Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3714/2019 31.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 və vəkili iştirakı ilə, Cavabdeh “xxxx” ASC-nin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12349/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.T.Tağıyeva) 2(006)-8355/2017 nömrəli, 20 dek abr 2017-ci il tarixli qətnaməsi ilə idda tələbinin təmin edilmiş, “xxxx” ASC-nin Mərkəzi filailı ilə iddiaçı arasında bağlanmış 28.02.2007-ci il tarixli 1818 nömrəli kredit müqaviləsinin və “xxxx” ASC-nin Mərkəzi filailı ilə iddiaçı arasında bağlanmış 28.02.2017-ci il tarixli 1818 nömrəli kredit müqaviləsinə bank tərəfindən edilmiş 24.02.2009-cu il tarixli 1 saylı əlavənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov) 2(103)-4738/2018 nömrəli, 03 may 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8355/2017 nömrəli iş üzrə 20 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər Ə.G.Nurməmmədov (sədrlik edən və məruzəçi) M.T.Əhmədova və Ə.M.Rüstəmov) 2(102)-6301/2018 nömrəli iş üzrə 01 oktyabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi “26.02.2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, qətnamənin qlan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və V.N.Sadıqov) 2(103)-12349/2018 nömrəli, 19 dekabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayət i təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8355/2017 nömrəli iş üzrə 20 dekabr 2017-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “26.02.2007-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində cavabdeh “xxxx” ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi, sonradan isə iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “xxxx” MMC-nin tərkibində olan “xxxx” MMC-də 10 may 2006-cı il tarixdən 01 avqust 2011-ci il tarixədək iqtisadçı vəzifəsində çalışmışdır. Həmin dövrdə “xxxx” MMC-yə və “xxxx” MMC-yə Dünyamın Xəlilov adlı şəxs rəhbər lik etmişdir. D.Xəlilov rəhbərlik etdiyi “xxxx” MMC-də işləməyindən, vəzifəcə özünün qəbul etdiyi qərarlardan asılı olmağından və onun etibarından sui-istifadə edib onu aldadaraq “xxxx” ASC-nin Mərkəzi filialında ondan xəbərsiz hazırlanmış kredit müqaviləsinə imza etməyə təhrik etmişdir. Dünyamın Xəlilov onun sadəcə müqaviləni imza etməli olduğunu və gələcəkdə bu müqavilə ilə bağlı heç bir problemin yaranmayacağını, krediti öz şirkətlərinin ödəyəcəyini bildirmişdir. Hətta pulu bankdan çıxarıb D.Xəlilova gətirməyini xahiş edəndə o, banka getməmiş və bildirmişdir ki, ona aid olmayan pulu o, götürmək istəmir. Kredit müqaviləsinin bağlanması hələ həmin kreditin götürülməsi və kredit müqaviləsi üzrə öhdəliyin yaranması demək deyildir. Müqavilə niyyətdir ki, çox vaxt təcrübədə olmuşdur ki, müş təri və yaxud bank həmin niyyətdən sonrakı əməliyyatlara getmir. Beləliklə, “xxxx” ASCnin Mərkəzi filialı arasında heç bir hüquqi və iqtisadi dayağı olmayan, tam təminatsız 28.02.2007-ci il tarixli 1818 nömrəli kredit müqaviləsinə ona imza etdirilmiş və həmin müqaviləyə görə 12 ay müddətinə, illik 15 faiz olmaqla 353 500 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdu. Müqavilə 1 illik, 2008ci ilədək olduğundan öz qüvvəsini itirmiş sayılmalıdır. Sonradan, yəni 2014-cü ildə Bankın məhkəməyə verdiyi iddiadan ona məlum olmuşdur ki, guya kredit vəsaitini onun xəbəri olmadan açılan hesablardan Beynəlxalq Bankdan kimsə götürmüş və hətta bəzi ödənişlər də etmşdir. Məhkəmə prosesi gedişində ona bildirilmişdir ki, guya 28 fevral 2007-ci il tarixli kredit müqaviləsinə 24 fevral 2009-cu il tarixdə tərəflər, yəni o, müqaviləyə əlavəni imzalayaraq müqavilənin müddətini 24 ay uzatmışdır. Bu əlavədən də onun xəbəri olmamış və imzanın da ona aid olmadığını sübut etmək ücün vəsatət vermişdir ki, ekspertiza təyin olunsun. Ancaq heç ekspertsiz də görünürdü ki, imza onun deyil. Hətta bankın adından həmin saxta əlavəyə imza edənin də imzası saxtalaşdırılıb, A.Sultanovun deyil. Kifayət qədər saxta sənədlər aşkarlandığından onlar bu halı artıq mübahisəndirməmişlər. Məhkəmələrin gedişatı dövründə icraat zamanı məlum olmuşdur ki, bu qüvvədən düşmüş müqaviləyə aid bankın heç bir sübutu yoxdur, yaxud bankda bu işdə maraqlı şəxslər həmin sənədlərin açılmasında maraqlı deyillər. Hazırda, hələ də Bank daxilində maraqların toqquşması halı baş verir. Hazırda isə tamamilə bankdan uzaqlaşdırılm ış və nəzarət altında olmaqla istintaqa çağrılır. Bütün etdiklərinə əlavə olaraq onun işdə saxta sənədlərin məhkəməyə təqdimatı ilə əlaqədar da Sumqayıt Apellyasiya Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(105)-1207/2016 saylı Xüsusi Qərardadın materialları Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş və hazırda da iş aparılır. X8 imza edən Bankın Kiçik Kredit Komitəsinin 27 fevral 2009-cu il tarixli 8 N-li Protokolundan Çıxarış da saxtadır, çünki Məhkəmə Ekspertiza Mərkəzinin müxtəlif vaxtların, iki müxtəlif ekspertinin rəyinə əsasən tədqiqatın nəticəsi olaraq bildirilir. Əsas müqaviləyə edilən 24 fevral 2009-cu il tarixli 1 saylı əlavənin aşağı hissəsində, “borc alan ” qrafasında İddiaçı yazılarından aşağıda olan imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş dur, yəni, imzanın saxtalaşdırılması aşkarlanmışdır. Bu sənədə əsas isə 27 fevral 2009-cu il tarixli 8 saylı protokoldan çıxarışdır, deməli o da saxtadır. Saxta 24 fevral 2009-cu il tarixli əlavə imzalandıqdan sonra guya 27 fevral 2009-cu il tarixdə həmin kreditin ayrılmasına icazə verilib əksinə olmalı halda, Akif Əliyevin məqsədi - 2007-ci il tarixli 18/18 saylı müqavilə ücün 2009-cu ilə aid saxta sənədlə saxta iddia müddəti yaratmaq olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin şəxsi təşəbbüsünə əsasən iş 3-cü dəfə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertza Mərkəzinə göndərilmiş və 26.08.2015-ci il tarixli maliyyə eksperti rəyində bildirilir ki, İddiaçı ilə “xxxx “ ASC arasında bağlanmış 2007-ci il tarixli 18/18 saylı kredit müqaviləsi üzrə kredit vəsaitinin verilməsin i özündə əks etdirən kassa məxaric orderi, kredit məbləğinin müştərinin bank hesabına köçürülməsinə dair hesabdan çıxarış olmadığından 335500 ABŞ dolları məbləğində kredit vəsaitinin İddiaçı verilməsini və kredit müqaviləsinin qüvvədə olduğu müddətdə kreditdən istifadəyə görə faiz borcunun hesablanmasını müəyyən etmək mümkün deyildir. Nəzərə almaq lazımdır ki, 1-ci və 2-ci iddiaları da 2014-cü ildə Beynəlxalq Bankın baş direktoru olmuş, bu işdə şəxsi marağından çıxış edən A.Əliyev imzalayaraq tərtib etdikləri saxta sənədlərlə məhkəməyə təqdim etmişlər. Bankın iddiasından ona məlum olmuşdur ki, həmin kredit müqaviləsi üzrə ayrı- ayrı tarixlərdə ödənişlər aparılmış və 3 hesabda olan cəmi məbləğ 2010-cu il tarixinə 881 151.26 dollar təşkil edib (bankın təqdim etdiyi məlumatlara əsasən). Kredi tin götürülməsi və müəyyən məbləğdə ödənişlərin edilməsi “xxxx” ASC tərəfindən 27.01.2014-cü il tarixdə ona qarşı iddia qaldırarkən ona məlum olmuşdur. 29.12.2010-cu il tarixli hesabın N-si olub ******************** -bu hesabda 376960 manat olmuşdur. 1 manatın məzənnəsi 0,6 ABŞ dollar gosrərilib, yəni 05.02.2015-ci il tarixli arayışda hesabının nömrəsi olub-********************. Bu hesabda 30.12.2010-cu ildə 377 107 dollar olmuşdur. Nəzərə alınmalıdır ki, həmən illərdə 3801 saylı hesab-manat hesabı, 3811 saylı hesab-dollar hesabı olmuşdur. Həmin 2010-cu ildə dolların, konvertasiya olunarsa 376,960 manat =571.151 ABŞ dollar edir. Bu hesab haqqında məhkəmə qarlarında qeydlər var, lakin Bankın nümayəndələri onun üstündən keçməyə çalışırlar. Digər hesabda olan cəmi məbləğ 377 107 ABŞ dollardır. 571.151 + 377 107 = 948 258 AB$ dolları olub (hesablarda). Bankın təqdim etdiyi sənədlərdən belə anlamaq olur ki, hesablarda 2010-cu ildə onun adına (İddiaçı) 948258 ABŞ dolları pul vısaitimi olmuşdur? Onda bu məbləğlər silinibsə hesabın sahibindən gizlin-hara və necə silinib? Kreditin formal olaraq onun adına rəsmiləşdirilməsindən Bankın o vaxtkı rəhbərliyinin məlumatı olmuş və kreditin verilməsində ona indi məlum olduğuna görə “xxxx” MMC-nin rəhbəri D.Xəlilovla “xxxx” ASC nin o vaxtkı rəhbərliynin arasında dostluq və əməkdaşlıq münasibətlərinin mühüm rolu olmuşdur. “xxxx” MMC Beynəlxalq Bankın təsisçilərindən biri olmuşdur. Belə olmasa idi 90 manat maaş alan şəxslə heç bir girov, zaminlik, imza nümunəsi və sair təminat olmadan 353 500 (üç yüz əlli üç min beş yüz) ABŞ dolları məbləğin də kredit verilməsi rəsmiləşməzdi. Beynalxalq Bankda müqavilə ilə əlaqədar ondan əlavə gəlir yeri, əmlakı barədə heç bir sənəd də tələb etməmişlər. Bu təminatlar olmadığı halda Beynalxalq Bankın həmin məbləğdə kreditin aylıq 90 manat maaşı olan fiziki şəxsə ayırması qeyri-mümkün olmaqla bank qanunvericliyinə zidd idi və bu 2 biznes təşkilatlarının razılaşmasının olduğunu bütün işçilər və rəsmilər də bilirdi. Bu qeyri real bir hal olduğundan o da anlayırdı ki, onun heç bir öhdəliyi yaranmır. Bu hal kütləvi olduğundan yalnız 2011-ci ildə öz ərizəsi ilə, xahişi ilə işdən çıxanda mühasibatlıqda maraqlanmışdır ki, həmin kreditin taleyi necə olmuşdur. Ona bildirmişlər ki, hazırda mübahisə olunan kredit artıq bağlanılmışdır. Çünki artıq bəzi işçilərin də imzaladıqları kreditlə əlaqədar, problemlə r yaşanırdı. Kimsə məişət krediti ala bilmirdi, kimsə işdən çıxanda kredit bağlanmadığından problemlə üzləşirdilər. Hətta bu barədə, onunla o zaman şirkətdə işləyən Kənan adlı həmkarının anası Məmmədli Esmiralda xanım natorial təsdiq olunmuş ərizəsində də qeyd etmişdir ki, oğlu Kənan və gəlini Aynurə işdən çıxanda biliblər ki, imzaladıqları küllü miqdarlı kredit hələ də bağlanmayıb və Esmiralda xanım o kredit müqavilələrini çox çətinliklə ləğv etdirə bilmişdir. Kredit müqaviləsinə o imza etdikdən sonra o banka getməmiş və bankın hər hansı bir kassasından pul götürməmişdir. Əgər onun razılığı olmadan onun adına hər hansı bir hesab açılıbsa da və həmin bank hesabına vəsait köçürübsə belə, o həmin kreditin bankdan çıxarılması və ya istifadəsi ilə bağlı heç bir sərəncam verməmiş və ümumiyyətlə bankla hec bir əlaqəsi olmamışdır. Belə sənədlər də bankda yoxdur və ola da bilməz. O, heç bir kassa sənədini, kassa məxaric orderini imzalamamışdır. Hətta müqavilənin surəti də ona verilməmişdir. O, yalnız məhkəmədə bilmişdir ki, adətən bütün müqavilələrdə olan ödəniş cədvəli də hazırkı müqavilədə olmamışdır. “xxxx” MMC-nin və “xxxx” MMC-nin faktiki rəhbəri Dünyamin Xəlilov tərəfindən ona qarşı edilən təzyiqlərə dözməyərək 2011-ci ildə işdən çıxmışdır. Bundan sonra hesab etmişdir ki, kredit müqaviləsi tərəfindən imzalansa da, tərəfindən hər hansı kassa - məxaric orderinə imza atmadığına, girov qoymadığına görə və kredit götürmədiyi üçün onun öhdəliyi yaranmamışdır. İllər keçdikdən sonra da onun bank qarşısında heç bir öhdəliyi yaranmamışdır. O ciddi şəkildə narazılıq etdikdən, etiraz və dəlilləri bildirib, sübutlar tələb etdikdən sonra Bankın nümayəndələri məhkəməyə heç bir sübut təqdim edə bilmədiyindən Sumqayıt şəhər Məhkəməsində 06.05.2014-cü il tarixdə işi baxılmamış saxlamış, işin onların etirazları və sənədləri ilə arxivə göndərilməsinə şərait yaratmış və onu aldadaraq problemin həll ediləcəyini bildirilmişdilər. Sonra “Kredit müqaviləsinin etibarsızlığı" tələbi üzrə qarşılıqlı iddiası da həmən arxivə gedən sənədlərin içindən yoxa çıxır. Onlar bütün bunlar haqqında yalnız Sumqayıt Apellyasiya Məhkəməsində bilmişlər ki, orada müzakirə olunan iddia 2-ci iddiadır. İlk iddianın baxılmamış saxlanmasından da xəbəri olmamış, onun 10 gün müddətində şikayət vermək hüququ da pozulmuşdur. Xəbəri olmadan Bankın nümayəndəsi bir gün sonra “xxxx” ASC adından Akif Əliyevin imzasıyl a 07.05.2014-ci il tarixdə ona qarşı eyni sənədlərlə yenidən iddia qaldırmış və bu barədə ona bildiriş göndərilməmişdir. Sumqayıt şəhər Məhkəməsi iddianı qismən təmin edərək yalnız dəbbə pulunu azaltmış və digər məsələlərə toxunmamışdır. Həmin prosesdən gec məlumat tutduğu üçün “kredit müqaviləsinin etibarsızlığı” tələbi üzrə qarşılıqlı iddiası arxivdə ikən bütün bu qanunsuzluqlardan sonra Sumqayıt şəhər Məhkəməsinin qətnaməsindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Əgər krediti o götürmüşsə, ötən 8 il ərzində borc ödənilmədiyi halda niyə bank bu illər ərzində məhkəmədə iddia qaldırmamış və ya ona bircə bildiriş də göndərməmişdir. O, həmişə Bakıda olmuşdur. Yaxud da kredit müqaviləsinə edilmiş əlavəni imzalamaq kimin və hansı işinə yarıyacaqmış. Eyni zamanda da ha maraqlı məqam ondan ibarətdir ki, 27.02.2007-ci il tarixli müqavilə 12 aylıq bağlanmış və 27.02.2008-ci il tarixdə müqavilə qüvvədən düşmüşdür. Belə olan halda qüvvədən düşmüş müqaviləyə bir il keçdikdən sonra 24.02.2009-cu il tarixdə əlavə edilərək guya müddəti uzadılmışdır. Arada boş qalan müddətdə nə edilmişdir. Saxta əlavə məhz 2009-cıı il tarixindən qeyd olunurdu ki, 3 illik idida müddəti yaratsınlar. Bir də, əgər pul ödənilməmişdisə onda bank 27.02.2007-ci ildən-24.02.2009-cu il tarixədək nə iş görüb ki, pullar qaytarılsın. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertza Mərkəzinin 26.08.2015-ci ırixdə keçirilmiş məhkəmə maliyyə ekspertizasının rəyində də - kassa məxaric orderinin, cari hesabından çıxarışın olmaması səbəbindən kreditin ona verilib-veril məməsi, hesablanmış faizləri müəyyən etmək mümkün olmamışdır. Bütün bunlar kredit müqaviləsinin normal olaraq adına rəsmiləşdirilməsini, kredit borcunun kimlərinsə mənafeyinə xidmət etdiyini düşünməyə əsas verir. Kredit müqaviləsini imzalasa da, həmin müqavilə onun həqiqi iradəsini əks etdirmir. Çünki işlədiyi müəssisənin rəhbərliyinin təkidi və təziqi ilə, işdən çıxarılmamaq üçün kredit müqailəsini imzalamışdır. Daha sonra bunun ağır sonluqla nəticələnəcəyini dərk edərək kassa məxaric orderini imzalamaqdan imtina etmiş, nə kassa məxaric orderini, kredit müqaviləsinə əlavəni və nə də sonrakı tarixlərdəki ödəniş sənədlərini (çekləri o imzalamamış və Bankla onun hec vaxt hec bir əlaqəsi olmamışdır. Həm də kredit formal olaraq adıma rəsmiləşdirilməsindən Bankın özünün məlumatı olmuşdur. Onun adına açlan hesablardan xəbərsiz olmuşdur ki, bu da bank daxilində olan özbaşınalıqdan xəbər verir. Qeyd etdiyi kimi aylıq 90 manat maaş alan adi bir işçiyə heç bir girov təminatı olmadan 353 500 ABŞ dolları məbləğində krediti verməzdilər. Bütün bunlar onun iradəsi olmadan müqaviləyə imza etməyə məcbur olduğunu, onun (müqavilənin) iradəsinin əks etdirmədiyini, eyni zamanda kreditin götürülməsinin sonrakı prosessual addımlarının onun deyil, başqa şəxslər tərəfindən aparıldığını (bunun üçün heç kimə etibarnamə və ya təmsilçilik üçün tapşırıq verməmişdir) və bu səbəbdən də həmin müqavilənin etibarsız hesab edilməli olmasını deməyə kifayət qədər əsas verir. Kredit müqaviləsinin bağlanması hələ həmin kreditin götürülməsi və kredit müqaviləsi üçün öhdəliyin yaranması demək deyildir. Belə olard ısa, banklar tərəfindən kassa məxaric orderi tərtib edilməsinə gərək qalmaz və adi kredit müqaviləsi bağlanmaqla borclu şəxs barəsində öhdəlik yaratmış olardılar. Halbuki, bank praktikasında artıq formalaşmış işgüzar adətlər mühasibat uçotu haqqında qanunvericilik - pul əməliyatları zamanı məxaric orderlərinin tərtib edilməsini hüquqi və fiziki şəxsin kassa əməliyyatlarının (məxaric əməliyyatının) zəruri şərti kimi müəyyən edir. Dünyamin Xəlilov ona olan etibarından sui-istifadə edərək onu aldatmış, onu həmin kredit müqaviləsini imzalamağa təhrik etmişdir. Həmin 2007-ci ildə də “xxxx” MMC-nin rəhbəri olan Dünyamin Xəlilov Milli Məclisin deputatı olmuş, ona görə də külli miqdarda kredit vəsaitlərini öz işçilərinin, yəni fiziki şəxslərin adına götürməklə uydurma əqdə imza etdirmişdir. Bununl a həm də gəlir vergisindən də yayınmış və dövlət büdcəsinə xeyli ziyan vurmuşdur. Yalnız, 2011-ci ildə babası Əbdüləli Mürsəlovdan vərəsəliklə Xırdalanda dədə-babasından ona da vərəsəliklə keçmiş əmlak olan, köhnə tikilinin 1/4 payı adına rəsmiləşdirilmişdir ki, Bank tam qanunsuz ona nəzarət qoyub. Paylı mülkiyyət olduğundan evin hansı hissəsinin onun olduğu da aydın deyil. Beş ailəyə, nənəsi, qardaşı və üç bibisinə 27 nəfər Azərbaycan vətəndaşına məxsusdur. Həmən köhnə ev ata-baba yurdu kimi simvolik saxlanılır. Mətbəx-hamamı da ümumidir və onun yeganə əmlakı sayılır. Beynəlxalq Bankın Mərkəzi filialının müdiri X3 tərəfindən təsdiq edilmiş, 25 noyabr 2014-cü il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş yeganə cavaba əsasən “xxxx” ASC kreditin götürülməsini təsdiq edə bilən yega nə sübutun - kassa məxaric orderinin və eləcə də ayrı-ayrı tarixlərdə kreditin ödənilməsinə dair ödəniş çeklərinin guya arxivə verildiyini bildirmiş və məhkəməyə sənədlərin arxivə verilməsinə və ləğv edilməsinə dair 2 akt təqdim etmişdir ki, bu aktlar da heç nəyi sübut etmir. Çünki nəzərə alınmalıydı ki, cavabdeh İddiaçı imzalatdırılan kredit müqaviləsi 28.02.2007- ci il tarixdə, 1 illik bağlanmışdır və həmin kreditin nəğd alınması və ya köçürülməsi ilə bağlı sənədlər ( bank sənədləri nəzərdə tutulur) məhz 28.02.2007- ci il tarixdən sonrakı dövrü əhatə edir ki, bu sənədlər də, borc tam ödənildikdən sonra ən azı arxivdə 5 il saxlanmalıdır. Bank 06.06.2016-cı il tarixli məktubla Sumqayıt Apellyasiya Məhkəməsinnin sorğusuna cavab olaraq yenə də 2013-cü və 2016-cı ilin kredit sənədlərinin arxi vdə ləğv edilməsinə dair 2 akt təqdim etmişdir ki, bu aktlar da hazırkı kreditin ona aid olduğunu və yaxud da ümumiyyətlə heç nəyi sübut etmir və onlarda kredit dosyelərinə aid hec nə yoxdur. Bununla da Bank rəsmiləri əslində kreditin (pulun) onun, İddiaçı tərəfindən götürülməsi faktını sübut edə bilməmişdir. Eyni zamanda tələb olunan sənədlərin ləğv edildiyini sübut etməyə çalışan Beynəlxalq Bank, bununla həmən kreditin artıq bağlandığını sübut etmiş olur. Göstərilənlərə əsasən, cavabdeh “xxxx” ASC-nin Mərkəzi filailı ilə İddiaçı arasında bağlanmış 28.02.2007-ci il tarixli 1818 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə bank tərəfindən edilmiş 24.02.2009-cu il tarixli 1 saylı əlavənin etibarsız hesab edilməsi və cavabdeh “xxxx” ASC-dən mənəvi zərərin əvəzi olaraq 30000 (otuz min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “xxxx” ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)12349/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında İddiaçı və nümayəndəsi vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyasında onların izahatı dinlənilmədi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-12349/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib iş üzrə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməli, kassasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kass asiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktiki hallarının müəyyən olunması ədalətli məhkə mə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, İddiaçı sadəcə olaraq 28.02.2007-ci il tarixli kredit müqaviləsini imzalamış, lakin bu kredit müqaviləsini imzalamış olması ilə mülki hüquqlar əldə etməmiş və özü üçün mülki vəzifələr yaratmamış, müqavilə şərtləri onun iradəsi çərçivəsində müəyyənləşdirilməmiş, bununla da həmin müqavilə ona münasibətdə əhəmiyyətsiz əqd mahiyyətində olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, iddiaçının kredit müqaviləsini 2007-ci il tarixdə imzalamış olmasına baxmayaraq onun etibarsızlığını hazırki vaxtadək mübahisələndirməsinin başlıca səbəblərindən b iri həmin kredit müqaviləsini işlədiyi “xxxx” MMC-nin müdiri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təkid edilməsi səbəbilə imzalaması və kredit məbləğini bankdan özünün almaması olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticələrdən həmçinin görünür ki, iddiaçı bank qarşısında heç bir öhdəliyinin yaranmadığını düşündüyündən borcun ondan tutulaması barədə real təhlükə hiss etməmiş, bununla belə 2017-ci il tarixdə sözügedən pul məbləğinin ondan tutulacağı təhklükəsini real dərk etmiş və məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmişdir. Buna görə dəs iddia müddətinin axımı 2017-ci il tarixdən başlamışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 389.1, 337-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin hallarına, prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, tərəflərin qarşılqılı münasibətlərini əks etdirmir. Belə ki, işin materiallarından görünür ki, işin mübahisəsiz hallarına əsasən “xxxx” ASC-nin mərkəzi filialı ilə İddiaçı arasında bağlanmış 1818 saylı, 28 fevral 2007-ci il tarixli kredir müqaviləsinə əsasən «xxxx” ASC İddiaçı illik 15 faiz dərəcəsi olmaqla, 12 ay müddətinə 353500 (üç yüz əlli üç min beş yüz) ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Qeyd edilən kredit müqaviləsinə dəyişikliklərin edilməsi haqqında 24 fevral 2009-cu il tarixli 01 saylı əlavənin surətindən görünür ki, borcalandan verilən kredit vəsaitindən istif adə müddəti 48 aydır. İşə baxan məhkəmələr cavabdeh tərəfin hazırki mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizənin təmin edilməməsinin əsası kimi iddiaçının müvafiq kredit müqaviləsindən və ondan irəli gələn öhdəliklərdən məlumatlı olmadığını qeyd etmişlər. İşin materiallarından görünür ki, iddiaçı 28.02.2007-ci il tarixli müqaviləni imzaladığını inkar etməsə də, həmin müqaviləni işlədiyi “xxxx” MMC-nin sədrinin təkidi əsasında imzalamasını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçının kredit müqaviəsinin imzalamasını etiraf etməklə yanaşı, imzaladıqdan sonra ondan irəli gələn hüquqi nəticələrdən xəbərdar olmadığını bildirməsi hazırki iş üzrə iddia müddətinin tətbiq edilməməsi üçün hüquqi əsas yaratmır. Həmçinin, a pellyasiya instansiyası məhkəməsi iş materiallarında olan iddiaçı “xxxx” ASC-nin cavabdeh İddiaçı qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, İddiaçı “xxxx” ASC-nin xeyrinə 130000 ABŞ dolları əsas, 105841,54 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları dəbbə pulu, cəmi 236841,54 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ödənilən məbləğ qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmasının qət edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2014-cü il tarixli 2(060)-4095/2014 saylı qətnaməsinə istinad etsə də və bununla bağlı əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında göstərilənləri qətnaməsində əks etdirsə də, sonuncu qərarda şərh olunan göstərişlərə ümumiyyətlə əməl etməmişdir. Halbuki, həmin qərarda göstərilmişdir ki, iddiaçı 2007-ci il tarixdə aldadılma nəticəsində müqavilə bağladığını iddia etməsinə baxmayaraq, müqavilə bağlandığı vaxtdan 10 il küçdikdən sonra həmin müqaviləni mübahisələndirməməsinə, keçən bu müddət ərzində susmasına məhkəmələr hüquqi qiymət verməmişdir. Hazırda mübahisələndirilən kredit müqaviləsi üzrə bank İddiaçı qarşı borcun tutumasına dair Sumqayıt şəhər məhkəməsinə iddia tələbi ilə müraciət etmiş və cavabdeh İddiaçı “xxxx” ASC-nin xeyrinə kredit borcunun tutulması ilə bağlı Sumqayıt şəhər məhkəməsinin 14.07.2014-cü il tarixli, 2(060)4095/2014 saylı məhkəmə qətnaməsi qəbul edilmişdir. Beləliklə, İddiaçı mübahisələndirdiyi kredit müqaviləsi üzrə ondan borcun tələb edildiyini 2014-cü ildə bilməsinə baxmayaraq qanunla müəyyən edilmiş əqdin etibarsızlığı üçün nəzər də tutulmuş 1 illik mübahisələndirmə müddətinə əməl etməmişdir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə iddiaçının aldadıldığını kredit müqaviləsində göstərilən pul məbləğinin ondan tutulacağı təhlükəsini real dərk etdikdə başa düşməsi və 2017-ci ilin sentyabr ayında hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyi üçün iddia müddətinin axımı 2017-ci il tarixdən başlaması nəticəsinə gələrkən nəzərə almamışdır ki, bu hallarla bağlı əvvəlki kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin sözügedən hala verdiyi qiymətlə bağlı göstərmişdir ki, bankın İddiaçı borcun tələb edilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş və sonuncunun hüququnun pozulması bilməli olduğu vaxt həmin dövrdən hesablanmalı olduğu halda məhkəmə iddiaçını n 2017-ci ilin sentyabr ayında pul məbləğinin ondan tutulacağı təhlükəsini real dərk etməsini qeyd etməklə gəldiyi nəticə işin hallarına, tərəflərin qarşılıqlı münasibətlərinə, işdə sübutlara uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin göstərilən halında iddiaçının mübahisələndirilən kredit müqaviləsindən və ondan irəli gələn borcun tələb edilməsindən ən azı 2013-cü ildən məlumatlı olmasına, Sumqayıt şəhər məhkəməsinin 14.07.2014-cü il tarixli, 2(060)4095/2014 saylı məhkəmə qətnaməsi qəbul edilməzdən əvvəl, ona qarşı irəli sürülən iddia ilə bağlı hər hansı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməməsinə, qeyd edilən qətnamədən hətta apellyasiya şikayəti verməklə, sözügedən iddia üzrə bir neçə məhkəmə instansiyalarının qərarı qəbul edilməs inə iddia müddətinin üzürsüz səbəblərdən buraxılması baxımından düzgün hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İddia müddətinin tətbiq edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müdd ətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmə t etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək, «Miragall Eskolano və digərləri İspaniyaya» qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında bel ə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çı xarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfind ən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsinin əsası kimi istinad etdiyi iddiaçının bank qarşısında heç bir öhdəliyinin yaranmadığını düşündüyündən borcun ondan tutulaması barədə real təhlükə hiss etməməsi, bununla belə 2017-ci il tarixdə sözügedən pul məbləğinin ondan tutulacağı təhklükəsini real dərk etməsi və məhkəməyə hazırki iddia tələbi ilə müraciət etdiyindən iddia müddətinin axımının 2017-ci il tarixdən başlaması, bununla da iddiaçının iddia müddətini ötürməməsi kimi dəlil ləri tam əsassız olmaqla işin faktiki hallarına uyğun deyildır. Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Azərbaycan Respublikasının MPM-nin 420-ci və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının tələblərinə riayət etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin Qərarın 2.2-ci bə ndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Sözügedən Qərarın 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hüquqi müəyyənli k prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yaln ız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MÜİMK-nın 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair 31 may 2006-cı il tarixli qərarında da şərh olunmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmə li hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-nin 81, 88, 217.1 və 218.1-ci maddələri). Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3.-cü maddəsinə müvafiq olaraq, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Göstərilən Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəy yən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Avropa İn san Hüquqları Məhkəməsi “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübabisə edilə bilməsin. Bu prinsip onu nəzərdə tutur ki, tərəflər işlərinə yalnız yenidən baxılması və yeni qərar qəbul edilməsi məqsədi ilə məhkəmə qərarına yenidən baxılmasına nail olmamalıdırlar. Yuxarı məhkəmələr məhkəmə qərarlarına yalnız yenidən baxılması xatirinə deyil, ədalət mühakiməsi həyata keçirilən zaman yol verilmiş pozuntuların aradan qaldırılması məqsədi ilə baxmalıdırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellya siya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməklə, cavabdehin bu barədə olan ərizəsi nəzərə alınmaqla kassasiya şikayəti əsaslı olduğundan apellyasiya instansiyasının qətnaməsi ləğv edilməli, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia müddətinin keçməsi əsası i lə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi MK-nın 19 dekabr 2018-ci il tarixli, 2(103)-12349/2018 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3714/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3714/2019
31.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver