Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3716/2019 01.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil və Cavabdeh vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.12.2018-ci il tarixli, 2(103)3042/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhə ri Suraxanı Rayon Məhkəməsinin (hakim G.İmanova) 15.12.2017-ci il tаrixli, 2(010)-10604/2017 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 7812.61 manat əsas, 1450.82 manat faiz borcu olmaqla, cəmi 9263.43 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməklə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, *************************** küçəsində yerləşən 0.01961 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 48 kv.m yaşayış, 84.5 kv.m köməkçi sahədən ibarət 135 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması və Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna olan kredit borcunun həmin girov predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməsi, iddiaçınnı tələbi tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin Cavabdeh qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseynov, A.İmanov, V.Sadıqov) 18.12.2018-ci il tarixli, 2(103)-3042/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15.12.2017-ci il tаrixli, 2(010)-10604/2017 s aylı qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilməsi, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 85000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması, işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun Cavabdeh Kazim oğlundan tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edimlişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili X1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə işə baxarkən bir sıra maddi v ə prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə cavabdeh tərəfindən ödənilən məbləğlərin iddiaçı tərəfindən nəzərə alınmadığını, əsas və faiz borcunun hesablanmasında səhvə yol verildiyini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi barədə cavabdehin xahişini də nəzərə almamış, ekspertiza təyin edilməsini təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsinin təyin etdiyi ekspert rəyi ilə də cavabdeh razı deyildir və hesab edir ki, təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Cavabdeh həmçinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə ekspert rəyi ilə də razı deyildir və hesab edir ki, bununla bağlı da təkrar komisyon məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmə lidir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.12.2018-ci il tarixli, 2(103)-3042/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddianın əsas və faiz borcunun tutulması hissəsində azaldılması, tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində iddia tələblərinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili X1 oğlu kassa siya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edərk iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.12.2018-ci il tarixli, 2(103)-3042/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirərkən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə istinad etməklə, təyin etdiyi məhkəmə-qiymətləndirmə ekspertizası nəticəsində əldə etdiyi ekspert rəyinə uyğun müəyyən etmişdir. Bundan əlavə, apellyasiya kollegiyası apellyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, əldə etdiyi rəyə əsasən əsas və faiz borcunun dəyişdirilməməsi qənaətinə gəlmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamə üzrə maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı yoxlama apararkən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halını müəyyən etməmişdir. Kassasiy a kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər formal mülahizələrə əsaslanmış, hər hansı sübuta istinad edilməmiş, razılaşılmayan ekspert rəylərinin əsassızlığı barədə, həmçinin əsas və faiz borcunun az məbləğ təşkil etməsi barədə hər hansı sübut təqdim edə bilməmişdir. Odur ki, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.12.2018-ci il tarixli, 2(103)-3042/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3716/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3716/2019
01.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver