Məhkəmə qərarları › İş №2(102)-3709/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3709/2024

17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3709/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-697/2024 saylı, 23 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikay ətinə 17 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən vurulmuş alqı-satqı müqaviləsi bağlanarkən faktiki olaraq ona göstərilən atdıqları mənzili deyil, aldadıb dəyərindən daha ucuz mənzili satmaları nəticəsində 13200 (on üç min iki yüz ) manat (44000-in 30 %-i), 35 nömrəli mənzili faktiki olaraq ona təhvil verməmələri nəticəsində 31 nömrəli mənzilin təmiri üçün çəkilmiş 7650 (yeddi min altı yüz əlli) manat, mənzilin təhvil verilməsini gecikdirdikləri üçün kirayə pulu olan 13600 (on üç min altı yüz əlli) manat (hər ya 200 manat olmaqla 2017, 2018, 2019, 2020, 2021-ci illər üçün və 2022-ci ilin avqust ayına dək olan aylar ü çün), qaz sayğacı üçün aldıqları 750 (yeddi yüz əlli) manat, ekspertiza xərci 300 (üç yüz) manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu 198 manat - cəmi 35698 (otuz beş min altı yüz doxsan səkkiz) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən təmir xərci olaraq 7178,0 manat, qaz sayğacı üçün ödənilmiş 750 manat və 44 manat dövlət rüsumu, ümumilikdə 7972 manat alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi qət edilmişdir.

3. İddiaçı Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələb inin təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

4. Cavabdeh "xxxx" MMC də Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni iddianın təmin edilən hissədə mübahisələndirərək həmin hissədə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-697/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və A.H.Hüseynzadə) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən s axlanılmışdır.

6. Qətnamədən Cavabdeh "xxxx" MMC tərəfindən kassasiya şikayəti verilmişdir.

7. Kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 8 oktyabr 2024-cü il tarixli, 2(102)-3709/2024 nömrəli qərardadı ilə icraata qəıbul edilmişdir.

8. Bundan sonra, sözügedən qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə apellyasiya instansiyası məhjkəməsinə müraciət edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 8 oktyabr 2024cü il tarixli məktubu (xx.xx.2024-cü il tarixdə Ali Məhkəməyə daxil olmuşdur) ilə həmin şikayətin və ərizənin mümkünlüyünə baxılması üçün mülki işin apellyasiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur.

9. MPM-ə uyğun olaraq kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək, işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7).

10. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin baxışdan çıxarılaraq mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

11. Qeyd olunanlara əsasən və MPM-nin 402.1, 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının işin icraata qəbul edilməsi barədə 8 oktyabr 2024-cü il tarixli 2(102)-3709/2024 sayl ı qərardadı ləğv edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar