Məhkəmə qərarları › İş №2(102)-3715/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3715/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3715/2023 25.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 (prosessual hüquqi varisi Nümayəndə) və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun ödənilməsi, zaminlik münasibətləri, borclunun ölümündən sonra vərəsələrin və zaminin məsuliyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X3 ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 (prosessual hüquqi varisi Nümayəndə) və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dai r Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1195/2023 nömrəli, 2023-cü il 11 may tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayəti üzrə işə 25 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi:. İşin halları

1. İddiaçı1 ASC ilə (bundan sonra – iddiaçı) Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixli, ƏH/470 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən sonuncuya 30 (otuz) ay müddətinə, illik 19 (on doqquz) faiz ödəmək şərti ilə, 3510 (üç min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Eyni tarixdə iddiaçı ilə Cavabdeh2 arasında ƏH/470/1 saylı zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında və lazımınca icrasına d air öhdəlikləri üzərinə götürmüşdür.

3. Cavabdeh1 09 yanvar 2019-cu ildə ölmüşdür.

4. Cavabdeh1 Naftalan şəhəri, Qasımbəyli kəndində yerləşən ümumi sahəsi 153,7 kv metr olan 3 otaqlı fərdi yaşayış evi və Naftalan şəhəri, Qasımbəyli kəndində yerləşən ümumi sahəsi 0,26 ha olan torpaq sahəsi miras qalmış və Nümayəndə həmin əmlaklara dair vərəsəlik haqqında şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən birgə qaydada 3510 (üç min beş yüz on) ABŞ dolları əsas borc, 746 (yeddi yüz qırx altı) ABŞ dolları faiz borcu, 20 (iyirmi) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4276 (dörd min iki yüz yetmiş altı) ABŞ dolları pul vəsaitin in və 20 (iyirmi) manat dövlət rüsumunun bankın xeyrinə tutulmasını xahiş etmişdir.

6. Goranboy Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli 2(045)-849/2017 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir.

7. Cavabdeh2 həmin əmrə etiraz edərək, əmrin ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir.

8. Goranboy Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(045)-2094/2021 saylı qərardadı ilə etiraz təmin edilmiş, sözügedən məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarılmışdır.

9. Goranboy Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 2(045)-251/2022 saylı qərardadına əsasən mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Naftalan Şəhər Məhkəməsinə göndərilmişdir.

10. İddiaçı işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırılmışdır ki, borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüş olsa da, buna əməl etməmişdir. Nümayəndə Cavabdeh1 qalan miras əmlakı qəbul etmişdir. Bu səbəbdən də iddianın təmin edilərək mövcud borc məbləğinin müştərək qaydada həm hüquqi varis kimi Nümayəndə, həm də zamin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsini xahiş edir.

11. Naftalan Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayaz Səlimov, iş N 2(052)-03/2023) iddia təmin edilmişdir.

12. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, mərhum Cavabdeh1 öldüyü tarixədək hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən onun hüquqi varisi Nüm ayəndə münasibətdə iddia əsaslı hesab edilməlidir.

13. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, qanunvericiliklə zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla dəqiq müəyyən edildiyindən və əsas borclunun ölümü zaminin öhdəliklərinin xitamına əsas vermədiyindən digər Cavabdeh2 münasibətdə də iddia tələbi əsaslı hesab edilməlidir.

14. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin (bundan sonra – MM) 385.1, 442, 443.1, 448, 462.1, 470.1, 472, 739, 1306.1 və 1307-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməs ində icraat

15. Cavabdeh1 hüquqi varisi Nümayəndə apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, bankla onun arasında kredit müqaviləsi bağlanmamış və bank ona kredit verməmişdir. Özü şəxsən kredit götürmədiyi halda bankla onun arasında hər hansı öhdəlik mövcud olmamışdır. Vərəsələr miras qoyanın borcları üçün qəbul etdiyi miras həcmində məsuliyyət daşısa da, mərhumdan ona miras əmlak qalmamışdır. Hazırda yaşadığı yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi ona qanun üzrə vərəsə kimi verilmişdir. Məhkəmə tərəfindən həmin əmlakın miras əmlak hesab edilərək iddianın təmin edilməsi onu çıxılmaz vəziyyətə salmışdır. Məhkəmə əmri çıxarıldıqdan sonra əsas borclunun vəfatınadək 2 ilə yaxın müddət keçmiş, bu müddət ərzində zamin əmrə eti raz etməmiş, əsas borclunun vəfatından sonra əmrə etiraz etmişdir. Hesab edir ki, əgər əsas borclu tərəfindən həmin kredit götürülmüşdürsə, sağlığında bank ondan həmin pulu tələb etməli idi. Həmçinin məhkəmə borc məbləği ilə bağlı heç bir araşdırma aparmadan, zəruri olduğu halda iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmədən və ekspert rəyi almadan yekun nəticəyə gəlmişdir..

16. Cavabdeh2 da apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla bank arasında zaminlik müqaviləsi bağlanmamışdır. O, zamin durmadığı halda bankla onun arasında hər hansı öhdəlik münasibət yaranmamışdır. Məhkəmə borc məbləği ilə bağlı heç bir araşdırma aparmadan, zərurət olduğu halda iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyi n etmədən, onun zamin durub-durmamasını araşdırmadan yekun nəticəyə gəlmişdir. Məhkəmə bildirişləri ona çatmadığından məhkəmə proseslərinin keçirilmə vaxtı barədə məlumatı olmamış və o, məhkəmə iclaslarında iştirak edə bilməmişdir.

17. Apelyasiya instansiyası məhkəməsində iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

18. Gəncə Apellyasiya Məhkəməsi Mülki кollegiyasının 2023-cü il 11 may tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov, Şamil Rzaquliyev, iş N 2(104)-1195/2023) apelyasiya şikayətləri təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi cavabdehin hüquqi varisi Nümayəndə apelyasiya şikayəti nin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 məxsus Naftalan şəhəri, Qasımbəyli kəndində yerləşən ümumi sahəsi 153,7 kv mетр olan 3 otaqlı fərdi yaşayış evi və Naftalan şəhəri, Qasımbəyli kəndində yerləşən ümumi sahəsi 0,26 ha olan torpaq sahəsindən ibarət miras əmlaka dair Nümayəndə qanun üzrə vərəsə kimi tam hissədə pay verilmişdir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq Nümayəndə ölmüş cavabdehin hüquqi varisi cavabdeh qismində işə cəlb etməklə, zamin olan Cavabdeh2 ilə yanaşı borcun həm də əsas borclunun hüquqi varisi qismində ondan tutulmalı olması qənaətinə gəlmişdir.

20. Məhkəmə kredit müqaviləsi üzrə ödənilməmiş borcun məbləğinə münasibətdə hər iki apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, mülki işin materiallarında olan ödəniş qrafiki, şəxsi hesabdan çıxarış və maliyyə arayışının müqayisəli şəkildə təhlili ilə müəyyən edilir ki, kredit borcunun məbləği birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyənləşdirilmişdir. Cavabdeh kredit müqaviləsi öhdəliyi üzrə, ümumiyyətlə heç bir ödəniş etməmişdir ki, belə vəziyyətə həmin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməməsinə zərurət yoxdur.

21. Cavabdeh2 bankla onun arasında zaminlik müqaviləsinin bağlanmamasına dair dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, işə əlavə edilmiş İddiaçı1 ASC-nin “Goranboy” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-ci il tarixli ƏH/470/1 saylı müqavilədən görünür ki, kredit müqaviləsinin təminatı olaraq bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlamış və sonuncu kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında və lazımınca icrasına dair öhdəlikləri üzərinə götürmüşdür.

22. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsinə dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, onlara 12 yanvar 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişini rəsmi qaydada göndərmiş və həmin bildirişi xx.xx.2022-ci il tarixdə qəbul etmişlər. (iş materiallarının 109- 110-cu vərəqində olan məhkəmə bildirişinin kötüyü). Lakin üzürlü səbəblər göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Ona görə də, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, haqlı olaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

23. Apellyasiya instansiyası məhkəməsi öz mövqelərini hüq uqi cəhətdən əsaslandırarkən MM-in 385.1, 386.1, 443.1, 445.2.1, 445.2.2, 448.1, 739.1, 470.1, 439.2, 472.1 və 472.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh1 hüquqi varisi Nümayəndə (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti apelyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış və dəlilləri ondan ibarət olmuşdur ki, onunla bank arasında kredit müqaviləsi bağlanmamış, bank ona kredit verməmiş, bank qarşısında heç bir öhdəliyi olmamışdır. Bundan başqa, kredit müqaviləsindəki imzanın Cavabdeh1 məxsus olub-olmaması və borc məbləğinin dəqiq müəyyənləşdirilməsi üçün məhkəmə-xətşünaslıq və məhkə mə-mühasibatlıq ekspertizası təyin edilməsi ilə bağlı məhkəməyə müraciət edilsə də, məhkəmə ekspertiza təyin etməmiş və müraciətə münasibət bildirməmiş, vəsatət rədd edildiyi halda əsaslandırılmış qərardad qəbul edilməmiş və qərardadın surəti tərəfə göndərilməmişdir.

26. Əsas və faiz borcu məbləğlərinin müəyyən edilməsində nəyə istinad etdiyini qeyd etməmişdir.

27. Birinci instansiya məhkəməsi MPM-in 58-ci maddəsini düzgün tətbiq etməmiş, apellyasiya instansiyası məhkəməsi isə buna münasibət bildirməmişdir. Belə ki, iş üzrə 23 fevral 2017-ci il tarixli məhkəmə əmri verilmişdir. Cavabdeh1 onun hüquqi varisi Nümayəndə ilə əvəz edilməsi barəsində mübahisə edilən hüquq münasibəti dövründə olmamışdır.

28. Həmçinin, Nümayəndə Cavabdeh1 hüquqi varisi kimi işə cəlb edilməsi barədə hər hansı bir mə hkəmə aktı mövcud deyildir. Həmçinin, miras olduğu iddia edilən əmlaka dair hüquqmüəyyənedici sənəd kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmamışdır. Məhkəmələr bu faktı da nəzərə almamışlar.

29. Cavabdeh2 (vəkil X1) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması, işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti apelyasiya şikayətinə oxşar məzmunda tərtib edilmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, zaminlik Müqaviləsi qanunvericiliyin tələbinə uyğun tərtib olunmamışdır. Belə ki, Zaminlik müqaviləsində kreditin məbləği, valyutası və faiz dərəcəsi göstərilməmiş, Bankla cavabdeh arasında bu barədə şərtlər olmamışdır. Bu müqavilədən də, tərtib olunmasından da görünür ki, cavabdeh belə bir müqavilənin bağlanmasında iştirak etməmişd ir.

31. O, zamin durmadığı halda onun bank qarşısında hər hansı öhdəliyi mövcud olmamışdır.

32. Apelyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi və prosessual hüquq normalarının tətbiqi zamanı səhvə yol vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamaqla, Cavabdeh2 apellyasiya şikayətində irəli sürdüyü dəlillərə heç bir münasibət bildirməmiş, məhkəmə ekspertizasının keçirilməsinin zəruriliyi ilə razılaşmamasının əsaslı səbəblərini göstərməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

33. İddiaçı kassasiiya şikayətinə etiraz təqdim edərək cavabdehlər tərəfindən verilmiş k assasiya şikayətləri əsassız və formal mülahizələrdən ibarət olduğu üçün təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

36. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

37. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

38. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

39. Maddə 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

40. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

41. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

42. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəli yi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

43. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

44. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarı:

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alı nmalıdır.

46. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.

47. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zamin ə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığ ı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişi klik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Qətnamədən kassasiya şikayəti verən kassatorlar qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 qarşı iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və həmin hissədə prosessual hüquq noormalarının pozuntusuna vermişdir.

58. Belə ki, Cavabdeh2 iddiaya qarşı etirazının, həmçinin kassasiya şikayətinin əsası ondan ibarət olmuşdur ki, zamin kimi belə bir müqavilənin bağlanmasında iştirak etməmiş, həmin müqaviləni imzalamamışdır. Cavabdehin məhkəmə xətşünaslıq ekspertizası keçirilməsi ilə bağlı vəsatətləri nəticəsiz qalmış və məhkəmə ekspertiza keçirilməsindən imtinanı əsaslandırmamışdır.

59. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 zaminlik müqaviləsində olan imzanını ona məxsus olub-olmaması barədə məhkəmə-xəttşünasılq ekspertizasının keçirilməsi ilə bağlı vəsatətinin rədd edilməsi əsaslı olmamışdır. Adi gözlə baxdıqda Cavabdeh2 iddiaçı bankla 22 fevral 2016-cı il tarixdə bağlanmış ƏH/470/1 saylı zaminlik müqaviləsində olan imzası ilə iş materiallarında olan digər sənədlərdəki imzalar arasında kəskin fərq müşahidə olunur.

60. Apelyasiya instansiyası məhkəməsinin Cavabdeh2 etirazının dəlillərinə qiymət vermədən, məhkəmə xətşünaslıq ekspertizası keçirmədən, zaminə məxsus imzanın həqiqətən də Cavabdeh2 aid olmasını müəyyən etmədən ona münasibətdə iddianın təmin edilməsinə dair gəldiyi nəticə əsaslı sayıla bilməz.

61. Məhkəmə kollegiyası cavabdehin hüquqi varisi Nümayəndə kassasiya şikayətinə münasibətdə qeyd edir ki, əsas borclunun hüquqi varisinə qarşı iddianın təmin edilməsi ilə bağlı məhkəmələrin mövqeyi əsaslı olmuş, həmin hissədə apellyasiya instansiyası m əhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Nümayəndə aid hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən cavabbeh Cavabdeh2 qarşı ididanın təmin olunması hiss ədə iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş bu hissədə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Cavabdehin hüquqi varisi Nümayəndə qarşı iddianın təmin olunması hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1195/2023 saylı, 11 may 2023-cü il tarixli qətnaməsi Cavabdeh2 qarşı iddianın təmin olunmasına aid hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Cavabdeh1 hüquqi varisi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar