Məhkəmə qərarları › İş №2(102)-37/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-37/2020

10.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-37/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 (cavabdehlər tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon icra və probasiya şöbəsi) qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 20 19-cu il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 (cavabdehlər tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon icra və probasiya şöbəsi) qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.Hüseyn) İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSAS İYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçıASCkassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 (cavabdehlər tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon icra və probasiya şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində olan 2.10 ha torpaq sahəsində yerləşən 646,6 kv.m ümumi, 477,7 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksi barədə “Cavabdeh2 2” MMC-nin xx xxxx 2018-ci il tarixli qiymətləndirmə rəyinin ləğv edilməsi və yenidən qiymətləndirmə keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə Cavabdeh1 kredit xəttinin açılması haqqında xx.xx.2008-ci il tarixli kredit və eyni tarixli ipoteka müqavilələri üzrə ipoteka ilə təmin edilmiş öhdəliklərini yerinə yetirmədiyinə görə Quba rayon məhkəməsi İddiaçı ASCnın tələbini ipoteka predmeti olan, Cavabdeh1 məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində 2.10 ha torpaq sahəsində yerləşən 646,6 kv.metr ümumi, 477,4 kv.metr əsas, köm əkçi sahədən ibarət olan əmlak kompleksinə (İstirahət mərkəzi) yönəldilməsini, həmin 2,10 ha torpaq sahəsində yerləşən 646,6 kv.metr ümumi, 477,4 kv.metr əsas, köməkçi sahədən ibarət olan əmlak kompleksinin (İstirahət mərkəzi) hərrac yolu ilə satılaraq satışdan əldə olunan pulun 180580 (bir yüz səksən min beş yüz səksən) manat cəmi borcun, o cümlədən kredit borcu üzrə 157122 (bir yüz əlli yeddi min yüz iyirmi iki) manat pulun, faiz borcu üzrə 23458 (iyirmi üç min dörd yüz əlli səkkiz) manat pulun, qətnamənin çıxarıldığı günədək bank faizinin uçot dərəcəsi əsas götürülməklə hesablanmış faiz məbləğinin və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı ASC-nin “Nərimanov” filialına ödənilməlisini, qalan məbləğin Cavabdeh1 oğuluna verilməsini, həmin əmlak göstərilən borcun ödənilməsi üçün kifayət etmədikdə isə borcun Cavabdeh1 digər əmlakına yönəldilməsini qət etmişdir. Bundan başqa o da mübahisə olunmur ki yuxarıda qeyd olunmuş əmlak kompleksinin qiymətləndirilməsi Quba rayon icra və probasiya şöbəsinin qərarı ilə “Cavabdeh2 2” MMC-yə həvalə edilmişdir. Həmçinin o da mübahisə olunmur ki, “xxxx” MMC-nin xx xxx 2019-cu il tarixli qiymətləndirmə hesabatı ilə əmlak kompleksinin hazırkı real orta bazar qiymətinin 2,650,000 (iki milyon altı yüz əlli min ) manat təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı bildirir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli icra vərəqəsinə əsasən tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində olan 2.10 ha torpaq sahəsində yerləşən 646,6 kv.m ümumi, 477.7 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksinə yön əldilmiş, Quba rayon icra və probasiya şöbəsinin xx xxxxx 2018-ci il tarixli məktubuna əsasən sözügedən əmlak kompleksinin qiymətləndirilməsi “Cavabdeh2 2” MMC-yə həvalə edilmiş, həmin MMC-nin xx xxxx 2018ci il tarixli hesabatına əsasən əmlak kompleksi 2.500.000 (iki milyon beş yüz min) manat məbləğində qiymətləndirilmişdir. Sözügedən əmlak kompleksinin 2.500.000 (iki milyon beş yüz min) manat məbləğində qiymətləndirilməsi obyektiv deyildir. Belə ki, eyni parametrlərə məxsus əmlak Bakı şəhərində həmin qiymətdən dəfələrlə aşağı qiymətləndirildiyi halda Quba rayonunda yerləşən əmlakın 2.500.000 (iki milyon beş yüz min) manat olması real bazar dəyərinə uyğun gəlmir. Həmçinin, həmin əmlak kompleksi xx xxxxxx 2009-cu il tarixdə “Sərraf MMC tərəfindən 250 000 (iki yüz əlli min) manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh məhkəmə iclasının yeri vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayarq məhkəmə iclaslarında iştirak etməmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni ekspert rəyi ilə əsaslandırmışdır. Belə ki, “xxxx” MMC-nin xx xxx 2019-cu il tarixli qiymətləndirmə hesabatında ekspert, əmlak kompleksinin hazırkı real orta bazar qiymətinin 2,650,000 (iki milyon altı yüz əlli min ) manat təşkil etdiyini göstərmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instan siya məhkəməsinə qaytarılmalıdır. Çünki apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İş hallarından göründüyü kimi “Cavabdeh2 2” MMC-nin xx xxxxx 2018-ci il tarixli rəyi ilə Cavabdeh1 məxsus əmlak kompleksi 2,500,000 (iki milyon beş yüz min) manat məbləğində qiymətləndirilmişdir. Lakin iddiaçı bununla bağlı kassasiya şikayətinin dəlillərində göstərir ki, “Cavabdeh2 2” MMC tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli rəydə texniki səhvə yol verilmişdir. Belə ki, “Cavabdeh2 2” MMC-nin Quba rayon icra və probasiya şöbəsinə ünvanladığı xx xxxx 2018-ci il tarixli məktubu ilə xx xxxxx 2018-ci il tarixli rəydə texniki səhvə yolverildiyi və əmlakın dəyərini n 500,000 min manat olması göstərilmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin qərardadına əsasən keçirilmiş qiymətləndirmə ilə bağlı iddiaçının dəlili ondan ibarətdir ki, məhkəmə-qiymətləndirmə ekspertizası ilə əmlak kompleksinin 2019-cu ilin aprel ayına olan dəyəri müəyyənləşdirilmişdir və məhkəmə qəbul etdiyi qətnamədə həmin rəylə “Cavabdeh2 2” MMC-nin verdiyi xx xxxxx 2018-ci il tarixli rəyin uyğunluq təşkil etdiyinə istinad etmişdir. Halbuki mübahisə predmeti olan xx xxxxx 2018-ci il tarixli qiymətləndirmə rəyi ilə əmlakın 2018-ci ilin aprel ayina olan dəyəri müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə icraatda əmlakın 2018-ci ilin aprel ayında bazar dəyərinin müəyyən edilməsi araşdırıldığından mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün təkrar m əhkəmə-qiymətləndirmə ekspertizası ilə, əmlak kompleksinin 2018-ci ilin aprel ayına olan dəyəri müəyyənlədirilməli və mübahisəyə buna müvafiq olaraq hüquqi qiymət verilməli idi. MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Bununla yanaşı iş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanarkən əmlak kompleksi 400000 manat dəyərlə qiymətləndirilm iş və həmin müqavilə Cavabdeh1 tərəfindən də imzalanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə yeni apellyasiya baxışında əmlakın ipoteka müqaviləsində müəyyən olunmuş dəyəri ilə hazırda müəyyən edilmiş 2.500.000 manat bazar dəyəri arasında kəskin fərqin yaranmasının əsasları araşdırılmalı və həmin hallara da qiymət verilməlidir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış və bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətna mə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıASC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar