Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3712/2023 04.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2(104)953/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Tərtər şəhəri, Nizami küçəsində 3 otaqdan ibarət 11 saylı mənzil Mirbəşir rayon ZDS İcraiyyə Komitəsinin 18 noyabr 1975-ci il tarixli iclas protokolu ilə 4 nəfər ailə üzvü olan X5 verilmişdir.
2. İddiaçı1, İddiaçı2 və Cavabdeh1 X3 övldadlarıdırlar.
3. Qeyd olunan mənzil Cavabdeh1 adına özəlləşdirilmiş və sonuncunun mülkiyyət hüququ 25 dekabr 2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Mənzil özəlləşdirilərkən İddiaçı2 və İddiaçı1 18 oktyabr 2007-ci il tarixli ərizələri ilə mənzilinin Cavabdeh1 adına özəlləşdirilməsinə etirazlarının olmadığını bildirmişlər.
5. İddiaçı2 və İddiaçı1 27 sentyabr 2020-ci il tarixə kimi Cavabdeh1 məxsus həmin mənzild ə yaşamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının tanınması və mənzilə məcburi köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçıların və cavabdehin ata evidir. Onlar 40 ildən artıq həmin mənzildə valideynləri ilə birgə yaşamışlar. 26 yanvar 2012-ci ildə ataları X8, 27 oktyabr 2017-ci ildə anaları X6 vəfat etmişlər. 27 sentyabr 2020-ci il tarixdə digər şəhər sakinləri kimi onlar öz evlərini tərk etməyə məcbur olmuş, Bərdə şəhərində məskunlaşmış, “44 Günlük” müharibə bitdikdən sonra isə evlərinə qayıtmışlar. Lakin, həmin zaman cavabdeh mənzilin ona məxsus olduğunu, onlarla birlikdə yaşamaq istəmədiyini bildirmiş və onları buraxmamışdır. Yaşadıqları evin atalarına deyil, cavabdehə məxsus olması barədə iddiaçıların məlumatları olmamışdır. Onların da cavabdeh kimi mənzildə yaşamaq hüquqları vardır.
8. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının 19 aprel 2022-ci il tarixli rəyinə əsasən, ekspertizaya təqdim olunmuş İddiaçı1 adından olan 18 oktyabr 2007-ci il tarixli ərizənin kserosurətində “İmza:” qrafasındakı imza - İddiaçı1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş İddiaçı2 adından olan 18 oktyabr 2007-ci il tarixli ərizənin kserosurətində “İmza:” qrafasında imza - İddiaçı2 tərəfindən icra olunmuşdur. Ekspertizay a təqdim olunmuş X3 və X2 xətt və imza nümunələrini təqdim edilməsi mümkün olmadığından mülki işin 34-cü və 36-cı vərəqlərinə olan ərizələrin kserosurətləri üzrə tədqiqat aparılmamışdır.
9. Tərtər Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(061)-1006/2022 nömrəli qətnaməsi ilə (hakim K.A.Rzayev) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçılar mənzilin cavabdehin adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Cavabdeh mənzilin mülkiyyətçisidir və ona məxsus olan əmlakdan istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 139.1, 146.1, 152.1, 157.1, 157.2, 228.1, 228.2-ci, Mülki Prosessual Məcəllən in 14.2, 78.1, 81, 88, 89.1, 217.1, 217.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(061)-1006/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2(104)-953/2023 nömrəli qətnaməsi ilə (hakim A.V.İsgəndərovanın sədrliyi və məruzəsi ilə, hakimlər A.V.Bayramovdan və R.Z.Mamedovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(061)1006/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, idd ianın təmin edilməsi, Cavabdeh1 mülkiyyətində olan Tərtər şəhəri, Nizami küçəsi, ev 91, 11 nömrəli mənzilə iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadə hüquqları tanınmaqla həmin mənzilə köçürülmələri qət edilmişdir.
14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə müəyyən edilməli olan məsələ mübahisəli mənzilin hüquqi statusu və iddiaçıların həmin mənzil üzrə istifadə hüquqlarının olubolmamasıdır. Hazırki tələb daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun və bundan irəli gələn sərəncam hüququnun mübahisələndirilməsi olmamış, həmin daşınmaz əmlakda iddiaçıların istifadə hüququnun bərpasına yönəlmişdir.
15. Tərtər şəhəri, Nizami küçəsində yerləşən 91 nömrəli 11 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiy yətindədir və bu işin mübahisəsiz halıdır. Lakin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunur ki, ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, mənzilin mülkiyyətçisinin mülkiyyət hüququndan ailə üzvlərinin bu mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək vermişlər. Bu səbəbdən mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər a ilə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Əks hal hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan “hüquqdan sui-istifadə qadağası”na zidd olar.
16. Apellyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, mənzilin (evin) mülkiyyətçisi olmayan, lakin özəlləşdirilmə zamanı kirayəçi ilə birlikdə faktiki yaşayan onun ailə üzvlərinin özəlləşdirilən mənzilə əvvəllər əldə olunmuş yaşamaq hüquqları konstitusiya əhəmiyyətli dəyərlərdən irəli gəldiyindən müdafiə olunmalıdır. Lakin hər bir halda bu, mütənasib şəkildə, özəlləşdirilən mənzilin mülkiyyətçisinin mülkiyyət hüquqları nəzərə alınmaqla həyata keçirilməlidir. Belə yanaşma həm konstitusiya prinsiplərinə, həm də “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun məqsədlərinə cava b verir.
17. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu barədə” 30 oktyabr 2000-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, mənzillərin özəlləşdirmə hüququ qanunla təsbit olunan hüquqdur və onun yaranması bilavasitə özəlləşdirilən mənzildə yaşamaq hüququ ilə əlaqəlidir. Mənzillərin əvəzsiz olaraq özəlləşdirilməsinin mümkünlüyünü qanunda təsbit etməklə yanaşı, dövlət vətəndaşlara həmin hüququn həyata keçirilməsi üçün şərait yaratmalı və müəyyən əmlakın onların xüsusi mülkiyyətinə verilməsi zamanı Konstitusiyada nəzərdə tutulmuş prinsiplərin qorunmasını təmin etməlidir. Burada xüsusi önəm həm mülkiyyət hüququnun konstitusion təminatlarına, həm də Qanunda istifadə olunan hüquqi vasitələr və konstitusiya əhəmiyyətli dəyərlər arasında olan mütənasiblik prinsipi əsasında müvafiq münasibətlərin bütün iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə verilməlidir. Məhz bu iki məqsədin qarşılıqlı təminatı baxımından qanunverici “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş qaydanı müəyyən etmişdir. Həmin maddənin birinci hissəsinin birinci cümləsinin məzmununa görə özəlləşdirilmiş mənzilin mülkiyyətçisi yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzilə öz mülahizəsinə görə sahiblik edir, istifadə edir və onun barəsində sərəncam verir: onu vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə ve rə bilər, onun barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilər.
18. Göründüyü kimi, şəxsin öz mülkiyyətində olan özəlləşdirilmiş mənzillə bağlı qanunvericiliyə zidd olmayan hər hansı əqd bağlaması mütləq şəkildə ailə üzvlərinin razılığı ilə şərtləndirilmişdir. Bununla da, qanunverici ailə üzvlərinin özəlləşdirilmiş mənzilə əvvəllər əldə olunmuş və mahiyyətcə məhdud əşya hüququ olan yaşamaq hüququnu təmin etmək məqsədilə mülkiyyətçinin mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Hazırki halda mübahisəli mənzil iddiaçıların atalarına əvəzsiz olaraq Mirbəşir rayon ZDS İcraiyyə Komitəsinin 18 noyabr 1975-ci il tarixli, 21 nömrəli iclas protokoluna əsasən verilmiş, sonradan onların razılığı ilə digər ailə üzvünün adına özəlləşdirilmişdir. İddiaçılar mənzildə köhnə mənzil sahibinin zamanından 2020-ci il tarixədək yaşamağa davam etmişlər. Başqa sözlə mənzil iddiaçıların istifadə hüquqları ilə yüklü olmaqla cavabdehin mülkiyyətinə keçmişdir. Belə olan halda, iddiaçıların razılıq ərizələri onların ziyanına şərh oluna və onların həmin mənzildə istifadə hüququna xitam verilməsinə əsas ola bilməz.
19. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “mənzildən istifadə və yaşayış hüququ” özlüyündə ardıcıl və davam edən hüquqdur. Hazırda iddiaçıların mənzildə yaşayış hüququ onların iradəsinin ziddinə, kənar və adekvat olmayan təsirlər nəticəsində məhdudlaşdırılmış, sonuncuların mənzildə yaşama hüququnun axımı kəsilmişdir. Məhkəmə araşdırması zamanı da iddiaçıların 44 günlük Vətən müharibəsindən sonra həmin mənzildə yaşamalarının qarşısının alındığı və mənzi lə daxil olmalarına icazə verilmədiyi bildirilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıların yaşadığı sahədən məhrum edilməsi qanunsuzdur. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxslərin hər hansı hüququ olmasın. Qeyd edilməlidir ki, mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının və ya yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.
21. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26, 33, 43-cü, Mülki Məcəllənin 152.1, 152.3, 152.5-ci, 01 sentyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 123-cü, Mülki Prosessual Məcəllənin 14, 88, 217.3, 372.1, 372.6, 372.7-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
22. Cavabdeh1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2(104)-953/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla ə saslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 425.1, Mülki Prosessual Məcəllənin 88, 106-cı maddələrinin pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçılar mübahisələndirilən mənzilin cavabdehin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını mübahisələndirmədən, hazırki iddianı qaldıra bilməzdilər.
24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
25. İddiaçı1 nümayəndəsi, Vəkil4 vasitəsi ilə kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. Etiraz belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunma sı ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
28. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
30. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin üçüncü və dördüncü hissələrinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayı b onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 31. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bildirmişdir ki, mülkiyyət hüququ Az ərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 32. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarına əsasən... ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, mənzilin mülkiyyətçisinin mülkiyyət hüququndan ailə üzvlərinin bu mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək vermişlər. Bu səbəbdən mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Əks hal hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan “hüquqdan sui-istifadə qadağası”na zidd olar.
33. Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının poz ulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını səlahiyyətləri çərçivəsində müəyyən etmiş və həmin hallara uyğun olaraq maddi hüquq normalarını tətbiq etmişdir.
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçılar mübahisəli mənzil üzərində cavabdehin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına razılıq versələr də, Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarına görə bu razılıq onların həmin mənzildən istifadə hüquqlarından imtina kimi qiymətləndirilə bilməz. Yəni iddiaçıların mübahisəli mənzildən yaranmış istifadə hüquqları onun özəlləşdirməsindən sonra da qalmaqdadır. Cavabdeh mülkiyyətçi olsa da, iddiaçıların istifadə hüquqlarına özbaşına müdaxilə edə bilməz və yalnız qanunla müəyyən edilən prosedur çərçivəsində məhkəmə qaydasında bu hüququn xitam verilməsini tələb edə bilər ki, belə tələb hazırki mübahisənin predmetini təşkil etmir.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin q ətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2(104)-953/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.