən edilməmişdir. Belə ki, iddiaçı ümumiyyətlə evdə görülmüş təmir tikinti işlərinin 10000 manatdan çox olmamasını qeyd etmişdir ki, işin bu halı ümumiyyətlə təkzib edilir. Yəni, Məhkəmə Ekspertizası M ərkəzinin 31746 nömrəli 13.07.2020-ci il tarixli ekspert rəyi ilə iddiaçıya məxsus fərdi yaşayış evi üzrə yerinə yetirilmiş təmir işlərinin 2017-2018-ci illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 55152 manat məbləğində olması müəyyən edilmişdir. Eyni zamanda, istər tərəflərin izahatları, istərsə də şahidlərin ifadələri ilə həmin evdə görülmüş işlərin məhz cavabdeh tərəfindən görülməsi öz təsdiqini tapmışdır. Görülmüş işlərin qiymətləri ilə bağlı ekspert rəyində müfəssəl şəkildə qərardadda göstərilən illər üzrə qiymətlər müəyyən edilmişdir. Sözügedən ekspert rəyində əvvəl verilmiş, lakin məhkəmə mötəbər sübut kimi qəbul edilməyən ekspert rəyində olan qiymətlərdən xeyli məbləğdə fərqli rəy verilməsini də, öz rəyində izah etməklə həmin rəydə qeyd edilməyən işlərinin v ə materialların olması ilə əsaslandırmışdır. Bunu ekspert məhkəmə iclasında dindirilərkən də, qeyd etməklə əsaslandırmışdır. Məhkəmə qeyd etmişdir ki, görülmüş işlərə görə iddiaçı tərəfindən cavabdehə 47000 manat verilməsi də öz təsdiqini tapmamışdır. Həmin hissədə sübut etmə yükü ddiaçının üzərinə düşür ki, bu da onun tərəfindən sübuta yetirilə bilməmişdir. Həmçinin iddiaçı iddiasında yaranmış mübahisəyə görə sağlamlığa zərər dəyməsini və bunun 1000 manat məbləğində olmasını qeyd etsə də, bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərini əsassız sayaraq hesab etmişdir ki, şikayətlərin dəlilləri qətnamənin ləğv edilməsi üçün hüquqi əsaslar vermir. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçı larının izahatları İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmı r və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tə rəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan işdə ilk iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş, qarşılqlı iddia tələbi isə qismən təmin edilmişdir. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermiş, apellyasiya şikayətləri təmin edilməyərək qətnamə dəyişdirilmədən sxlanılmışdır. Cavabdeh qarşılıqlı iddia tələbinin rədd edilən hissəsini hazırda mübahisələndirmir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə (ilk iddia tələbinin rədd edilən hissəsi və qarşılıqlı iddia tələbinin təmin olunan hissəsi) yo xlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə ye tirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə - mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün mübahisələndirirlən hissədə qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunma ması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirirlən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2133/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar