Məhkəmə qərarları › İş №2(102)-371/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-371/2019

21.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-371/2019 21.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 21 yanvar 2019-cu il İş № 2(102)-371/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Cavabdeh «X8 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7408/2018 nömrəli iş üzrə 14 avqust 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon m əhkəməsinin (hakim Rəşid Səmədov) 06 mart 2018-ci il tarixli 2(006)-1161/2018 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «X8 Azərbaycan» QSC-yə qarşı “X8 Azərbaycan” QSC ilə borcalan X6 arasında bağlanmış 27 aprel 2015-ci il tarixli 210/151468 №-li kredit müqaviləsinə dair 6 №-li kredit sazişinin, 28 aprel 2015-ci il tarixli 210/151468 №-li kredit müqaviləsinə dair 7 №-li kredit sazişinin, 07 may 2015ci il tarixli 210/151468 №-li kredit müqaviləsinə dair 8 №-li kredit sazişinin və 08 may 2015-ci il tarixli 210/151468 №-li kredit müqaviləsinə dair 9 №-li kredit sazişinin habelə 28 avqust 2014cü il tarixli 210/151468 №-li kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavə razılaşmanın və 22 oktyabr 2015-ci il tarixli 3 saylı əlavə razılaşmanın etibarsız hesab o lunması barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Azad İmanov) 14 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 06 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «X8 Azərbaycan» QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X8 Azərbaycan” QSC ilə borcalan X6 arasında bağlanmış 27 aprel 2015-ci il tarixli 210/151468 №-li kredit müqaviləsinə dair 6 №-li kredit sazişinin, 28 aprel 2015-ci il tarixli 210/151468 №-li kredit müqaviləsinə dair 7 №-li kredit sazişinin, 07 may 2015ci il tarixli 210/151468 №-li kredit müqaviləsinə dair 8 №-li kredit sazişinin və 08 may 2015-ci il tarixli 210/151468 №-li kredit müqaviləsinə dair 9 №-li kredit sazişinin habelə 28 avqust 2014cü il tarixli 210/151468 №-li kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavə razılaşmanın və 22 oktyabr 2015-ci il tarixli 3 saylı əlavə razılaşmanın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin və apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Mülki Məcəllənin 474.1-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Mülki Məcəllənin 477.0.1-cı maddəsinə görə, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Borcverən “X8 Azərbaycan” QSC və borcalan X1 ilə 28 avqust 2014-cü il tarixdə 210/151468 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavə razılaşma və 22 oktyabr 2015-cu il tarixdə 3 saylı əlavə razılaşma bağlanarkən də iddiaçıların hüquqları pozulmuşdur. Belə ki, onların razılığı olmadan qeyd edilən əlavə razılaşmalarla kredit xətti əvvəlcə 720000 manat, sonra isə 742000 manat olmaqla artırılmışdır. Məhkəmə bu hallara qiymət verməmişdir. Tərəflərin izahatları: Cavabdeh «X8 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəy işdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçılar gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsini yalnız İddiaçı1 münahisələndirdiyindən qətnamə yalnız onun kassasiya şikayəti əsasında kassasiya qaydasında yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, “X8 Azərbaycan” QSC ilə X6 arasında 07 may 2014-cü il tarixli 210/151468 saylı kredit xəttinin açılması barədə müqavilə bağlanmış və müqaviləyə əsasən bank tərəfindən X4 48 ay müddətinə 360000 manat məbləğində kredit xətti ayrılmışdır. Kredit xətti müqaviləsinin təminatı kimi “X8 Azərbaycan” QSC ilə X6 və İddiaçı1 arasında üçtərəfli 07 may 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin İddiaçı1 borclu X3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla bir gə məsuliyyət daşıyır. Həmçinin kredit xətti müqaviləsinin təminatı kimi «X8» QSC ilə X6 və İddiaçı2 arasında üçtərəfli 13 may 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 0,0306 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 542,6 kvadrat metr olan 1 mərtəbəli yaşayış binası ipoteka ilə yüklü edilmişdir. «X8» QSC ilə X6 arasında 28 avqust 2014-cü il tarixdə 07 may 2014-cü il tarixli, 210/151468 saylı kredit müqaviləsinə dair 01 saylı əlavə razılaşma bağlanmış və razılaşmaya əsasən bank tərəfindən R.İddiaçı1 veriləcək kredit xəttinin məbləği (limiti) 720000 manat təşkil etmişdir. «X8» QSC ilə X6 arasında 22 oktyabr 2015-ci il tarixdə 07 may 2014-cü il tarixli 210/151468 saylı kredit müqaviləsinə dair 03 saylı əlavə razılaşma bağlanmış və razılaşmaya əsasən bank tərəfindən R.İddiaçı1 veriləcək kredit xəttinin məbləği (limiti) 742000 manat təşkil etmişdir. «X8» QSC ilə X6 arasında 27 aprel 2015-ci il tarixdə 07 may 2014-cü il tarixli, 210/151468 saylı kredit müqaviləsinə dair 06 saylı kredit sazişi bağlanmış və sazişə əsasən bank tərəfindən X2 illik 10% olmaqla, 27.04.2016-cı il tarixədək 40000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tərəflər arasında 28 aprel 2015-ci il tarixdə 07 may 2014-cü il tarixli, 210/151468 saylı kredit müqaviləsinə dair 07 saylı kredit sazişi bağlanmış və sazişə əsasən bank tərəfindən X2 illik 10% olmaqla, 28.04.2016-cı il tarixədək 54900 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tərəflər arasında 07 may 2015-ci il tarixdə 07 may 2014-cü il tarixli, 210/151468 saylı kredit müqaviləsinə dair 08 saylı kredit sazişi bağlanmış və sazişə əsasən bank tərəfindən X2 illik 10% olmaqla, 07.05.2016-cı il tarixədək 62000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tərəflər arasında 08 may 2015-ci il tarixdə 07 may 2014-cü il tarixli 210/151468 saylı kredit müqaviləsinə dair 09 saylı kredit sazişi bağlanmış və sazişə əsasən bank tərəfindən X2 illik 10% olmaqla, 08.05.2016-cı il tarixədək 81000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçılar bildirir ki, 2017-ci ilin iyun ayında mütəxəssislər tərəfindən ipoteka predmetinə baxış keçirilərkən onlara məlum olmuşdur ki, “X8 Azərbaycan” QSC onlara və borcalan X4 qarşı kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracda satılması tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında mülki iş vardır. Bu barədə borcalan X1 məlum olmuşdur ki, 2015-ci ilin aprel ayında iddiaçıların razılığı və məlumatı olmadan “X8 Azərbaycan” QSC həmin tarixə X2un onlara olan borcunu ABŞ dollarına çevirmiş, nəticədə onların hüquqları pozulmuş, iddiaçılardan İddiaçı1 zamin durduğu borc məbləği, iddiaçılardan İddiaçı2, borcalan X2la bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə şəxsi mülkiyyətində olan daşınmaz əmlakla ipoteka qoyduğu borc məbləği xeyli artırılmışdır. Bu barədə nə borcverən “X8 Azərbaycan” QSC, nə də borcalan X2 iddiaçılara məlumat verməmişdir. Halbuki, həmin sazişlər formal xarakter daşımış, borcverən “X8 Azərbaycan” QSC tərəfindən borcalan X2a xarici valyutada kredit verilməmişdir. Bundan əlavə, borcverən “X8 Azərbaycan” QSC ilə borcalan X2 arasında 28 avqust 2014-cü il tarixdə 210/151468 №-li kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavə razılaşma və 22 oktyabr 2015-ci il tarixdə 3 saylı əlavə razılaşma bağlanarkən də iddiaçıların hüquqları pozulmuşdur. Belə ki, onların razılığı və məlumatı olmadan göstərilən razılaşmalara görə kredit xəttinin məbləği (limiti) müvafiq olaraq artırılmış, 720000 manat və 742000 manat məbləğində müəyyən edilmişdir. Halbuki, 210/151468 №-li kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə 07 may 2014-cü il tarixdə bank ilə iddiaçılardan İddiaçı1 arasında bağlanmış zaminlik müqaviləsində və 13 may 2014-cü il tarixdə bank ilə ipoteka qoyan, iddiaçılardan İdd iaçı2 arasında bağlanmış ipoteka müqaviləsində 07 may 2014-cü il tarixində “X8 Azərbaycan” QSC ilə X6 arasında bağlanmış 210/151468 №-li kredit xəttinin açılması barədə müqavilədə X5 07 may 2018-ci il tarixinədək 48 ay müddətinə 360000 manat məbləğində kredit xətti ayrılmasının nəzərdə tutulması qeyd edilmişdir. İddiaçılar da məhz həmin məbləğə uyğun formada müvafiq olaraq ipoteka müqavilələrini imzalamışlar. Göründüyü kimi mübahisəli sazişləri bağlanarkən iddiaçıların hüquqları pozulmuşdur. Cavabdeh iddiaya etiraz edir və iddianın əsassız olması, həmçinin iddia müddətinin keçməsi səbəbinə görə təmin edilməməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddia əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə düzgün n əticəyə gəlmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Əqdlərin etibarsız hesab edilməsi əsasları isə Mülki Məcəllənin 337.1 və 339-350-ci maddələrində göstərilmişdir. Lakin iddiaçıların öz tələblərinin əsası kimi istinad etdiyi dəlillər qeyd olunan şərtlərə və əsaslara aid deyildir. Həmçinin apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, mübahisələndirilən kredit sazişləri və razılaşmaları bağlanarkən zaminlər İddiaçı1 və İddiaçı2 razılıqları alınmışdır. Lakin hazırda «X8 Azərbaycan» QSC-nin X4, İddiaçı1 və İddiaçı2 qar şı kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracda satılması tələbinə dair mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır və zaminlərin razılıqlarının alınması barədə sənədlərin əsilləri də iddia ərizəsinə əlavə edilmiş və hazırda mülki iş materiallarındadır. Cavabdehin nümayəndəsi tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş məktubdan isə müəyyən olunmuşdur ki, «X8 Azərbaycan» QSC sorğu ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək 27 aprel 2015-ci il tarixli 210/151468 saylı kredit müqaviləsinə dair 6 nömrəli kredit sazişinin, 28 aprel 2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə 7 nömrəli sazişin, 07 may 2015-ci il tarixli 210/151468 saylı kredit müqaviləsinə dair 8 nömrəli kredit sazişinin və 08 may 2015-ci il tarixli 210/151468 saylı kredit müqaviləsinə dair 9 nömrəli kredit sazişinin, habelə 28 avqust 2014-cü il tarixli 210/151468 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavə razılaşmanın və 22 oktyabr 2015-ci il tarixli 3 saylı əlavə razılaşmanın əsillərinin Sumqayıt Apellyasiya Məhkəməsində icraatda olan mülki iş materiallarında olması barədə məlumat verilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin sorğuya cavab verərək bildirmişdir ki, sorğuda qeyd edilən müqavilələr «X8 Azərbaycan» QSC tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddia ərizəsinə əlavə edilmiş və hazırda da 2(105)-125/2018 saylı mülki işin materiallarında saxlanılır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişd ir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisələndirilən kredit sazişlərinin, kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 və 3 saylı əlavə razılaşmaların tərəfi deyildir. Çünki həmin saziş və razılaşmalar «X8 Azərbaycan» QSC ilə X6 arasında bağlanmışdır. Bununla yanaşı iddiaçılar həmin müqavilələrin etibarsız hesab edilməsi tələbini irəli sürmüşlər. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, a pellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini və məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzər ə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən saziş və razılaşmalar bağlanarkən iddiaçıların razılığı alınmasaydı belə bu həmin saziş və razılaşmaların etibarsızlığı üçün əsas deyildir. Çünki həmin hal yalnız Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə «X8 Azərbaycan» QSC-nin İddiaçı1 və İddiaçı2 qarşı iddiasına etirazın əsası kimi çıxış edə bilər. İddiaçıların əlavə Saziş və Razılaşmalardan məlumatlarının olmaması, həmin Saziş və Razılaşmaların iddiaçıların iştirakı olmadan bağlanması və bu hal ın İddiaçı1 vəziyyətinin ağırlaşmasına səbəb olması Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan mülki işdə öz təsdiqini tapacağı təqdirdə bu hal iddianın sonuncuya qarşı iddia tələbinin rədd edilməsi əsasını təşkil edə bilər. Lakin İddiaçı1 tərəf olmadığı halda “X8 Azərbaycan” QSC ilə borcalan X6 arasında bağlanmış müqavilələrin ümumilikdə etibarsız sayılması üçün iddia tələbi verməkdə haqlı olmamış və eyni zamanda işə baxılarkən məhkəmələr tərəfindən həmin müqavilələrin etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu ma ddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7408/2018 nömrəli iş üzrə 14 avqust 2018-ci il tarixli qətnaməsi İddiaçı1 kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar