Məhkəmə qərarları › İş №2(102)-3709/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3709/2020

21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3709/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2020-ci il tarixli, 2(103)134/2020 saylı qətnaməsindən cavabdeh oğlunun kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(009)2828/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Ş.Z.Abdullayev) iddiaçı “xxxx” BOKT ASCnin Cavabdeh1 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış 24 fevral 2017-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 ödəniş vaxtı milli manata məzənnədə sözügedən kredit müqaviləsi üzrə 31 may 2018-cı il tarixə yaranmış əsas borca görə 22.115,67 ABŞ dolları, faiz borcuna görə 1.400,30 ABŞ dolları və hesablanmış cəriməyə görə 34,03 ABŞ dolları olmaqla, cəmi 23.550 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın digər cavabdeh un mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən 3/5 saylı evin 07 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 130.000 manat olmaqla ixtisaslaşdırılmış müəssi sə vasitəsi ilə satılması, kredit borcunun realizə edilmiş mənzilin dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan cavabdeh qaytarılması, açıq hərracdan satıldıqdan sonra mənzilin 1 ay ərzində boşaldılması və cavabdeh un əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2020-ci il tarixli, 2(103)134/2020 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, V.T.Həsənov və X.Ə.Sarıyev) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrəBakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsi “ipoteka predmeti olan cavabdeh un mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləş ən 3/5 saylı evin 07 saylı mənzilinin ilkin satış qiymətinin 130.000 manat müəyyən edilməsi” hissəsində dəyişdirilərək, həmin mənzilin ilkin satış qiymətinin 162.000 manat müəyyən edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, tərəflər arasında bağlanmış 24 fevral 2017-cı il tarixli krediti müqaviləsinə xitam verilməsi, Cavabdeh1 ödəniş vaxtı milli manata məzənnədə 31 may 2018-ci il tarixə yaranmış əsas borca görə 22.115,67 ABŞ dolları, hesablanmış faiz borcuna görə 1.400,30 ABŞ dolları, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2.040 ABŞ dolları olmaqla, cəmi 25.555,97 ABŞ dolları kredit borcunun tutulub iddiaçı tə şkilata ödənilməsi, həmçinin tutmanın cavabdeh a məxsus olan Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən, 3/5 saylı evin, 07 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və mənzilin satışından əldə olunmuş vəsait hesabına Cavabdeh1 iddiaçı təşkilata olan kredit borcunun ödənilməsi, həmçinin ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra cavabdeh un bir ay ərzində ipoteka predmeti olan mənzildən istifadə hüququna xitam verilməklə əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının təl əblərini pozaraq, işin faktiki halları üzrə səhvə nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı “xxxx” BOKT ASC, cavabdeh, vəkili Zaur İbadov və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edib. HÜQUQİ MƏSƏLƏL ƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edib, qalan hissədə qətnaməni dəyi şdirilmədən saxlayarkən, ipoteka predmetinin ilkin satış qiymətinin mənzilin bazar qiymətinə uyğun olmamasına, kredit borcunun düzgün hesablanmasına istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 14.2, 385.1, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin a pelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 24 fevral 2017-ci il tarixli istehlak krediti müqaviləsinə əsasən, iddiaçı təşkilat tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 24 faiz ödənilməsi şərti ilə 30.000 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 24 fevral 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən, digər cavabdeh un mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsində yerləşən, 3/5 saylı evin, 07 saylı mənzili iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub və ipoteka müqaviləsində ipoteka predmetinin ilkin satış qiyməti 130.000 manat müəyyən edilib. İddiaçı təşkilatın 31 may 2018-ci il tarixli maliyyə arayışına görə, Cavabdeh1 24 fevral 2017-ci il tarixli istehl ak kredit müqaviləsi üzrə 31 may 2018-ci il tarixə iddiaçı təşkilata olan əsas borcu 22.115,67 ABŞ dolları, faiz borcu 1.400,30 ABŞ dolları, hesablanmış dəbbə pulu 2.040 ABŞ dolları təşkil edir. İşə əlavə edilmiş “Əmlak Ekspert Mərkəzi”nin 13 iyun 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, cavabdeh un mülkiyyətində olan sözügedən mənzilin 13 iyun 2019-cu il tarixə bazar dəyəri 210.000 manat təşkil edir. Eyni zamanda “xxxx” MMC 16 dekabr 2019-cu il tarixli “mənzilin qiymətləndirilməsinə dair” hesabatına görə, cavabdeh un mülkiyyətində olan qeyd olunan mənzilin bazar qiyməti 162.000 manat, qiyməti 153.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqd a və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəyə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisə yə tətbiq edib, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, sözügedən kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı təşkilata 31 may 2018-cı il tarixə ödənilməmiş 22.115,67 ABŞ dolları əsas, 1.400,30 ABŞ dolları faiz, 34,03 ABŞ dolları cərimə olmaqla, cəmi 23.550 ABŞ dolları kredit borcu vardır. Eyni zamanda sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi digər cavabdeh un mülkiyyətində olan sözügedən mənzil iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yoxlayıb qeyd etmişdir ki, borclu Cavabdeh1 qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə apelya siya şikayəti verməyib, cavabdeh isə apelyasiya şikayətində qətnaməni ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə mübahisələndirib. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərini qismən əsaslı sayıb, işin faktiki hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, cavabdeh a məxsus olan sözügedən mənzilin ilkin satış qiymətinin 130.000 manat müəyyən edilməsi həmin mənzilin real bazar qiymətini özündə əks etdirmir. Belə ki, “xxxx” MMC ekspertiza tədqiqatının nəticələrinə dair hesabatdan görünür ki, həmin mənzilin bazar qiyməti 162.000 manat təşkil edir. Ona görə də işə əlavə edilmiş sübutlar, o cümlədən ekspert rəyi əsas tutulmaqla cavabdeh un mülkiyyətində olan sözügedən mənzilin ilkin satış qiyməti 162 000 manat müəyyən edilməklə qətnamə mübahisələndirilən hissədə dəyişdirilməlidir. Apelyasiya instansiyası məhkəməsi Əmlak Ekspert Mərkəzinin 13 iyun 2019-cu il tarixli rəyində müəyyən olunmuş mənzilin qiyməti (210.000 manat) ilə birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş mənzilin ilkin satış qiyməti (130.000 manat) arasında kəskin fərq olduğundan haqlı olaraq ilkin rəylə razılaşmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti a çıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillər ini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, həmçinin ipoteka predmetinin ilkin satış qiyməti onun real bazar qiymətini əks etdirmədiyindən, apelyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilərək, ipoteka predmetinin ilkin satış qiyməti 162.000 manat müəyyən edilib və sadalanan maddi hüquq normaların ın tələbləri hazırki mülki mübahisəyə düzgün tətbiq edilib. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsini və sair göstərsə də, apelyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kasasiya şikayətində əsaslandırmayıb və etirazının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifa də etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığı ndan, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh oğlunun kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2020-ci il tarixli, 2(103)-134/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar