Məhkəmə qərarları › İş №2(102)-3709/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3709/2019

24.05.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3709/2019 24.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı, vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehə qarşı X2, X, X3 və X üçüncü şəxs qismində cəlb edilməklə “təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 dekabr 2018-ci il tarixli qətnaməsindən İd diaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) İddiaçı Cavabdehnə qarşı X2, X, X3 və X üçüncü şəxs qismində cəlb edilməklə “təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh vasitəsi ilə dövlət büdcəsindən İddiaçı xeyrinə 2000 (iki min) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Mərdanova, hakimlər İ.Vəliyev və E.Həsənov) Nəsimi rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən A.İsgəndərov, hakimlər Ə.Əhmədov və İ.Dəmirov) Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 may 2018-ci il tarixli qətnaməsi qismən-mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv edilmiş və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Xəlilov, hakimlər X.Cəmilova və İ.Kərimli) Nəsimi rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli qətnaməsi mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin olunmuş, mənəvi zərərə görə Cavabdeh vasitəsi ilə döv lət büdcəsindən İddiaçı xeyrinə 1000 (min) manat məbləğində pul tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 dekabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdehnə, X2, X, X3 və X üçüncü şəxs qismində cəlb edilməklə “təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia verərək, təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 133.360 manat ziyanın dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz hallarına görə 2011-2015-ci illərdə iddiaçının sahibkarlıq fəaliyyətini həyata ke çirməsi zamanı vergidən yayınma cinayətini törətməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırmaları Departamentinin İstintaq İdarəsində cinayət işi istintaq olunmuş, ona ittiam elan edilmiş, yaşadığı mənzildə axtarış aparılmış, sənədlər götürülmüş, barəsində başqa yerə getməmə barədə qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs kimi məhkəməyə verilmişdir. Suraxanı Rayon Məhkəməsinin 01 iyun 2016-cı il qərarı ilə Dövlət ittihamçısı cinayət təqibindən imtina etdiyinə görə, ona qarşı CM-nin 213.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31.05.2017-ci il tarixli qərarına əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəmə sinin İddiaçı haqqındakı 01.06.2016-cı il tarixli qərarı dəyişdirilmiş, qərarın nəticəvi hissəsində olan “dövlət ittihamçısı cinayət təqibindən imtina etdiyinə görə təqsirləndirilən şəxs İddiaçı qarşı CM-nin 213.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin” sözləri “cinayət hadisəsi olamadığına və dövlət ittihamçısı cinayət təqibindən imtina etdiyinə görə təqsirləndirilən şəxs İddiaçı qarşı CM-nin 213.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin” sözləri ilə əvəz edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının əsassız cinayət məsuliyyətinə cəlb edilməsi ilə ona mənəvi ziyan vurulub-vurulmaması, əgər ziyan vurulmuşdursa tutulmalı olan məbləğ mübahisələndirilir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni düzgün olaraq işin aşağıda göstərilən halları ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş m ənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtida i istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Qeyd edilən Qanunun 5-ci maddəsinə əsasən isə bu Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Göstərilən Qanunun 7-ci maddəsinin 2-ci bəndinə əsasən, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mə nfi nəticələr mənəvi ziyan hesab edilir. Mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. İş materiallarından görünür ki, cinayət prosesini həyata keçirən orqan tərəfindən Cinayət Prosessual Məcəlləsinin 39.1.1. maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə İddiaçı barəsində cinayət təqibinə xitam verilməli olduğu halda xitam verilməmiş, barəsində cinayət təqibi davam etdirilmiş, bununla da onun cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ yaranmışdır. Göründüyü kimi iddiaçının barəsində cinayət təqibi aparıldığı müddət ərzində mənəvi zərər çəkməsi istisnasızdır. Beləki, iddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində qətimkan tədbiri seçilmiş, barəsində məcburi əməliyyat-istintaq hərəkətləri aparılmış, mənzilində axtarış aparılmış, təqsirləndirilən şəxs kimi məhkəməyə verilmişdir. Bütün bunlar iddiaçıya mənəvi ziyan vurulmasını şərtləndirən hallardır. Barəsində cinayət işi istintaq olunan, əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunan, əsassız olaraq barəsində məcburi istintaq-əməliyyat tədbirləri görülən şəsxin mənəvipsixoloji vəziyyətinin pisləşməsi hamıya məlum olan haldır. Bu halı iddiaçı sübuta yetirməli deyil. Məhkəmələr iddiaçının barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam vermişdir. Bu halın mövcudluğu özlüyündə iddiaçının mənəvi ziyanını qismən də olsa təmin etmiş olur. Ölkə məhkəmələri iddiaçının barəsində qanuni və ədalətli qərar qəbul etməklə onun etirazlarını təmin etmiş, mənəvi sarsıntılarını yüngülləşdirmişdir. Əsassız cinayət msul iyyətinə cəlb edilmiş şəxsə ödənilməli olan mənəvi ziyan şəxsin çəkdiyi maddi və mənəvi istirablara tənasüb olmalıdır. Qüvvədə olan məhkəmə qərarları ilə iddiaçıya maddi ziyan olaraq 2000 manat pul tutulmuşdur. Eyni zamanda «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.02-ci il tarixli qərarında mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınmasının zəruriliyi vurğulanmış və nəticədə mənəvi zərərin ödənilməsinin Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılı olduğu qeyd ed ilmişdir. Konstitusiya Məhkəməsinin 31.05.02-ci il tarixli qərarındakı mülahizə və nəticələr «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.08-ci il tarixli 7 saylı qərarında ardıcıl inkişafını tapmış, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi kimi müəyyən edilmişdir. Bununla yanaşı Plenumun qərarında zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi-ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması kimi müəyyənləşdirilmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2-ci bəndində izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Bundan başqa, Plenumunun həmin qərarında mənəvi sarsıntı və iztirabların ağırlıq dərəcəsinin mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas olmadığı xüsusi qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu 03.11.08-ci il tarixli qərarının 10-cu bəndində həmçinin izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara d özümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İşin hallarına və sadalanan müddi-hüquq normalarına əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, mənəvi ziyana görə idiaçıya 1000 (min) manat pul tutulması ədalətli olmaqla işin hallarına uyğundur. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələ rini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar