Məhkəmə qərarları › İş №2(102)-3701/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3701/2023

13.09.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3701/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 Mayıs oğluna, Bakı şəhəri 3 saylı Cavabdeh3 notariat kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı Mənzil Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 3 saylı Cavabdeh3 notariat kontoru, DƏDRX-n in 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh5, Cavabdeh6 və ”Bakı” Mənzil Kooperativinə qarşı “iclas protokollarının, mənzilin alqısatqı müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair ilk, Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilin təhvil verilməsi, orderin etibarsız hesab edilməsi”nə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3527/2022 nömrəli, 28 iyul 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə cavabdehlər Cavabdeh1, X4, Bakı şəhəri 3 saylı Cavabdeh3 notariat kontoru, DƏDRX-nin 1 saylı Bakı Ər azi İdarəsi, Cavabdeh5, Cavabdeh6, ”Bakı” Mənzil Kooperativinə(bundan sonra cavabdehlər) qarşı məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin (bundan sonra mübahisəli mənzil) Cavabdeh5 satılmasına dair “Bakı” Mənzil Kooperativinin xx.xx.2014-cü il tarixli 02 nömrəli iclas protokulu və həmin tarixli maliyyə arayışının,mübahisəli mənzilin Cavabdeh6 satılmasına dair “Bakı” Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarxili maliyyə arayışının, mübahisəli mənzilin Cavabdeh1 satılmasına dair “Bakı” Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, mübahisəli mənzili barəsində DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh1 adına dövlət reyestrində aparılmış xx.xx.2019cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın, mübahisəli mənzil barəsində Cavabdeh1 ilə Cavabdeh2 arasında 3 saylı Cavabdeh3ndə bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1712 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında göstərilən mənzil barədə Cavabdeh2 adına DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsində dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi,mübahisəli mənzilin (sonraki ünvan adları: Qurban Xəlilov küçəsi ev 6, mənzil 7; Qurban Xəlilov küçəsi, bina 12, M-3, M.3) üzərində onun mülkiyyət hüququnun tanınaraq bu barədə DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və ona həmin mənzil üzərində mülkiyyət hüququna dair müvafiq çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Cavabdeh1, “Bakı” Mənzil Koperativi və DƏDRİX-in 1 saylı ərazi idarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı xx.xx.2020-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilkin iddia üzrə iddiaçı heç bir hüququ olmadan, qanunun tələblərini pozmaqla xüsusi mülkiyyətçi olaraq onun mənzilini zəbt etdiyindən ilkin iddianın rədd olunması, onun tərəfindən təqdim olunmuş, Bakı Şəhəri icra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 034202 saylı orderin etibarsız hesab edilməsi, xüsusi mül kiyyətində olan mübahisəli məzilinin qanunsuz olaraq zəbt etmiş iddiaçı tərəfindən boşaldılıb ona təhvil verilməsi barədə qarşılıqlı iddianın tam təmin olunması xahiş etmişdir.

3. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-138/2021 saylı, xx.xx.2021ci il tarixli qərardadı ilə ilkin iddia tələbi ünvan 1 ünvan adları: Qurban Xəlilov küşəsi ev 6, mənzil 7; Qurban Xəlilov küçəsi, bina 12, M-3, M.3) üzərində İddiaçı mülkiyyət hüququnun tanınaraq bu barədə DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və ona həmin mənzil üzərində mülkiyyət hüququna dair müvafiq çıxarışın verilməsi hissəsində xitam verilmişdir.

4. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-138/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə İddiaçı ona məxsus Bak ı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh5 satılmasına dair “Bakı” Mənzil Kooperativinin xx.xx.2014-cü il tarixli 02 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, həmin mənzilin Cavabdeh6 satılmasına dair “Bakı” Mənzil Kooperativinin xx.xx.2016-cı i l tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, həmin mənzilin Cavabdeh1 satılmasına dair “Bakı" Mənzil Kooperativinin 13.05.20İ6-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının, həmin barəsində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh1 adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın, həmin mənzil barəsində Cavabdeh1 ilə Cavabdeh2 ara sında 3 saylı Cavabdeh3ndə bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1712 reyestr nömrəli alğısatqı müqaviləsinin və həmin müqavilə əsasında göstərilən mənzil barəsində Cavabdeh2 adına DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilərərk, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 6, 7 saylı mənzilin boşaldılaraq Cavabdeh2 təhvil verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6791/2021 nömrəli mülki iş üzrə 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Rəfael Eyvazov) qətnamə dəyişdirilmədən saxlanılmışdır.

7. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılamsını xahiş etmişdir.

8. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-958/2022 nömrəli mülki iş üzrə 14 mart 2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikay əti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – mənzilin “Bakı” Mənzil Kooperativi tərəfindən ilk iddia üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh6 Mayıs oğluna, Cavabdeh1 satılmasına dair iclas protokolları və maliyyə arayışlarının, eləcə də həmin mənzilə dair Cavabdeh1 adına dövlət reyestrində aparılmış 31 avqust 2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin təmin olunmaması və qarşılıqlı iddianın təmin edilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

9. Bakı Apellyasiya Məh kəməsinin Mülki Kollegiyasının 2(103)-3527/2022 nömrəli mülki iş üzrə 7 iyul 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh5 satılmasına dair “Bakı” Mənzil Kooperativinin xx.xx.2014-cü il tarixli 02 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının; Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh6 satılmasına dair “Bakı” Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 07 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının; Bakı şəhəri, Yasa mal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin Cavabdeh1 satılmasına dair “Bakı” Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzili barəsində DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh1 adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi qət edilmişdir.

10. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5852/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli qərarı ilə təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiya sının 2(103)-3527/2022 nömrəli, 7 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 3 saylı evin, 7 saylı mənzilinin satılmasına dair “Bakı” Mənzil Kooperativinin xx.xx.2016-cı il tarixli 01 nömrəli iclas protokolu və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, mənzillə bağlı DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh1 adına dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli qeydiyyat yazısı və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi hissədə dəyişdirilmədən saxlanılmışdır.

11. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2022-ci il tarixli, 2(103)-3527/2022 saylı qətnaməsindən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə3 kassasiya şikayəti verməklə yanaşı ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamədən üzürlü səbəblərdən buraxılmış kassasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir.

12. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)3527/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi iddiaçıya heç bir şəkildə (rəsmi və ya qeyri-rəsmi) təqdim olunmamış, göndərilməmişdir. Bu da iddiaçının qeyd olunan qətnamədən vaxtında kassasiya şikayəti vermə hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir.

13. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-3527/2022 saylı 28 iyul 2023cü il tarixli qərardadı ilə 07 iyul 2022-ci il tarixli, 2(103)- 3527/2022 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair iddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizə təmin edilmə yərək, kassasiya şikayəti geri qaytarılmışdır.

14. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)3527/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi 19 iyul 2022-ci il tarixdə iddiaçı/cavabdeh İddiaçı vəkili-nümayəndəsi Nümayəndə2 elektron kabinetinə yerləşdirilmişdir.

15. Hazırki kassasiya şikayəti və ərizə isə 20 iyul 2023-cü il tarixdə verilmişdir. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3527/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət İddiaçı tərəfindən ötürülmüşdür.

16. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müda fiəsini və bərpasını təmin etmək məqsədi daşıyır.

17. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

18. Məhkəmə kollegiyası qeyd edir ki, buraxılmış müddətin bərpa edilməsi imkanı həmin müddətin davamiyyəti ilə əlaqəli olmalı, hüquq normasından sui-istifadəyə yol açmamalıdır.

19. Şikayət vermək hüququ, konkret şəxsin mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir, lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Bu hüquqdan belə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq təmin edilsin.

20. Şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayət vermək imkanı olmadığını, bu müddəti özündən asılı olmayan obyektiv səbəbdən buraxmasını sübut etməlidir.

21. Kollegiya qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddət i həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s.aid edilə bilər.

22. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qər ar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur.

23. Üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.

24. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir, belə ki, iddiaçının qətnamədən müəyyən edilmiş müddətdə şikayət verə bil məsinə maneə törədəcək üzrlü səbəblərlə (xəstəlik, ezamiyyət, qarşısı alınmaz qüvvənin təsiri və s.) qarşı-qarşıya qalmış olmasına dair hər hansı sübut təqdim edilməmişdir.

25. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı qətnamənin onun ünvanına göndərilmədiyini bildirsə də iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3527/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi 19 iyul 2022-ci il tarixdə İddiaçı vəkili-nümayəndəsi Nümayəndə2 elektron kabinetinə yerləşdirilmişdir.

26. Göründüyü kimi iddiaçının dəlilləri əsassız olmuşdur.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ərizəçinin xahişini əsaslandırdığı hallar məhkəmə aktından şikayət verməsinə maneə törədən hal kimi qiymətləndirilə və üzrlü hesab edilə bilməz.

28. Məhkəmə öz mövqeyini, Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsinin 128.1,133.1 və 405.0.1 -ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (vəkili Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini,ərizəyə yenidən baxılması üçün işi apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir.

30. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi sözügedən işlə bağlı məkəmə çəkişməsinin davam etməsini nəzərə alıb, müddətin ötürülməsini bərpa edə bilərdi. Bu da öz növbəsində iş üzrə qanunçuluğun bərpa edilməsinə gətirib çıxarardı. Hesab edirik apellyasiya instansiyası məhkəməsi formal mülahizələrə əsas ən müddətin bərpasından imtina etmişdir.

31. Bununla da məhkəmə instansiyaları əsassız və qanunsuz olaraq ərizəni təmin etməməklə, qənaətimizə görə işə bu səpkidə yanaşmaqla iddiaçının həmçinin "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cımaddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur.

32. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3527/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi iddiaçıya heç bir şəkildə (rəsmi və ya qeyri-rəsmi) təqdim olunmamış, göndərilməmişdir. Bu da iddiaçının qeyd olunan qətnamədən vaxtında kassasiya şikayəti vermə hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir.

33. Ərizəni rədd edən məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3527/2022 saylı xx.xx.2 022-ci iltarixli qətnaməsi 19 iyul 2022-ci il tarixdə İddiaçı vəkili-nümayəndəsi Nümayəndə2 elektron kabinetinə yerləşdirilmişdir, bu səbəbdən müddət ötürülmüşdür.

34. Halbuki, Nümayəndə2 səlahiyyət verən və iş materiallarına əlavə olunmuş orderi ilə müəyyən olunur ki, onun səlahiyyəti yalnız apelyasiya instansiyası məhkəməsində iştirakı ilə məhdudlaşır.

35. Bundan başqa, məhkəmə qətnaməsi iddiaçıya MPM-nin 135.1-ci maddəsinə əsasən (Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.) rəsmi çatdırılmalı olduğu halda, bu qayda təmin edilməmiş, nəticə etibarı ilə tərəf məhkəmə aktını lazımi qaydada almamışdır.

36. Elektron məhkəmə informasiya sistemində elektron kabinetin olubolmamasına gəldikdə, bildiririk ki, İddiaçı belə bir kabineti yoxdur.

37. Hesab edirik ki, məhkəmə işə baxan zaman işin həqiqi hallarını araşdırmamış, işin müəyyən olunmuş halları ilə bağlı düzgün nəticəyə gəlməməsi ilə bərabər maddi və prosessual hüquq normalarına da riayət etməyərək, hüquq pozuntularına yol vermişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 39. 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 40. 128.1. Prosessual hər əkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 41. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 42. 405.0.1.. apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək iş ə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçı tərəfindən verilən kassasiya şikayəti əsasında tam yoxlanılır.. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi 2(103)-3527/2022 saylı 28 iyul 2023-cü il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının pozulması hallarına yol verməmiş, düzgün nəticəyə gəlmişdir.

46. Belə ki, apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı qətnamənin onun ünvanına göndərilmədiyini bildirsə də iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-352 7/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi 19 iyul 2022-ci il tarixdə İddiaçı vəkili-nümayəndəsi Nümayəndə2 elektron kabinetinə yerləşdirilmişdir.

47. Məhkəmə kollegiyası hesab edir ki, müvafiq məhkəmə qətnaməsinin təmsil olunanın (iş üzrə tərəfin) adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsi səlahiyyətlərinə malik olan nümayəndəsinə rəsmi qaydada verilməsi, elə tərəfin özünə də rəsmi qaydada verilmə hesab olunur.

48. Belə olan təqdirdə apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə qətnaməsinin iddiaçıya heç bir şəkildə (rəsmi və ya qeyri-rəsmi) təqdim olunmadığı, göndərilmədiyi barədə halların məhkəmə aktından şikayət verilməsinə maneə törədən hal kimi qiymətləndirilə və üzrlü hesab edilə bilməyəcəyi barədə düzgün qənaətə gəlmişdir.

49. Məhkəmə kollegiyası da apelyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır və belə hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qərardadın ləğvinə səbəb olacaq prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir və kassasiya şikayətinin dəlilləri apelyasiya məhkəməsinin qərardadının ləğvi üçün əsas təşkil etmir.

50. Yuxarıda qeyd edilənlərə əsasən də İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2023-cü il tarixli 2(103)-3527/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən veril miş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2023-cü il tarixli 2(103)-3527/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar