Məhkəmə qərarları › İş №2(102)-3709/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-3709/2018

14.06.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3709/2018 14.06.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 14 iyun2018-ciil İş№ 2(102)-3709/2018 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qoşqarlı Rəşad Nizami oğlunun, iddiaçının vəkili X3ün iştirakları ilə, Cavabdeh4ün Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2538/2017 saylı 29 noyabr 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli qətnaməs i ilə (hakim C.F.İmanov, iş № 2(075)-4694/2017) iddia qismən təmin edilmiş, 10215,79 ABŞ dolları əsas, 4241,57 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə, cəmi 14507,36 (on dörd min beş yüz yeddi dollar, 89 sent) ABŞ dolları borcun qətnamənin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5dən müştərək qaydada tutularaq İddiaçı"xxxx" ASC-nin hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qalan Cavabdeh4 ondan аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlərƏ.T.Məcidov (sədrlik edən və məruzəçi),M.A.Əsədli və İ.F.Quliyev, iş № 2(107)2538/2017) iş üzrə Şəki Ray on Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli, 2(075)-4694/2017 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmış, cаvаbdeh Cavabdeh4 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmişdir. Göstərilən qətnamədən Cavabdeh4 kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5dən müştərək qaydada İddiaçı-nin xeyrinə 10215,79 ABŞ dolları əsas, 4241,57 ABŞ dolları faiz, 485,57 ABŞ dolları cərimə, cəmi 14942,93 (on dörd min doqquz yüz qırx iki dollar, 93 sent) ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada alınaraq İddiaçı"xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İ ddiaçı-nin etibarnamə üzrə nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 27 faizlə 18 ay müddətinə 12700 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 ilə bankın arasında 14 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 14 sentyabr 2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 10663,24 ABŞ dolları təşkil etmişdir. Lakin, Cavabdeh4 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 29 iyun 2017-ci ilədək Cavabdeh4 banka 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 10215,79 ABŞ dolları əsas borc, 4241,57 ABŞ dolları faiz borcu, 485,5 7 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14942,93 (on dörd min doqquz yüz qırx iki dollar, 93 sent) ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh4 və vəkili X3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessual hüquqnormalarınınpozulmasıvədüzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallaraqiymətverilməmiş,işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apelly asiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən MPM-nin 76.1, 76.2-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçının vəkili X4 apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etdiyini bildirərək qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmalarınabaxmay araqkassator və vəkili, habelə digər cavabdehlər heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişlər. MəhkəməkollegiyasıMPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakıolmadanbaxı lmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM-in 81, 88 və 217.1-ci maddələri). Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, iddiaçının vəkilini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə verilmiş kassasiya şikayətinə əsasən kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 14 yanvar 2015-ci il tarixli, ********* №-li kredit müqaviləsinə əsasən, Cavabdeh4 illik faiz dərəcəsi 27 faizlə 18 ay müddətinə istehlak məqsədilə 12700 ABŞ dolları məbləğində kredit verilmiş və kreditin qaytarılması üçün ödəniş cədvəli tərtib olunmuşdur. 14 sentyabr 2015-ci il tarixdə, ********* №-li, 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 01 saylı əlavə sazişə əsasən kreditin qalıq məbləği 10663,24 ABŞ dolları təşkil etməsi və kreditin 13 sentyabr 2019-cu il tarixədək uzadılması barədə müqavilə bağlanmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh4 qrafik üzrə kreditə görə hesablanmış faizlə birlikdə hər ay kreditin müəyyən hissəsini qaytarmalı olduğu halda İddiaçı qarşısında kredit öhdəliklərinin icrasını təmin etməmişdir. İşdə olan İddiaçı-nin 29 iyun 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh4 İddiaçıya 10215,79 ABŞ dolları əsas, 4241,57 ABŞ dolları faiz, 485,57 ABŞ dolları cərimə, cəmi 14942,93 (on dörd min doqquz yüz qırx iki dollar, 93 sent) ABŞ dolları borcu vardır. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsü zlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qıs a müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 449.4, 462.1-ci maddələri). Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşır. Belə ki, müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdeh iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və dəbbə pulu ilə birlikdə iddiaçıya ödəməlidir. İddiaçı bank isə öz üzərinə düşən öhdəliyi lazımınca icra etmiş və heç bir prosedur qaydalarının pozuntusuna yol verməmişdir. Lakin, cavabdeh mütəmadi olaraq ödəmə qaydalarını pozmuş və nəticədə iddiada göstərilən qaydada borcları yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş ü zrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh4ün kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2538/2017 saylı 29 noyabr 2017-ci il tarixli qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrli k edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar