Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3712/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3712/21 (Açar sözlər: alimentin miqdarının dəyişdiriməsi) Bakı şəhəri, 17 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və Cavabdeh vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8698/2020 nömrəli iş üzrə 09 dekabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üz rə işə 17 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində təyin olunmuş alimentin dəyişdirilərək alimentin aylıq qazancının ¼ hissəsi miqdarında müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli, 2(011)-8674/2019 saylı qətnaməsinə əsasən Cavabdeh 03.11.20111-ci il təvəllüdlü Anun yetkinlik yaşına çatana kimi saxlanması üçün 160 manat sabit pul məbləğində müəyyən olunmuş alimentin dəyişdirilərək alimentin Cavabdeh hər ay hər növ gəlirlərinin ¼ hissəsi məbləğində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsi ndə icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli 2(011)-8674/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh 03.11.2011-ci il təvəllüdlü Anun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Hal-hazırda vəziyyət tamamilə fərqlidir. O, cavabdehin əmək haqqı barədə sənəd əldə etmişdir. Həmin sənədə əsasən cavabdeh “xxxx” Qeyri Bank MMC-də maliyyə meneceri işləməklə aylıq maaşı 2777,65 manatdır. Ailə Məcəlləsinin 76.1.1ci maddəsinə əsasən bir uşağa görə alimentin miqdarı cavabdehin hər növ gəlirlərinin ¼ hissəsi məbləğində müəyyən olunmalıdır. Bu isə hazırki dövrdə 700 manata yaxın bir məbləğdə aliment deməkdir. Odur ki, sabit pul məbləğində müəyyən olun muş alimentin dəyişdirilərək Ailə Məcəlləsinin 76.1-ci maddəsinə uyğun olaraq cavabehin hər növ gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən olunmasını istəyir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-3912/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia tələbi təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8674/2019 nömrəli 24.12.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin tutulma qaydasının dəyişdirilməsi, 03 noyabr 2011-ci il təvəllüdlü Anun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay, qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8674/2019 nömrəli 24.12.2019-cu il tarixli qətnaməsi iləBakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1189/2017 saylı 04 may 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılmış, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 03 noyabr 2011-ci il təvəllüdlü Anun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hal-hazırda iddiaçı Cavabdeh rəsmi iş yerinin olduğuna istinad edərək, uşaqların saxlanılması üçün t utulan alimentin tutulma qaydasının dəyişdirilməsini xahiş edir. Cavabdehin hal-hazırda “xxxx” Qeyribank Kredit Təşkilatı MMC-də işlədiyi, aylıq əmək haqqı məbləğinin 2777,65 manat məbləğində olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilərək alimentin tutulma qaydası dəyişdirilməlidir. Məhkəmə hesab edir, alimentin tutulması ilə bağlı məhkəmə qətnaməsi çıxarılan zaman cavabdehin rəsmi iş yeri olmadığından məhkəmə haqlı olaraq uşaqların maraqlarını nəzərə almaqla, cavabdehdən alimenti sabit pul məbləğində tutmuşdur. Lakin, hal-hazırda cavabdehin maddi vəziyyəti dəyişdiyindən və məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment hal-hazırda uşağın saxlanması üçün yetərli olmadığından, iddiaçı məhkəmə tərəfindən alimentin tutulma q aydasının dəyişdirilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdehdən iddiaçının xeyrinə hər ay sabit pul məbləğində tutulan alimentin tutulma qaydası dəyişdirilərək, hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 34-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4, 76.1.1, 78.1, 100.2, 112.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3, 119.2-ci maddələri ilə əsaslandırmışdır. C avabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov - sədrlik edən və məruzəçi, İlham Kərimli, Elşən Kazımov) 2(103)-8698/2020 saylı, 09 dekabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, azyaşlı A sağlamlıq imkanları məhdud olmaqla xüsusi qayğıya ehtiyacı olan uşaqdır, uşağın gündəlik qayğıları ilə məhz ana məşğul olur və işləmək imkanı yoxdur. Bu səbəbdən də yüksək qazanca malik atadan tutulmuş aliment məbləği tamamilə uşağın mənafeyinə uyğun hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının iza hatları a) Kssasiya şikayətlərinin dəlilləri Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya və apelyasiya instansiyası məhkəmələrinin qətnamələrində göstərilən xüsusatlar işin hallarına uyğun gəlmir, həmin məhkəmələr tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, o, 2009-cu ildə X2 ilə rəsmi nikaha daxil olmuş, bu nikahdan 3 övladı var: 2010-cu il təvəllüdlü qızı Maya, 2012-ci il təvəllüdlü oğlu Hüseyn, 2018-ci il təvəllüdlü qızı Zəhra. Hazırkı iş üzrə iddiaçının iddiası ilə atalıq ekspert rəyi olmadan müəyyən olunmuşdur. İddiaçının zəngləri və iddiaları əsasında daima onun ailəsində dava-dalaşlar yaranmış, həyat yoldaşı evdən gedərək nikahlarını ləğv etdirmək istəmiş, lakin hər zaman valideynlərinin səyləri ilə bunun qarşısı alınmışdır. Alimentin artırılması barədə bu iddia tələbi üzrə məhkəmə qərarlarından sonra isə həyat yoldaşı növbəti dava-dalaşdan sonra uşaqları da götürüb atasının yaşadığı Tərtər rayonuna getmiş və ona qarşı nikahın ləğvi barədə iddia qaldırmışdır. Anun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının ¼ hissəsi miqdarında, yəni əmək haqqından məcburi tutulmalardan sonra aldığı 2473 AZN x ¼ = 618,25 AZN aliment ödəyəcəyi halda ilk nikahından olan 1-i azyaşlı. 2-si yetkinlik yaşına çatmayan olmaqla 3 övladı da İsmayılla bərabər hüquqlara malik olduqlarından məhkəmələr tərəfindən uşaqlara göstərilən qeyri-bərabər münasibət rəsmi nikahdan doğulan digər 3 uşağın hüquqlarını pozmaqla yanaşı 11 il müddətində qorunub saxlanılan ailənin dağılmasına zəmin yaratmışdır. Məhkəmələr Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tələblərini pozaraq onun ailə vəziyyətini- öhdəsində yetkinlik yaşına çatmayan 3 uşağın olmasını nəzərə almamış, bu hala qiymət verməmişdir. İddiaçının iddiası əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli qətnaməsi əsasında təyin olunmuş alimentin miqdarının artırılması tələb olunmuşdur. O, hazırkı iş yerində 27.05.2019-cu il tarixdən işləyir və iddiaçı bunu həmin vaxt bilirdi. İddiaçı məhkəmə iclaslarında nümayəndəsi qismində iştirak edən onun atasi ilə razılıq əldə etmişdir ki, Amin uşağa görə ekspertiza məsələsinə qarışmasın, o da alimentin əmək haqqından tutulmasını tələb etməyəcək. Göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun maddi vəziyyətində dəyişiklik olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq etiraz ərizəsində göstərmişdir ki, cavabdehlə arasında məhkəmə mübahisəsi 2017-ci ildən başlayıb,hələ də davam edir, Çünki cavabdehin məqsədi alimenti ödəməkdən yayınmaq, icra etməmək, onun icrasını müxtəlif əsassız şikayətlərlə yubatmaqdır. Cavabdeh və onun vəkili həmin kasasiya şikayəti də həmin məqsədlə verib. O, şikayətlərlə buna nail olur, çünki alimenti ödəmir, yubadır, yayınır və s. Qanunun mənasına görə qətnamə formal mülahizələrə görə ləğv edilə bilməz. Xətai rayon məhkəməsi bu iş üzrə 2 dəfə m əhkəmə-tibbi genetik ekspertizası keçirilməsi barədə qərardadlar qəbul etmiş, o, ekspertiza keçirilməli olan Məhkəmə -Tibbi Ekspertiza və X1 müəyyən edilən vaxt gəlmiş, lakin cavabdeh yayınmış, gəlməkdən imtina etmişdir. Daha sonra, Bakı Apellyasiya məhkəməsi yenidən ekspertiza təyin etmiş, lakin cavabdeh yenidən ekspertiza keçrilməsindən yayınmışdır. Keçən müddət ərzində müəyyən edilmişdir ki, cavabdeh-Quliyev X4 Filialının rəhbəri vəzifəsində işləyir, aylıq əmək haqqı 2777,65 manat təşkil edir. Məhkəmə tam haqlı olaraq alimenti onun əmək haqqına yönəltmiş və əmək haqqının ¼ hissəsinin tutularaq İsmayıl Amin oğluna verilməsini qət etmişdir. Qanunvericilkdə bunun başqa qaydası hələ ki müəyyən edilməmişdir. Bu müddət ərzində cavabdeh alimentdən yayınmış, faktiki olaraq ödəməmiş və yenidən a limentin azaldılması haqqında məhkəməyə ərizə vermişdir. Bakı Apellyasiya məhkəməsi haqlı olaraq onun tələblərini rədd etmişdir. Çünki aliment miqdarının azaldılması üçün qanunda göstərilən heç bir əsas mövcud deyil. Kasasiya şikayəti əsassız mülahizələrdən ibarətdir. Çünki sadalanmış hüquq normaları mahiyyət etibarı ilə qəbul edilmiş qətnamənin qanuniliyini və əsaslı olduğunu sübut edir. Verilmiş kasasiya şikayəti absurd olmaqla yanaşı, həm də hüquq düşüncəsindən kənardır. Belə ki, cavabdeh sonrakı ailədən 3 uşağının olduğunu əsas gətirib, onlarının hüquqlarının pozulduğunu göstərir. Halbuki elə orada qeyd edir ki, uşaqların hüquqları bərabərdir və pozula bilməz. Birinci məhkəmə instansiyası onun başqa arvaddan 3 uşağı olduğunu göstərib,ona görə də hər ay 694 manat müəyyən etmişdir. Əksi olsaydı əmək haqqının 1/3-ni müəyyən edərdi. Digər tərəfdən, cavabdeh alimentin artırılmasını özünün yeni ailəsinin dağılmasına zəmin yaradacağını göstərir. Onun cavabdehin yeni ailəsi ilə heç bir işi yoxdur, tanımır və münasibəti ola bilməz. Qanuna görə belə hallarda yalnız uşağın valideynləri tərəf kimi çıxış edirlər. Cavabdehin yeni arvadı bu işdə tərəf deyil və cavabdeh onu təmsil etmir, onun adından danışmağa hüququ yoxdur. Birinci və ikinci məhkəmə instansiyasının qətnaməsi hüquq normasına zidd deyil, ləğvi üçün hüquqi əsas və səbəb yoxdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kol legiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, hazırda yeni məhkəmə qətnaməsi ilə cavabdehin digər uşaqları üçün də alimentin tutulmasının qət edilməsini qeyd edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşd ırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəm əsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdır ması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 09 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması nəticəsində apelyasiya şikayətinə əavə edilmiş nikah haqqında və doğum haqqında şəhadətnamələrin təsdiq edilmi ş surətləri ilə müəyyən edilmişdir ki, Cavabdeh 09.12.2009-cu il tarixində X3 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, onların birgə nikahlarından 30.07.2010-cu il təvəllüdlü X7, 16.07.2012-ci il təvəllüdlü X5 və 22.10.2018-ci il təvəllüdlü X6 anadan olmuşdur. Apelyasiya kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparıb birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni dəyişdirmədən saxlayarkən ona istinad etmişdir ki, azyaşlı A sağlamlıq imkanları məhdud olmaqla xüsusi qayğıya ehtiyacı olan uşaqdır, uşağın gündəlik qayğıları ilə məhz ana məşğul olur və işləmək imkanı yoxdur. Bu səbəbdən də yüksək qazanca malik atadan tutulmuş aliment məbləği tamamilə uşağın mənafeyinə uyğun hesab edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci mad dəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qeyd edilən maddənin mənasına görə, uşaqları saxlamaq hər iki valideynin borcu hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27.07.2016-ci il tarixli Qərarında göstərilir ki, ailə qanunvericiliyi tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqda rı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: 1) tərəflərin maddi və ailə vəziyyəti; 2) diqqətəlayiq digər hallar; 3) uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması ), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcə lləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərard a formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Apelyasiya instansiyası məhkəməsi isə Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında göstərilən hallar üzrə araşdırma aparmamış, iş materiallarında olan sübutlar üzrə mübahisəyə düzgün hüquqi qiymət verməmiş, cavabdehin himayəsində digər 3 azyaşlı uşağının olmasına, özünün hazırda ailəli olmasına, cavabdehin həmin 3 uşaq və ailəsi qarşısında həm valideyn, həm ailə başçısı kimi öhdəlikləri olmasına, xüsusən digər 3 uşağın valideynlərindən dolanacaq təminatı almaq hüququna malik olmalarına hər hansı münasibət bildirməmiş, cavabdehin bütün uşaqlarının bərabər hüquqlu olmasını nəzərə almamış, maddi hüquq normasını tətbiq edərkən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76 və 112-ci maddələrini səhv təfsir etməklə tətbiq etmiş, prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin hallarının və işdə olan sübutların tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.12.2020-ci il tarixli, 2(103)-8698/2020 nömrəli qətnaməsi ləğv edil məli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Kamalədin oğlu tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09.12.2020-ci il tarixli, 2(103)-8698/2020 saylı qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.