Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3706/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçı LPO İddiaçı ASC Əmanətlərin Sığortalanması Fondunun vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli, 2(103)120/2020 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 2(003)-2672/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Ə.S.Qəhrəmanov) İddiaçı ASC-nin Cavabdeh1 və digərlərinə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 9.203,81 ABŞ dolları, faiz borcuna görə 722,20 ABŞ dolları, hesablanmış cəriməyə görə 100 ABŞ dolları, cəmi 10.026,01 ABŞ dollarının tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan “MG 350” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin ilkin satış qiymətinin 9.000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin iddiaçı təşkilata ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Tərəflər ayrı-ayrılıqda qətnamədən apelyasiya şikayətləri veriblər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli, 2(103)120/2020 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, V.T.Həsənov və X.Ə.Sarıyev) apelyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xəzər rayon məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə 722,20 ABŞ dolları faiz borcunun və zamin Cavabdeh2 münasibətdə borcun (9203,81 ABŞ dolları əsas borcun, 722,20 ABŞ dolları faiz borcunun və 100 ABŞ dolları cərimənin, cəmi 10.026,01 ABŞ dollarının milli manata məzənnədə) tutulması hissəsində ləğv edilib, həmin hissədə iddia rədd olunub, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. İd diaçı təşkilat qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 9.203,81 ABŞ dolları, faiz borcuna görə 9.015 ABŞ dolları, hesablanmış cəriməyə görə 2.208,91 ABŞ dolları, cəmi 20.427,72 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh1 müllkiyyətində olan və iddiaçı təşkilata ipoteka qoyulmuş “MG 350” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, əmlakın satışından əldə olunmuş məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehlərdən ümumi qa ydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Nəvazi Əzizli kasasiya şikay ətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Nəvazi Əzizlinin izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə ape lyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 münasibətdə faiz borcunun, digər Cavabdeh2 münasibətdə kredit borcunun tutulması hissəsində ləğv edib, həmin hissədə iddia tələblərini rədd edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən, qeyd olunan hissələrdə iddia tələblərinin əsassız olmasına, Cavabdeh1 iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə kredit borcunun olmasına, tutmanın ipoteka predmetinə yönəldilməsi üçün əsasların müəyyən edilməsinə is tinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 427.3, 442, 445.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 27 sentyabr 2011-ci il tarixli kre dit müqaviləsinə əsasən, iddiaçı təşkilat tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 18 faiz ödənilməsi şərti ilə 14.989 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi iddiaçı təşkilatla digər Cavabdeh2 arasında 27 sentyabr 2011-ci il tarixli zaminlik müqaviləsi, eyni zamanda iddiaçı təşkilatla Cavabdeh1 arasında 27 sentyabr 2011-ci il tarixli ipoteka müqaviləsi bağlanıb və sonuncu mülkiyyətində olan “MG 350” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub. İddiaçı təşkilatın 28 sentyabr 2014-cü il tarixli maliyyə arayışına görə, sözügedən kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı təşkilata ödənilməmiş 9.203,81 ABŞ dolları əsas, 722,20 ABŞ dolları faiz, 1.311,67 ABŞ dolları cərimə olmaqla, cəmi 11.237, 68 ABŞ dolları kredit borcu vardır. Eləcə də iddiaçı təşkilatın 28 iyul 2017-ci il tarixli maliyyə arayışına görə, Cavabdeh1 iddiaçı təşkilata olan əsas borcu 5.789,19 ABŞ dolları, faiz borcu 3.588,81 ABŞ dolları təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2019-cu il tarixli ekspert rəyinə görə, borclu Cavabdeh1 iddiaçı təşkilata 23 may 2013-cü il tarixə əsas borcu 9.203,87 ABŞ dolları, faiz borcu 0 ABŞ dolları olmaqla, cəmi 9.203,87 ABŞ dolları təşkil edir. Həmçinin həmin Mərkəzin 15 may 2018-ci il tarixli rəyinə görə, 2011-ci il buraxılışlı, “MG 350” markalı avtomobilin 2018-ci il tarixə olan orta bazar qiyməti təxminən 9.000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2019-cu il tarixli 8046 nömrəli rəyin nəticə hissəsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə olan borcu 23 may 2013-cü il tarixə əsas borc üzrə 9203,87 ABŞ dolları, faiz borcu üzrə 0 ABŞ dolları, cəmi 9203,87 ABŞ dolları təşkil edir. Kasasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı təşkilat apelyasiya instansiyası məhkəməsinin qətnaməsini 722,20 ABŞ dolları faiz borcunun tutulmasının rədd edilməsi hissəsində mübahisələndirir. Ona görə də kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığını iddiaçı təşkilatın kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməs i, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mü bahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 münasibətədə 722,20 ABŞ dollar faiz borcunun tutulması hissəsində təmin etməklə səhv nəticəyə gəlib, Belə ki, hesabdan çıxarış məlumatlarına, sözügedən ekspert rəyinə görə Cavabdeh1 iddiaçı təşkilata ödənilməmiş 722,20 ABŞ dolları kredit borcu yoxdur və o, iddiaçı təşkilat qarşısında hər hansı öhdəlik daşımır. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəm iyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayəti təmin e dilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli, 2(103)120/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3706/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3706/2020
21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver