Məhkəmə qərarları › İş №2(102)-371/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-371/2020

21.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-371/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və X7 ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, vəkil x oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsindən iş üzrə iddiaçı a oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarxili qətnaməsi ilə (hakim M.Bağırova, iş № 2(009)-2351/18) iddiaçı a oğlunun cavabdehlər aaaaaaaaaa oğluna və a a oğluna qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin olunaraq cavabdehlər aaaaaaaaaa oğlundan və aa oğlundan 84488,46 manat əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı a oğluna verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Həmin qətnamədən İddiaçı və Cavabdeh1 apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov-sədrlik edən və məruzəçi, İ.Şirinov və E.Kazımov, iş № 2(103)-13556/18) apellyasiya şikayətləri təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 may 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov-sədrlik edən və məruzəçi, M.Əhmədova və Ə.Rüstəmov, iş № 3581/19) Cavabdeh1 kassasiya şikayəti təmin olunaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova-sədrlik edən və məruzəçi, V.Həsənov və X.Sarıyev, iş № 2(103)-9774/19)cavabdeh aaaaaaaaaa oğlunun apellyasiya şikayəti qismən təmin edilərək Səbail Rayon Məhkəməsinin iş üzrə 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia tələbi qismən təmin edilməklə cavabdehlər aaaaaaaaaa oğlundan və aa oğlundan maddi zərərə görə 8.427 (səkkiz min dörd yüz iyirmi yeddi) manatın və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı a oğluna ödənilməsi qət edilmiş, iddia tələbi qalan hiss ədə təmin olunmamışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsinin qismən – iddianın təmin edilməməsi hissəsində ləğv olunmasını və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı a oğlu cavabdehlər aaaaaaaaaa oğluna və aa oğluna qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərə görə 126.000 manatın və dövlət rüsumuna görə 30 manatın tutularaq iddiaçı a oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 44 saylı mənzil Şahmurad Cəbrayılov adlı şəxsin mülkiyyətində olmuş, onunla iddiaçı a oğlu arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş 15.07.2012-ci il tarixli mənzil kirayə müqaviləsinə əsasən qeyd olunan mənzil aylıq kirayə haqqı 500 manat olmaqla 31.12.2016-cı il tarixədək iddiaçıya kirayəyə verilmişdir. İddiaçı kirayə müqaviləsinin 5.1-ci bəndində göstərildiyi kimi kirayə verənin razılığı ilə və onların arasında olan qarşılıqlı etibara əsasən müqavilə imzalananadək mənzildə 25000 manat məbləğində yaxşılaşdırma işləri aparmış və 15.07.2012-ci il tarixdən 05.11.2012-ci il tarixədək kirayə obyektini çay evi kimi işlətmişdir. Lakin iddiaçının xəbəri olmadan Ş.Cəbrayılov kirayə obyektini 05.11.2012-ci ildə cavabdehlər aaaaaaaaaa oğluna və aa oğluna satmışdır. 18.09.2015-ci il tarixdə isə Cavabdeh2 mənzilin ona aid hissəsini Firudin Allahverdiyevə satmış, sonuncu mənzilin tam mülkiyyətçisi olmuşdur. 0 5.11.2012-ci ildən 2013-cü ilin may ayına kimi yeni mülkiyyətçilər olan cavabdehlərlə iddiaçı arasında müqavilə münasibətləri davam etmiş, iddiaçı kirayə haqqını əvvəlcə Cavabdeh2, sonralar isə Firudin Allahverdiyevə ödəmişdir. 2013-cü ilin may ayında cavabdehlər iddiaçıya bildirmişlər ki, obyekti təmir etdirirlər və təxminən 5-6 aydan sonra yenidən iddiaçının istifadəsinə verəcəklər, ona görə də iddiaçı müvəqqəti olaraq kirayə obyektini boşaltmalıdır. İddiaçı cavabdehlərə inanaraq kirayə obyektini boşaltmışdır. Lakin cavabdehlər iddiaçını aldadaraq onu obyektə buraxmamışlar. Buna görə də iddiaçı hüquqlarının müdafiə olunması barədə məhkəməyə müraciət etmişdir. Cavabdehlər iddiaçını kirayə obyektinə buraxmamaqla və həmin obyektdən iddiaçının istifadə etməsinə imkan verməməklə iddiaçıya kül li miqdarda maddi zərər vurmuşlar. Belə ki, iddiaçı həmin kirayə obyektini çay evi kimi işlədərək hər ay orta hesabla 3000 manat gəlir əldə edirdi. Cavabdehlər iddiaçını 2013-cü ilin may ayından 31.12.2016-cı il tarixədək, yəni 42 ay müddətində kirayə obyektini istifadə etməkdən məhrum etməklə və buna imkan verməməklə ona böyük məbləğdə maddi zərər vurmuşlar. Belə ki, iddiaçı kirayə obyektindən istifadə etməklə hər ay 3000 manat gəlir əldə edəcəkdi ki, bu da 42 ay ərzində 126000 manat qazanc deməkdir. Bununla da iddiaçı cavabdehlərin təqsiri üzündən 126000 manat əldən çıxmış fayda şəklində maddi zərərə düşmüşdür. Buna görə də həmin maddi zərərin cavabdehlər tərəfindən iddiaçıya ödənilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması və həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh1 vəkili Q.Məmmədov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsə lələr: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız iddianın təmin olunmayan hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız kassasiya qaydasında mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məruzəçini, vəkil Q.Məmmədovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 27 avqust 2019-cu il tarixli qətnaməsimübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxararkən aşağıdakıları nəzərə almışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı iş artıq bir dəfə kassasiya baxışının predmeti olmuş və Ali Məhkəmənin Mülki Kollegiyasının 27 may 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş müvafiq göstərişlərlə yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsininqərarında digər dəlillərlə yanaşı, həmçinin qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı 2013-cü ilin may ayında obyekt kimi istifadə olun an mənzili boşaltmasını, həmin ilin avqust ayında fərdi sahibkar qeydiyyatını vergi orqanında ləğv etdirməsini, Bakı Apellyasiya Məhkəməsinin 23.08.2016cı il tarixli mənzilin ona təhvil verilməsi barədə qətnaməsinin icrasını tələb etməməsini, cavabdehlər tərəfindən mənzilin spirtli içki verilən obyektə çevrilməsini əsas gətirərək kirayə münasibətlərini davam etdirməkdən imtina etməsini digər sübutlarla birgə tam və hərtərəfli araşdırmamış, İddiaçı bu hərəkətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinin tələbləri baxlmından hüquqi qiymət verməmişdir. Həmin maddəyə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda 3-cü şəxslərin davranışının zərərin yaranmas ına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınır. MPM-nin 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişlərin icrası qaydasında müəyyən etmişdir ki,İddiaçı 2013-cü ilin may ayında obyekt kimi istifadə olunan mənzili cavabdehlər tərəfindən həmin mənzildə təmir işləri aparıldığına görə boşaltmış, həmin ilin avqust ayında fərdi sahibkar qeydiyyatını vergi orqanında ləğv etdirmiş, təmir başa çatdıqdan sonra cavabdehlər tərəfindən mənzilin spirtli içki verilən obyektə çevrilməsini əsas gətirərək kirayə münasibətlərini davam etdirməkdən, yəni obyektd ən istifadə etməkdən imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, tərəflər arasında bundan əvvəl də başqa məhkəmə mübahisəsi olmuş vəBakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı a oğlunun cavabdehlər X3, X1 və aa oğluna qarşı alqı-satqı müqavilələrinin ləğv edilməsi, mənzilin təmirinə çəkilmiş 25000 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması, kirayə müqaviləsinin tələblərinə əsasən mənzilin iddiaçının istifadəsinə verilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə iddiası qismən təmin olunaraq iddiaçı a oğlu ilə X4 arasında bağlanılmış 15 iyul 2012-ci tarixli müqavilənin tələblərinə əsasən ünvan 3 ünvanda yerləşən 44 saylı mənzillin iddiaçının istifadəsinə verilməsi öhdəliyinin X2 həvalə edilməsi qət olunmuşdur. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 23 avqust 2016-cı il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlmişdir ki, iddia tələbi obyektin təmir üçün bağlandığı 6 ay, yəni 2013-cü ilin may ayından dekabr ayınadək olan müddət üçün ziyanın hesablanaraq ödənilməsi hissəsində əsaslıdır. Belə ki, iş materiallarında olan 2013-cü ilin İİ rübü üçün vergi bəyannamələrindən görünür ki, həmin dövr iddiaçının ümumi gəliri 4.597,40 manat, vergi ödənişi 183,90 manat, muzdlu işlə bağlı xərci 200 manat, icarə haqqı 1500 manat olmaqla rüblük (3 aylıq) mənfəəti 4.213,5 manat olmuşdur. Belə olan halda, iddiaçının bir aylıq gəliri 1.404,5 manat təşkil etmişdir. (4.213,5: 3 ay = 1.404, 5 manat). Odur ki, iddiaçıya obyektin təmir üçün bağlandığı 6 ay, yəni 2013-cü ilin may ayından dekabr ayınadək olan müddət üçün 8.427 (6x1404,5=8.427) manat ziyan dəydiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götü rmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Əldən çıxmış faydanın tutulması qaydası və şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinin qaydaları ilə tənzimlənir ki, həmin qaydalara əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baş a düşülür. Apellyasiya instansiyası məhkəməsi göstərilənləri və kassasiya instansiyası məhkəməsinin 27 may 2019-cu il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmiş və hesab etmişdir ki, belə olan vəziyyətdə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər ara sında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları yalnız apellyasiya instansiyası məhkəməsi tərə findən təmin olunan hissədə sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kə sb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktla ra əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı a oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 27 avqust 2019-cu il tarixli, 2(103)-9774/19 saylı qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar