Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3703/2019 20.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Mirzəliyev Əsəd Abdulla oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakları ilə, İddiaçı-nin Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli 2(103)-139/2018 nömrəli qətnaməsindən İddiaçı-nin nümayəndəsi Nümayəndə və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mül ki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 24.08.2012-ci il tarixli kredit müqaviləsi üzrə 24.08.2016-cı il tarixə hesablanmış 6496 ABŞ dolları əsas, 1056 ABŞ dolları faiz borcu, 24.08.2016-cı il tarixdən 15.11.2017-ci il tarixə hesablanmış illik 5% olmaqla 362 ABŞ dolları faiz borcu, cəmi 7914 ABŞ dolları, 17 manat notariat xərcləri və 30 manat dövlət rüsumunun tutulması və borcun ipoteka predmeti olan, Cavabdeh mülkiyyətindəki banka ipotekaya qoyulmuş ** RH *** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı avtomobilə yönəldilməsi və açıq hərracdan satılaraq tələb edilən borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.(iddia tələbləri dəqiqləşdirilmişdir) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Fua d Babayev) 2(004)-9666/2017 saylı, 15 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehdən 6496 ABŞ dolları əsas, 1056 ABŞ dolları faiz borcu, 24.08.2016-cı il tarixdən 15.11.2017-ci il tarixə hesablanmış illik 5% ziyan olmaqla 362 ABŞ dolları, cəmi 7914 ABŞ dolları, 17 manat notariat xərcləri və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh məxsus “Hyundai Elantra” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılması və satışından əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh verilməsi qərara alınmışdır. Bakı Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov - sədrlik edən və məruzəçi, T.Səmədov, E.Kazımov ) 19.12.2018-ci il tarixli 2(103)-139/2018 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9666/2017 saylı, 15 noyabr 2017-ci il tarixli qətnaməsi qismən dəyişdirilmiş və cavabdehdən iddiaçının xeyrinə 6395,67 ABŞ dolları əsas, 898,95 ABŞ dolları faiz borcu, cəmi 7294,62 ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) borcun tutulması qət edilmişdir. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı-nin nümayəndəsi Nümayəndə və vəkili Vəkilkassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.12.2018-ci il tarixli qətnaməsinin qismən illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 362 ABŞ dolları faiz borcunun təmin edilməməsi hissəsində ləğv edilərək mülki işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işi tam, obyektiv və hərtərəfli araşdırmamış mübahisələndirilən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir: ” Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir”. Konstitusiya Məhkəməsinin qərarından və Mülki Məcəllənin 445.7-ci maddəsindən görünür ki, bank 5% məbləğini cavabdehdən tələb etməkdə öz iddiasında haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi cəm borcu (5%-lə birlikdə) 7686,36 ABŞ dolları qəbul etmək əvəzinə Bakı Apellyasiya məhkəməsi cəm borcu 7294,62 (5% nəzərə alınmadan) ABŞ dolları kimi qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İddia çının nümayəndəsi Nümayəndə və vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddiaçı kassasiya şikayətində qətnamənin qismən illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 362 ABŞ dolları faiz borcunun təmin edilməməsi hissəsində mübahisələndirdiyindən məhkəmə kollegiyası qətnamənin yalnız həmin hissəsinin qanuniliyini və əsaslılığını yoxlayır, qətnamənin mübahisləndirilməyən hissələri hazırki kassasiya baxışının predmetini təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı Cavabdeh ilə arasında bağlanılmış 24 avqust 2012-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 20% olmaqla, 48ay müddətinə 18000 ABŞ dolları məbləğində kredit vermiş, eyni zamanda kreditin təminatı olaraq tərəflər arasında 24.08.2012-ci il tarixli ipoteka müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan “Hyundai Elantra” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avt omobili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmiş, cavabdeh tərəfindən öhdəlik lazımi qaydada icra edilməmiş və nəticədə onun iddiaçıya borcu yaranmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 08 noyabr 2018-ci il tarixli, 4541 saylı rəyi ilə müəyyən edilmişdir ki, sözügedən kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya 24.08.2016-cı il tarixə (müqavilə müddəti bitən tarixə) 6395,67 ABŞ dolları əsas, 898,95 ABŞ dolları faiz, cəmi 7294,62 ABŞ dolları, 15.11.2017-ci il tarixə (24.08.2016-cı il tarixdən sonra 5%-lə hesablanmaqla arayışda göstərilən tarixə) 6395,67 ABŞ dolları əsas, 1290,68 ABŞ dolları faiz, cəmi 7686,36 ABŞ dolları borcu vardır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-966 6/17 saylı, 15 noyabr 2017-ci il tarixli qətnaməsi qismən dəyişdirilməli, cavabdehdən 6395,67 ABŞ dolları əsas, 898,95 ABŞ dolları faiz borcu, cəmi 7294,62 ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) borc tutulmalı, qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini qismən dəyişdirərkən işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəl illər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının 6.2 və 6.3-cü bəndində banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiy a instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.12.2018-ci il tarixli 2(103)139/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3703/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3703/2019
20.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver