Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-371/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxx cavabdeh xxx qarşı iş üzrə QƏRARİ iş № 2(102)-371/21 (Açar sözlər: pul tələbi, öhdəliyin mövcud olmaması) Bakı şəhəri, 22 fevral 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və vəkil i Vəkil, Cavabdeh və vəkili iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-485/2020 nömrəli, 19 fevral 2020 -ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 22 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı və cavabdeh uzun illər qohumluq münasibətində olmuşdur.
2. İddiaçı cavabdehin mərhum oğlu X2 (keçmiş kürəkəni) borc pul vermişdir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət edərək, Cavabdeh ğlundan borclu olduğu 18500 (on səkkiz min beş yüz) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdehin xxx 43500 manat məbləğində pul verib, həmin pulun 25000 manatını xxx qaytarıb, 18.500 manat məbləğində pul vəsaitini qay tara bilməyərək borclu qalmışdır. 5. xxx 24.01.2014-cü il tarixdə yazdığı iltizamla qayınatası İddiaçı 18500 (on səkki min beş yüz) manat borcu olmasını, hər il 9250 (doqquz min iki yüz əlli) manat olmaqla həmin pulu 2 ilə qaytaracağına söz vermişdir.
6. Elvir Məmmədov iddiaçının keçmiş kürəkənidir. Elvir Məmmədov iddiaçının qızından 03 noyabr 2016-cı ildə boşanmış, 26.09.2017-ci il tarixdə isə vəfat etmişdir. 7. xxx borcunu atası Cavabdeh qaytaracağına söz vermişdir
8. Sonuncu dəfə Cavabdeh 2017-ci ilin yay aylarında oğlunun borclu qaldığı 18.500 manat məbləğində pulu bir neçə ay ərzində qaytaracağına söz versə də, 2 ildən artıq bir müddət keçməsinə baxmayaraq bu günə kimi borcu qaytarmamışdır.
9. Cavabdeh iddiaçıya Mərdəkan qəsəbəsində, dəniz kənarında yerləşən 0,08 ha torpaq sahəsini te zliklə satıb borcunu qaytaracağını bildirmişdir. Hətta,cavabdeh torpaq sahəsinə verilmiş Dövlət Reyestrindən çıxarışın surətini də iddiaçıya təqdim edərək, sahənin satılmasında ona köməklik göstərməsini də xahiş etmişdir.
10. Sözügedən torpaq sahəsi cavabdeh tərəfdən satılmış, digər şəxslərə olan borcları qaytarılmış, lakin iddiaçıya olan borcdan heç bir ödəniş olunmamışdır.
11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 442, 448, 739 və 740-cı maddələrinə istinad etmişdir.
12. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərib ki, iddiada qeyd olunan pul məbləği oğlu xxx verilərkən iştirak etməmiş, heç bir öhdəlik götürməmişdir. Eyni tələblə bağlı iddiaçı Nərimanov rayon Məhkəməsinə də müraciət edib, həmin iddia tələbində də cavabdeh kimi qoyulmayib. Torpaq sahəsinə gədikdə qeyd edir ki, iddiaçı rəssam olduğundan şəhərin mərkəzində yerləşən ona məxsus emalatxananın özəlləşdirilməsi üçün ondan bir qohum kimi pul istəmiş, o da ona məxsus olan torpağın sənədini iddiaçıya vermişdir ki, satıb emalatxanasını özəlləşdirsin. Yəni bağın satılması məsələsi borca görə olmayıb.
13. Mərhum xxx ona vərəsəlik qaydasında heç bir mülk, əşya qalmamışdır. Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 14.Abşeron Rayon Məhkəməsinin 2(012)-8830/2019 nömrəli iş üzrə 24 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Habil Əhmədov)
15. Məhkəmə toplanmış sübutlara əsasən müəyyən edib ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 fevral 2017-ci il tarixli qətnaməsi ilə X1 İddiaçı xeyrinə 18.500 (on səkkiz min beş yüz) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması qət olunmuşdur.
16. İddiaçı ilə cavabdehin oğlu Elvir Məmmədov arasında 18.500 manat məbləğində borcun qaytarılması ilə əlaqədar öhdəlik yaranmışdır.
17. Birinci instansiya məhkəməsi qeyd edib ki, qanunvericiliyin tələblərinə əsasən öhdəliyin yaranması üçün zərər vurulması, əsassız varlanma və yaxud tərəflər arasında müqavilə olmalıdır. Tərəf olmayan üçüncü şəxs başqa bir öhdəliyə görə vəzifə daşıya bilməz.
18. Birinci instansiya məhkəməsinə görə cavabdehlə iddiaçı arasında qanunun qeyd etdiyi tələblərin heç biri olmamışdır. Cavabdeh üzərinə heç bir öhdəlik götürməmişdir. Həmçinin iddiaçı cavabdehin mərhum xxx əvəzinə borcu qaytarmaq öhdəliyini üzərinə götürdüyünü bildirsə də, bun u sübut edə bilməmişdir.
19. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1.387.1, 387.3 və Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti vermiş və qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə işi hər tərəfli araşdırmamışdır.
22. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-485/20120 nömrəli, 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Tel man Məmmədov)
23. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh qeyd olunan borc münasibətinin tərəfi olmamış, həmin müqavilənin tərəfi cavabdehin mərhum oğlu E.Məmmədov olmuş və Cavabdeh özü bu müqavilə üzrə üzərinə hər hansı bir öhdəlik götürməmişdir.
24. Apellyasiya instansiyası qeyd edib ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Bu mənada sübut etmə yükü daşıyan iddiaçı tələb etdiyi pulun cavabdeh tər əfindən qaytarılması öhdəliyi ilə bağlı hər hansı bir tutarlı sübut təqdim edə bilməmişdir.
25. Apellyasiya instansiyasının mövqeyinə görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı kassasiya şikayəti vermiş, şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kasassiya şikayəti apel lyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, şikayətdə apellyasiya instansiyasının maddi və prosessual hüquq normalarını pozmasına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmuş, etirazda şikayətin dəlillərinin formal olması, iddiaçının hər məhkəmə instansiyasında işin faktiki halları ilə bağlı fərqli mövqe göstərməsi bildirilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
30. Məhkəmə kollegiyasının iclasında Cavabdeh xxx kassasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Madd ə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Madd ə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və pro sessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində iddiaçı apelyasiya instansiyasının qətnaməsini tam mübahisələndirmişdir. Bu baxımdan məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. İddia tələbi pulun qaytarılması barədədir. İddiaçı tələbinin faktiki əsası kimi Cavabdeh oğlu Elvir Məmmədovun 24 yanvar 2014-cü il tarixdə yazdığı qəbzə istinad etmişdir.
35. Hər bir iddia tələbi də o halda təmin edilir ki, iddianın əsaslandığı hallar sübuta yetirilsin.
36. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından isə görünür ki, Cavabdeh qeyd olunan borc munasibətinin tərəfi olmamış, həmin muqavilənin tərəfi cavabdehin mərhum xxx olmuş və Cavabdeh iddiaçının istinad etdiyi qəbz üzrə üzərinə hər hansı bir ohdəlik goturməmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları, sübut etməməsinə isti nad edərək, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
38. İş materialarından görünür ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, i nkar edənin deyil, iddia edənin üzərinə düşür.
40. Bu baxımdan, məhkəmə kollegiyası apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətlərinin dəlillərini əsasız sayır.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2020 il tarixli 2(105)-485/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Azərbaycan Respublik ası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ “ 22 ” fevral 2021-ci il iş № 2(102)-371/2021 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdiyev Şəhriyar Əli oğlunun katibliyi ilə, Sumqayıt Regional vəkil bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına göstərdiyi hüquqi yardımla bağlı təqdim etdiyi hesabatı nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı vəkili Vəkil tərəfindən Sumqayıt Apellyasiya Məhkəmənin Mülki Kollegiyasının 19 fevral 2020-cu tarixli, 2(105)-4856/2020 saylı qətnaməsindən kassasiya şikayəti tərtib edilmişdir. Vəkili Vəkil dövlət büdcəsi hesabına İddiaçı 30 saat müddə tində hüquqi yardım göstərilməsi barədə hesabat təqdim edərək onun hesabına 180 manat xidmət haqqı ödənməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli 32 nömrəli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Qərarın 4-cü bəndində göstərilir ki, bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə or qanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, hesabatda göstərilənlər qismən təmin edilməlidir. Vəkil Rasim Bəgülov hesabatda dövlət büdcəsi hesabına İddiaçı 30 saat müddətində hüquqi yardım göstərilməsini kassasiya şikayətinin hazırlanması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası Vəkil qətnamədən kassasiya şikayətinin hazırlanması ilə əlaqədar 30 saat müddəti işin halları və kasasiyanın həcmi baxımından ağlabatan hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin hazırlanmasına və məhkəmədə müdafiəsi ilə əlaqədar 20 saat vaxt daha ağlabatandır. Buna görə də dövlət büdcəsindən hüquqi yardımın göstərilməsi üçün nəzərdə tutulmuş vəsait hesabına Sumqayıt Regional vəkil bürosunun vəkili Vəkil 20 saatlıq xidmət üçün 120 manat məbləğində pul vəsaiti ödənilməlidir. Qeyd edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 67.2 və 121.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Dövlət büdcəsindən hüquqi yardımın göstərilməsi üçün nəzərdə tutulmuş vəsait hesabına Vəkil 120 manat (yüz iyirmi manat) məbləğində pul vəsaiti Sumqayıt Regional vəkil bürosunun hesabına köçürülsün. Qərardadın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin.