Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3713/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil və Cavabdeh Mənzil Tikinti Kooperativinin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh Mənzil Tikinti Kooperativinə və X5 qarşı mənzilə istifadə və sahiblik hüququnun tanınması, mənzilin təhvil verilməsi, müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası və iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı və Cava bdeh-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddiası barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9262/2018 saylı, 15 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbə, İİ giriş, ümumi sahəsi 105,36 kv.m olan 51 nömrəli mənzilinə istifadə və sahiblik hüququnun tanınması, həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul etməsini xahiş etmiş, iddia tələbini onunla əsaslandırmışd ır ki, həmin mənzilinin ona verilməsi barədə Cavabdeh ilə 31 may 2011-ci il tarixli müqavilə imzalamışdır. Müqaviləyə əsasən həmin mənzilin 57948 manat məbləğində dəyərini tam olaraq ödəmişdir. Son dövrlərdə isə Cavabdeh heç bir səbəb göstərmədən mənzildən istifadə etməsinə maneçiliklər yaratmışdır. Onlara müqavilə öhdəliklərini bildirsə də, nəticəsi olmamışdır. Dəyərini tam şəkildə ödədiyi mənzilindən istifadə edə bilmir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim Elçin Ağayev, iş № 2(010)-3304/2017) iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. İşə ilk dəfə apellyasiya qaydasında baxılarkən, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X 6 cavabdehlər İddiaçı və Cavabdeh-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında imzalanmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 105,36 kv.m olan 51 nömrəli mənzilə dair 31 may 2011-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 105,36 kv.m olan 51 nömrəli mənzilin X5 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ilə müqavilə bağlanmamışdan əvvəl eyni mənzilə dair onunla Cavabdeh arasında 08 dekabr 2010-cu il tarixli müqavilə bağlanmış, mənzilin dəyəri tam ödənilmiş, ona 08 dekabr 2010-cu il tarixli maliyyə arayışı verilmişdir. İddiaçı iddiasında mənzilin ona təhvil verilməsini tələb etmiş, lakin nəzərə almamışdır ki, mənzilə daha əvvəl onun hüquqları tanınmışdır. Bununla yanaşı, İddiaçı mənzilin dəyərini ödəməsinə dair sübut təqdim edə bilməmişdir. O, isə mənzilin dəyərini tam ödədiyi üçün mülkiyyət hüququ əldə etmişdir. Mənzil üzərində qanuni əmlak hüquqları mövcud olduğu zaman mənzilə dair İddiaçı ilə müqavilə bağlanması qanunsuz olmaqla, etibarsızdır. Eyni zamanda, İddiaçı həmin icraat zamanı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması, X4 da cavabdeh qismində tanınması və X6 ilə Cavabdeh arası nda bağlanmış 08 dekabr 2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev, Məmməd Məmmədov və Elmira Nağıyeva, iş № 2(103)-10388/2017) Cavabdeh-nın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh Mənzil Tikinti Kooperativinə və X5 qarşı mənzilə istifadə və sahiblik hüququnun tanınması, mənzilin təhvil verilməsi, X6 ilə Cavabdeh arasında bağlanmış 08 dekabr 2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbləri barədə iddiasının təmin edilməməsi, müstəqil tələb irəli s ürən üçüncü şəxs X4 iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında imzalanmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 105,36 kv.m olan 51 nömrəli mənzilə dair 31 may 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin X5 təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2018-ci il tarixli qərarı ilə (hakimlər Ələsgər Əliyev, Aslan Kalbalıyev və Vəfaddin İbayev, iş № 2(102)-3820/18) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov, Sənan Hacıyev və Fuad Talışinski, iş № 2(103)-9262/2018) Cavabdehnın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh Mənzil Tikinti Kooperativinə və X5 qarşı mənzilə istifadə və sahiblik hüququnun tanınması, mənzilin təhvil verilməsi, müqavilənin etibarsız hesab edilməsi tələbləri barədə iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında imzalanmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ-si 4048/49 məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 11-ci mərtəbə, ümumi s ahəsi 105,36 kv.m olan 51 nömrəli mənzilə dair 31 may 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin X5 təhvil verilməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.10.2018ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təsvir etməmiş, onların tələblərini pozmuş, kassasiya instansiyası məhkəməsinin göstərişini yerinə yetirməyib iddiaçının sübutlarını araşdırmadan işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Kassasiya şikayətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış 31.05.2011-ci il tarixli müqavilə üzrə iddiaçının sözügedən mənzilin pay haqqını tam ödəməklə həmin mənzilə mülkiyyət hüququnun olmasına və onun vicdanlı alıcı olmasına, qohum olan cavabdeh MTK-nın sədri ilə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiaçının müqaviləsinin etibarsız hesab edilməsi üçün süni əsas yaradılması məqsədi ilə formal olaraq, görünüş üçün sonradan əvvəlki tarixlə saxta müqavilə bağlamalarına habelə həmin müqavilənin Azər Məmmədov tərəfindən imzalanmamasına əhəmiyyət verməmiş, bu halı aydınlaşdırmamışdır. Qeyd edilənləri nəzərə alaraq kassator məhkəmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qətnaməsini ləğv edib işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclası nda iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun məzmununa uyğun izahat verib, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Cavabdeh-nın vəkili Q.Sadıqov izahat verərək kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını, ümumiyyətlə kassasiya şikayətində yalnız işin faktiki hallarından bəhs edildiyini, hansı hüquq normasının pozulduğunun göstərilmədiyini, habelə qeyd olunan müqaviləni Azər Məmmədovun özünün imzaladığını xüsusi olaraq qeyd etdiyini bildirərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzr ə müstəqil tələb irəli sürən üçüncü şəxs işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ilə cavabdeh MTK arasında bağlanmış 31 may 2011-ci il tarixli müqaviləyə əsasən cavabdeh MTK Bakı şəhəri, Qaraçuxur ŞTQ-si 4048/49-cu məhəllədə inşa etdiyi çoxmənzilli binanın 2-ci girişi 11-ci mərtəbəsində yerləşən sahəsi 105,36 kv. metr olan 3 otaqlı 51 saylı mənzili inşa edib iddiaçıya verməyi, sonuncu isə mənzilin dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, müstəqil tələb irəli sürən üçüncü şəxs X6 ilə Cavabdeh arasında 08 dekabr 2010cu il tarixli müqavilə bağlanmış, mənzilin dəyərinin tam ödənilməsinə dair 08 dekabr 2010-cu il tarixli maliyyə arayışı verilmişdir. Cavabdeh müstəqil tələblər irəli sürən üçün şəxs X4 tələbini qəbul edərək, mübahisəli mənzilin məhz sonuncu tərəfindən alındığını və dəyərinin tam olaraq ödənildiyini təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, X6 mübahisəli mənzili Cavabdeh ilə bağladığı 08 dekabr 2010-cu il tarixli müqavilə əsasın da əldə etdiyindən və mənzilin tam dəyərini həmin tarixdə ödədiyindən, mənzilə əmlak hüquqları (əmlaka sahiblik və istifadə etmək hüququnu) əldə etmişdir. Bundan sonra isə, yəni 31 may 2011-ci il tarixdə İddiaçı ilə MTK arasında eyni mənzilə dair bağlanmış müqavilə etibarsız olmaqla, heç bir hüquqi nəticə yaratmır. Eyni zamanda, İddiaçı mənzilin dəyərinin ödənilməsi ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, mənzilin dəyərinin ödənilməsi MTK tərəfindən verilməli olan müvafiq ödəniş qəbzləri və ya maliyyə arayışı ilə təsdiq olunur. İddiaçı müqavilənin özündə (4-cü bənddə) mənzilin dəyərinin ödənilməsinin öz əksini tapdığını bildirsə də, Cavabdeh bu halı təsdiq etməmişdir. Belə olan halda, mənzilin dəyərinin ödənilməsini sübut etmək vəzifəsi məhz iddiaçının üzəri nə düşür. Müqavilədən isə mənzilin dəyərinin ödənilməsi barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir. Hətta, mənzilin dəyərinin iddiaçı tərəfindən ödənilməsini şərti olaraq qəbul etsək belə, bu halın özü də iddiaçının mübahisəli mənzil üzərində əmlak hüquqları əldə etməsi anlamına gəlmir. Yuxarıda qeyd edildiyi kimi, müstəqil tələblər irəli sürən üçün şəxs X6 daha əvvəl həmin mənzili qanuni əsaslarla əldə etmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı iddiası əsassızdır, bu səbəbdən də rədd olunmalıdır. Sonuncu tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı mübahisəli mənzil üzərində tələb hüququnun mövcudluğu müəyyən olunmamışdır. Eyni zamanda, İddiaçı iddiası üzrə X6 ilə Cavabde h arasında mübahisəli mənzilə dair bağlanmış 08 dekabr 2010-cu il tarixli müqavilənin etibarsız sayılmasına qanuni əsas da müəyyən olunmamışdır. Əksinə, mənzil üzərində əmlak hüquqları mövcud olan X4 iddiası tam əsaslıdır, bu səbəbdən də təmin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi analoji hüquqi nəticəyə gəlmiş Bakı Apellyasiya Məhkəməsinin əvvəlki qətnaməsini ləğv edib işi yeni apellyasiya baxışına göndərən kassasiya instansiyası məhkəməsinin göstərişlərini araşdıraraq qeyd etmişdir ki, apellyasiya icraatı zamanı X6 Cavabdeh ilə bağladığı 08 dekabr 2010-cu il tarixli müqaviləni, oradakı imzanın ona məxsus olmasını şəxsən təsdiq etmişdir. Belə olan halda isə, əqd mülki qanunvericiliyin tələblərinə əsasən hər bir halda etibarlıdır və müqavilədəki imzanın X6 tərəfindən icra olunub- olunmaması ilə bağlı halın ekspertiza vasitəsilə yoxlanılmasına hər hansı zərurət qalmamışdır. Çünki, hətta ekspertiza vasitəsilə müqavilədə olan imzanın X5 məxsus olmaması müəyyən olunsa belə, bu hal özüözlüyündə (yəni, imzanın müqavilə tərəfinə aid olmaması) müqavilənin etibarlılığını şübhə altına ala bilməz. Qeyd edildiyi kimi, imzası mübahisələndirilən müqavilə tərəfi imzanı təsdiq edir. Ona görə də apellyasiya məhkəməsi müvafiq ekspertizaların təyin olunması ilə bağlı iddiaçı tərəfin vəsatəti ilə razılaşmayaraq onu əsassız hesab etmişdir. Kassasiya instansiyası məhkəməsinin digər göstərişi ilə bağlı qeyd edilmişir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində mənzilin X5 məxsus olmasının göstərilməməsi halı da vəziyyəti dəyişdirmir. Çünki, Cavabdeh-nın mövqeyi (etirazı) - İ ddiaçı ilə müqavilənin əslində «xxxx» MMC arasında bağlanmış beton alqı- satqısı barədə 02 iyun 2011-ci il tarixli müqaviləni pərdələmək məqsədi ilə bağlanması, həmin müqaviləyə əsasən satılacaq betonun dəyərinin təminatı olaraq qabaqcadan 3 ədəd mənzilə dair formal müqavilə bağlanması, onlardan birinin də «xxxx» MMC-nin direktoru tərəfindən təqdim edilən İddiaçı adına bağlanması, mənzilin dəyərinin ödənilməməsi, bununla bağlı İddiaçı adına maliyyə arayışının verilməməsi, İddiaçı MTK üzvü olmaması, onun üzvlüyə qəbul olunması və mənzilin satılmasına dair ümumi yığıncağın qərarının olmaması və s. istiqamətdə olmuşdur. Bu səbəbdən də, apellyasiya şikayətində X4 adının göstərilməməsi özü-özlüyündə sonuncunun mübahisəli mənzil üzərində yaranmış hüquqlarını istisna edə bilməz. Həmçinin, apell yasiya instansiyası məhkəməsi, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan başqa mülki işdə X6 ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə əlaqə mobil telefon nömrəsi kimi Xun ***-***-**-** nömrəsinin göstərilməsi, lakin müqavilələr bağlandığı vaxtı belə bir nömrənin aktiv olmaması ilə bağlı məsələyə ümumiyyətlə hüquqi qiymət verməyi zəruri hesab etməmişdir. Çünki, həmin mübahisə başqa şəxslər arasında yaranmış, nəticədə tərəflər mübahisəni barışıq sazişi ilə həll etmişlər (Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 05 mart 2018-ci il tarixli qərardadı). Həmin mülki işdə hazırki mübahisə üzrə preyudisial əhəmiyyətə malik ola biləcək hər hansı hal mövcud deyildir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə kassasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilib Baş Prokurorluğa göndərilmiş xüsusi qərardadın nəticəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin göndərdiyi sorğularına cavab olaraq, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cavab məktubu və araşdırma nəticəsində əldə edilmiş sübutlar göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 11 oktyabr 2018-ci il tarixli məktubundan görünür ki, hazırki vaxtadək Cavabdeh-nın vəzifəli şəxsləri ilə X4 əməllərində cəza təhdidi altında qadağan olunmuş hər hansı ictimai-təhlükəli əməl, yəni cinayət hadisəsinin əlamətləri aşkar olunmamışdır. Eyni zamanda, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən gönd ərilmiş X4 və Cavabdeh-nın icraçı direktoru X2 şahid ifadələrindən də sonuncular arasında mübahisəli mənzilə dair bağlanmış 08 dekabr 2010-cu il tarixli müqavilənin etibarlılığını şübhə altına ala biləcək hər hansı halın mövcudluğu görünmür. Əksinə, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən göndərilmiş şahid X7 ifadəsində göstərmişdir ki, o, tikinti işi ilə məşğul olan şirkətlərə, mənzil-tikinti kooperativlərinə kərpic satmış, «X2» Holdinqin rəhbəri X1in beton işinə baxdığını bilmiş, onu bir iş adamı kimi tanımışdır. o, X1i həmin dövrdə beton satışı ilə bağlı, həmçinin Cavabdeh-ya rəhbərlik edən şəxslərlə də tanış etmişdir. Söhbət zamanı «X2» Holdinqlə Cavabdeh arasında razılaşma əldə olunmuş, müvafiq müqavilə bağlanmışdır. Müqaviləyə görə veriləcək betonun dəyərinin 50 faizi nağd pulla, 50 faizi isə 3 ədəd mənzillə barter edilməli idi. Bu məqsədlə «X2» Holdinq tərəfindən şəxsiyyət vəsiqəsi təqdim edilmiş İddiaçı adlı şəxsin adına mənzil sənədləşdirilmişdir. Sonradan ona məlum olmuşdur ki, sənədləşdirilmiş mənzillərə görə beton verilməmişdir, eyni zamanda mənzillərin dəyəri ödənilməmişdir. Şahidin ifadəsindən göründüyü kimi, Cavabdeh-nın mübahisəli mənzili «xxxx» MMC ilə bağlanmış betonun alqı-satqısı müqaviləsinə əsasən formal olaraq İddiaçı adına rəsmiləşdirilməsi, mənzilə görə hər hansı pul vəsaitinin ödənilməməsi barədə etirazları dolayısı ilə öz təsdiqini tapır. Eyni zamanda, Cavabdeh «xxxx» MMC ilə bağladığı 350 marka beton məmulatlarının satışı ilə bağlı 02 iyun 2011-ci il tarixli müqaviləni də məhkəməyə təqdim e tmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanl ılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh olunmasına dair» Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli q ərarındakı hüquqi mövqeyinə əsasən - mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Lakin Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Normanın məzmunundan göründüyü kimi mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüqu qunun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Konstitusiya Məhkəməsi qeyd edilən qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Məhkəmə kollegiyası mübahisənin yuxarıda qeyd edilən qaydada həll edilməsi barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını tam, ətraflı araşdırmış, qətnaməni tərəflər arasında olan q arşılıqlı münasibətlərə bə maddi hüquq normalarına uyğun düzgün əsaslandırmış, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə düzgün hüquqi dəyərləndirmə aparmış, işdə olan sübutlara MPMnin 88 və 217-ci maddəsinin tələblərinə uyğun qiymət vermişdir. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçı cavabdehlə X1 arasında bağlanmış 08.12.2010-cu il tarixli müqaviləsinin saxta olması, onun geri tarixə tərtib edilməsi barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Onun kassasiya şikayətində göstərdikləri ehtimal və mülahizələrdən ibarətdir. Belə ki, başqa bir mülki işdə X1un CavabdehMTK ilə bağladığı müqavilələrdə göstərilə əlaqə nömrəsinin müqavilələr bağlanan vaxt aktiv olmaması və bu halın da X1la bağlanan müqavilələrin göstərilən tarixdə deyil, sonradan tərtib edilməsini təsdiq etməsi barədə qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birincisi, hazırki mübahisənin predmeti olan 08.12.2010-cu il tarixli müqavilədə belə bir hal mövcud deyildir. İkincisi, başqa bir mülki iş üzrə məhz bu əsasla X1la bağlanmış hər hansı müqavilənin saxta olması, sonradan tərtib edilmiş olması barədə halın müəyyən edilməsi barədə məhkəməyə hər hansı qanuni qüvvəyə minmiş məhkəmə aktı təqdim edilməmişdir. Belə olan halda, işdə Azərbaycan Respublikası MPM-nin 82.3cü maddəsinə əsasən sübut etmədən azad edilməyə əsas verən hal mövcud deyildir. Müqavilədəki imzanın X1a məxsus olmaması və bu barədə müvafiq ek spertizanın keçirilməməsi barədə məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə tam razıdır və hesab edir ki, ekspertiza vasitəsilə müqavilədə olan imzanın X5 məxsus olmaması müəyyən olunsa belə, bu hal özü-özlüyündə (yəni, imzanın müqavilə tərəfinə aid olmaması) müqavilənin etibarlılığını şübhə altına ala bilməz. Çünki imzası mübahisələndirilən müqavilə tərəfi imzanı təsdiq edir. Məhkəmə kollegiyası İddiaçı tərəfindən müqavilə üzrə evin dəyərinin ödənilməməsinin həmin müqavilənin etibarsızlığına əsas vermədiyi barədə dəlilləri ilə bağlı isə qeyd edir ki, İddiaçıla bağlanmış müqavilənin etibarsızlığına əsas evin dəyərinin onun tərəfindən ödənilməməsi deyil, müqavilə bağlanarkən mənzil üzərində mülkiyyət hüququnun Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən artıq X1a m əxsus olması, yəni CavabdehMTK-nın həmin mənzilə sərəncam vermək səlahiyyətinin olmaması olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Həmin Məcəllənin 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər əsassızdır, bu dəlillər qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədə n saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli 2(103)9262/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3713/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3713/2019
27.05.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver