Məhkəmə qərarları › İş №2(102)-3715/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3715/2019

29.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3715/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı vəkili MCnun, Cavabdeh1 və vəkili RSnın iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 may 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Ə.Mehdiyev, iş 2(006)-3116/2018) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 22690,81 ABŞ dolları əsas, 100 ABŞ dolları cərimə, cəmi 22790,81 ABŞ dolları kredit borcunun ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin 30 manat məbləğində dövlət rüsumu vəsaitinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 noyabr 2018-ci il tarixli, 2(103)-12743/2018 saylı qətnaməsi ilə (A.N.İmanov (sədrlik edən və məruzəçi), hakimlər A.Q.Hüseynov və V.N.Sadıqov) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3116/2018 saylı iş üzrə 03 avqust 2018-ci i l tarixli qətnaməsinin iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanılmış kredit müqaviləsi üzrə yaranmış tələbin Cavabdeh2 məxsus Bakı şəhəri, ÜNVANinə yönəldilməsi, əmlakın hərracdan ilkin satış qiymətinin 67.000 manat məbləğində müəyyən edilməklə həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına "xxxx" KB ASC-yə olan ümumilikdə 26602 ABŞ dolları 77 sent kredit borcu, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 30 manat xidmət haqqının ödənilməsi və Cavabdeh2 məxsus Bakı şəhəri, ÜNVANinə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci bi r ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X1 həmin yaşayış sahəsindən çıxarılması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili RS kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili MC kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə işt irak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2012-ci il tarixli, 20UMinki12 saylı əsas kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 36000 (otuz altı min) manat məbləğində 60 ay müddətinə 30 iyul 2017-ci il tarixədək, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlamaqla kredit vəsaitinin verilməsinə dair razılıq əldə edilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabd eh1 arasında bağlanmış 18 iyul 2014-cü il tarixli, 44Y/13-1 saylı əlavə kredit müqaviləsindən görünür ki, həmin müqavilə ilə "xxxx" ASC tərəfindən iddiaçı Cavabdeh1 36 ay müddətinə 18 iyul 2017-ci il tarixədək illik 23 faizlə 40.000 (qırx min) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. İşdə olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 18 iyul 2014-cü il tarixli, 44Y/13-1 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 16 mart 2015-ci il tarixli sazişdən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 18 iyul 2014-cü il tarixli, 44Y/13-1 saylı əlavə kredit müqaviləsində nəzərdə tutulmuş kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 21,5 faiz müəyyən edilmiş və yeni ödəniş cədvəli tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cava bdeh1 arasında bağlanmış 18 iyul 2014-cü il tarixli, 44Y/13-1 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 28 dekabr 2015-ci il tarixli sazişdən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 18 iyul 2014-cü il tarixli, 44Y/13-1 saylı əlavə kredit müqaviləsində nəzərdə tutulmuş kreditdən istifadəyə görə müddət dəyişdirilərək 2 ay güzəşt olmaq şərti ilə 18 iyul 2017-ci il müəyyən edilmiş və yeni ödəniş cədvəli tərtib olunmuşdur. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 18 iyul 2014-cü il tarixli, 44Y/13-1 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 07 mart 2016-cı il tarixli sazişdən məlum olur ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 18 iyul 2014-cü il tarixli, 44Y/131 saylı əlavə kredit müqaviləsində nəzərdə tutulmuş kreditdən istifadəyə görə müddət dəyişdirilərək fevral və mart aylarına güzəşt olmaq şərti ilə 18 iyul 2017-ci il müəyyən edilmiş və yeni ödəniş cədvəli tərtib olunmuşdur. İşdə olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 30 iyul 2012-ci il tarixli, 20UMinki12 saylı sonrakı ipoteka müqaviləsindən aydın olur ki, Cavabdeh2 Bakı şəhəri, ÜNVANini İddiaçı qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 01 avqust 2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, 30 iyul 2012ci il tarixli, 20UMinki12 saylı əsas kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, ÜNVANinə dair bağlanmış ipoteka müqav iləsi 01 avqust 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 oktyabr 2016-cı il tarixli məktubundan görünür ki, İddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı 17 noyabr 2016-cı il tarixli, UBBANK/PİKMD/617917 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçınə 17 noyabr 2016cı il tarixə 23821 (iyirmi üç min səkkiz yüz iyirmi bir) ABŞ dolları 35 (otuz beş) sent əsas, 1717 (bir min yeddi yüz on yeddi) ABŞ dolları 42 (qırx iki) sent faiz, 1064 (bir min altmış dörd) ABŞ dolları cərimə, cəmi 26602 (iyirmi altı min altı yüz iki) ABŞ dolları 77 (yetmiş yeddi) sent kredit borcu hesablanmışdır. İşdə ola n İddiaçı Cavabdeh2 ünvanladığı 19 sentyabr 2016-cı il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehlərə banka olan borcun ödənilməsi, əks halda ipoteka predmetinə tutmanın yönəldiləcəyi barədə xəbərdarlıqlar edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 15 may 2018-ci il tarixli, Ç-503 saylı ekspert rəyinin surətindən görünür ki, Bakı şəhəri, ÜNVANinin bazar dəyəri 67000 (altmış yeddi min) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 avqust 2017-ci il tarixli, 7249 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyinin surətindən görünür ki, Cavabdeh1 18 iyul 2014-cü il tarixli, 44Y/13-1 saylı əlavə kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla 17 noyabr 2016-cı il tarixə İddiaçınə olan əsas borcu 22690 (iyirmi iki min altı yüz doxsan) ABŞ dolları 81 (səksən bir) sent məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2012-ci il tarixli, 20UMinki12 saylı əsas kredit müqaviləsinə əsasən "xxxx" ASC ilə Cavabdeh1 arasında 36.000 (otuz altı min) manat məbləğində 60 ay müddətinə 30 iyul 2017-ci il tarixədək, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlamaqla kredit vəsaitinin verilməsinə dair razılıq əldə edilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 18 iyul 2014-cü il tarixli, 44Y/13-1 saylı əlavə kredit müqaviləsinə görə həmin müqavilə ilə "xxxx" ASC tərəfindən iddiaçı Cavabdeh1 36 ay müddətinə 18 iyul 2017-ci il tarixədək illik 23 faizlə 40.000 (qırx mi n) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 18 iyul 2014-cü il tarixli, 44Y/13-1 saylı əlavə kredit müqaviləsinə bir neçə dəfə dəyişikliklər edilmiş, sonuncu dəyişikliklər edilməsi haqqında 07 mart 2016-cı il tarixli sazişə əsasən İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 18 iyul 2014-cü il tarixli, 44Y/13-1 saylı əlavə kredit müqaviləsində nəzərdə tutulmuş kreditdən istifadəyə görə müddət dəyişdirilərək fevral və mart aylarına güzəşt olmaq şərti ilə 18 iyul 2017-ci il müəyyən edilmiş və yeni ödəniş cədvəli tərtib olunmuşdur. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 30 iyul 2012-ci il tarixli, 20UMİnki12 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 Bakı şəhəri, ÜNVANini İddiaçı qarşısında ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respub likasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 01 avqust 2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışına görə 30 iyul 2012-ci il tarixli, 20UMinki12 saylı əsas kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, ÜNVANinə dair bağlanmış ipoteka müqaviləsi 01 avqust 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 oktyabr 2016-cı il tarixli məktubuna görə İddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi qeydə alınmışdır. İddiaçı 17 noyabr 2016-cı il tarixli, UB-BANK/PİKMD/617917 saylı maliyyə arayışına əsasən Cavabdeh1 İddiaçınə 17 noyabr 2016-cı il tarixə 23821 (iyirmi üç min səkkiz yü z iyirmi bir) ABŞ dolları 35 (otuz beş) sent əsas, 1717 (bir min yeddi yüz on yeddi) ABŞ dolları 42 (qırx iki) sent faiz, 1064 (bir min altmış dörd) ABŞ dolları cərimə, cəmi 26602 (iyirmi altı min altı yüz iki) ABŞ dolları 77 (yetmiş yeddi) sent kredit borcu hesablanmışdır. İddiaçı Cavabdeh2 ünvanladığı 19 sentyabr 2016-cı il tarixli xəbərdarlıq məktubuna görə cavabdehlərə banka olan borcunun ödənilməsi, əks halda ipoteka predmetinə tutmanın yönəldiləcəyi barədə xəbərdarlıqlar edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 15 may 2018-ci il tarixli, Ç-503 saylı ekspert rəyinə görə Bakı şəhəri, ÜNVANinin bazar dəyəri 67.000 (altmış yeddi min) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 avqust 2017-ci il tarixli, 7249 sa ylı məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən Cavabdeh1 18 iyul 2014-cü il tarixli, 44Y/13-1 saylı əlavə kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla 17 noyabr 2016-cı il tarixə İddiaçınə olan borcu 22690 (iyirmi iki min altı yüz doxsan) ABŞ dolları 81 (səksən bir) sent məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.1 -ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -386.1 -ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi hal ları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçı bankın təqdim etdiyi sənədləri ekspert rəyi ilə birlikdə təhlil edərək hesab etmişdir ki, müvafiq rəylə razılaşmamaq üçün hər hansı əsas mövcud olmamış və birinci instansiya məhkəməsi cavabdehlərin faiz borcunun olmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərz də hərəkət etmək öhdəliyidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. İşin hallarından görünür ki, kredit borclularının 22690,81 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borclarına münasibətdə iddiaçı 1064 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və apellyasiyainstansiyası məhkəməsinin qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Apellyasiyainstansiyası məhkəməsihesabetmişdirki, cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğinin 100 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. İş materiallarından görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, ÜNVAN Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsini n 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1 -ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq m əbləğ borcluya qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka ilə yüklü edilmiş əmlak Cavabdeh2 məxsus Bakı şəhəri, ÜNVANə yönəldilməli, həmin əmlak hərracda satılmalıdır. İş materiallarında olan (iş səh.22) 30 iyul 2012-ci 20UMİnki12 saylı sonrakı ipoteka müqaviləsinin 1.3-cü bəndində qeyd olunmuşdur ki, bu müqavilə ipoteka saxlayanla borc alan arasında bağlanmış 30 iyul 2012-ci il tarixli 20Umink12 saylı əsas kredit müqaviləsi və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təmin edilməsi məqsədilə bağlanır. Buna uyğun olaraq bu Müqavilənin 1-ci bəndində göstərilən daşınmaz əmlaka dair ipoteka saxlayanın ipoteka hüququ əsas kredit müqaviləsi çərçivəsində borc alana neçə dəfə kredit verilməsindən asılı olmayaraq, əsas kredit müqaviləsi çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla borc alan tərəfindən alınan bütün kreditlər üzrə öhdəliklərə şamil olunur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilməlidir. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi iş üzrə məhkəmətexniki ekspertizası təyin etmiş, "xxxx" MMC tərəfindən verilmiş 15.05.2018 -ci il tarixli, 0345/18/AB saylı rəydə Cavabdeh2 məxsus Bakı şəhəri, ÜNVANinin ilkin satış qiməti 67000 (altmış yeddi min) manat məbləğində qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin rəyi əsas götürərək Cavabdeh2 məxsus Bakı şəhəri, ÜNVANin ilkin satış qiymətinin 67000 (altmış yeddi min) manat məbləğində müəyyənləşdirilməli olduğu qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın “ipoteka predmeti hərracdan satıldıqdan sonra cavabdehlərin oradan çıxarılmaları və mənzilin boşaldılması” hissəsini də əsaslı hesab etmişdir. “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldi ldikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik g ötürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ipoteka predmeti olan yaşayış evində qeydiyyatda olan digər cavabdehlər üzərlərinə belə öhdəlik götürmüşlər və bu səbəblə də iddianın həmin hissədə təmin olunması üçün dispozitiv şərtlər mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar