Məhkəmə qərarları › İş №2(102)-3704/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3704/2019

27.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3704/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 və vəkili ***nun, Cavabdeh vəkili ***nın iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2018-ci il tarixli, 2(103)-10/2019 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalan ması Fondunun və Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim E.A.Nuriyev) 11 sentyabr 2018-ci il tarixli, 2(007)-2135/2018 saylı qətnaməsi ilə Cavabdeh 17.413 ABŞ əsas, 839 ABŞ dolları faiz olmaqla, cəmi 18.252 ABŞ dolları kredit borcu və 30 manat dövlət rüsumu ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə tutulmuş, ilk iddia qalan hissədə rədd edilmiş, Əmanətlərin Sığortalanması Fondundan 30.000 manat kompensasiya və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmiş, habelə Əmanətlərin Sığortalanması Fondundan sığortalanmış 35.000 ABŞ dolları məbləğində pul vəsaitinə görə Cavabdeh xeyrinə 30.000 manat kompensasiyanın tutulmasının gələcəkdə əmanəti n digər hissəsini tələb etmək hüququnu məhdudlaşdırmaması Cavabdeh izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Z.Ə.Əliyev, F.Ş.Talışinski və Ə.İ.Qasımov) 16.01.2018-ci il tarixli, 2(103)-10/2019 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qətnaməsinin 18.252 (on səkkiz min iki yüz əlli iki) ABŞ dolları borcun Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması hissəsi dəyişdirilmiş, Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ödənilməli olan 30.000 (otuz min) manat kompensasiya ilə, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə olan 18.252 (on səkkiz min iki yüz əlli iki) ABŞ dollarının 30.000 (otuz min) manat təşkil edən hisəsi -17.647,05 (o n yeddi min altı yüz qırx yeddi dollar, beş sent) ABŞ dolları əvəzləşdirilməklə, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 604,95 (altı yüz dörd dollar, doxsan beş sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun tutulması, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qətnaməsi Əmanətlərin Sığortalanması Fondundan 30.000 (otuz min) manat kompensasiyanın Cavabdeh xeyrinə tutulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və onun vəkili *** və Cavabdeh və onun vəkili X4 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankın xeyrinə 17.413 ABŞ dolları əsas, 839 ABŞ dolları faiz, 1623 ABŞ dolları gecikdirmə (5%) faiz borcu olmaqla, cəmi 19.875 ABŞ dolları kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciətt edərək, “Avans Əmanəti” üzrə mədaxil edilmiş 18.04.2014-cü il tarixli 01 saylı “Avans Əmanəti” üzrə depozit müqaviləsi əsasında ona 3 5.000 ABŞ dolları məbləğində kompensasiyanın, həmin müqaviləyə əsasən 28 ay ərzində ödənilməmiş 4079,6 ABŞ dolları məbləğində faiz borcunun, ümumilikdə 39.079,6 ABŞ dolları məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan və Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və onun vəkili *** və Cavabdeh və onun vəkili X4 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, iddiaçı onun ləğv, iş üzrə icraata xitam verilməsi, cavabdeh isə qətnamənin “Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ödənilməli olan 30,000.00 manat kompensasiya ilə, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə olan 18,252.00 ABŞ dollarının 30,000.00 manat təşkil edən hissəsi - 17,647.05 ABŞ dolları əvəzləşdirilməklə, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 604,95 ABŞ dolları məbləğində pul tutulması” hissəsində ləğv edilməsi; X1 ləğv prosesində olan İddiaçı ASC-yə olan 18,252.00 ABŞ dollarının 35,000.00 ABŞ dolları qorunan əmanətindən çıxılmaqla əvəzləşdirilməsi, əvəzləşdirmədən sonra yerdə qalan əmanət məbləğinin (16,748.00 ABŞ dolları = 28,471.60 manat) isə sığortalanmış əmanət olaraq X2 Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilməsi barədə yeni qərar qəbul edilməsini xah iş etmişdir. Cavabdeh kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində “Əmanətlərin sığortalanması” haqqında Azərbaycan Respublikasının Qanununun 26.2-ci maddəsinə istinad etmiş, lakin düzgün tətbiq və şərh etməmişdir. Belə ki, Məhkəmə qeyd olunan maddəni bu formada şərh etmişdir: “göründüyü kimi, qanunverici, sığorta hadisəsi halında Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətçiyə kompensasiya ödənilərkən onun bank qarşısında icra edilməmiş öhdəlikləri çıxılmaqla qismi ödəniş edilməsini nəzərdə tutmuşdur. Bu qayda, bankın müştəridən (borcludan) almalı olduğu borc məbləğinin Fonddan müştəriyə ödənilməli olan kompensasiya məbləği hesabına (sürətli şəkildə) əvəzlənməsini təmin edir.” “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 26.2- ci maddəsinə diqqət yetirilsə aydın olar ki, əmanət üzrə kompensasiya (hesablanmış faizlər də daxil olmaqla) əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir. Yəni, qarşılıqlı iddiaçının qorunan əmanəti olan 35,000.00 ABŞ dollarından onun ilkin iddiaçı qarşısında olan 18,252.00 ABŞ dolları borc öhdəliyi çıxılmalıdır. Qalıq əmanət məbləği (16,748.00 ABŞ dolları = 28,471.60 manat) Müqavilənin 5.8-ci bəndinə və “Əmanətlərin sığortalanması” haqqında Azərbaycan Respublikasının Qanununun 26.1ci bəndinə əsasən sığortalanmış əmanət olduğundan qarşılıqlı iddiaçıya Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilməlidir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ka ssasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində göstərmişdir ki, əmanətin girov qoyulmasına dair ərizə məhkəməyə təqdim edilməmişdir. Bu mülahizə tamamilə yanlışdır. Belə ki, həmin ərizə ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsində təqdim edilmişdir, odur ki, bununla bağlı məhkəmənin gəldiyi qənaət müəmmalıdır və iş üzrə mövcud sübutların araşdırılmamasına dəlalət edir. Həmçinin məhkəmə göstərir ki, həmin ərizə olsa idi belə, həmin ərizə əmanətin girov qoyulması üçün etibarlı hesab edilməyəcəkdi. Bununla bağlı bildirmək istəyirik ki, əmanətçi ərizə ilə müraciət edərək özünə aid olan əmanətin aldığı kreditin təminatı qismində girov qoyulması ilə bağlı iradə ifadəsini bildirmişdir. Məhkəmə hətta nəzərə almamışdır ki, əmanətç inin əmanəti girov qoyulmasa idi, Bank tərəfindən işləməyən və başqa gəliri olmayan şəxsə heç bir təminatsız kifayət qədər böyük məbləğdə kreditin ayrılması absurd olardı. Bunu əmanətçi də iddia ərizəsində və məhkəmə iclaslarında bildirmişdir ki, əmanət əsasında kredit almış və əmanətdən əldə etdiyi faizləri kredit borcunun annuitet üzrə ödənişlərinə yönəltmişdir. Məhkəmə bu məsələlərə ümumiyyətlə diqqət yetirməmiş, demək olar ki, araşdırma aparmayaq əsassız və qanunsuz qətnamənin çıxarılmasına imza atmışdır. Apellyasiya instansiyası məhkəməsi Əmanətlərin Sığortalanması Fondunun hüquqi təbiətini və fəaliyyət istiqamətini düzgün qiymətləndirə bilməmişdir. Belə ki, məhkəmələr nəzərə almamışdır ki, Əmanətlərin Sığortalanması Fondu iki istiqamətdə yəni, ləğvedici kimi (ləğv prosesində olan b ankların ləğvini həyata keçirən) və sığortaçı kimi (qanunla qorunan hesab edilən əmanətlərə görə kompensasiya ödənişi həyata keçirən) fəaliyyət göstərir. Lakin məhkəmə iş üzrə iki fərqli tərəfin yəni, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Əmanətlərin Sığortalanması Fondunun (sığortaçı qismində) funksiyalarını fərqləndirə bilməmiş, tamamilə fərqli iki tərəfin aktiv və passivlərini əvəzləşdirmək qənaətinə gəlmişdir. Belə ki, Əmanətlərin Sığortalanması Fondu sığortaçı qismində ləğv prosesində olan Bankla heç bir halda eyniləşə bilməz. Göründüyü kimi ayrı ayrı şəxslər üzrə məhkəmə əvəzləşdirməni həyata keçirmişdir, bu isə tamamilə qanunsuz və əsassızdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı A SC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 vəkilinin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili *** kassasiya şikayətini müdafiə edərək edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Ba kı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 16.01.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qətnaməsini qismən dəyişdirərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh 6 ay müddətinə illik 15 faizlə 17.500 ABŞ dolları məbləğində kredit verilmiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Buna baxmayaraq, Cavabdeh, borcunu qrafik üzrə qaytarmamış, öhdəliyin icrasını gecikdirmiş və iddia qaldırılan tarixə bankın tələbində göstəri lən məbləğlərdə borcu qalmışdır. Eyni zamanda, 18 aprel 2014-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış “Avans əmanəti” üzrə depozit müqaviləsi üzrə sonuncu tərəfindən banka 10% dərəcəsi ilə 35.000 ABŞ dolları məbləğində pul vəsaiti depozit qoyulmuşdur. Müqavilənin 5.2-ci və 5.8-ci bəndlərinə görə, bank tərəfindən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Fond, sığorta hadisəsi baş verdikdə əmanətçiyə əmanətin məbləğinin 100 faizi, lakin 30.000 manatdan çox olmayaraq kompensasiya ödəyir. Bakı Apellyasiya Məhkəməsinin 10 may 2016-cı il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. Hazırda Cavabdeh, qoyduğu depozitin tam sığortalı, kredit borcunun həmin depozitə yönəldilməli olduğunu, Əmanətlərin Sığortalanması Fondu isə depozitin kredit borcuna təminat kimi girov qoyulduğu üçün qorunmayan əmanət sayıldığını bildirir. Apellyasiya instansiyası məhkəməsi aşağıdakılara əsasən Əmanətlərin Sığortalanması Fondunun dəlillərini əsaslı saymamışdır. Belə ki, Fond, dəlilinin əsası kimi Cavabdeh İddiaçı ASC-dəki əmanətini 13 oktyabr 2015-ci il tarixli ərizə ilə girov qoymasına və həmin tarixdə qüvvədə olan qanunla kreditin təminatı olan depozitin qorunmayan əmanət hesab edilməsinə istinad etmişdir. Əmanətlərin sığortlanaması haqqında Qanunun 19 yanvar 2016-cı il tarixədək qüvvədə olan 2.1.2.10-cu maddəsinə görə, bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər qorunan əmanətlərə aid edilmir. Bununla belə, Əmanətlərin Sığortalanma sı Fondu, dəfələrlə birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməsinə baxmayaraq, girovun əsası qeyd etdiyi ərizəyə istinad və həmin ərizəni məhkəməyə təqdim etməmişdir. Fond, məhz apellyasiya şikayətində sözügedən ərizəyə istinad etmiş, lakin həmin ərizəni şikayətinə əlavə etməmiş, habelə həmin sübutu birinci instansiya məhkəməsinə təqdim etməsinin onun iradəsindən asılı olmayan səbəbə görə mümkün olmamasını əsaslandırmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlmişdir ki, Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh İddiaçı ASC-dəki əmanətini etibarlı müqavilə əsasında, götürdüyü kreditin təminatı kimi banka girov qoymasını sübuta yetirə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, hətta sözügedən ərizə təqdim olunsaydı belə, o, tərəflər arasında bağlanmış etibarlı girov müqaviləsi hesab edilə bilməzdi. Çünki, Mülki Məcəllənin 280.1-ci, 280.2-ci və 280.4-cü maddələrinə görə, girov müqaviləsi yazılı formada bağlanmalıdır. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edi lən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır. Belə olan halda, tərəflərin sığorta münasibətinə Əmanətlərin sığortlanaması haqqında Qanunnun 2.1.2.10-cu maddəsinin tətbiq edilməsi, başqa sözlə depozit məbləğinin qorunmayan əmanət sayılması üçün əsas yoxdur. Ona görə də, Cavabdeh, depozit müqaviləsinin 5.8-ci bəndinə və həmin Qanunun 26.1-ci maddəsinə əsasən, əmanətinin sığortalanmış 30.000 manat hissəsini Əmanətlərin Sığortalanması Fondundan tələb etməkdə haqlıdır. Belə ki, Əmanətlərin sığortalanması haqqında Qanunun 26.1-ci maddəsinə görə, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otu z) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin Cavabdeh əmanətinin sığortalanmış əmanət olması ilə bağlı qənaəti ilə razılaşsa da, əvəzləşdirilmənin həayata keçirilməsi ilə bağlı qənaəti qanuni hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddiasına xitam verilməsi barədə Fondun mövqeyini əsassız sayaraq qeyd etmişdir ki, Banklar haqqında Qanunun 72.1.3-ci və 78.1-ci maddələrinə əsasən, bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzl əşdirilməsi aparıla bilər. Yuxarıda qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanunverici məhz banka qarşı pul tələblərinə və müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsinə ümumi məhkəmədə baxılmaması qaydasını nəzərdə tutmuşdur. Cavabdeh sığorta hadisəsinə istinadən kompensasiyanın ödənilməsi tələbi isə müflis banka qarşı pul tələbi və ya əvəzləşdirmə olmayıb, ayrıca sübyekt olan Əmanətlərin Sığortalanması Fonduna yönəlmişdır. Bu tələb hüququ, müflis banka qarşı deyil, qanundan irəli gəlməklə Fonda qarşı irəli sürüldüyü üçün ümumi məhkəmələr tərəfindən baxılmalı olan iddiadır. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ayrı-ayrı hüquqi şəxslərə qarşı yönəlmiş tələbləri əvəzləşdirməklə maddi hüquq nor masının tətbiqində səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi, əvəzləşdirilmə məhz iki eyni şəxs arasında mövcud olan qarşılıqlı tələblərə münasibətdə tətbiq edilə bilər. Hazırki halda isə ilkin iddia üzrə tələb hüququ ləğv prosesində olan İddiaçı ASC aid olduğu halda, qarşılıqlı tələb ona deyil, digər hüquqi şəxs olan “Əmanətlərin Sığortalanması Fondu”na qarşı yönəlmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu hala diqqət yetiməyərək, ləğv prosesində olan İddiaçı ASC-nin əvəzinə tələb hüququnun onun qanuni nümayəndəsi qismində çıxış edən ləğvedicisi “Əmanətlərin Sığ ortalanması Fondu”na aid etməklə səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 60.2-ci maddəsinə əsasən ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılı; 60.3-cü maddəsinə əsasən hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir; 60.4-cü maddəsinə əsasən ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 71.3-cü maddəsin ə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Göründüyü kimi, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi olan “Əmanətlərin Sığortalanması Fondu bankın tələbləri üzrə sadəcə qanunla səlahiyyətlənmiş qanuni nümayəndədir. Kassasiya kollegiyası qeyd edilənlər baxımından hesab edir ki, bu tələblərin əvəzləşdirilməsi yolverilməz olduğundan hər bir tələbə ayrı-ayrılıqda qiymət verilməklə qətnamə qəbul edilməlidir. “Əmanətlərin sığortlanaması haqqında” Qanunun 26.2-ci maddəsinin tətbiqi ilə bağlı isə kollegiya qeyd edir ki, bu maddənin tətbiqi apellyasiya instansiyası məhkəməsinin etdiyi kimi əvəzləşdirilmə şəklində deyil, ilkin iddia üzrə tələb edilən məbləğdən kompensasiya edilən məbləğin çıxılması, habelə buna müvafiq olaraq da qarşılıqlı iddiaya qiymətin verilməsi yolu ilə həll edilməlidir. Belə ki, “Əmanətlərin sığortlanaması haqqında Qanun”un 26.2-ci maddəsinə görə, sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir. Apellyasiya instasiyası məhkəməsi kompensasiya məbləği ilə kredit borc məbləğinin əvəzləşdirilməsini həyata keçirərkən “Əmanətlərin sığortlanaması haqqında Qanun”un 26.2-ci maddəsinin tətbiqində də səhvə y ol vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh Fonddan almalı olduğu 30.000 manat kompensasiya, onun ləğv prosesində olan İddiaçı ASC qarşısında ödənilməmiş borcu olan 18.252 ABŞ dollarının (Bakı şəhəri Nizami rayon məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş bu borc məbləğindən bank şikayət verməmişdir) 30.000 manat hissəsi ilə əvəzləşdirilməlidir. Bu qətnamənin çıxarıldığı günə Mərkəzi Bankın rəsmi məlumatına əsasən, 30.000 manatın ABŞ dollarına olan 1.7 məzənnəsi üzrə ekvivalenti 17.647,05 dollar təşkil edir. Ona görə də, qətnamə, bankın xeyrinə tutulmuş pulun məbləği hissəsində dəyişdirilməli, əvəzləşdirmədən sonra qalan 604,95 (18.252-17.647,05=604,95) ABŞ dolları məbləğində pul Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Əvəzləşdirmədən sonra Cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı tələb hüququ qalmadığı üçün həmin hissədə qətnamə ləğv, iddia isə rədd edilməlidir. Kassasiya kollegiyası qeyd edir ki, “Əmanətlərin sığortlanaması haqqında Qanun”un 26.2-ci maddəsi ilə əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsindən qorunan əmanətinin məbləğinin çıxılmasının məhz sığorta hadisəsinin baş verdiyi günə uyğun həyata keçirildiyi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq, hazırki iş üzrə borcun məbləğindən kompensasiya məbləğinin çıxılması zamanı valyutanın manata konvertasiyası apellyasiya instansiyası məhkəməsinin özünün qəbul etdiyi qətnamənin tarixinə deyil, məhz sığorta hadisəsi hesab edilən bankın müflis elan olunması ilə bağlı məhkəmə qərarının qüvvəyə mindiyi tarixə uyğun kursla hes ablanmalıdır. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün yuxarıda qeyd edilən hallarla bağlı işin faktiki hallarının araşdrılması zərurəti olduğundan, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası mə hkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh kassasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2018-ci il tarixli, 2(103)10/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar