Məhkəmə qərarları › İş №2(102)-3714/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3714/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3714/2020 21.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X14 oğlunun katibliyi ilə, İddiaçı1, onun vəkili X7, İddiaçı4, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı19, İddiaçı17, İddiaçı18, İddiaçı20 v ə İddiaçı21 (bundan sonra iddiaçılar)cavabdeh “xxxx” MMC-yə qarşı “avtomobillərin yuma məntəqəsinin sökülməsi” barədə ilkin və qarşılıqlı cavabdehlər İddiaçı1 və digər cavabdehlərə qarşı “borcun tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2019-cu il tarixli X5 nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar cavabdeh “xxxx” MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz fəaliyyət göstərən “xxxx” MMC-nin göstərilən ünvanda fəaliyyətinə xitam verilməsi, avtomobillərin yuma məntəqəsinin fəaliyyətinin dərhal dayandırılması və sökülməsi, 2-ci blokun zirzəmiyə giriş qapısının dərhal açılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “xxxx” MMC-nin X5 küçəsində yerləşən 26 saylı ünvanda qanunsuz idarəetmə fəaliyyətinə xitam verilməsi və həmin ünvanda yerləşən qanunsuz tikilən avtomobillərin yuma məntəqəsinin sökülməsi 2-ci blokun zirzəmiyə giriş qapısının təxliyə yolu kimi fəaliyyət göstərməsi üçün dərhal açılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan yenə iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “xxxx” MMC-nin X5 küçəsi 26 saylı ünvanda yerləşən avtomobillərin yuma məntəqəsi kimi fəaliyyət göstərən qanunsuz tikilinin sökülməsi üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələblə rini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, X5 küçəsi, 26 saylı binaya uzun müddətdir ki, “xxxx” MMC xidmət göstərib. İllər boyu dəfələrlə sakinlərin razılığı olmadan kommunal xidmətlərin məbləği qaldırılıb. Sonuncu dəfə 03 dekabr 2016-cı il tarixdə sakinlərin razılığı olmadan yenə də qiymət qaldırılmışdır, sakinlər qiymətə narazılıq ərizəsi ilə şirkətə müraciət etmişlər, lakin şirkətin nümayəndəsi bildirmişdir ki, kim bu binada yaşaya bilmir, köçsün getsin binadan. Bütün bunlardan sonra sakinlər 17 yanvar 2017-ci il tarixdə yığıncaq keçirib Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması barədə qərar qəbul etmiş və 01 may 17-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 554-ci məhəllə, bina 26 üzrə “Yasamal-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin QeyriKommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrində qeydiyyatdan keçmiş və 1117-MM4-0046 saylı çıxarış, şəhadətnamə verilmişdir. Bu sənədlər əsasında binanı idarə etmək səlahiyyətləri sakinlərə verilmişdir. İdarəçiliyin sakinlərə verilməsinə baxmayaraq “xxxx” MMC tərəfindən idarəçiliyə maneələr törədilir, uzun müddət binaya sədrlik edən şirkətin səlahiyyətli nümayəndəsi olan X1 Rayon Məhkəməsində yaratdığı Cəmiyyətə (xxxx MMMC) qarşı yalan iddia qaldıraraq Cəmiyyətin fəaliyyətini ləğv etməyə hər yolla idarəçiliyi əlində saxlamağa çalışmış, lakin Yasamal rayon Məhkəməsi onun yalan iddiasını təmin etməmişdir. Sakinləri suyun, işığın kəsilməsi ilə hədələyir, hətta dəfələrlə elektriki və liftləri dayandıraraq sakinlərdən pul tələb etmiş dir. Bu məsələ ilə əlaqədar dəfələrlə 102 və 112 xidmət mərkəzlərinə, Yasamal rayon polisinə müraciət olunub. Binanın həyətində artıq 12-13 ildir ki, blokdan 3-4 metr aralıda avtomobillərin yuma məntəqəsi (moyka kimi tanınan obyekt) fəaliyyət göstərir. Həmin tikili “xxxx” MMC tərəfindən qeyriqanuni tikilib. Belə ki, avtomobilləri yuyarkən orada gündəlik istifadə edilən suyun, tozsoranın səsi yaşamağı dözülməz hala gətirib çıxarmışdır. Hətta avtomobilləri yuyarkən istifadə olunan kimyəvi tozların havaya səpələnməsindən pəncərələri aça bilmirlər, əsasən yay aylarında bu lap dözülməz olur. Dəfələrlə şirkətin rəsmisi olan X5a bu məntəqənin həyətdən uzaqlaşdırılması barədə müraciət etmişlər, lakin o, bu müraciətə əhəmiyyət vermir və onun tərəfindən heç bir tədbir görülmür. Məcbur qalıb Azərbayc an Respublikası Fövqəladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişlər. FHM və Ekologiya Nazirliyindən gəlib çəkiliş etmiş, akt tərtib olunmuşdur. Ekologiya Nazirliyinin aktına əsasən səsin yüksək olması müəyyən edilmişdir. FHN tərəfindən müəyyən edilmişdir ki, yuma məntəqəsi qeyri-qanuni tikilidir, heç bir sənədi yoxdur. Eyni zamanda, cavabdeh “xxxx” MMC ilkin iddia üzrə iddiaçılara qarşı qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia ərizələrinə dəqiqləşmələr verərək, son olaraq “xxxx” MMC tərəfindən göstərilən xidmətlərə və istilik sistemindən istifadəyə görə yaranmış borclar üzrə: İddiaçı1-2199 manatı İddiaçı2-883 manatı İddiaçı8-1600 manatı İddiaçı13-1082 manatı İddiaçı7-939 manatı İddiaçı4-780 manatı İddiaçı14-1700 manatı İddiaçı16-1416 manat, İddiaç ı3-3726 manatı İddiaçı12-1950 manatı İddiaçı5-1007 manat, İddiaçı10-1047 manatı İddiaçı11-1083 manatı İddiaçı15 Qəmbər oğlu-1416 manatı İddiaçı19-1154 manat, İddiaçı17-954 manatı İddiaçı18-795 manatı İddiaçı20 Xaliq oğlundan-1251 manat, İddiaçı21 Abdulrəhman qızı-1512 manat borcun tutularaq “xxxx” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdehlər “xxxx” MMC Yasamal rayonu, X5 küçəsində inşa etdirdiyi və idarəedicisi olduğu 26 saylı çoxmənzilli yaşayış binasında mənzil sahibləridir. Cavabdehlər əvvəllər mənzildən istifadə ilə bağlı kommunal xidmətlər və istilik sistemindən istifadəyə görə xidmət haqqını ödəsələr də, lakin, sonradan həmin şəxslər ödənişi etməkdən yayınmışlar. Nəticədə cavabdehlərin göstərilən məbləğlə rdə borcu yaranmışdır. Tərəflər arasında tərəflərin hüquq və vəzifələrini, öhdəliklərini şərtləndirən müqavilələr (İddiaçı1, İddiaçı2, İddiaçı8, İddiaçı12, İddiaçı7, İddiaçı13, İddiaçı16 istisna olmaqla) mövcuddur. Həmin müqavilələrin İ maddəsində göstərilir ki, “Bu müqaviləyə görə İcraçı Sifarişçi üçün bu müqavilənin İİ maddəsində göstərilən xidmətləri yerinə yetirməyi, Sifarişçi isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış haqqı İcraçıya ödəməyi öhdəsinə götürür”. Həmin müqavilələrin İİİ maddəsində göstərilir ki, Sifarişçi İcraçıya bu müqavilənin İİ maddəsində göstərilən öhdəliklərin icra olunması müqabilində bu müqavilənin İV maddəsində göstərilən həcmdə və qaydada haqq ödəməyi üzərinə götürür. Nəzərə alınsa ki, cavabdeh bu fəaliyyətindən heç bir qazanc əldə etmir, yəni təbii q azin, elektrik enerjisinin alqı-satqısını həyata keçirmir, əksinə qazanxananın daima işlək vəziyyətdə saxlanması, təmiri, sıradan çıxan avadanlıqların yenilənməsi, işçilərə ödənilən haqların vaxtlıvaxtında verilməsi əhəmiyyətli ödəniş tələb edir. Bu isə bilavasitə bina sakinlərinin özləri ilə, o cümlədən cavabdehlərlə razılaşdırılmış müqavilələr əsasında elə onlar tərəfindən ödənilmiş vəsait əsasında tənzimlənir. Müqavilənin V maddəsinin şərtinə görə isə tərəflər müqavilənin şərtlərini lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Bu müqavilənin İV maddəsində göstərilən müddətdə Sifarişçi öz öhdəliyini yerinə yetirməzsə, o hər bir gecikmiş gün üçün ödəniləcək məbləğin 25% həcmində haqq ödəyir və İcraçı Sifarişçinin kommunal x əttlərdən istifadəsini qismən və ya tam şəkildə məhdudlaşdırmaq hüququna malik olur. Borcların ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar borclarının ödənişini bu günədək təmin etməmişlər. Digər tərəfdən xidmət müqaviləsinin bağlanılması ilə əlaqədar İddiaçı1, İddiaçı2, İddiaçı8, İddiaçı12, İddiaçı7, İddiaçı13, İddiaçı16 müraciət olunmasına baxmayaraq, həmin cavabdehlər bütün xidmətlərdən istifadə etsələr də, müqavilə bağlamaqdan və ya yeni müqavilə bağlamaqdan yayınmışlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 28 avqust 2018-ci il tarixli X5 saylı qətnaməsi ilə ilkin iddia təmin edilərək, “xxxx” MMC-nin X5 küçəsində yerləşən 26 saylı ünvanda yerləşən avtomobillərin yuma məntəqəsi kimi fəaliyyət göstərən qanunsuz tikilinin i lkin iddia üzrə cavabdeh “xxxx” MMC-nin hesabına sökülməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 14 aprel 2019cu il tarixli X5 saylı əlavə qətnaməsi ilə qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Vahid Sadıqov- sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov və Azad İmanov) 19 avqust 2019-cu il tarixli X5 nömrəli qətnaməsi ilə cavabdeh “xxxx”MMC-nin və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən məhkəmə aktı hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs apelyasiya şikayətləri təmin edilməyərək iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-236/2019 saylı iş üzrə 28 avqust 2019-cu il tarixli qətnaməsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaç ı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı20 və İddiaçı21 cavabdeh “xxxx” MMC-nə qarşı “avtomobillərin yuma məntəqəsinin sökülməsi” tələbinə dair hissədə dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin X5 saylı iş üzrə 14.04.2019-cu il tarixli Əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.08.2019-cu il tarixli qətnaməsini ləğv edərək, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti verərək iş ü zrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.08.2019-cu il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və onlara dair verilmiş etirazın dəlilləri Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, X5 küçəsi, 554-cü məhəllədə, ev 26 bina kompleksinin həyətində qanunsuz inşa olunduğu iddia edilən avtoyuma məntəqəsinin mülkiyyətçisi üçüncü şəxs Maraqlı şəxsdur. Onun mülkiyyət hüququ 30.10.2018-ci il tarixli RX ******* seriyalı ********** nömrəli Çıxarışla təsdiq edilir. Sözügedən qətnamədə bu avtoyuma məntəqəsi qanunsuz tikili kimi göstərilsə də, onun tikintisi 20 iyul 2004-cü il tarixli qeyri yaşayış fonduna daxil olan özəl obyektlərin Texniki pasportunda nəzərdə tutulmuşdur (həmin texniki pasport iş materiallarına əlavə edilmişdir). Lakin, Bakı Apellyasiya Məhkəməsi bunun, yəni avtoyuma məntəqəsinin Maraqlı şəxs məxsus olduğunu və Nərimanov Rayon məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən icrası mümkün olmadığını bilərək, icrası mümkün olmayan qətnaməni qüvvədə saxlamışdır. Bu isə gələcək üçün tərəflər və icra qrumu arasında yeni və dərin problemin yaranacağını qaçılmaz edir. Maraqlarına toxunulan üçüncü şəxsin mülkiyyət hüququna dair verilmiş 30.10.2018-ci il tarixli RX ******* seriyalı ********** nömrəli Çıxarış qüvvədə olduğu halda, ona mülkiyyət hüququ (hansı ki, ən ali qanun olan Konstitusiya ilə qorunun) ilə məxsus olan obyektin "xxxx" MMC tərəfindən sökülməsinin mümkünlüyünün hüquqi əsası hazırkı qətnamədə qeyd edilmir. Apelyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarını deyil, öz mülahizəsini rəhbər tutmuşdur. Qarşılıqlı iddia üzrə cavabdehlərin təsis etdikləri "xxxx" MMC-i 2017-ci ilin may ayında qeydiyyatdan keçsə də, binada faktiki fəaliyyətə 2018-ci ilin iyun ayında başlamışdır. 2018-ci ilin iyun ayına qədər "xxxx" MMC-nin fəaliyyəti iş materiallarına da əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin qərardadı ilə qadağan edilmişdir. 2018-ci ilin iyun ayınadək binaya bütün xidmətlər “xxxx” MMC tərəfindən göstərilmişdir (bu işin mübahisə edilməyən halıdır). Qarşılıqlı cavabdehlərdən tələb edilən borcun formalaşdığı dövr qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsində və maliyyə arayışında öz əksini tapmış və bu borcların bir hissəsi 2017-ci ilin yanvarına q ədər olan borclar təşkil edir. Belə olan halda, qarşılıqlı iddia tələbini yuxarıda qeyd edilən əsaslarla (2017-ci ilin yanvar ayından "Cavabdeh" MMC-nin binada fəaliyyət göstərməməsi ilə) tam rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlaması məhkəmənin özü-özüylə ziddiyyət təşkil edən qərar qəbul etməsini nümayiş etdirir. Apelyasiya Məhkəməsi əlavə qətnamədən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini heç bir maddi hüquq norması ilə əsaslandırmamış, şikayətin üzərindən səthi keçmişdir. Həmçinin apelyasiya məhkəməsi tərəfindən mülki-prosessual qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Hazırkı məhkəmə iclasda iştirak etməklərinə baxmayaraq, məhkəmə iclasında həm “xxxx” MMCnin nümayəndəsi və vəkilinə, həm də maraqlarına toxunulan üçüncü ş əxs Maraqlı şəxs nümayəndəsi və vəkilinə apelyasiya şikayətlərinin müdafiəsi üçün şərait yaratmamış, onlara söz verməməklə məhkəmə iclasında izahat vermək hüququ təmin edilməmişdir. Bu isə məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9-cu və 379-ci maddələrinin kobud şəkildə pozulmasıdır. Eyni zamanda, məhkəmə iclasında ilkin iddiaçının nümayəndəsi ilə (“xxxx” MMC və Maraqlı şəxs nümayəndə və vəkillərini yox saymaqla) yalnız ilkin iddia tələbinin təmin edilməsindən verilmiş apelyasiya şikayətlərini müzakirə etmişdir. Qarşılıqlı iddia tələbinin təmin edilməməsinə dair əlavə qətnamədən tərəflərindən verilmiş apelyasiya şikayəti üzrə ümumiyyətlə araşdırma aparılmamışdır. Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Ba kı şəhəri, X5 küçəsi, 554-cü məhəllədə, ev 26 bina kompleksinin həyətində qanunsuz inşa olunduğu iddia edilən avtoyuma məntəqəsinin mülkiyyətçisi üçüncü şəxs Maraqlı şəxsdur. Onun mülkiyyət hüququ 30.10.2018-ci il tarixli RX ******* seriyalı ********** nömrəli Çıxarışla təsdiq edilir. Sözügedən qətnamədə bu avtoyuma məntəqəsi qanunsuz tikili kimi göstərilsə də, onun tikintisi 20 iyul 2004-cü il tarixli qeyri yaşayış fonduna daxil olan özəl obyektlərin Texniki pasportunda nəzərdə tutulmuşdur (həmin texniki pasport iş materiallarına əlavə edilmişdir). Lakin, Bakı Apellyasiya Məhkəməsi bunun, yəni avtoyuma məntəqəsinin Maraqlı şəxs məxsus olduğunu və Nərimanov Rayon məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən icrası mümkün olmadığını bilərək, icrası mümkün olmayan qətnaməni qüvvədə saxlamış dır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən mülki-prosessual qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 379-cu maddəsinə əsasən məruzədən sonra məhkəmə məhkəmənin iclasına gəlmiş işdə iştirak edən şəxslərin və nümayəndələrin izahatlarını dinləyir. Apelyasiya şikayətini vermiş şəxs və onun nümayəndəsi çıxış edirlər. Həmin məcəllənin 382-ci maddəsinə əsasən, məhkəmə çıxışlarından sonra məhkəmə qətnamə çıxarmaq üçün müşavirə otağına gedir. Müşavirədən sonra hakimlər qəbul edilmiş qətnaməni elan edirlər. Lakin, məhkəmə tərəfindən sözügedən normalara əhəmiyyət verilməmiş və nə cavabdehə nə üçüncü şəxs Maraqlı şəxs izahat verərək, apelyasiya şikayətini müdafiə etmək imkanı verilməmişdir. “Məhkəmə müzakirəyə ge dir” sözlərlə hakimlər məhkəmə iclas zalını tərk etmiş, qayıdanda isə qətnaməni elan etdilər. Yəni, Azərbaycan Respublikası MPM-nin 379, 382-ci maddələrinin tələblərinə baxmayaraq, tərəflərin izahatlarını dinləməyərək, işin hallarını araşdırmadan müşavirəyə getməsini bildirmədən apelyasiya şikayətini təmin etməyərək birinci instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə qalmasını elan etdilər. İddiaçıların kassasiya şikayətinə etirazı onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 19.08.2019-ci il tarixli X5 saylı qətnaməsi ilə bağlı maraqlarına toxunan üçüncü şəxs Maraqlı şəxsnümayəndəsi və vəkili Vəkil2 şəxsən özü qeyd etmişdir ki, 30.10.2018-ci il tarixdə RX ******* seriyalı ********** saylı çıxarış əldə edilmişdir. Bu da o deməkdir ki, Nərimanov rayon Məhkəməsinin qətnaməs indən 3 (üç) ay sonraçıxarış qanunsuz yolla əldə edilmişdir. Bunu Nərimanov rayon Məhkəməsinin hakimi Abbas Əliyev yerli baxış keçirərkən hakimin cavabdehin nümayəndəsi X6 verilmiş suallara cavab olaraq o, bildirdi ki, avtoyuma məntəqəsinin sənədləri yoxdur, sayğac quraşdırılmayıb və su ümumi binadan götürülür. (Nərimanov rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli X5 saylı qətnaməsi, 5-6 səhifələr). Fövqəladə Hallar Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən həmin sahəyə baxış keçirildikdən sonra sakinlərə onların təqdim etdikləri məktublarda avtoyuma məntəqəsinin tikintisinə icazə sənədinin olmaması və cavabdeh şəxsin kimliyini müəyyənləşdirilməsinin mümkün olmaması qeyd edilmişdir. Həmin sənədlərin surətləri etiraza əlavə olunur. Bakı Apelly asiya Məhkəməsinin 19.08.2019-cu il tarixli X5 saylı qətnaməsi ilə bağlı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı ”xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətində qeyd etmişdir ki, 2018-ci ilin iyun ayınadək xidmətlər “xxxx” MMC tərəfindən göstərilmişdir. “xxxx” MMC-nin 2018-ci il üzrə xidmət haqqı tələb etməyə heç bir haqqı yox idi, çünki həmin dövrdə “Yasamal-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti artıq mövcud idi. Prosessual məsələlər Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında hər iki kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. 3-cü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında 3-cü şəxs tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İddiaçı1 və vəkili X10 məhkəmə iclasında cavabdeh və 3-cü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçı4 məhkəmə iclasında məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apely asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallar ının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassasiya şikayətləri qətnamənin tam ləğvinə yönəldiyindən, məhkəmə kollegiyası qətnamənin qanuniliyini hər iki kassasiya şikayətinin dəlilinə əsasən tam yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, iddiaçılar Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 26 nömrəli evin sakinləridirlər. Uzun müddət həmin binaya “xxxx” MMC xidmət göstərmiş, Bakı şəhəri, X5 küçəsi, 26 saylı binanın sakinləri 17 yanvar 2017-ci il tarixdə sahə mülkiyyətçilərinin ümumi yığıncağını keçirib Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması barədə qərar qəbul etmiş və idarəçi lik 01 may 2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 554-cü məhəllə, bina 26 üzrə “Yasamal-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə verilmişdir. İddiaçılar yaşadıqları binanın blokundan 3-4 metr aralıda “xxxx” MMC tərəfindən qeyriqanuni avtomobillərin yuma məntəqəsi inşa edildiyini, avtomobilləri yuyarkən orada gündəlik istifadə edilən suyun, tozsoranın səsinin yaşamağı dözülməz hala gətirib çıxardığını, avtomobilləri yuyarkən istifadə olunan kimyəvi tozların havaya səpələnməsindən pəncərələri aça bilmədiklərini, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə etdikləri müraciət əsasında tərtib edilmiş akta əsasən səsin yüksək olmasının müəyyən edildiyini, FHN tərəfindən isə yuma məntəqəsinin qeyri-qanuni tikili olduğu və heç bir sənədinin olmadı ğının müəyyən edildiyini bildirərək, ünvan 1 ünvanda yerləşən avtomobillərin yuma məntəqəsi kimi fəaliyyət göstərən qanunsuz tikilinin sökülməsi üçün qətnamə çıxarılmasını xahiş etmişlər. İşin materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi X12 Departamentinin İddiaçı1 ünvanlandığı cavab məktubundan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları tərəfindən baxılmış, araşdırma zamanı Yasamal rayonu, Z.Xəlilov küçəsi, 26 saylı binanın məhəllədaxili ərazisində fəaliyyət göstərən avtoyuma məntəqəsində ölçmə işləri aparılmış və səs-küy səviyyəsinin normadan çox olduğu müəyyən edilmişdir. 12.07.2017-ci il tarixli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin cavab məktubundan gör ünür ki, araşdırma zamanı binanın həyətində fəaliyyət göstərən avtoyuma məntəqəsi tikintisinə dair heç bir icazəverici sənəd təqdim edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən həmin qeyri-yaşayış sahəsi 30.10.2018-ci il tarixdə Maraqlı şəxs adına qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2 Dövlət Qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “xxxx” MMMC 01.05.2017-ci il tarixdə 1117MM4-0046 № ilə qeydə alınmışdır. Hüquqi ünvanı ünvan 3 təmsilçisi - İddiaçı1dur. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, “xxxx” MMC sadalanan qanunun normalarının tələblərinə riayət etmədən, müvafiq icazə almadan Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 26 saylı binanın məhəlləda xili ərazisində avtoyuma məntəqəsi inşa etmişdir. Həmin avtoyuma məntəqəsinin tikintisinə dair icazəverici sənəd təqdim edilməmişdir Buna görə də, məhkəmə hesab etmişdir ki, avtoyuma məntəqəsi “xxxx” MMC tərəfindən qanunsuz olaraq inşa edildiyinə görə ilkin iddia tələbi təmin edilməli və qanunsuz tikili MMC-nin hesabına sökülməlidir. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 155.1, 155.2, 180.1, 180.4, Torpaq Məcəlləsinin 56-cı maddələrinə istinad edərək, mübahisəli tikilinin hər hansı icazəverici sənədi olmadığına görə qanunsuz tikili olması və sökülməli olması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmış, avtoyuma məntəqəsinin mülkiyyətçisinin MMC deyil, Maraqlı şəxs olması barədə apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd e tmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən və qətnamə qəbul edilərkən (28.08.2018) avtoyuma məntəqəsi Maraqlı şəxs mülkiyyətində olmamış və həmin məntəqəyə sonuncunun mülkiyyət hüquqları qətnamədən 2 ay sonra (30.10.2018) qeydə alınmışdır. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq avtoyuma məntəqəsinin “xxxx” MMC tərəfindən qanunsuz inşa edilməsi qənaətinə gələrək, onun məhz sonuncunun hesabına sökülməsini qət etmişdir. Həmçinin qarşılıqlı iddia üzrə apelyasiya məhkəməsi Mənzil Məcəlləsinin 44.6, 137.4, 137.5, 137.6-cı maddələrinə istinad edərək müəyyən etmişdir ki, Bakı şəhəri, X5 küçəsi, 26 saylı binanın sakinləri 17 yanvar 2017-ci il tarixdə sahə mülkiyyətçilərinin ümumi yığıncağını keçirib Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması barədə qərar qəbul etdiklərindən və idarəçilik 01 may 2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 554-cü məhəllə, bina 26 üzrə “Yasamal-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə verildiyindən, 17 yanvar 2017-ci il tarixdən etibarən “xxxx” MMC-nin qeyd edilən binada idarəçilik vəzifələri olmadığından, bina sakinlərinin ona qarşı hər hansı xidmətlərə görə ödəniş etmə vəzifələri daşımadığına görə qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgündür. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin ilkin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd edir ki, məhkəmə göstərilən nəticəyə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasında kı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır. Bu baxımdan şəxs istənilən qanunsuz tikilinin sökülməsini deyil, məhz onun hüquqlarına və ya qanunla qorunan mənafeyinə təsir edən qanunsuz tikilinin sökülməsi barədə məhkəmədə id dia qaldıra bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların iddiasında göstərilən avtomobillərin yuma məntəqəsində avtomobilləri yuyarkən orada gündəlik istifadə edilən suyun, tozsoranın səsinin yaşamağı dözülməz hala gətirib çıxarması, avtomobilləri yuyarkən istifadə olunan kimyəvi tozların havaya səpələnməsindən pəncərələri aça bilmədikləri həmin tikilinin avtoyuma məntəqəsi kimi fəaliyyətinin qadağan edilməsi üçün əsaslar olmuş, ilkin iddia tələbində iddiaçılar avtomobillərin yuma məntəqəsinin fəaliyyətinin dərhal dayandırılması və sökülməsi tələbini irəli sürmüş, sonradan isə tələbi dəyişərək yalnız həmin tikilinin sökülməsini tələb etsələr də, bu zaman həmin tikilinin özünün onların hansı hüquq və azadlıqlarını, eləcə də maraqlarını pozduğunu göstərməmişdirlər. Həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiya məhkəməsi qanunsuz hesab etdikləri tikilinin özünün mövcudluğunun iddiaçıların hansı hüquq və azadlıqlarını, eləcə də maraqlarını pozduğunu aydınlaşdırmamış, qanunsuz tikilinin iddiaçıların iddiası əsasında sökülməsi barədə gəldikləri nəticəni əsaslandırmamışdırlar. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: - 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. - 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdən görünür ki, apelyasiya instansiya məhkəməsinə həmin tikilinin daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən 30.10.2018-ci il tarixdə Maraqlı şəxs adına qeydə alınması barədə sübut təqdim edilmiş və həmin çıxarış birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, işə birinci instansiya məhkəməsində baxılarkən və qətnamə qə bul edilərkən (28.08.2018-ci il) avtoyuma məntəqəsinin Maraqlı şəxs mülkiyyətində olmaması və həmin məntəqəyə sonuncunun mülkiyyət hüquqlarının qətnamədən 2 ay sonra (30.10.2018-ci il) qeydə alınması apelyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti üzrə baxmasına, həmin çıxarışa münasibətdə apelyasiya şikayətinin dəlillərinə mülkiyyət hüquqları baxımından hüquqi qiymət verilməsinə maneə olmamışdır. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.4-cü maddələrində özbaşına tikintinin anlayışı verilməklə hansı hallarda və kimin müraciəti əsasında məhkəmənin qərarı əsasında sökülə bilməsi aydın göstərilmişdir. Belə olan halda, Maraqlı şəxs mübahisəli avtoyuma məntəqəsinin mülkiyy ətçisi olmasına dair iş materiallarında olan müvafiq Çıxarış olduğu halda, apelyasiya instansiyası məhkəməsinin “xxxx” MMC-nin X5 küçəsində yerləşən 26 saylı ünvanda yerləşən avtomobillərin yuma məntəqəsi kimi fəaliyyət göstərən qanunsuz tikilinin ilkin iddia üzrə cavabdeh “xxxx” MMC-nin hesabına sökülməsinə dair nəticəsi işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan məqamlar yaratmışdır. Halbuki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətl i həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Bundan əlavə, kollegiya qeyd edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılan zaman 30.10.2018-ci il tarixdə M araqlı şəxs adına qeydə alınmışDaşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın etibarsızlığının inzibati-iqtisadi məhkəmədə mübahisələndirilməsinə dair iddiaçıların izahatında göstərilənlərə diqqət yetirməmiş, belə bir halın mövcudluğunu dəqiqləşdirməyə cəhd etməyərək onun nəticəsini aydınlaşdırmamış, mübahisəli tikili ilə bağlı mülkiyyət hüququ təsdiq edən sənədin başqa məhkəmənin icraatında mübahisələndirilməsinə dair məlumatı olduğu halda icraatında olan işin dayandırılmasını belə müzakirə etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 254.1 və 254.1.4-ci maddələrinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələblərini də nəzərə almamışdır. Həmin maddəyə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr qarşısında duran ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməsi qəbul ol unmuş qərarların tam şəkildə qanun tələblərinə uyğun olmasını nəzərdə tutur. Məhkəmənin qərarı demokratik ədalət mühakiməsinin ənvacib aktıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstəril ən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apelyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G. Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüquqdan məhrum etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin ilkin iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin 28.08.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də, kassasiya şikayətləri qismən, ilkin iddianın təmin edilməsi hissəsində təmin edilərək, apelyasiya məhkəməsinin qətnaməsi bu hissədə ləğv edilməli və həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Bu hissədə yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud olmadığından həmin hissədə kassasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası “xxxx”MMC-nin iddiaçılara qarşı kommunal xidmətlərə görə qalıq borcun tutulması barədə qarşılıqlı iddiasının rədd edilməsi hissəsində apelyasiya məhkəmə sinin mövqeyi ilə razılaşaraq və cavabdeh “xxxx”MMC-nin kassasiya şikayətinin bu hissə ilə bağlı dəlillərini araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Həmin Məcəllənin 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənz il-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Hazırki iş üzrə isə iş materiallarından müəyyən edildiyi kimi, sözügedən binanın sakinləri 17 yanvar 2017-ci il tarixdə sahə mülkiyyətçilərinin ümumi yığıncağını keçirib Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması barədə qərar qəbul etmiş və idarəçilik 01 may 2017-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 554-cü məhəllə, bina 26 üzrə “Yasamal-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə verilmişdir. Cavabdeh kassasiya şikayətində 2018-ci ilin iyun ayınadək binaya bütün xidmətlər “xxxx” MMC tərəfindən göstərildiyi, maliyyə arayışına əsasən tələb edilən borcların bir hissəsinin 2017-ci ilin yanvarına qədər olan borclar olduğunu göstərsə də, bu barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəs ində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Belə olan halda, Kollegiya hesab edir ki, “xxxx” MMC-nin qarşılıqlı iddiasının təmin edilməməsi barədə apelyasiya instansiya məhkəməsinin qənaəti düzgündür və kassasiya şikayətinin bu dəlilləri qətnamənin həmin hissədə ləğvinə əsas vermir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “xxxx” MMC və Maraqlı şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2019-cu il tarixli X5 nömrəli qətnaməsi qismən – ilkin iddia tələbinin təmin edilməsinə dair hissədə ləğv edilsin və həmin hissədə iş yeni baxışa göndərilsin. Qətnamə “xxxx” MMC-nin qar şılıqlı iddiasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar