Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3710/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Bakı şəhəri Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi Cavabdeh qarşı “binanın zirzəmisinin ilkin birtipli layihəyə uyğun bərpa edilməsi” tələbinə dair ilkin, müstəqil tələb irəli sürən üçüncü şəxs aoğlunun cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti, Cavabdeh, Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı “binanın ilkin layihə vəziyyətinə qaytarılması, qanunsuz tikilinin sökülməsi, restoranın və restoranın borusunun ləğv edilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: binanın zirzəmisinin ilkin birtipli la yihəyə uyğun bərpa edilməsi, binanın ilkin layihə vəziyyətinə qaytarılması, qanunsuz tikilinin sökülməsi, restoranın və restoranın borusunun ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X3 (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Cavabdeh qarşı “binanın zirzəmisinin ilk birtipli layihəyə uyğun bərpa edilməsi” tələbinə dair ilk, müstəqil tələb irəli sürən üçüncü şəxs aoğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-ə və qeyrilərinə qarşı “binanın ilkin layihə vəziyyətinə qaytarılması və sair” iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1373/2023 nömr əli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 5707 saylı, xx.xx.2015-ci il tarixli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 7400 saylı icarə müqaviləsi əsasında icarəyə götürülmüş ünvan 1 ünvanında yerləşən 90,2 kv.m qeyri-yaşayış sahəsinin alqı-satqısına dair Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini X4 ilə (satıcı) Cavabdeh (alıcı) arasında müqavilə bağlanmışdır.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı № ******* nömrəli çıxarışa əsasən, ünvan 2 ün vanda 90,2 kv.m zirzəmi (qeyri-yaşayış sahəsi) tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 151 nömrəli reyestr kitabının 14148 nömrəli vərəqində 04 mart 2015-ci il tarixində qeydiyyata alınmışdır.
3. Məhkəmə Ekspertizası Mərkəzinin 22745 saylı, 04 yanvar 2019-cu il tarixli rəyinə əsasən, 1-ci, 2-ci və 3-cü suallar üzrə ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsi üzrə baxış zamanı müəyyən olunmuş məlumatlarla mülki iş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli Texniki pasportun məlumatları müqayisə edilərkən, həmin qeyri-yaşayış sahəsinin 4, 5 və 6 saylı tikililərində, küçə tərəfə olan divarda (0,58x1,1) metr, (0,57x1, 12) metr və (0,5x1,5) metr ölçüdə nəfəsliklər açıldığı və həmin nəfəsliklərin texniki pasportda əks olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na əsasən, tikililərin inşa edilməsi, həmçinin binalarda hər hansı dəyişikliklərin və yenidənqurma işlərinin aparılması, layihə smeta sənədləri tərtib edildikdən, müvafiq qaydada ekspertizadan keçirildikdən və aidiyyatı orqanlarla razılaşdırıldıqdan sonra həyata keçiri lə bilər. Qeyd olunur ki, məhkəmənin xx.xx.2018-ci il tarixli məktubu ilə Mərkəzə daxil olmuş fotoşəkillərdə və tədqiq olunan qeyri-yaşayış sahəsinə dair layihə sənədlərinin konstruksiya hissəsində, həmin qeyriyaşayış sahəsinin divarlarında açılmış nəfəsliklərin həmçinin mövcud qapı boşluqlarmın ətrafında müvafiq gücləndirmə işləri aparıldığı göstərilmişdir. 4-cü sual üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssisi tərəfindən qərardadda qoyulmuş suallar üzrə araşdırmalar aparılaraq 15 oktyabr 2018-ci il tarixli mütəxəssis rəyi tərtib edilmişdir. Mütəxəssis rəyinə əsasən, aşağıdakılar göstərilmişdir: a) Binanın zirzəmisində 90.2 m2 hissəsində aparılan təmir bərpa işləri və konstruksiyasında edilmiş dəyişikliklər, müvafiq dövlət orqanlarından icazə alınmadan, konstruktiv hesabata, layihə həllinə əsaslanmadan, tikinti norma və qaydalarına əməl olunmadan aparılmışdır. b) Aparılan təmir-bərpa işləri zamanı fasad hissədə “E” oxu üzrə 2-3 oxları arası hissədə 1.0x2.0(h)m ölçüsündə 1 ədəd qapı boşluğu arxa və yan fasadlarda yükdaşıyan divar panellərində 4 ədəd 0.6mx0.6(h)m və 3 ədəd 1.0mx0.6(h)m ölçülərində nəfəsliklər, daxili orta divarda “b” oxu üzrə 2-3 oxları arasında 0.8mx2.4(h)m ölçüsündə qapı boşluğu açılmışdır. E və B oxları arasında, 3, 4, 5 və 6 oxlarındakı 4 ədəd divar panelində mövcud boşluqların yuxarı hissəsi 40 sm ölçüsündə oval formada dağıdılmışdır. c) Təmir və bərpa işlərindən əvvəl arxa və yan fasad panellərində heç bir boşluq olmamışdır. Təmir və bərpa işlərindən sonra divar panellərində 2 ədəd qapı və 7 ədəd nə fəslik üçün boşluqlar açılmışdır. d) Binanın zirzəmisində aparılan yenidənqurma işləri zamanı yükdaşıyan konstruksiyaların dağıldığından binanın gələcəkdə istismarı zamanı hər hansı bir seysmiki və dinamiki təsirlərə qarşı dayanıqlığı zəiflədilmiş və binanın sakinlərinin həyatı üçün təhlükəli vəziyyət yaranmışdır. Gələcəkdə binanın dayanıqlığını təmin etmək üçün sökülmüş və dağıdılmış konstruksiyalarda instrumental müayinə aparılmalı, müvafiq layihə əsasında bərpa-gücləndirmə işləri yerinə yetirilməli, binanın zirzəmisi ilkin birtipli layihəsinə uyğun olaraq bərpa edilməlidir. e) Tədqiq olunan binaya baxış zamanı həmin binanın küçə tərəfə olan yükdaşıyan divarında beton konstruksiyanın (0,58x1,1) metr, (0,57x1,12) metr və (0,5x1,5) metr ölçüdə kəsilərək nəfəsliklər açıldığı, eyni zamanda a yrı-ayrı konstruktiv elementlər üzərində, o cümlədən yükdaşıyan divarlarda çat, qabarma, çökmə, deformasiya əlamətləri olmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, tədqiq olunan zirzəmidə aparılmış təmir-bərpa işlərinin binanın dayanıqlığına hər hansı təsir göstəribgöstərməməsi, mütəxəssis rəyində də qeyd olunduğu kimi, həmin bina üzrə aidiyyatı təşkilatlar tərəfindən müvafiq müayinə-tədqiqat işləri aparılmaqla müəyyən edilə bilər. Lakin ekspertizaya təqdim olunmuş sənədlərdə binanın zirzəmisində aparılmış təmir-bərpa işlərinin binanın dayanıqlığı baxımından təhlükə yaradıb-yaratmamasının müəyyən edilməsi üçün mütəxəssislər tərəfindən instrumental müayinələr və konstruktiv hesabatlar aparılmamışdır. Bu səbəbdən də qoyulmuş sual üzrə tədqiqat aparılması və nəticə verilməsi mü mkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 39 A saylı binanın zirzəmisinin 90,2 kv.m hissəsində 0,6x0.6 m ölçüdə olan 6 ədəd və 1,0x0,6m ölçüdə olan 1 ədəd nəfəslik, 1,0x2,0m və 2,4x0,8m ölçüdə qapı boşluqlarının cavabdehin vəsaiti hesabına bərpa-gücləndirmə işləri yerinə yetirilməklə binanın zirzəmisinin ilkin birtipli layihəyə uyğun olaraq bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 39 A saylı çoxmənzilli yaşayış binalarınn sakinləri kollektiv şəkildə Bakı şəhər İcra Hakimiyyətinə və Fövqaladə Hallar Nazirliyinə müraciət edərək binalarının zirzəmisində özbaşına tikilinin aparılması, qapı-pəncərə və digər oyuqlar açılmaqla qeyri məqsədlər üçün istifadə olunmasını qeyd etmiş və tədbir görülməsini xahiş etmişlər. Qeyd olunan məktublar baxılması və müvafiq tədbirlər görülməsi üçün Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. Göstərilənlərlə bağlı Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən araşdırma aparılmış və qeyd olunanlar təsdiq edilmişdir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 39 A saylı binanın zirzəmisində müəyyən olunmuş layihədən kənar aparılmış tikili və oyuqlar ilə bağlı hüquq müəyyənedici sənədlərin MKTB-yə təqdim olunması barədə bildiriş təqdim edilmiş, lakin, heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmadığından Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən tərtib edilərək təsdiq olunmuş 18 dekabr 2017-ci il tarixli aktda göstərilən qaydada bərpa edilməsi məqsədi ilə onlar tərəfindən cavabdehə 18 yanvar 2018-ci il tarixli xəbərdarlıq təqdim edilmişdir. Bundan sonra MKTB-nin əməkdaşları tərəfindən yerində araşdırma aparılaraq həmin bina həmçinin də buna lazımı icazələr almadan və şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina kimi qiymətləndirilmiş və MKTB-nin maraqlarına toxunduğuna görə sahibinin şəxsi vəsaiti hesabına bərpası zəruriliyi Cavabdeh bildirilməklə bu barədə müvafi q akt tərtib edilmişdir. Görülmüş işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq İcra Hakimiyyəti orqanları ilə razılaşdırılması”na zidd olaraq aparılmışdır.
6. Müstəqil tələb irəli sürən üçüncü şəxs aoğlu (bundan sonra –üçüncü şəxs) cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinə, Cavabdeh, Binəqədi Rayon İcra Hakimiyyətinə və 3-cü şəxs Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı qarşılıqlı iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özəlləşdirilməsi qanunvercili kdə qadağan edilmiş texniki zirzəmilərinin ƏMDK tərəfindən cavabdehin adına özəlləşdirilməsini təsdiq edən çıxarışın etibarsız hesab edilməsi, binanın qəzalı vəziyyətdən çıxarılması, orada yaşayan 48 ailənin həyatını xilas etmək üçün dağıntıların və söküntülərin ekspertizası sahəsində əsas dövlət qurumu olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin aktında göstərilən bütün dağıntı və söküntülərin cavabdehin vəsaiti hesabına bərpa edilərək ilkin layihəyə qaytarılması, binanın həyətinin qanunsuz zəbt edilməsinin qarşısını almaq məqsədi ilə cavabdehin tikdiyi çardağın və saldığı gül kolluqlarının sökülməsi, binada baş verə biləcək gələcək yanğınların, mənzillərinə dolan tüstünün, digər mənşəyi məlum olmayan iyi-qoxunun qarşısını almaq, insanların sağlaml ığını qorumaq məqsədi ilə cavabdehin tikdiyi restoranın və onun 13 mərtəbəli evin hündürlüyünə qaldırdığı borusunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) etibarsız çıxarışla cavabdehin adına özəlləşdirdiyi, cavabdehin əksər fundamental və yükdaşıyan divarlarını dağıdıb sökdüyü, Binəqədi Rayon İcra Hakimiyyətinin dağıntı və söküntülərinə şərait yaratdığı texniki zirzəmi bilavasitə onun yaşadığı Naxçıvani küçəsi, 39 A saylı binanın birinci mərtəbəsindəki mənzilinin altında yerləşir. Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi bütün qanunlar binaların zirzəmi hissələrinin icarəyə verilməsini və özəlləşdirilməsini qadağan edir. ƏMDK qanunvericiliyə zidd olaraq texniki zi rzəmilərini etibarsız çıxarışla özəlləşdirmişdir. Həmin zirzəmi texniki zirzəmidir. Texniki zirzəmi binanın bütün mənzillərinə (48 mənzilə) xidmət edir. Binalarının dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki, istilik sistemləri və digər avadanlığı habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə binalarının tərkib hissəsi mülkiyyətçilərinə, yəni binada yaşayan 48 ailəyə mənsubdur. ƏMDK-ya dəfələrlə özəlləşdirilməsi, icarəyə verilməsi qadağan olunan çoxmənzilli binanın zirzəmisinin nəyə istinadən özəlləşdirildiyi barədə müraciət etmişdir. Müraciətlərinə cavab olaraq bildirilmişdir ki, həmin zirzəmi dövlət proqramı ilə özəlləşdirilmişdir. Dövlət proqramları ümumiyyətlə qanun yanında hüquqi qüvvəsi olmayan bir neçə şəxs tərəfindən hazırlanan, konkret sahələ r üzrə qanunların daha yaxşı işlənməsini təmin edən bir sənəddir. Zirzəmilərin özəlləşdirilməsi qanuni hesab edilsə belə, heç bir proqramda texniki zirzəminin özəlləşdirilməsi və ya icarəyə verilməsi haqqında hər hansı bir müddəa görülməz. Təsadüfən bu olsa da, bu proqram qanunlara zidd olacaq. ƏMDK binalarının texniki zirzəmisini özəlləşdirməklə Azərbaycan Respublikasının qanunlarına zidd hərəkət etmişdir. Cavabdeh ƏMDK tərəfindən ona etibarsız çıxarışla verilən zirzəminin həm fəsad hissələrinə, həm də daxilində yerləşən dəmir-beton panellərin demək olar ki, hamısını dağıdıb tökmüş, ilkin layihədə olmayan qapı və pəncərə oyuqları açmışdır. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi binalarının texniki zirzəmisinin aparıcı və fundamental divarlarının uçuru lması haqqında ekspertizasının nəticələrini əks etdirən 16 sentyabr 2016-cı il tarixli məktubuna və aktına Binəqədi Rayon İcra Hakimiyyəti ciddi bir əhəmiyyət verməmişdir. Binalarının zirzəmisi 2 il müddətində bütün səlahiyyətli şəxslərin gözü qarşısında dağıdılmışdır. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə edilmiş yeni müraciət nəticəsində akt tərtib edilmiş, həmin aktda binanın zirzəmisinin cavabdehə məxsus olan və olmayan hissələrində 17 fundamental dəmir beton paneldən 11 fundamental dəmir paneldə dağıntılar və söküntülər törədilmişdir. Bundan başqa, həmin aktda göstərilir ki, binanın zirzəmisinin cavabdehə məxsus olan hissəsində dəmir-beton konstruksiyaların demək olar ki, hamısı dağıdılmış və sökülmüşdür. Fövqaladə Hallar Nazirliyi binanın və ziyyətini belə təsvir emişdir ki, binanın zirzəmisində aparılan yenidənqurma işləri zamanı yükdaşıyan konstruksiyalar dağıdıldığından, binanın gələcəkdə istismarı zamanı hər hansı bir seysmik və dinamik təsirlərə qarşı dayanıqlığı zəiflədilmiş və binanın sakinlərinin həyatı üçün təhlükəli vəziyət yaranmışdır. Gələcəkdə binanın dayanıqlılığını təmin etmək üçün sökülmüş və dağıdılmış konstruksiyalarda instrumental müayinə aparılmalı, müvafiq layihə əsasında bərpa-gücləndirmə işləri yerinə yetirilməli, binanın zirzəmisi ilkin birtipli lahiyəsinə uyğun olaraq bərpa edilməlidir. Həbs edilənə və əmlakı müsadirə olunan zamana kimi cavabdeh texniki zirzəmilərinin 70 kv metr hissəsini icarəyə götürmüşdü. Həbsdən azad olunduqdan sonra ƏMDK cavabdehə 90 kv metr sahə vermişdir. İndi cavabdeh binaların ın texniki zirəmisinin bütün sahəsini zəbt etməklə məşğuldur. Binalarının həyətinin 100 kv metr hissəsini də həyətlərində böyük çardaq tikməklə, gül kolları salmaqla zəbt etmiş cavabdeh eyni zamanda həyətlərində tikdiyi çardaqla pəncərələrinin qarşısını da kəsmişdir. Həmçinin zirzəmidən çıxan tüstü bütün mənzillərə dolur və kəskin iyi-qoxu gəlməkdədir. İndi cavabdeh texniki zirzəmilərində restoran açmışdır. Binada hər an yanğın və partlayış ola bilər. İnsanlar ekoloji situasiyanın korlanmasından və naməlum maddələrin iyindən ağır xəstəliklərə düçar ola bilər. Sakinlərin kollektiv tələbini nəzərə alan Bakı şəhər İcra Hakimiyyəti 2001-ci ildə bir dəfə texniki zirzəmilərinin qeyri-qanuni qapısını bağlatdırsa da, sonradan cinayətlə ittiham olunan Fərhad Əliyev tərəfindən yenidən sökülərək açıl mışdır. ƏMDK-nın verdiyi etibarsız çıxarışın nəticəsində binalarının texniki zirzəmisindəki dəmir beton panellərin əksəriyyəri dağıdılmışdır. Bu səbəbdən binaları qəzalı vəziyyətə düşmüşdür. Dövlət orqanları dağıntı və söküntülərin qarşısını almadığından, cavabdeh texniki zirzəminin bütün sahəsini və 100 kv metr sahəni də işğal etmişdir. 13 metr hündürlüyündə, 40-45 sm diametrində tikdirdiyi restoran üçün bir boru qaldırmış, restoran açmış, elə birici gün yanğın təhlükəsi yaranmış, insanlar az qalmışdır ki, tüstüdən boğulsunlar.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-400/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 12227 saylı, 11 sentyabr 2019-cu il tarixli rəyinə əsasən, 1 -ci, 2-ci və 3-cü suallar üzrə ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsi üzrə baxış zamanı müəyyən olunmuş məlumatlarla mülki iş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli Texniki pasportun məlumatları müqayisə edilərkən, həmin qeyri-yaşayış sahəsinin 4, 5 və 6 saylı tikililərində, küçə tərəfə olan divarda (0,58x1,1) metr, (0,57x1,12) metr və (0,5x1,5) metr ölçüdə nəfəsliklər açıldığı və həmin nəfəsliklərin texniki pasportda əks olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qur ğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na əsasən, tikililərin inşa edilməsi, həmçinin binalarda hər hansı dəyişikliklərin və yenidənqurma işlərinin aparılması, layihəsmeta sənədləri tərtib edildikdən, müvafiq qaydada ekspertizadan keçirildikdən və aidiyyətı orqanlarla razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. Qeyd olunur ki, məhkəmənin xx.xx.2018-ci il tarixli məktubu ilə Mərkəzə daxil olmuş fotoşəkillərdə və tədqiq olunan qeyri-yaşayış sahəsinə dair layihə sənədlərinin konstruksiya hissəsində, həmin qeyriyaşayış sahəsinin divarlarında açılmış nəfəsliklərin həmçinin mövcud qapı boşluqlarının ətrafında müvafiq gücləndi rmə işləri aparıldığı göstərilmişdir. 4-cü sual üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsi tərəfindən Binəqədi məhkəməsinə ünvanlanmış xx/xx-01593 saylı, xx.xx.2019-cu il tarixli məktubda ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair təqdim olunan layihə sənədlərinə baxıldığı və layihə natamam olduğuna görə onun ekspertizasının mümkün olmadığı göstərilmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2019 tarixli, 2(001)-400/2019 saylı qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) ilkin iddia tələbi tam, müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddia tələbi qismən təmin edilmiş, cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 39A saylı binanın zirzəmisinin 90,2 kv.m hissəsində 0,6x0,6 m ölçüdə olan 6 ədəd və 1,0x0,6 m ölçüdə olan 1 ədəd nəfəslik, 1,0x2,0 m və 2,4x0,8 m ölçüdə qapı boşluqları cavabdehin hesabına bərpa-gücləndirmə işləri yerinə yetirilməklə, binanın zirzəmisinin ilkin birtipli layihəsinə uyğun bərpa edilməsi, müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiasının qalan hissədə təmin edilməməsi, cavabdehdən 10 manat dövlət rüsumunun alınaraq iddiaçıya, 10 manat dövlət rüsumunun alınaraq müstəqil tələblər irəli sürən üçüncü şəxsə verilməsi, ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 manatın cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıv ani küçəsi 39A saylı binanın zirzəmisinin 90,2 kv.m hissəsində 0,6x0,6 m ölçüdə olan 6 ədəd və 1,0x0,6 m ölçüdə olan 1 ədəd nəfəslik, 1,0x2,0 m və 2,4x0,8 m ölçüdə qapı boşluqları açılması ilə aparılan təmir bərpa işləri və konstruksiyasında edilmiş dəyişikliklər, müvafiq dövlət orqanlarından icazə alınmadan, konstruktiv hesabata, layihə həllinə əsaslanmadan, tikinti norma və qaydalarına əməl olunmadan aparılmış, bu yenidənqurma işləri zamanı yükdaşıyan konstruksiyalar dağıldığından binanın gələcəkdə istismarı zamanı hər hansı bir seysmiki və dinamiki təsirlərə qarşı dayanıqlığı zəiflədilmiş və binanın sakinlərinin həyatı üçün təhlükəli vəziyyət yaranmışdır.
11. Belə olan halda məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi və müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiasının binanın qəz alı vəziyyətdən çıxarılaraq ilkin layihəyə qaytarılması hissəsi təmin edilməli, Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 39A saylı binanın zirzəmisinin 90,2 kv.m hissəsində 0,6x0,6 m ölçüdə olan 6 ədəd və 1,0x0,6 m ölçüdə olan 1 ədəd nəfəslik, 1,0x2,0 m və 2,4x0,8 m ölçüdə qapı boşluqları Cavabdeh hesabına bərpa-gücləndirmə işləri yerinə yetirilməklə, binanın zirzəmisinin ilkin birtipli layihəsinə uyğun bərpa edilməlidir.
12. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə isə qeyd etmişdir ki, hazırkı mübahisə üzrə ünvan 2 ünvanda 90,2 kv.m zirzəminin (qeyri-yaşayış sahəsi) tam mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmasının etibarlığını şübhə altına alan qanunla müəyyən edilmiş heç bir əsas müəyyən edilməmiş, həmin qeyri-yaşayış sahəsi alqı-satqı müqaviləsi əsasın da onun adına qeydə alınmış, müqavilə iştirakçıların iradə və bu iradə ifadəsinin müvafiqliyinə, habelə əqdin formasına riayət etməklə bağlanmış və bu müqavilənin etibarlığını şübhə altına alacaq hal müəyyən edilməmişdir. Sözügedən müqavilə etibarsız hesab edilmədiyindən onun əsasında qanunvericiliyin tələblərinə riayət edilməklə cavabdehə verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxırış” da etibarsız sayıla bilməz. Həmçinin mübahisəli qeyri-yaşayış sahəsinin istifadəsi nəticəsində digər daşınmaz əmlakın mülkiyyətçilərinin öz sahələrindən istifadə etmələrinə maneçilik yaranması müəyyən edilmədiyindən üçüncü şəxsin iddiasının qalan hissələrinə də təmin edilməməlidir.
13. Məhkəmə mövqeyini, Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 152, 170.2, 171.1, 227.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 1.2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 55.1, 76.1, 77.1, 78.1, 80, 81, 88, 107, 115.0.1, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs qətnamədən ayr ı-ayrılıqda apellyasiya şikayəti vermişlər.
15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək ilk iddia və üçüncü şəxsin iddiasının tam həcmdə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qət etdi hissəsində ümumilikdə 7 ədəd nəfəsliyin və qapı boşluqlarına dair hissədə ciddi qanun pozuntusuna yol vermiş, dövlət tərəfindən qorunan mülkiyyət hüququna müdaxilə etmişdir. Ən azından həmin nəfəsliklərdən 4 ədədi və qapı boşluqlarının isə hamısı mülkiyyət predmeti olan qeyri-yaşayış sahəsinin ayrılmaz hissəsielementi olmaqla mülkiyyət hüququnu təsdiq edən sənədlərlə dövlət tərəfindən təsdiqlənmişdir. Lakin məhkəmə, ekspert rəylərinin təsviri və nəticə hissələrini düzgün qiymətləndirməmişdir. Bundan başqa, onun tərəfindən həmin qeyri-yaşayış sahəsində heç bir söküntü işləri aparılmamışdır. Texniki Pasporta əksini tapmayan digər 3 ədəd nəfəslik isə, həmin qeyri-yaşayış sahəsində heç bir söküntü işləri aparılmamışdır. Texniki Pasporta əksini tapmayan digər 3 ədəd nəfəslik isə, həmin qeyri-yaşayış sahəsində əvvəllərdə olmuşdur. Sadəcə qeyri-yaşayış sahəsi özəlləşdirilərkən hansı səbəbdən Texniki pasportda qeyd edilmədiyi ona naməlum qalmış, özəlləşdikdən sonra isə sənədləşmə hissəsinə diqqət etməmişdir. Lakin bütün təmir işləri onun tərəfindən məhkəməyə təqdim edilən xüsusi lisenziya əsasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən tərtib və təsdiq edilmiş memarlıq planlaşdırma layihəsi əsasında aparılmış. əksinə, ekspert rəyində qeyd edildiyi kimi təmir iş ləri gücləndirmə işləri aparmaqla həyata keçirilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi qətnamənin qət etdi hissəsində, bərpa gücləndirmə işlərinin binanın zirzəmisinin ilkin birtipli layihəsinə uyğun bərpa edilməsini qət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı binanın ilkin layihəsi iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmamışdır. Lakin belə bir layihənin sübut qismində məhkəmə araşdırmasının obyekti kimi mövcud olmasına baxmayaraq, məhkəmə tərəfindən əsassız olaraq qət edilən hər hansı bir hərəkətin mövcud olmayan məfhumla müqayisə edərək bərpa gücləndirmə işlərinin binanın zirzəmisinin ilkin birtipli layihəsinə uyğun bərpa edilməsini qət etmişdir. Bundan başqa, müstəqil tələb irəli sürən 3-cü şəxsin qərəzli qonşu kimi hazırki iddianı qaldırmasına səbəb, onun əmlakı olan bu qeyri-yaşayış sahəsini ələ keçirib özünün 1-ci mərtəbəsində olan mənzili də onun əmlakına qatıb böyük qeyri-yaşayış sahəsinə malik olmaq arzusudur. Üçüncü şəxs bununla bağlı çertyoj çəkdirmişdir. Bütün səbəb bu layihəsini həyata keçirmək üçün onu əsassız iddialar və şikayətlərlə bezdirib əmlakını ələ keçirmək istəyidir. Belə ki, bu məsələ ilə bağlı gülünc olan bir təkliflə - əmlakını ona 1500 manata satmağını, 12 ay ərzində isə hər ay 500 manat vermək üçün ona müraciət etmişdir.
17. Üçüncü şəxs apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək qarşılıqlı iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
18. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianın qalan hissəsinin təmin olunmaması üçün birinci instansiya məhkəməsi özünün qətnaməsində 1, 3, 4- cü tələbləri təmin etməmək üçün özəlləşdirməyə icazə verməyən qanunları bir kənara ataraq zirzəminin və texniki zirzəmilərin özəlləşdirilməsinin mümkünlüyü haqqında qanun olmadığından birinci instansiya məhkəməsi çıxarışı etibarlı etmək üçün əvvəlcə alqı-satqı müqaviləsi hazırlandığını bəyan edir. Məhkəmə izah etmir ki, qanun özəlləşdirməyə imkan verməyən zirzəmini və texniki zirzəmini alıb-satmağa hardan icazə verir. Alqı-satqı müqaviləsi ancaq özəlləşdirilməsi mümkün olmayan obyeklər üçün imzalanmış alqı-satqı müqavilələri etibarsızdır (qanunsuzdur). Kimin nə ixtiyarı var ki, binanın sakinlərinin ümumi mülkiyyətini kiməsə satsın? Cavabdehin ödədiyi dəyər binanın sakinlərinə ödənilməyib. Ona görə çıxarışın dövlət reyestrində qeydiyyatı da etibarsızdır. Çıxarış etibarsız olduğundan cavabde hin zirzəmiyə mülkiyyət hüququ da etibarsızdır. Cavabdehin onların binasının həyətində heç bir torpağı yoxdur. Onun binanın texniki zirzəmisində 90 kv.m sahəyə etibarsız çıxarışı var. Birinci instansiya məhkəməsi qeyri-qanuni çardağın sökülməsi haqqında iddianı təmin etməməklə qanunsuz zəbt olunmuş ərazinin cavabdehə verilməsinə qeyri-qanuni olsa belə şərait yaradır.
19. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehin apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə qismən razıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi mübahisəli zirzəmini özəlləşdirən zaman qanun pozuntusuna yol vermişdir, buna görə də həmin zirzəmiyə verilmiş çıxarış etibarsızdır. Zirzəmi nin özəlləşdirilməsi qanun pozuntuları ilə aparılmışdır. Halbuki bu zirzəmilər binada yaşayan şəxlərin birgə mülkiyyətidir. Cavabdeh onların zirzəmisində divarı deşməklə 2 ədəd qapı boşluğu düzəltmişdir. Binanın 19 ədəd dəmir beton panelində oyuqlar açmışdır. Fövqaladə Hallar Nazirliyi və Tikintidə X2 Agentliyi müxtəlif aktlar hazırlayaraq binanın yaşayış üçün təhlükəli olduğunu bildirmişdir. Zirzəminin təyinatı dəyişdirilmişdir. Cavabdeh bildirir ki, o hansısa şirkətdən layihə almış və onun əsasında işlər görmüşdür. Tərəfə icazə verildiyini sübut edən sənədlər təqdim olunmamışdır. Binanın həyətində demək olar ki, hərəkət etmək olmur. Bu gün mənzildə hər-hansı deformasiya yoxdur. Mübahisəli zirzəmiyə dair çıxarış arayışlar əsasında alınmışdır.
20. Məhkəmə kollegiyasının iclasında cavabdehi n vəkili Vəkil2 müstəqil tələb irəli sürən üçüncü şəxsin apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 39 A saylı binanın yarım-zirzəmi hissəsində yerləşən qeyriyaşayış sahəsinə dair ümumilikdə 7 ədəd nəfəsliyin və 2 ədəd qapı boşluqlarının cavabdehin hesabına bərpa-gücləndirmə işləri yerinə yetirilməklə binanın zirzəmisinin ilkin birtipli layihəsinə uyğun bərpa edilməsini qət edərkən, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22745 saylı xx.xx.2019-cu il tarixli və 12227 saylı xx.xx.2019-cu il tarixli ekspert rəyinə istinad etmişdir. Həmin rəydə bildirilir ki, ünvan 3 binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsi üzrə baxış zamanı müəyyən edilmiş materiallar ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli Texniki Pasportla müqayisə edilərkən, həmin qeyri-yaşayış sahəsinin 4, 5, 6 saylı tikililərdə küçə tərəfə olan 3 ədəd nəfəslik acıldığı və həmin nəfəsliklərin texniki pasportda əks olunmadığı müəyyən edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi, qətnamənin qət etdi hissəsində ümumilikdə 7 ədəd nəfəsliyin və qapı boşluqlarına dair hissədə ciddi qanun pozuntusuna yol vermiş, dövlət tərəfindən qorunan mülkiyyət hüququna müdaxilə etmişdir. Ən azından həmin nəfəsliklərdən 4 ədədi və qapı boşluqlarının isə hamısı mülkiyyət predmeti olan qeyri-yaşayış sahəmin ayrılmaz hissəsi olmaqla cavabdehin mülkiyyət hüququnu təsdiq edən sənədlərlə dövlət tərəfindən təsdiqlənmişdir. Lakin məhkəmə, ekspert rəylərinin təsviri və nəticə hissələrini düzgün qiymətləndirməmişdir. Bundan başqa, cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsində heç bir söküntü işləri aparılmamışdır. Texniki pasportda əksini tapmayan digər 3 ədəd nəfəslik isə, həmin qeyri- yaşayış sahəsində əvvəllərdə olmuşdur. Sadəcə qeyri-yaşayış sahəsi özəlləşdirilərkən hansı səbəbdən texniki pasportda qeyd edilmədiyi naməlum qalmışdır. Lakin bütün təmir işləri cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xüsusi lisenziya əsasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən tərtib və təsdiq edilmiş Memarlıq Planlaşdırma layih əsi əsasında aparılmış, təmir işləri gücləndirmə işləri aparılmaqla həyata keçirilmişdir. Bundan başqa müstəqil tələb irəli sürən üçüncü şəxsin qərəzli qonşu kimi hazırki iddianı qaldırmasına səbəb, onun cavabdehin əmlakı olan bu qeyri-yaşayış sahəsini ələ keçirib özünün 1-ci mərtəbəsində olan mənzilini də həmin əmlaka qatıb daha böyük qeyri-yaşayış sahəsinə malik olmaq arzusudur. Hətta üçüncü şəx bununla bağlı plan cizgi də çəkdirmişdir. Bütün səbəb bu layihəsini həyata keçirmək üçün cavabdehi əsassız iddialar və şikayətlərlə bezdirib əmlakını ələ keçirmək istəyidir. Belə ki, bu məsələ ilə bağlı gülünc olan bir təkliflə, yəni cavabdehin əmlakı ona 1500 manata ona satmağı və 12 ay ərzində isə hər ay 500 manat vermək təklifi ilə cavabdehə müraciət etmişdir.
21. Bakı Apelyasiya Məhkəməsini n Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1121/2020 nömrəli, 28 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova, X.Sarıyev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu tarixli, 2(001)-400/2019 saylı qətnaməsi şikayət verən şəxslərə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
22. Məhkəmə kollegiyası ilkin iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin ilk iddianın təmin olunmasına dair gəldiyi nəticəsi düzgün olmuşdur. İlkin olaraq qeyd edilməlidir ki, həmin qapı və pəncərə boşluqlarının açılması və aparılmış dəyişikliklə bağlı buna sə lahiyyəti olan orqanlardan razılığın alınması və müvafiq sərəncamların verilməsi müəyyən olunmur. Həmin sahələrin texniki pasportda qeyd edilməsi özlüyündə belə razılığın alınmasını özündə əks etdirmir. Tikilinin texniki pasportu mülkiyyəti təsdiq edən sənəd deyildir. Pasportda tikilinin faktiki vəziyyətinin əks etdirilməsi tikilinin yenidən qurulması və yenidən quraşdırılması əsas hesab edilə bilməz.
23. Tikilinin əldə edilərkən eyni vəziyyətdə olmasına dair dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, belə sübutlar mövcud deyildir. 1992-ci ildə bağlanmış icarə müqaviləsi isə həmin vaxtda tikilinin hazırkı vəziyyətdə olması və hazırkı vəziyyətdə əldə edilməsini təsdiq etmir.
24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab e tmişdir ki, hazırkı mübahisə üzrə ünvan 2 ünvanda 90,2 kv.m zirzəminin (qeyri-yaşayış sahəsi) tam mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınmasının etibarlığını şübhə altına alan qanunla müəyyən edilmiş heç bir əsas müəyyən edilməmiş, həmin qeyri-yaşayış sahəsi alqı-satqı müqaviləsi əsasında onun adına qeydə alınmışdır. Sözügedən müqavilə etibarsız hesab edilmədiyindən onun əsasında qanunvericiliyin tələblərinə riayət edilməklə cavabdehə verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” da etibarsız sayıla bilməz. Həmçinin mübahisəli qeyri-yaşayış sahəsinin istifadəsi nəticəsində digər daşınmaz əmlakın mülkiyyətçilərinin öz sahələrindən istifadə etmələrinə maneçilik yaranması müəyyən edilməmişdir.
25. Məhkəmə kollegiyası üçüncü şəxsin apel lyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, o, çıxarış verilməsinə əsas olan sənədləri mübahisələndirməmiş və faktiki olaraq reyestr qeydiyyatı əsasında verilmiş sənədi mübahisələndirmişdir. Bu tələbi ilə isə faktiki olaraq həmin qeyri-yaşayış sahəsinin əldə edilməsinə əsas olan bütün hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsini mümkün sayır və faktiki olaraq tələb edir. Lakin Mülki Prossesual Məcəlləsinin 218.3-cü maddəsi yalnız irəli sürülmüş tələblər həcmində işə baxılması mümkün sayır. Bununla bağlı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi haqlı olaraq irəli sürülmüş tələblər həcmində işə baxmış və iddia tələbindən kənara çıxmağı zəruri edən heç bir müstəsnalığın olmaması nəticəsinə gəlmişdir. Hazırkı halda da iddiaçının çıxarış verilməsinə əsas o lan sənədləri mübahisələndirmədiyi və iddia tələblərinin digər hissələrini tələb etmək üçün subyektiv hüququnun olmaması aşkardır. c)Kassasiya instansiya məhkəməsində birinci icraat
26. Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs qətnamədən ayrı-ayrılıqda kassasiya şikayəti vermişlər.
27. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin qismən, iddiaçının iddia tələbinin təmin olunması hissəsində ləğv olunmasını və həmin hissədə iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınla şdırmamışdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin texniki pasportunu nəzərə almamış və eyni zamanda Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli ekspert rəylərinə istinad etsə də, həmin rəylərə zidd qərar qəbul etmişdir. Həmin texniki pasportda mövcud nəfəsliklərdən dördü və qapı boşluqlarının isə hamısı öz əksini tapmışdır. Həmçinin qeyd edilən ekspert rəylərində də yalnız 3 nəfəsliyin texniki pasportda əks olunmadığı göstərilmişdir. Bundan başqa apelyasiya instansiyası məhkəməsi binanın ilkin birtipli layihəsinə uyğun bərpa edilməsinə dair birinci instansiya məhkəməsinin qətnməsini dəyişdirmədən saxlasa da, binanın ilkin layihəsinin olmamasına hüquqi qiymət verməmiş və bərp agücləndirmə işlərinin binanın zirzəmisinin ilkin birtipli layihəsinə uyğun bərpa edilməsi nəticəsinə gəlməklə qətnamənin gələcək icrasını mümkünsüz etmişdir.
29. Müstəqil tələb irəli sürən üçüncü şəxs kasasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən yaşayış binasının zirzəmisinin yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin ümumi paylı mülkiy yəti olmasını, Əmlak Məslələri Dövlət Komitəsinin mübahisə predmeti olan zirzəmini özgəninkiləşdirmək səlahiyyətinin olmamasını, ona görə də həmin zirzəminin alqı-satqı müqaviləsinin etibarsız olduğunu nəzərə almamışdır. Bundan başqa apelyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən binanın həyətinin qanunsuz zəbt edilməsinin qaşısının alınması məqsədi ilə çardağın və gül kolluqlarının sökülməsi tələbinə münasibət bildirməmiş və bununla bağlı araşdırma aparmamışdır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3375/2020 nömrəli, 01 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova, İ.Xəlilov) cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxsin kasasiya şikayətləri təmin edilmiş, apellyasiya instansiya məhkəməsin in qətnaməsinin ləğv edilməsi qət edilmişdir.
32. Məhkəmə kollegiyası ilkin iddia tələbi ilə bağlı qeyd etmişdir ki, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi ilkin iddianı əsaslı hesab edərkən mübahisə predmeti olan boşluqların binanın təhlükəsizliyi baxımından bərpa edilməsinin məhz hansı işlərin görülməsi ilə təmin edilməli olmasını göstərməmişdir. Hər iki instansiya məhkəməsi qəbul etdikləri qətnamədə yalnız ümumi şəkildə bərpagücləndirmə işlərinin aparılmasını göstərmiş, lakin bərpa-gücləndirmə işlərinin nədə ifadə olunması nə birinci instansiya məhkəməsinin, nə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə əsaslandırılmamışdır.
33. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, həm birinci instansiya məhkəməsi, həm də ap elyasiya instansiyası məhkəməsi tərəfindən üçüncü şəxsin iddia tələbinin “çıxarışın etibarsız hesab edilməsi, binanın qəzalı vəziyyətdən çıxarılaraq ilkin layihəyə qaytarılması, binada baş verə biləcək gələcək yanğınların, mənzillərinə dolan tüstünün, digər mənşəyi məlum olmayan iyi-qoxunun qarşısını almaq, insanların sağlamlığını qorumaq məqsədi ilə cavabdehin tikdiyi restoranın və onun 13 mərtəbəli evin damına qaldırdığı borunun ləğv edilməsi” hissələri ilə bağlı araşdırma aparılmış və həmin hallara hüquqi qiymət verilmişdir. Qeyd edilən hissələrlə bağlı araşdırılma aparılsa da iddia tələbinin “binanın həyətinin qanunsuz zəbt edilməsinin qarşısını almaq məqsədi ilə cavabdehin tikdiyi çardağın və saldığı gül kolluqlarının sökülməsi” hissəsinə münasibətdə nə birinci instansiya nə də apelya siya instansiya məhkəməsi tərəfindən araşdırılma aparılmamış və həmin tələblərə hüquqi qiymət verilməmişdir.
34. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün aydınlaşdırılmalı olan mühüm hallardan biri Əmlak Məslələri Dövlət Komitəsinin mübahisə predmeti olan zirzəmini dövlət əmlakı kimi özgəninkiləşdirmək səlahiyyətinin olubolmamasının müəyyənləşdirilməsidir. Apelyasiya instansiyası məhkəməsi bu halı da araşdırmamış və mübahisəyə düzgün hüquqi qiymət verməmişdir.
35. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, Əmlak Məslələri Dövlət Komitəsinin mübahisə predmeti olan zirzəmi üzərində sərəncam vermə səlahiyyətinin olmadığının müəyyən edilməsi onu ehtiva edir ki, Komitənin həmin z irzəmi barəsində cavabdehlə bağladığı alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqddir. Qeyd edilən əqd əhəmiyyətsiz olduqda isə üçüncü şəxs həmin əqdi mübahisələndirmədən onun əsasında verilmiş çıxarışı mübahisələndirə bilər.
36. Bundan başqa cavabdehin tikilinin texniki pasportda mövcud nəfəsliklərdən dördünün və qapı boşluqlarının isə hamısının öz əksini tapması barədə kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, tikilinin texniki pasportu mülkiyyəti təsdiq edən sənəd deyildir. Texniki pasport tikilinin faktiki vəziyyətini əks etdirir və tikilinin yenidən qurulması və yenidən quraşdırılması üçün əsas hesab edilə bilməz.
37. Məhkəmə kollegiyası mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 227, 337.1, 337.3, Azərbaycan Respublikasının Mülki Prosessu al Məcəlləsinin 217.1, 418.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. c) apellyasiya instansiya məhkəməsində ikinci icraat
38. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-718/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasında cavabdehə məxsus qeyri-yaşayış sahəsinin qarşısında inşa edilən kölgəlik (kozıryok), binanın önündə döşənilən tamet, salınan yaşıllıqlar (gül kolluqları) və binanın aşağısından yuxarısınadək qaldırılan hava təmizləyici borunun həmin ünvanda yerləşən aoğlunun mülkiyyətində olan mənzildən istifadə hüququna hər hansı maneçilik törədib-törətməməsinin müəyyən edilməsi, cavabdeh tərəfindən yuxarda qeyd olunan təmir-tikinti işlərinin ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasının dayanıqlığına xələl gətirib-gətirməməsinin müəyyən edilməsi ilə bağlı suallar qoyulmuşdur. 39. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyi ilə 1-ci sual üzrə ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasında cavabdehə məxsus qeyri-yaşayış sahəsinin qarşısında inşa edilən kölgəlik (kozıryok), binanın önündə döşənilən tamet, salınan yaşıllıqlar (gül kolluqları) və binanın aşağısından yuxarısınadək qaldırılan hava təmizləyici borunun həmin ünvanda yerləşən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin mülkiyyətində olan mənzildən istifadə hüququna hər hansı maneçilik törətmir. 2-ci sual üzrə cavabdeh tərəfindən yuxarda qeyd olunan təmir-tikinti işləri ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasının dayanıqlığına xələl gətirmir.
40. Bakı Apel lyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli yerində müayinə protokolundan məlum olur ki, Müayinə 30 mart 2021-ci tarixdə ünvan 7 ünvanında, yüksək mərtəbəli binanın altında yerləşən cavabdehə məxsus, üzərində “NOXUD pub&gril” yazısı olan qeyri-yaşayış (yarımzirzəmi) sahəsi üzrə aparılır.
41. Müəyyən olunur ki, həmin sahə binanın Ə.Naxçivani küçəsinə baxan tərəfində, sol alt hissəsində yerləşir, həmin sahə təyinatı üzrə kafe-bar kimi fəliyyət göstəri, sahəyə giriş Ə.Naxçivani küçəsindəndir, girişdə enli taxta qapı var, giriş hissə - divarın üzü rəngli divar daşı ilə işlənmişdir, girişin üstü taxta materialdan zövqlə işlənmiş kölgəliklə bağlanmışdır, həmin hissədə binanın önünə tamet döşənmiş, girişin sağ və solunda yaşıllıq salınmış (gül kolları), ətraf abadlaşdırılmış, binanın yan tərəfi ndə aşağıdan tam yuxarıyadak havatəmizləyici boru quraşdırılmış, cavabdehə məxsus sahənin özü müasir stildə dizayn olunmuş giriş sahəsi, mətbəx və arka tipli arakəsmələrlə ayrılmış hissələrdən ibarətdir, içəri otaqlarda ekspert rəylərində qeyd olunmuş nəfəsliklər mövcuddur. Müayinə zamanı cavabdeh izahat verərək bildirdi ki, onun tərəfindən sahədə hər hansı söküntü və ya dağıntı işi aparılmamış, eləcə də hər hansı nəfəslik açılmamışdır, həmin nəfəsliklər onun tərəfindən sahə alınarkən mövcud olmuşdur, o, yalnız həmin sahənin təyinatına uyğun təmir və dizayn olunması ilə əlaqədar olaraq binanın dayanıqlığı ilə hər hansı əlaqəsi olmayan arakəsmələrin düzbucaqlı olan üst hissəsinə yarımdairə formasını vermişdir. Müayinə zamanı nə cavadehə məxsus sahənin işəri hissəsində, nə də bütünlüklə bi nanın çöl tərəfində hər hansı çatların olduğu aşkarlanmadı. Yerində müayinədə iştirak edən üçüncü şəxs binanın qarşısında cavadehin aparmış olduğu abadlıq işlərinin, eləcə də cavadeh tərəfindən quraşdırılmış havatəmizləyicinin, eləcə də cavabdehə məxsus sahənin giriş qapısı üzərində quraşdırılan kölgəliyin onun hansı hüquqlarını pozması ilə bağlı sualı hər hansı şəkildə cavablandıra bilmədi.
42. Bakı Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(103)-1373/2023 nömrəli qətnaməsi ilə müstəqil tələblər irəli sürən üçüncü şəxs aoğlu və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-400/2019 nömrəli, 14 oktyabr 2019-cu il tarixli qətnaməsinin onların apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən sa xlanılması, apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manatın Cavabdeh tutulması qət edilmişdir.
43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 44. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllən in 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.
45. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarındakı göstərişləri Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olmasına dair hüquqi mövqeyi kontekstindən nəzər alır.
46. Apellyasiya instansiya məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş Ali Məhkəmə xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, üçüncü şəxin iddiasının binanın həyətinin qanunsuz zəbt edilməsi məqsədi ilə Cavabdeh tikdirdiyi çardağın və saldığı gül kolluqların ın sökülməsi hissəsində münasibətdə nə birinci, nə də apellyasiya instansiya məhkəməsi araşdırma aparmamışdır.
47. Kollegiya qeyd edir ki, müstəqil tələblər irəli sürən üçüncü şəxs aoğlunun iddia tələbləri aşağıdakılardan ibarətdir:
48. Özəlləşdirilməsi qanunvercilikdə qadağan edilmiş texniki zirzəminin ƏMDK tərəfindən Cavabdeh adına özəlləşdirilməsini təsdiq edən çıxarışın etibarsız hesab edilməsi; binanın qəzalı vəziyyətdən çıxarılması, orada yaşayan 48 ailənin həyatını xilas etmək üçün dağıntıların və söküntülərin ekspertizası sahəsində əsas dövlət qurumu olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin aktında göstərilən bütün dağıntı və söküntülərin Cavabdeh vəsaiti hesabına bərpa edilərək ilkin layihəyə qaytarılması; binanın həyətinin qanunsuz zəbt edilməsinin qarşısını almaq məqsədi ilə Cavabdeh tikdiyi çardağın və saldığı gül kolluqlarının sökülməsi; binada baş verə biləcək gələcək yanğınların, mənzillərinə dolan tüstünün, digər mənşəyi məlum olmayan iyi-qoxunun qarşısını almaq; İnsanların sağlamlığını qorumaq məqsədi ilə Cavabdeh tikdiyi restoranın və onun 13 mərtəbəli evin hündürlüyünə qaldırdığı borusunun ləğv edilməsi;
49. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-718/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)400/2019 saylı, 14 oktyabr 2019- cu il tarixli qətnaməsi -Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 39 A saylı binanın zirzəmisinin ƏMDK tərəfindən Cavabdeh adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi-hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmiş, aoğluna “Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 39 A saylı binanın zirzəmisinin ƏMDK tərəfindən Cavabdeh adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi” barədə tələblə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərardaddan üçüncü şəxsin verdiyi şikayət isə Ali Məhkəmənin 2(102)-1885/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir.
50. Bu səbəbdən, üçüncü şəxsin iddiasının 3-cü, 4-cü və eyni zamanda 5-ci tələblərinin təmin edilməməsi barədə dəlilləri yoxlanılır.
51. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)718/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə texniki eks pertizası təyin edilmişdir. 52. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyi ilə 1-ci sual üzrə ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasında Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin qarşısında inşa edilən kölgəlik (kozıryok), binanın önündə döşənilən tamet, salınan yaşıllıqlar (gül kolluqları) və binanın aşağısından yuxarısınadək qaldırılan hava təmizləyici borunun həmin ünvanda yerləşən aoğlunun mülkiyyətində olan mənzildən istifadə hüququna hər hansı maneçilik törətmir. 53. 2-ci sual üzrə cavabdeh tərəfindən yuxarda qeyd olunan təmir-tikinti işləri ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasının dayanıqlığına xələl gətirmir.
54. Kollegiya qeyd edir ki, üçüncü şəxsin apelyasiya şikayətinin hazırda yoxlanılan dəlilləri qeyri-yaşayış sahəsinin qarşısında inşa edilən kölgəlik (kozıryok), bin anın önündə döşənilən tamet, salınan yaşıllıqlar (gül kolluqları) və binanın aşağısından yuxarısınadək qaldırılan hava təmizləyici borunun həmin ünvanda Q.İsaqovun mülkiyyətində olan mənzildən istifadə hüququna hər hansı maneçilik törətmədiyi yuxarıda qeyd edilən ekspert rəyi ilə müəyyən edilmişdir. Bununla məlum olur ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.
55. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə qeyd edir ki, birinci instansiya məhkəməsində keçirilmiş ekspertizalar nəticəsində verilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 22745 saylı, 04 yanvar 2019-cu il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 39A saylı binanın zirzəmisinin 90,2 kv.m h issəsində 0,6x0,6 m ölçüdə olan 6 ədəd və 1,0x0,6 m ölçüdə olan 1 ədəd nəfəslik, 1,0x2,0 m və 2,4x0,8 m ölçüdə qapı boşluqları açılması ilə aparılan təmir bərpa işləri və konstruksiyasında edilmiş dəyişikliklər, müvafiq dövlət orqanlarından icazə alınmadan, konstruktiv hesabata, layihə həllinə əsaslanmadan, tikinti norma və qaydalarına əməl olunmadan aparılmış, bu yenidənqurma işləri zamanı yükdaşıyan konstruksiyalar dağıldığından binanın gələcəkdə istismarı zamanı hər hansı bir seysmiki və dinamiki təsirlərə qarşı dayanıqlığı zəiflədilmiş və binanın sakinlərinin həyatı üçün təhlükəli vəziyyət yaranmışdır.
56. Belə olan halda Kollegiya hesab edir ki, birinci instaniya məhkəməsi ilk iddia tələbi və müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiasının binanın qəzalı vəziyyətdən çıxarılaraq ilkin layihəyə qaytarılması hissəsində təmin edilməsi barədə iş üzrə düzgün qənaətə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsassızdır və təmin edilə bilməz.
57. Məhkəmə kollegiyası mövqeyini, Azərbaycan Respublikasinin Konstitusiyasının 13 (1 hissə), 29 (İİİ hissə), Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2, 152.1, 154.2, 171.1, 227.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 1.2-ci bəndinə, Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 372.1, 372.2, 372.3, 372.4, 372.6, 372.7, 380.1, 384.0, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
58. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın təmin olunan hissəsində ləğv edilməsi, həmin hissədə iddanın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
59. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsinin 43 və 44-cü bəndində gəldiyi nəticə iş materiallarına əlavə edilmiş sübutlarla, ekspertiza rəyi ilə təkzib edilir, hətta apelyasiya instansiya məhkəməsinin özünün xx.xx.2021-ci il tarixli yerində müayinə p rotokolu əsasında müəyyən etdikləri ilə ciddi ziddiyyət təşkil edir. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qət etdi hissəsini qüvvədə saxlamış, həmin hissədə isə, bərpa-gücləndirmə işlərinin binanın zirzəmisinin ilkin birtipli layihəsinə uyğun bərpa edilməsini qət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı binanın ilkin layihəsi iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmamışdır. Lakin belə bir layihənin sübut qismində məhkəmə araşdırmasının obyekti kimi mövcud olmamasına baxmayaraq, məhkəmə tərəfindən əsassız olaraq qət edilən hər hansı bir hərəkətin mövcud olmayan məfhumla müqayisə edərək bərpa-gücləndirmə işlərinin binanın zirzəmisinin ilkin birtipli layihəsinə uyğun bərpa edilməsini qət etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi, qətnamən in qət etdi hissəsində ümumilikdə 7 ədəd nəfəsliyin və qapı boşluqlarına dair hissədə ciddi qanunu pozuntusuna yol vermiş, dövlət tərəfindən qorunan mülkiyyət hüququna müdaxilə etmişdir. Ən azından həmin nəfəsliklərdən 4 ədədi və qapı boşluqlarının isə hamısı mülkiyyət predmeti olan qeyri-yaşayış sahəsinin ayrılmaz hissəsi-elementi olmaqla mülkiyyət hüququnu təsdiq edən sənədlərlə (Çıxarış, Texniki Pasport) dövlət tərəfindən təsdiqlənmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu hala düzgün qiymət verməmişdir.
60. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarına, Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
61. Müstəqil tələblər irəli sürən aoğlu kassasiya şikayətinə qarşı etiraz verərək birinci instansiya məhkəməsinin və apelyasiya məhkəməsinin qətnamələrinin qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Konstitusiyası
62. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllə
63. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tar ixindən əmələ gəlir.
64. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
65. Maddə 154.2. Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır.
66. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
67. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları
68. Bənd 1.1. Respublika ə razisində yeni tikilən bina və qurğuların, mühəndisnəqliyyat təminatı obyektlərinin yer üzərində yerləşdirilməsi, təsdiq edilmiş şəhərsalma sənədləri əsasında layihələşdirilməsi və inşa edilməsi qüvvədə olan tikinti norma və qaydalarına uyğun olaraq yerinə yetirilməlidir.
69. Bənd 1.2. Bu Qaydalar: hüquqi və fiziki şəxslər tərəfindən əsassız olaraq və nəzarətsizlik şəraitində aparılan tikinti-quraşdırma və yenidənqurma işlərinin; binaların və qurğuların dayanıqlığını, zəlzələyə davamlılığını, uzunömürlülüyünü təmin edən normativ sənədlərin tələblərinin pozulması hallarının; ümumi istifadə sahələrinin, xüsusilə zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunması və bununla əlaqədar binanın yükgötürən konstruksiyalarının zəiflədilməsinin, mövcud binalarda artırmaların tikilməsi, eyvanların genişləndirilməsi və yenilərinin quraşdırılması, bünövrələrin, mərtəbəarası örtüklərin, yükdaşıyan divarların, arakəsmələrin sökülməsi, əlavə qapı və pəncərə boşluqlarının açılması hallarının qanunsuz olaraq müvafiq orqan və təşkilatlarla razılaşdırmadan həyata keçirilməsinin; tikintinin sifarişçisi tərəfindən əsaslı təmir əvəzinə icazəsiz olaraq yenidənqurma və yaxud texniki yeniləşdirmə işlərinin həyata keçirilməsinin; bir sıra hallarda hüquqi və fiziki şəxslər tərəfindən icazəsiz olaraq yükdaşıyan divarların və bünövrələrin konstruktiv həllinin dəyişdirilməsinin, zirzəmi daxilində kommunikasiya xətlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda dayanıqlığın və zəlzələyə qarşı davamlılığın azaldılmasının; tikinti normalarına əməl olunmadan qəbul edilən ixtiyarı yenidənqurm a həllərinin; yaşayış və ictimai binalarda, piyadaların yeraltı keçidlərində, metropolitenin daxili dəhlizində, xüsusən əhalinin kütləvi toplandığı ərazilərdə neqativ amillərin olmasının, sanitar-gigiyenik, hərəkət təhlükəsizliyinin və ekoloji norma tələblərinin pozulmasına, yanğın, təbii fəlakət, kütləvi əhali qırğınına gətirib çıxara biləcək halların qarşısının alınması, mülkiyyət formasından asılı olmayaraq bina və qurğularda genişləndirmə, texniki yeniləşdirmə işlərinin yerinə yetirilməsində şəhərsalma və tikinti norma və tələblərinin pozulması hallarının qarşısının alınması məqsədini daşıyır.
70. Bənd 3.1. Dəyişikliklər aparılacaq sahəyə inventarlaşdırma işlərini görən layihə təşkilatları, firmalar və mütəxəssislər cəlb edilməklə mövcud obyektin ilkin layihə sənədləri nəzərdən keçiril ib, bina və ya qurğu müayinə edilməlidir. Mövcud bina və ya qurğunun kateqoriyası və konstruktiv sxemi layihə təşkilatı tərəfindən təyin edilməlidir. Dəyişikliklərin aparılmasının mümkünlüyünü müəyyən etmək üçün mövcud bina və ya qurğuya müvafiq qaydada vizual və instrumental baxış keçirilməlidir.
71. Bənd 3.2. Mövcud bina və ya qurğunun ilkin layihə sənədlərinin müəllifindən onlarda dəyişikliklərin aparılması barədə müvafiq razılıq alınmalı və dəyişikliklər ediləcək işlər üçün hazırlanmış layihə həmin müəllif ilə razılaşdırılmalıdır.
72. Bənd 3.3. Dəyişikliklər ediləcək sahənin layihə sənədlərini hazırlayarkən memarlıq, şəhərsalma, yanğın təhlükəsizliyi və sanitar normalarının tələbləri mütləq nəzərə alınmalıdır.
73. Bənd 3.4. Genişləndirmə, yenidənqurma işlərinə aid layihə-smeta sənədl ərinin işlənməsi zamanı qüvvədə olan tikinti norma və standartlarının tələbləri nəzərə alınmalıdır.
74. Bənd 3.5. Nəzərdə tutulmuş konstruktiv dəyişikliklərin həllinin mümkünlüyü hesabat əsasında dəqiqləşdirilməli və lazım gəldikdə, mövcud konstruksiyaların gücləndirilməsi üçün layihə təşkilatının rəyi alınmalıdır.
75. Bənd 3.6. Obyektə dəyişikliklərin edilməsi müsbət həllini taparsa, bu məqsədlə hazırlanmış layihə-smeta sənədləri görüləcək işlərə aid memarlıq-planlaşdırma, konstruksiyaların gücləndirilməsi və mühəndis hesabatları üzrə həlləri özündə əhatə etməlidir.
76. Bənd 3.7. Dəyişikliklərin aparılması ilə əlaqədar işlənmiş layihə sənədləri müvafiq qaydada ekspertizadan keçirilməlidir. Mülki Prosessual Məcəllə
77. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdı rmalı və onlardan istifadə etməlidir.
78. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
79. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
80. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
81. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
82. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
83. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütü n faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
84. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
85. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
86. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
87. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
88. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən ilkin iddianın təmin və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin qismən təmin edilən hissəsində mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin ilkin iddianın təmin və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin qismən təmin edilən hissəsində yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
89. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
90. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
91. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmə araşdırması zamanı binanın ilkin layihəsi iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmadığı, belə bir layihənin sübut qismində məhkəmə araşdırmasının obyekti kimi mövcud olmamasına baxmayaraq, məhkəmə tərəfindən əsassız olaraq qət edilən hər hansı bir hərəkətin mövcud olmayan məfhumla müqayisə edə rək bərpa-gücləndirmə işlərinin binanın zirzəmisinin ilkin birtipli layihəsinə uyğun bərpa edilməsini qət etdiyi barədə dəlili ilə əlaqədart qeyd edir ki, iş materialları ilə təsdiq edilir ki, göstərilən layihə birinci instansiya məhkəməsində iş materiallarına əlavə edilərək tədqiq edilmiş, müvafiq ekspertizalar keçirilərkən də ekspertlərə həmin layihə təqdim edilmişdir.
92. Məhkəmə kollegiyası kassasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnamənin qət etdi hissəsində ümumilikdə 7 ədəd nəfəsliyin və qapı boşluqlarına dair hissədə ciddi qanunu pozuntusuna yol verdiyi, dövlət tərəfindən qorunan mülkiyyət hüququna müdaxilə etdiyi, ən azından həmin nəfəsliklərdən 4 ədədi və qapı boşluqlarının isə hamısının mülkiyyət predmeti olan qeyri-yaşayış sahəsinin ayrılmaz hissəsi-elementi olma qla mülkiyyət hüququnu təsdiq edən sənədlərlə (Çıxarış, Texniki Pasport) dövlət tərəfindən təsdiqləndiyi, apellyasiya instansiyası məhkəməsinin isə bu hala düzgün qiymət vermədiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin qeyd etdiyi kimi tikilinin texniki pasportu mülkiyyəti təsdiq edən sənəd deyildir. Texniki pasport tikilinin faktiki vəziyyətini əks etdirir və tikilinin yenidən qurulması və yenidən quraşdırılması üçün əsas hesab edilə bilməz.
93. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəli lləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
94. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın təmin və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin qismən təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
95. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli 2(103)-1373/2023 nömrəli qətnaməsi ilkin iddianın təmin və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin qismən təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.