Məhkəmə qərarları › İş №2(102)-3705/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3705/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3705/2020 28.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı “xxxxxxxx” ASC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı İKB ASC-nin Cavabdeh qarşı “borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-9705/2019 nömrəli qətnaməsindən iddiaçı “xxxxx”Bank ASC-nin vəkili Vəkil kassasiya şikayətinə açıq məhk əmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASCcavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı İKB ASC-nin xeyrinə xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 38.158,61 manat əsas, 25.258,18 manat faiz, 1.812,2 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 65.228,99 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsində yerləşən, 67,5 kv.m ümumi sahədən ibarət 84 nömrəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və borcun ipotek a predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma ipoteka predmetinə yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh ipoteka predmetinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh ilə İddiaçı İKB ASC arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-369/2019 saylı qətnaməsi ilə İddiaçı İKB ASC-nin iddiası qismən təmin edilmiş, xx xxxx 2014-cü il tarixli 24G-1-0-280-14 nömrəli kredit müq aviləsi ləğv edilmiş, həmin kredit müqaviləsi üzrə 38.158,61 manat əsas borc, 25.258,18 manat faiz borcu, 200 manat cərimə, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu olaraq ödənilmiş 10 manat və 20 manat xidmət haqqının ödənilməsi, cəmi 63.676,79 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı İKB ASC-yə ödənilməsi, tələbin ilkin satış qiyməti 125000 manat müəyyən edilməklə Cavabdeh mülkiyyəti hüququ üzrə məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, 84 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəlməklə həmin əmlakın açıq hərrac yolu ilə satılması, həmin ə mlakın satışından əldə olunan vəsaitdən cəmi 63.676,79 manat məbləğində pulun İddiaçı İKB ASC-nin hesabına ödənilməsi, qalan məbləğ Cavabdeh verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Pərviz Hüseynov) Cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 9705/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı İKB ASC-nin xeyrinə tutulmalı olan faiz borcunun 20.738,61 manat müəyyən edilməsi, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 200 (iki yüz) manat məbləğində puluncavabdehdən tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi) Elnur Həsənov, Fuad Babayev) İddiaçı “xxxxxxxx” ASC kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 9705/2019 nömrəli qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmişdir. Belə ki,apelyasiya məhkəməsi yalnız ekspertiza rəyinə əsaslanıb kredit borcunu müəyyən etmişdir. Halbuki ekspert rəyi kifayət qədər aydın olmayıb. Ekspert rəyi bankın təqdim etdiyi maliyyə arayışı və digər sübutlarla yanaşı qiymətləndirilməli idi. Məhkəmə kollegiyasının iclasında iddiaçı “ xxxxxxxx” ASC-nin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı bank iddia tələbinin əsası kimi cavabdehlərlə bağlanmış kredit və ipoteka müqavilələrinə istinad edərək, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 25 faizlə 60 ay müddətinə 50000 ABŞ manat məbləğində kredit verilməsini, kreditin qaytarılmasının təminatı kimi Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşay ış sahəsinin ipoteka ilə yüklü edilməsinə istinad etmişdir. Borc xx xxxx 2018-ci il tarixinədək hesablanmışdır. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi yalnzı faiz hissəsində dəyişdirilmiş, kassasiya şikayətini də yalnız iddiaçı bank vermişdir. Buna görə də hazırki kassasiya baxışının həddini apelyasiya məhkəməsinin qətnaməsinin faiz borcunun dəyişdirilməsi hissəsi təşkil edir. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə ə sasən iddiaçı “xxxxxxxx” ASC-nin kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı iddia ərizəsində cavabdehdən xx xxxx 2018-ci il tarixinədək 25.258,18 manat faiz borcu tələb etmişdir. Birinci instansiya məhkəməsi faiz borcunu 25.258,18 manat tutarkən borc məbləğini müəyyən etmək üçün ekspertiza təyin etməmiş, borcun məbləğini maliyyə arayışına əsasən müəyyən etmişdir. Cavabdeh apelyasiya şikayətində ondan tutulan borc məbləği ilə razı olmadığını, bunun üçün məhkəmə mühasibatlıq ekspertizasının keçirlməsini xahiş etmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi özünün təyin etdiyi ekspertizanın rəyinə uyğun olaraq faiz borcuna aid hissədə birinci instansiya məhkəməsinin q ətnaməsinin dəyişdirilməli olması qənaətinə gələrək, qətnaməni faiz borcuna aid hissədə yuxarıda göstərilən qaydada dəyişmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq düzgün nəticəyə gəlmişdir. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir. İşin mübahisəli halı borcun məbləği olmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışında kredit müqaviləsi üzrə əsas borc 38158,61 manat, faiz borcu 25258,18, cərimə borcunun isə 1812,20 manat təşkil etməsi göstərilmişdir. Apelyasiya instansiyası iş üzrə tam və hərtərəfli araşdırma aparılması məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tə qdim edilmiş xx xxxxxx 2019-cu il tarixli 22035 saylı ekspert rəyində cavabdehin xx.xx.2018-ci il tarixə, yəni maliyyə arayışı verilən tarixə əsas borcunun 43.630,86 manat, faiz borcunun isə 20.738,61 manat olması göstərilmişdir. Apelyasiya instansiyası ekspert rəyinə əsasən maliyyə arayışının verildiyi tarixə cavabdehin faiz borcunun 20.738,61 manat olmasını müəyyən etmişdir. Göründüyü kimi, apelyasiya məhkəməsi borc məbləği üzrə ekspertiza təyin etmiş və gəlinən nəticə də ekspert rəyi ilə müəyyən edilmiş işin hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası ekspert rəyinin kifayət qədər aydın olmaması, həmin rəyin bankın təqdim etdiyi maliyyə arayışı və digər sübutlarla yanaşı qiymətləndirilməli olması barədə kassasiya şikayətinin dəlilini qəbul etmir. Əvvəla, qətnamədən görünür ki, apelyas iya instansiyası məhkəməsi ekspert rəyinə formal yanaşmamış, rəyə Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq qiymət vermiş, hətta ekspert rəyində əsas borcun iddiaçının tələb etdiyi məbləğdən artıq olmasını iddia tələbindən kənara çıxma kimi qiymətləndirərək həmin hissədə rəyi nəzərə almamışdır. Həmçinin apelyasiya məhkəməsi iddiaçının təqdim etdiyi faiz borcu məbləği üzrə maliyyə arayışını iddiaçı tərəfin subyektiv mülahizəsinə əsaslanan sübut növü kimi qiymətləndirərək, düzgün olaraq həmin arayışı mötəbər sübut kimi qəbul etməmişdir. Bundan başqa, iddiaçı bank kassasiya şikayətində ekspert rəyinin kifayət qədər aydın olmamasını göstərsə də, bu dəlilini heç nə ilə əsaslandıra bilməmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni mad di və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı “xxxxx”Bank ASC-nin kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessua l Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxxx”Bank ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)- 9705/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar