Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3702/2024 18.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, saxlama xərcləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1796/2024 nömrəli, 09 aprel 2024- cü il tarixli qətnaməsindən İddiaçı MMC (Vəkil oğu) tərəfindən verilmiş kassasiya şikayətinə 18 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasınd a yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2019-cu il tarixdə Cavabdeh “yaşayış sahəsindən çıxarma” tələbi polis əməkdaşları tərəfindən məcburi icra edilərkən, Cavabdeh İddiaçı MMC-yə müraciət edərək, yaşayış sahəsindən çıxarılan əşyaların yük maşınları ilə Bakı şəhər Nərimanov rayonu ərazisinə daşınmasını sifariş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-395/2020 nömrəli, 18 fevral 2020ci il tarixli qətnaməsinə əssasən, İddiaçı MMC-nin Cavabdeh qarşı 1.830 manat məbləğində əsas borc, 500 manat məbləğində dəymiş əlavə ziyan, 3.000 manat əldən çıxmış fayda, 7,75% məbləğində hesablanmaqla 142 manat məbləğində bank uçot dərəcəsinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə iddiası qismən təmi n edilmiş, Cavabdeh İddiaçı MMC-nin xeyrinə yük daşıma ilə əlaqədar 1.830 manat əsas, 500 manat dəymiş əlavə ziyan xərci və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 2.360 manat məbləğində pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir.
3. İş üzrə Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Tural Aşurovun xx.xx.2023-cü il tarixli qərarına əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)395/2020 nömrəli, 18 fevral 2020-ci il tarixli icra sənədinə tələb borclu Cavabdeh tərəfindən tam şəkildə təmin olunduğundan xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı (bundan sonra iddiaçı, yaxud MMC) Cavabdeh (bundan sonra cavabdeh) qarşı i ddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixinə hesablanmış borcu 24.330 manat məbləğində borcun, qətnamə icra olunan günə kimi hər ay 500 manat məbləğində saxlama haqqının və ödənilmiş 163 manat məbləğində dövlət rüsumunun tutularaq MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun cavabdehdən tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9065/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinin icrası zamanı tələbkar – ha zırkı iş üzrə cavabdehin “yaşayış sahəsindən çıxarma” tələbi polis əməkdaşları tərəfindən məcburi icra edilərkən, cavabdeh şirkətin “Çağrı Mərkəzi”nə müraciət edərək, yaşayış sahəsindən çıxarılan əşyaların yük maşınları ilə Bakı şəhər Nərimanov rayonu ərazisinə daşınılmasını sifariş etmişdir. Belə ki, avadanlıqlar nəqliyyat vasitələrinə yüklənərək təyinat nöqtəsinə çatdırılmasına baxmayaraq cavabdeh daşınma haqqını ödəməyərək yükləri qəbul etməmiş və nəticədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yüklərin bir hissəsi tərəflərindən saxlanc anbarına götürülmüşdür. Daha sonra borc tələbi ilə bağlı tərəflərindən Cavabdeh qarşı məhkəməyə müraciət edilmiş və iddia tələbləri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-395/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edil miş və cavabdehdən MMC-nin xeyrinə yük daşıma ilə əlaqədar 1.830 manat əsas, 500 manat anbar haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 2.360 manat məbləğində pul vəsaitinin şirkətinə ödənilməsi qət edilmiş və sonradan sözügedən icra sənədi üzrə borclu tərəfindən şirkətinə 2.000 manat məbləğində (anbar üzrə 170 manat) pul vəsaiti ödənilmişdir. Yükün təyinat ünvanına çatdırılmasına dair 004341, 003127, 002240, 001851, 003484 seriyalı təhvil-təslim aktına əsasən sifarişçi Cavabdeh sifariş etdiyi yüklər MMC tərəfindən xx.xx.2019-cu il tarixdə təhvil alınmış və xx.xx.2019-cu il tarixdə bütün yüklər boşaldılaraq Cavabdeh təhvil verilmişdir. Anbara yüklərin təhvil-təsliminə dair xx.xx.2019-cu il tarixli akta əsasən 50 adda olan müxtəlif növ əşyalar MMC-nin anbarına təhvil ve rilmişdir. Əşyaların xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixdən anbar haqqı üçün müəyyən edilmiş saxlama haqqının aylıq 500 manat təşkil etdiyi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(009)-395/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsində öz əksini tapmışdır. xx.xx.2019-cu il tarixdən etibarən cavabdeh malları şirkətinə məxsus anbardan götürmədiyindən xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh şirkətinə olan borcu 24.330 manat təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(009)-395/2020 nömrəli qətnaməsində qeyd edilən halları, həmçinin iddia ərizəsinə qoşma olaraq əlavə edilmiş sübutları nəzərə alaraq hesab edirlər ki, anbarda saxlama haqqı üzrə cavabdehdən borcu 24.330 manat məbləğində pul vəsaitinin tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməlidir.
6. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, əmlak ona məxsus deyil. O, əmlakların daşınması ilə bağlı sifariş də verməmişdir. Əsassız olaraq iddiaçı daşıma xərclərini ondan tələb etmiş, məhkəmə qətnamə qəbul etmişdir. Hazırda məcburiyyət qarşısında qalıb, həmin pulu ödəmişdir. İddiaçı indi ondan əsassız olaraq başqasına məxsus saxladığı əmlaklara görə pul tələb edir. Əmlaklar onun deyil. Sifariş də həmin əmlakların hər hansı bir ünvana çatdırılması üçün verilmişdir. İddiaçı əsassız və qanunsuz olaraq o əmlaklarından bir hissəsini öz anbarında saxlayır. Bütün əmlaklar çatdırılma yerinə təhvil verilməlidir. Ona aid olmayan əmlaka görə ondan pul tələb edilməsi əsassızdır.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(009)-2291/2023 nömrəli, 12 dekabr 2023-cüil tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırda iddiaçının anbarında saxlanılan əmlaklar Binəqədi rayon Məhkəməsinin 2(001)-9065/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu olan X2 və X1 məxsus əmlaklardır. Həmin icra sənədi üzrə tələbkar olan hazırkı tələb üzrə Cavabdeh tərəfindən Bakı şəhəri, Mir Cəlal küçəsində yerləşən 49 saylı evin 7 və 9 saylı mənzillərində Hüseyn Məmmədov və Nigar Məmmədovaya məxsus əmlakların Nərimanov rayonu ərazisində yerləşən həmin şəxslərə yaşadığı mənzilə daşınması barədə hazırkı tələb üzrə iddiaçıya sifariş verilmi ş, onun sifarişi təmin edilmiş, lakin daşınma xərcləri Cavabdeh tərəfindən ödənilmədiyindən daşıyıcı şirkət MMC daşıdığı əmlaklardan 50 adda əmlakı girov kimi öz anbarında saxlamışdır.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı MMC hazırkı tələblə məhkəməyə müraciət edərək 50 adda əmlakın anbarda saxlama xərcini həmin əmlakların daşınmasını sifariş edən şəxsdən tələb edir. Halbuki əmlaklar hazırkı cavabdehə məxsus deyil, eyni zamanda hazırkı cavabdeh həmin əmlakların digər ünvana daşınması barədə sifariş vermiş, onların anbarda saxlanılmasına göstəriş verməmiş, iddiaçı özü heç bir göstəriş olmadan 50 adda əmlakı girov kimi öz anbarında saxlama qərarına gəlmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh anbarda saxlanılan əmlakların mülkiyyətçisi olmadığından, həmin əmlakları n anbarda saxlanılmasına dair sifariş vermədiyindən, bununla iddiaçının hazırkı tələbi, tələbə cavab verməli olmayan şəxsə, yəni Cavabdeh qarşı yönəldiyindən, həmin şəxs hazırkı iddia üzrə cavabdeh kimi subyektiv vəzifələr daşıya bilməz.
10. Birinci instansiya məhkəməsi mövqeyini “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti v erərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, MMC-nin “Çağrı Mərkəzi”nə zəng vuran Cavabdeh daşınma ilə bağlı sifarişi qəbul edilmiş və onun adından rəsmiləşdirilmişdir. Bu da təsdiq edir ki, artıq Cavabdeh şirkətlə şifahi müqavilə münasibətinə daxil olmuş və xidmət haqqının ödənilməsi ilə bağlı öhdəliyi üzərinə götürmüşdür. Habelə bu cür münasibətlərdə qanunvericilik sifarişi icra edən tərəfin, yəni daşıma xidmətini göstərmiş tərəfin üzərinə qarşı tərəfin daşınacaq əşyalar üzərində mülkiyyət hüququnun olub-olmaması öhdəliyini qoymur. Bu səbəbdən məhkəmənin bu cür qərar qəbul etməsi MMC və eyni zamanda, bu kimi fəaliyyət sahəsində xidmət göstərən şəxslərin hüquqlarını pozur və onları çətin vəziyyətdə qoyur. Cavabdeh artıq bu münasibətə daxil olduğundan və üzərinə öhdəlik götürdüyündən risk dairəsinə daxil olan hər bir hal üçün məsuliyyət daşıyır. Burada MMC xidmətinin qarşılığı ödənilmədiyindən haqqı çatanlardan məhrum olur. Cavabdeh əgər mülkiyyətçi deyilsə də belə, qanun ona reqres qaydasında malların kimin xeyrinə daşınmasını istəmişdirsə, ondan ödədiyi məbləği geri tələb etmək hüququnu verir. Yəni qanun ona reqres yolu ilə müvafiq məbləği geri qaytarmaq imkanı nəzərdə tutur, iddiaçı üçün isə yalnız qarşı tərəf olan, şirkətlə artıq şifahi müqavilənin tərəfi olan Cavabdeh göstərdiyi xidmətin haqqını haqlı olaraq tələb etmək imkanı verir. Birinci instansiya m əhkəməsi sübutlara obyektiv, hərtərəfli və tam baxmadan qanunsuz və əsassız qərar qəbul etmişdir.
13. Cavabdeh məhkəmə kollegiyasının iclasında izahat verərək bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-9065/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını həyata keçirən icra məmurları, həmin icra sənədi üzrə tələbkar olduğu üçün onu da icra yerinə dəvət etmişlər. İcra hərəkətləri yerinə yetirilən zaman icra məmuru ona “yükdaşıma xidmətinin” telefon nömrəsini verərək, ünvana yük maşınlarının çağırılmasını xahiş etmişdir. O, icra məmurunun xahişini yerinə yetirmiş, həmin nömrəyə zəng vurmuşdur. Bir müddətdən sonra “yükdaşıma xidmətinin” işçiləri gələrək, sahəni boşaltmış və əşyaları yük maşınlarına yükləyərək, icra sənədi üçün borclu olan şəxsin ünvanına aparmışlar. So nradan ona məlum olmuşdur ki, icra sənədi üzrə borclu olan şəxs yükün bir hissəsini qəbul etsə də, qalan əşyaları qəbul etməmiş, bu səbəbdən də, “yükdaşıma xidmətinin” əməkdaşları həmin əşyaları anbara boşaltmışlar. Bu mülki mübahisənin yaranmasında onun təqsiri yoxdur. İddiaya ya həmin borclu şəxs və ya icra qurumu cavab verməlidir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-1796/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı hazırkı tələblə 50 adda əmlakın anbarda saxlama xərcini həmin əmlakların daşınmasını sifariş edən şəxsdən tələb edir. Halbuki əmlaklar Cavabdeh məxsus deyil, eyni zamanda Cavabdeh həmin əmlakların digər ünvana daşınması barədə sifariş vermiş, onların anbarda saxlanılmasına göstəriş verməmiş, iddiaçı özü heç bir göstəriş olmadan 50 adda əmlakı girov kimi öz anbarında saxlama qərarına gəlmişdir. Yük göndərənin yükün mülkiyyətçisi olmadığı, lakin həmin yük barəsində yük göndərənin yükün mülkiyyətçisindən sərəncam vermək səlahiyyəti olması ilə əlaqədar daşıyıcının vicdanlı olduğu hallarda da yükə girov hüququ əldə edilir. Cavabdeh tərəfindən daşınması nəzərdə tutulan yükün iddiaçı MMC-nin anbarında saxlanması ilə bağlı hər hansı razılaşma olmamışdır. Əşyaların girov k imi saxlanmasında məqsəd ödənilməli olan pulun həmin girov predmetinə yönəldilməklə icrasına nail olmaqdır. Lakin iddiaçı MMC girov saxlayan kimi borcun girov predmetinə yönəldilməsi ilə bağlı hər hansı addım atmamış, ödənilməli olan borcu məhkəmə qaydasında Cavabdehdən tələb etmişdir. İddiaçı MMC əşyaları girov saxlamadan da həmin öhdəliyin icrasını cavabdehdən tələb etmək hüququna malik olmuşdur.
16. Məhkəmə kollegiyası əlavə olaraq bildirmişdir ki, həmin əmlakların anbara boşaldılması və əmlakların anbarda saxlanılması ilə bağlı iddiaçı ilə cavabdeh arasında razılaşmanın olması sübuta yetmir. Belə olan halda, cavabdehin anbarda saxlanılan əmlakların mülkiyyətçisi olmadığını, həmin əmlakların anbarda boşaldılaraq anbarda saxlanılmasına dair sifariş vermədiyini, bununla iddiaçının hazır kı tələbi, tələbə cavab verməli olmayan şəxsə, yəni Cavabdeh qarşı yönəldiyindən, həmin şəxsin hazırkı iddia üzrə cavabdeh kimi subyektiv vəzifələr daşıya bilməməsini nəzərə almış birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 860.1-ci maddəsinə, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 384, 385.2, 392, 393, 402, 405-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və on a etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
18. Qətnamədən iddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti iddia ərizəsində və apellyasiya şikayətində qeyd olunan dəlillərlə əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, mübahisəyə dair estoppel prinsipinin pozulması əlamətləri mövcuddur. Belə ki, estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İddiaçı MMC hüquqi şəraitə güvənərək sifarişçiyə xidmət göstərmiş, bu xi dmətinin qarşılığının sifarişçi tərəfindən ödəniləcəyini gözləmişdir. Lakin sifarişçi tərəfindən öhdəliyinin icra edilməməsi daşıyıcının haqqı çatanlardan məhrum olması ilə nəticələnmişdir. Apellyasiya məhkəməsinin mövqeyi gələcəkdə bu cür münasibətə daxil olan şəxslərə belə nəticəyə gəlməyə imkan verir ki, daşıyıcı sifarişi icra edərkən malların mülkiyyətçisini müəyyənləşdirməli, bu malların üzərində yüklülüyün olub-olmamasını araşdırmalıdır. Yaxud sifarişçi mütləq mülkiyyətçi olmalıdır, əgər mülkiyyətçi deyilsə, yaranan hər bir mübahisəli hala görə daşıyıcı məsuliyyət daşıyır. Lakin bu yanaşma hüquqi aspektdən hamılıqla qəbul edilmiş yükdaşıma prinsiplərinə uyğun deyil.
20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilən fikirlər tamamilə bir-birini təkzib edir. Əvvəlcə şə xs bildirmişdir ki, o heç sifariş verməyib. Daha sonra qeyd olunur ki, sifariş həmin əmlakların hər hansı bir ünvana çatdırılması üçün verilmişdir. Bu yanaşmalar sübut edir ki, cavabdeh zərəri ödəməkdən yayınmaq üçün əsassız müddəalar irəli sürür. Sonuncu qətnamənin 23-cü bəndində qeyd edilənlərə görə yük alan malları qəbul etməkdən imtina etdiyi halda iddiaçı bu barədə sifarişçinin (Cavabdeh) tələbkar olduğu başqa iş üzrə təyin edilmiş icra məmuru ilə əlaqə saxlamalı və həmin icra məmurundan başqa şəxsin yük alan qismində təyin olunmasını tələb etməli idi. Bu yanaşma tamamilə absurd səslənir. Bu tip münasibətlər üzrə yaranan mübahisələr sifarişçi (sifarişin adına rəsmiləşdirilmiş şəxs, bu mübahisədə Cavabdeh) və daşıyıcı (İddiaçı MMC) arasında həll edilməlidir. Çünki bu münasibətlərdə sif arişçi və daşıyıcı birbirinə münasibətdə öhdəlik daşıyır və mübahisə yaranan zaman yalnız bir-birinə qarşı tələb irəli sürmək hüququna malik olurlar. Bu kateqoriyaya daxil olan mübahisələrdən biri də yük alanın malları qəbul etməməsidir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyil. Çünki daşıyıcı MMC-nin qanunvericilikdə göstərilən hüquqları nəzərə alınmamışdır. Məhkəmə məsələni yalnız cavabdehin mövqeyindən məsələni qiymətləndirmişdir. Bu da onu təsdiq edir ki, məhkəmə mübahisəni tam və hərtərəfli araşdırmamış, daşıyıcı MMC-nin hüquqlarına əhəmiyyət verməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
21. Maddə
822. Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşya nı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür.
22. Maddə 823.1. Tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir.
23. Maddə 823.2. Tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir.
24. Maddə 858.1. Əgər yük qəbul edilmirsə və ya yük üzrə ödənişlər həyata keçirilmirsə və ya yük alanı müəyyənləşdirmək mümkün deyilsə, daşıyıcı yük göndərənə bu barədə məlumat verməli və yük göndərənin ris ki və hesabı ilə yükü müvəqqəti saxlamaya götürməli və ya saxlama üçün üçüncü şəxsə verməlidir. Əgər yük göndərən və yük alan şərait nəzərə alınmaqla ağlabatan müddət ərzində yükə dair zəruri sərəncamlar verməzlərsə, ekspertin köməyi ilə daşıyıcı eynilə komisyonçu kimi yükü ixtiyarlı şəxsin xeyrinə sata bilər.
25. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
26. Maddə 860.1. Daşıyıcı ona çatası daşıma haqqına və xərclərin kompensasiyasına əsasən yükə girov hüququna malikdir. Yükə girov hüququnun əldə edilməsinə bu Məcəllənin 182-ci maddəsinin müddəaları şamil edilir. Yük gö ndərənin yükün mülkiyyətçisi olmadığı, lakin həmin yük barəsində yük göndərənin yükün mülkiyyətçisindən sərəncam vermək səlahiyyəti olması ilə əlaqədar daşıyıcının vicdanlı olduğu hallarda da yükə girov hüququ əldə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və vi deo yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qan unun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bil ər.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazı rkı kassasiya şikayətində qərar iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin anbarında saxlanılan əşyalara görə xərci cavabdehin ödəməli olması barədə dəlili ilə bağlı qeyd edir ki, iddiaç ının anbarında saxladığına görə çəkdiyi xərcləri cavabdehdən tələb etdiyi 50 adda əmlaklar cavabdehə məxsus deyil, eyni zamanda cavabdeh həmin əmlakların digər ünvana daşınması barədə sifariş versə də, onların anbarda saxlanılmasına görə iddiaçıya göstəriş verməmiş, iddiaçı özü heç bir göstəriş olmadan 50 adda əmlakı girov kimi öz anbarında saxlama qərarına gəlmişdir. Odur ki, kassasiya şikayətinin qeyd olunan dəlili əsassızdır.
42. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyas iya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassas iya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli o lan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
46. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmal ıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1796/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.